Məhkəmə qərarları › İş №1(102)-83/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-83/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-83/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxx 2002-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu Badaşqan kəndində qey diyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 29, 178.2.2, 29, 178.2.4 və 310-cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli hökmünə əsasən (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), N.A.Kərimov və L.S.Əsgərova-Məmmədova) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.2, 29, 178.2.2, 29, 178.2.4, 310 və 32.4, 31 2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-in 178.2.2, 29, 178.2.2 və 29, 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə, CM-in 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-in 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 iyul 2022-ci il tarixdən hesablanması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 dəymiş z iyanla bağlı mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2023-cü il tarixli hökmü ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 1(101)-501/2023 saylı hökmü ləğv edilmişdir. Məhkum əməldə cinayət tərkibinin əlamətlərinin olmaması əsası ilə Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi üzrə bəraət verilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 29, 178.2.2, 29, 178.2.4 və 310cu maddələri ilə təqsirli bilinərək, Məhkum CM-in 178.2.2, 29, 178.2.2 və 29, 178.2.4-cü maddələri üzrə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 310-cu maddəsi üzrə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 iyul 2022-ci il tarixdən hesablanması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 dəymiş ziyanla bağlı mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hök münə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə təkrar dələduzluq etmiş və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməyə təkrarən cəhd göstərmiş, özünü vəzifəli şəxs kimi təqdim etməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş və səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı müxtəlif vətəndaşların xeyrinə edəcəyi hərəkətə görə onları birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə təkrarən təhrik etmişdir. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ili n noyabr ayının əvvəllərində yaşadığı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Badaşqan kəndindəki evində polis geyim formasını geyinərək “Whatsap” tətbiqetmə proqramı vasitəsi ilə videogörüntülü zəng edib Zərərçəkmiş şəxs1 özünü nümayiş etdirməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, bununla da özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Zərərçəkmiş şəxs1 Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqə dar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.300 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşmiş, bundan sonra Zərərçəkmiş şəxs1 Məhkum məxsus “Kapital Bank” plastik bank kartına 11 noyabr 2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 11 ünvanında yerləşən “E-Manat” ödəmə terminalı vasitəsi ilə 2.000 manat, 11 dekabr 2021ci il tarixdə isə ünvan 3 ünvanında yerləşən “Ruzi” marketdə quraşdırılmış “E-Manat” ödəmə terminalı vasitəsi ilə 1.300 manat olmaqla ümumilikdə 3.300 manat məbləğində göndərdiyi pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 3.300 manat maddi ziyan vurmaqla dələduzluq etmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyy ətlərinin) icrası ilə bağlı Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə təhrik etmişdir. Bundan başqa, Məhkum, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin may ayının əvvəllərində yaşadığı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Badaşqan kəndindəki evində polis geyim formasını geyinərək “Whatsap” tətbiqetmə proqramı vasitəsi ilə videogörüntülü zəng edib Zərərçəkmiş şəxs2 özünü nümayiş etdirməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, bununla da özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səb əb olan hərəkətlər törətməklə Zərərçəkmiş şəxs2 Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşmiş, bundan sonra Zərərçəkmiş şəxs2 Məhkum məxsus “Kapital Bank” plastik bank kartına 11 may 2022-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 May küçəsində yerləşən “Araz” marketdəki “E-Manat” ödəmə terminalı vasitəsi ilə 1.000 manat məbləğində göndərdiyi pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 1.00 0 manat maddi ziyan vurmaqla dələduzluq etmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyun ayının əvvəllərində yaşadığı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Badaşqan kəndindəki evində polis geyim formasını geyinərək “Whatsap” tətbiqetmə proqramı vasitəsi ilə videogörüntülü zəng edib Zərərçəkmiş şəxs3 özünü nümayiş etdirməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, bununla da özbaşına vəzifəli şəxsin səlah iyyətlərini mənimsəyərək fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Zərərçəkmiş şəxs3 Daxili İşlər Nazirliyinin Polis Akademiyasına müdavim kimi qəbul olunmasını yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.025 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşmiş, bundan sonra Zərərçəkmiş şəxs3 Məhkum məxsus “Kapital Bank” plastik bank kartına 2022-ci ilin iyun ayının əvvəllərində Astara şəhəri ərazisində yerləşən “qardaşlar” marketdəki “E-Mana t” ödəmə terminalı vasitəsi ilə 125 manat, 10 iyun 2022-ci il tarixdə eyni ünvandan 300 manat və 17 iyun 2022-ci il tarixdə eyni ünvandan 600 manat olmaqla ümumilikdə 1.025 manat məbləğində göndərdiyi pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs3 1.025 manat maddi ziyan vurmaqla dələduzluq etmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 iyul 2022-ci il tarixdə yaşadığı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Badaşqan kəndindək i evində polis geyim formasını geyinərək “Whatsap” tətbiqetmə proqramı vasitəsi ilə videogörüntülü zəng edib Zərərçəkmiş şəxs4 özünü nümayiş etdirməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, bununla da özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Zərərçəkmiş şəxs4 Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.550 manat məbləğində pul vəsaitinin rüşvət qismind ə verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşmiş, bundan sonra Zərərçəkmiş şəxs4 Məhkum məxsus “Kapital Bank” plastik bank kartına 01 iyul 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “AL” marketdəki “Milliön” ödəmə terminalı vasitəsi ilə 3.500 manat, 07 iyul 2022-ci il tarixdə isə eyni ünvandan 50 manat olmaqla ümumilikdə 3.550 manat məbləğində göndərdiyi pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs4 3.550 manat maddi ziyan vurmaqla dələduzluq etmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum, təkrarən, et ibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyul ayının əvvəllərində yaşadığı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Badaşqan kəndindəki evində polis geyim formasını geyinərək “Whatsap” tətbiqetmə proqramı vasitəsi ilə videogörüntülü zəng edib Zərərçəkmiş şəxs5 özünü nümayiş etdirməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, bununla da özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Zərərçəkmiş şəxs5 Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına mal ik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşmiş, inam yaradılması üçün Zərərçəkmiş şəxs5 Daxili İşlər Orqanına qəbul olunması barədə saxta əmr tərtib etməklə surətini təqdim etmiş, bundan sonra Zərərçəkmiş şəxs5 4 iyul 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.Ordubadi küçəsində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə Vüsal Buradova məxsus “Kapital bank” plastik bank kartına 195 manat pulu bank köçürmə vasitəsi ilə göndərmiş, qalan 9.805 manatı, yəni xeyli miqdarda pulu 13 iyul 2022-ci il tarixdə dələduzluq yolu ilə ələ keçirməyə cəhd göstərmiş, lakin öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Zərərçəkmiş şəxs5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə təkrarən təhrik etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2023-cü il tarixli hökmünün ləğv olunması və cinayət işinin yenidən apelyasiya instansiyası məhkəməsinin baxışına təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi hesab edir ki, məhkəmə Məhkum CM-in 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan həmin maddəni xari c etməli olduğu halda, onlara həmin maddə ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verməklə səhv nəticəyə gəlmiş, bununla da cinayət işi üzrə toplanmış sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və qiymətləndirilməmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq olunmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən ka ssasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən m üəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan həmin maddəni xaric etməli olduğu halda, ona həmin maddə ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 178.2. Eyni əməllər: 178.2.1.qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildi kdə; 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 310-cu maddəsinə görə “Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəz alandırılır.” Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsinə görə “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinə görə “Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə— səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər ha nsı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və c inayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qəra rına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalanç ı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Apellyasiya instansiya məhkəməsinin hökmündə məhkəmənin gəldiyi nəticəni belə əsaslandırılmışdır: “Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi bəraət verilməsi ilə bağlı aşağıdakı əsasları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında yalançı vasitəçi ilə bağlı hüquqi mövqey ə dair qeyd edilir: Qeyd olunmalıdır ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hall ar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Cinayət Məcəlləsinin 312.2-ci maddəsinə əsasən vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təhlil edilən cinayət hüquq normaları onu deməyə əsas verir ki, irəli sürülmüş ittiham, yəni Məhkum rüşvət verməyə təhrik etməsinə dair əməlində cinayət tərkibinin əlamətləri yoxdur. Belə ki, proses iştirakçılarının ifadələrindən və cinayət işinin müəyyən edilən hallarından görünür ki, Məhkum məqsədi zərərçəkmiş şəxsləri rüşvət verməyə təhrik etməsi yox, rüşvət vermədə vasitəçi olması görüntüsünü yaratmaq üsulu ilə zərərçəkmiş şəxsləri aldatmaq vasitəsilə əmlaklarına yiyələnməkdir. Yəni hazırki cinayət işində rüşvət verməyə təhrik etmə müstəqil cinayət kimi yox, yalnız dələduzluq cinayətinin törədilməsində aldatmanın üsulu kimi çıxış edir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyi əsas götürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda məhkəmə bəraət hökmü çıxarır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində rüşvət verməyə təhrik etməsinə dair cinayət tərkibinin əlamətləri olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə bəraət verilməlidir.” Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə və dövlət ittihamçısının kassasiya protestində aradan qaldırılması zəruri hesab edilən məhkəmə səhvi eyni məzmunludur. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hökmündə təqsirləndirilən şəxsin ittihamından Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi xaric edilməli olduğu halda, həmin maddə ilə ona bəraət verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Al i Məhkəməsinin Cinayət kollegiyasının qəbul etdiyi bəzi qərarlarda da eyni hüquqi mövqe mövcud olmuşdur. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin protestin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun dəyişd irilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29, 178.2.2, 29, 178.2.4 və 310-cu maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2023-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar