Məhkəmə qərarları › İş №1(102)-83/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-83/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-83/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 13 aprel 2022-ci il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən), Eldar Mikayılov və Rahib Salmanov) 1(101)-1163/2021 nömrəli 15 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1999-cu tarixdə Kürdəmir rayonunun Beyi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Beyi kəndində qeydiyyatda olan və Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava ev 98-də kirayədə yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, 7 (yeddi) il 6 (altı)ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi r ejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin 10 fevral 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum1 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 22 yanvar 2021-ci ildə saat 21:30 radələrində, qohumu Məhkum1 ilə qabacadan əlbir olan bir qrup şəxs halında, saxlanc yeri olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi «Binə» TM-nin 9-cu sıra 4-cü korpus 294 saylı anbarın qapısını özündə olan burğacla açmaqla anbara qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs3 məxsus hər birinin dəyəri 190 manat 31 ədəd 5015 kodlu, bir ədəd dəyəri 190 manat 6005 kodlu, hər birinin dəyəri 190 manat 41 ədəd 3004 kodlu, hər birinin dəyəri 190 manat 18 ədəd 5039 kodlu paltoları, hər birinin dəyəri 180 manat 8 ədəd 3537 kodlu, hər birinin dəyəri 180 manat 10 ədəd 4157 kodlu, hər birinin dəyəri 180 manat 03 ədəd 6564 kodlu, hər birinin dəyəri 180 manat 04 ədəd 3083 kodlu, hər birinin dəyəri 180 manat 18 ədəd 4534 kodlu qış gödəkcələrini, hər birinin dəstinin dəyəri 180 manat 200 dəst kişi kostyumunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumi dəyəri 61.030 manat təşkil edən külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən vahid niyyətlə əhatə olunan qəsdlə 10 yanvar 2021-ci ildə saat 21:30 radələrində, 12 yanvar 2021-ci ildə saat 21:30 radələrində və 24 yanvar 2021-ci ildə saat 21:30 radələrində qohumu Məhkum1 ilə qabacadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi «Binə» TM-nin 11-ci sıra 2-ci korpusda olan 55 saylı anbarın qapısını özündə olan burğacla açmaqla anbara qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs5 məxsus hər birinin dəyəri 1,5 manat 1500 ədəd, hər birinin dəyəri 2,5 manat olan 695 ədəd, hər birinin dəyəri 03 manat olan 400 ədəd, hər birinin dəyəri 07 manat olan 100 ədəd, hər birinin dəyəri 04 manat 500 ədəd pul qablarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs5 ümumi dəyəri 7887,50 manat olan xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar vahid niyyətlə əhatə olunan qəsdlə 15 yanvar 2021-ci ildə saat 21:30 radələrində, 26 yanvar 2021-ci ildə saat 21:30 radələrində, 28 yanvar 2021-ci ildə saat 21:30 radələrində, 30 yanvar 2021-ci ildə saat 21:30 radələrində və 2 fevral 2021- ci ildə saat 21:30 radələrində qohumu Məhkum1 ilə qabacadan əlbir olan bir qrup şəxs hal ında saxlanc yeri olan «Binə» TM-nin 11-ci sıra 64 saylı anbarın qapısını özündə olan burğacla açmaqla anbara qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs1 məxsus birinin dəyəri 4 manat 660 ədəd 1352 kodlu, birinin dəyəri 2,5 manat 273 ədəd 321 kodlu, birinin dəyəri 4 manat 330 ədəd 53501 kodlu, hər birinin dəyəri 4,5 manat 138 ədəd 815 kodlu, hər birinin dəyəri 4,5 manat 92 ədəd 8991 kodlu, birinin dəyəri 11 manat 1122 ədəd 121 kodlu, hər birinin dəyəri 5 manat 99 ədəd 6584 kodlu, birinin dəyəri 3 manat 60 ədəd 68196 kodlu, hər birinin dəyəri 04 manat 99 ədəd 9911 kodlu, birinin dəyəri 4,5 manat 840 ədəd 9313 kodlu, hər birinin dəyəri 04 manat 144 ədəd 201 kodlu, hər birinin dəyəri 5 manat 147 ədəd 3063 kodlu, hər birinin dəyəri 3 manat 288 ədəd 7091 kodlu, hər birinin dəyəri 5 manat 16 62 ədəd 68139 kodlu, hər birinin dəyəri 03 manat 261 ədəd 9699 kodlu, hər birinin dəyəri 04 manat 240 ədəd 6679 kodlu, hər birinin dəyəri 4 manat 120 ədəd 68196 kodlu, hər birinin dəyəri 04 manat 48 ədəd 81210 kodlu, hər birinin dəyəri 3 manat 132 ədəd 1970 kodlu, hər birinin dəyəri 04 manat 147 ədəd 715 kodlu, birinin dəyəri 4,2 manat 660 ədəd 15103 kodlu, hər birinin dəyəri 04 manat 135 ədəd 2053 kodlu, hər birinin dəyəri 4 manat olan 69 ədəd 9313 kodlu, hər birinin dəyəri 4 manat 60 ədəd 81210 kodlu, hər birinin dəyəri 5 manat olan 1200 ədəd 20715 kodlu, hər birinin dəyəri 4,3 manat 654 ədəd 8918 kodlu, hər birinin dəyəri 5 manat olan 750 ədəd 2132 kodlu, birinin dəyəri 5,5 manat 720 ədəd 1092 kodlu, hər birinin dəyəri 3,8 manat olan 660 ədəd 8452 kodlu, hər birinin dəyəri 3 manat 270 ə dəd 99187 kodlu, hər birinin dəyəri 3,6 manat olan 792 ədəd 808 kodlu, hər birinin dəyəri 2,7 manat 480 ədəd 33 kodlu, hər birinin dəyəri 5 manat 990 ədəd 1150 kodlu, hər birinin dəyəri 4,2 manat 1200 ədəd 3026 kodlu, hər birinin dəyəri 5,5 manat 1200 ədəd 3933 kodlu, hər birinin dəyəri 6,3 manat 1133 ədəd 159 kodlu, hər birinin dəyəri 5 manat 750 ədəd 68090 kodlu, birinin dəyəri 3 manat 1050 ədəd 23 kodlu, hər birinin dəyəri 3,5 manat 880 ədəd 2096 kodlu, hər birinin dəyəri 5 manat 600 ədəd 20715 kodlu, hər birinin dəyəri 3,3 manat 840 ədəd 99114 kodlu, hər birinin dəyəri 12 manat 285 ədəd 9336 kodlu, hər birinin dəyəri 14 manat 187 ədəd 1011 kodlu, hər birinin dəyəri 4 manat 260 ədəd 817 kodlu, hər birinin dəyəri 3,5 manat 561 ədəd 68134 kodlu, birinin dəyəri 3,6 manat 660 ədəd 3535 kodl u, hər birinin dəyəri 4,4 manat 720 ədəd 2108 kodlu, birinin dəyəri 6,3 manat 600 ədəd 6621 kodlu, hər birinin dəyəri 3,8 manat 420 ədəd 6042 kodlu, hər birinin dəyəri 3,6 manat 540 ədəd 1005 kodlu, hər birinin dəyəri 4 manat 600 ədəd 2026 kodlu, birinin dəyəri 3,4 manat 420 ədəd 68092 kodlu, hər birinin dəyəri 3,7 manat 330 ədəd 9285 kodlu, hər birinin dəyəri 4,3 manat 460 ədəd 715 kodlu, hər birinin dəyəri 3,9 manat 1200 ədəd 2096 kodlu lifonları və hər birinin dəyəri 2,5 manat 950 ədəd 2912 kodlu, hər birinin dəyəri 2 manat 290 ədəd 2919 kodlu, hər birinin dəyəri 1,7 manat 390 ədəd 847 kodlu, birinin dəyəri 2 manat 84 ədəd 980 kodlu, birinin dəyəri 3,5 manat 54 ədəd 820 kodlu, hər birinin dəyəri 2 manat 108 ədəd 3440 kodlu, hər birinin dəyəri 1,8 manat 168 ədəd 02 kodlu, birinin dəyər i 1,9 manat 640 ədəd 9308 kodlu, hər birinin dəyəri 2 manat 102 ədəd 37 kodlu, birinin dəyəri 1,6 manat 1020 ədəd 8582 kodlu, birinin dəyəri 1,65 manat 700 ədəd M3 kodlu, birinin dəyəri 2,5 manat 130 ədəd 6810 kodlu, hər birinin dəyəri 1,7 manat 550 ədəd 530 kodlu, hər birinin dəyəri 1,8 manat 160 ədəd 7071 kodlu, hər birinin dəyəri 2 manat 150 ədəd 6 kodlu, hər birinin dəyəri 1,6 manat 234 ədəd 8548 kodlu, birinin dəyəri 2 manat 244 ədəd A4 kodlu, birinin dəyəri 1,9 manat 530 ədəd 328 kodlu, hər birinin dəyəri 2 manat 620 ədəd 786 kodlu, hər birinin dəyəri 2,8 manat 340 ədəd 8156 kodlu, hər birinin dəyəri 13 manat 38 ədəd 8378 kodlu, hər birinin dəyəri 14 manat 193 ədəd 1011 kodlu, hər birinin dəyəri 04 manat 19 ədəd 89911 kodlu, hər birinin dəyəri 01 manat 20 ədəd N5 kodlu, hər birinin d əyəri 2 manat 300 ədəd N8263 kodlu, hər birinin dəyəri 1,5 manat 996 ədəd 7638 kodlu, hər birinin dəyəri 2,5 manat 50 ədəd N3 kodlu, hər birinin dəyəri 2 manat 672 ədəd 8784 kodlu, hər birinin dəyəri 2 manat 2136 ədəd T48 kodlu, hər birinin dəyəri 2,5 manat 950 ədəd 217 kodlu, birinin dəyəri 2 manat 360 ədəd Nİ kodlu, hər birinin dəyəri 2 manat 210 ədəd 10148 kodlu, birinin dəyəri 2 manat 220 ədəd 1049 kodlu, hər birinin dəyəri 2 manat 432 ədəd20109 kodlu, hər birinin dəyəri 2 manat 590 ədəd 3093 kodlu, hər birinin dəyəri 2 manat 636 ədəd 916 kodlu, birinin dəyəri 6 manat 158 ədəd 7175 kodlu, hər birinin dəyəri 6 manat 20 ədəd N81 kodlu, hər birinin dəyəri 2 manat 2724 ədəd 8783 kodlu, hər birinin dəyəri 2,5 manat 550 ədəd 2919 kodlu, hər birinin dəyəri 2 manat 980 ədəd 9977 kodlu, hər bir inin dəyəri 2 manat 576 ədəd 2321 kodlu, birinin dəyəri 2 manat 510 ədəd 6612 kodlu, birinin dəyəri 2 manat 600 ədəd 8783 kodlu, hər birinin dəyəri 2 manat 330 ədəd 807 kodlu, birinin dəyəri 2 manat 348 ədəd 2031 kodlu, birinin dəyəri 2 manat 600 ədəd 1330 kodlu, birinin dəyəri 1,9 manat 114 ədəd 2207 kodlu, hər birinin dəyəri 2,4 manat 312 ədəd 9651 kodlu, birinin dəyəri 3,6 manat 201 ədəd 5333 kodlu, birinin dəyəri 4 manat 123 ədəd 3370 kodlu, hər birinin dəyəri 3,2 manat 144 ədəd C561 kodlu, hər birinin dəyəri 3,4 manat 69 ədəd 8918 kodlu, birinin dəyəri 3 manat 138 ədəd 84266 kodlu, birinin dəyəri 3,5 manat 174 ədəd 3843 kodlu, birinin dəyəri 2,3 manat 105 ədəd 620 kodlu, birinin dəyəri 2,8 manat 51 ədəd 2950 kodlu, birinin dəyəri 4 manat 72 ədəd 338 kodlu, birinin dəyəri 2,2 manat 84 ədəd 2194 kodlu, birinin dəyəri 2,1 manat 75 ədəd 2205 kodlu, birinin dəyəri 2,6 manat 78 ədəd 614 kodlu, hər birinin dəyəri 1,6 manat 180 ədəd 981 kodlu qadın alt paltarları (tuman) və 01 ədəd dəyəri 700 manat «Mitsubishi» markalı kondisioneri gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumi dəyəri 192.553,90 manat olan külli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Həsən Əhmədov) 13 aprel 2022-ci il tarixli, 1(103)-438/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum2 Əzizağa oğ lu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarı ləğv edilməsini və onun əməlini Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif etməklə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apelyasiya instansiyası məhkəmələrinin müvafiq hökm və qərarı ədalətsizdir. Belə ki, iş materiallarından göründüyü kimi zərərçəkmiş şəxs qismində çıxış edən X3 məhkumun evə daxil olmağını nəzərə alaraq, ona qeyri-qanuni yolla ittiham irəli sürülməsinə nail olmuşdur. Halbuki cinayətin əsl səbəbkarı Məhkum 1 olmuşdur və bunu istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində də təsdiq etmişdir. Bundan başqa məhkəmələr qərar qəbul edərkən məhkumun 68 yaşlı anasının onkoloji xəstəlikdən əziyyət çəkməsi, 70 yaşlı atasının ağır dərəcəli şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi və məhkumun himayəsi altında olduqlarını, həmçinin İkinci Qarabağ müharibəsində könüllü iştirak etmək istəməsi kimi hallar cəzanın yüngülləşdirilməsi məqsədilə nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum2 kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə ko llegiyası məhkum X2 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Kassasiya şikayətinin başlıca dəlili Məhkum2 əməlinə düzgün hüquqi qiymət verilməməsi və nəticədə əməlinin düzgün tövsif edilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə tövsif edilməsi üçün Azərbaycan Respublikası CM-in 177.1 və 177.2-ci maddəsində nəzərdə tutulmuş oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməli külli miqdarda ziyan vurulmaqla tö rədilməlidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İşin materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mə nsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum2 və iş üzrə digər Məhkum1 zərərçəkmiş şəxslərin anbarlara daxil olaraq vahid niyyətlə davamlı olaraq külli miqdarda ziyan vurmaqla talama əməlləri törətmişlər. İş materiallarında qeyd edilmiş hadisənin gedişatı, hadisənin məhz hökmün təsviri hissəsində qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadəsi ilə yanaşı, digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuş və bununla da təqsirləndirilən şəxs Məhkum2 məhz külli miqdarda oğurluq əməlini törətməsi müəyyən edilmişdir. Odur ki, birinci instansiya və apellyasiya instansiyası məhkəm əsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara düzgün qiymət verib, məhkumun əməli düzgün olaraq CM-in 177.3.2-ci maddəsi ilə tövsif olunmuşdur və əməlin CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq orqanı, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mö təbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Odur ki, Məhkum2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməlinin həmin maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Bundan əlavə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlinin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qa ldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına və iş üzrə toplanmış sübutlara uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini r əhbər tutaraq, QƏRARA ALİR: Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar