Məhkəmə qərarları › İş №1(102)-830/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-830/2021

11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-830/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Qasımlı Anar Elman oğlunun iştirakı ilə 14 mart 1992-ci il tarixdə Qubadlı rayonu Yusifbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qubadlı rayonunda qeydiyyatda olan, Sumqayıt şəhəri 76-cı məhəllə ünvanında yaşayan, barəsində həbs qətimkar tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcidxanasında saxlanılan xxxoğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 181.2.1, 32.5, 181.2.3, 181.2.4 və 32.5, 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2020-ci il tarixli qərarından məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli hökmünə əsasən hakimlər (F.Ə.Qəniyev (sədrlik edən və məruzəçi), S.S.Hüseynov, Z.Q.Ağayev) ibarət tərkibdə xxx Azərbaycan Respublikası CM-nin 32.5, 181.2.1, 32.5, 181.2.3, 181.2.4 və 32.5, 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 09 aprel 2020-ci ildən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum xxxnun müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: V.C.Cəfərov (sədrlik edən), N.R.Mövsümov və E.M.Əhmədov ) apelly asiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 32,5 181.2.1, 32.5, 181.2.3, 32.5, 181.2.4 və 32.5,181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli hökmü məhkum xxxna münasibətdə və maddi sübuta aid hissədə dəyişdirilmiş, CM-nin 32,5 181.2.1, 32.5, 181.2.3, 32.5, 181.2.4 və 32.5,181.2.5-ci maddələri ilə tövsif edilmiş əməli Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələrinə tövsif edilmiş, Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzsı təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən xxx məhkum edilmişdir ona görə ki, o, tanışı Təqsirləndirilən ş əxs1 ona imkanlı şəxslərə məxsus olan evlərdən pul və qiymətli əşyaları talayaraq aralarında bölmək üçün belə şəxslər barədə məlumat toplamaq təklifini qəbul edib, qabaqcadan vəd etməklə 16 mart 2019-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhərində “Karvan” bazarının yaxınlığındakı çayxanada Təqsirləndirilən şəxs1la görüşərkən işlədiyi Quba rayonu İkinci Nügədi kəndində yerləşən “Macara” otelin tikintisində baş mühəndis olan İbrahimov Hamlet Bəşir oğlunun hər ayın əvvəlində fəhlələrə əmək haqqı verməsi, pulunun olması, Hamlet İbrahimovun Quba rayonu Birinci Nügədi kəndində kənd stadionunun arxasında yerləşən iki mərtəbəli evində tək yaşaması, evin xüsusi əlamətləri barədə, Bəşir adlı oğluna tezliklə toy edəcəyi və sair zəruri məlumatlar verərək, 31 mart 2019-cu il tarixdə Hamlet İbrahi movun fəhlələrin əmək haqqı verməsi üçün şirkətdən pul götürməsini öyrəndikdən sonra həmin gün Təqsirləndirilən şəxs1 “Quba rayonuna gəl oturub yeyib-içək” sözlərindən ibarət əvvəlcədən planlaşdırdıqları şifrəli mesaj göndərməklə Hətəmovun Hörmət Tofiq oğlu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və digər şəxsin 01 aprel 2019-cu il tarixdə saat 01:30 radələrində bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın niyyəti ilə əvvəlcədən planlaşdırdıqları kimi etibarnamə əsasında Təqsirləndirilən şəxs1 idarə etdiyi “Volkswaqen Passat” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu Birinci Nügədi kəndinə gələrək həmin kənd sakini İbrahimov Hamlet Bəşir oğluna məxsus evin ikinci mərtəbəsinə həyətdəki nərdivanla qalxıb mətbəxin pəncərəsinin şüşəsini həyətdən tapdıqları balta ilə sındırmaqla yaşayış sahəsinə qanunsuz girmiş, içəri daxil olarkən yaratdıqları səs-küyü eşidərək yuxudan oyanıb qonaq otağında onların qarşılarına çıxan Hamlet İbrahimovun üzərinə hücum edərək əlbəyaxa olub yerə yıxaraq köməksiz vəziyyətə gətirməklə özləri ilə gətirdikləri dəmir lingi (montirovka) silah qismində istifadə edilən əşya kimi tətbiq edərək Hamlet İbrahimovun sifət və bel nahiyələrinə vurmaqla ona alnında sağda qançır, sol gözün bayır bucağında və sifətində sağda hərəsində bir yerdə sıyrıq, sol bazunun yuxarı 1/3-nin iç səthində və belində solda hərəsində bir yerdə qançırlardan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək əllərini, ayaqlarını və ağzını döşək ağı və özləri ilə gətirdikləri yapışqan lentlə bağlayaraq yataq otağında saxlanc yeri olan şkafın içərisindən Hamlet İbrahimovun işlədiyi "xxxx" MMC-yə məxsus 12500 (on iki min beş yüz) manat, yəni xeyli miqdarda pulu, Hamlet İbrahimova məxsus qonaq otağında divanın üzərində olan cins şalvarının cibindən 500 (beş yüz) manat, masanın üzərində olan pul kisəsindən 100 (yüz) manat pulu və yataq otağında pəncərənin qarşısında 266 (iki yüz altmış altı) manat dəyərində bir ədəd “Mİ A2 lite” markalı mobil telefonu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla quldurluq cinayəti törətmələrinə köməkçilik etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı Əsədov Teymur tərəfindən v erilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2020-ci il tarixli qərarın ləğv edilməsi və işin yenidən apelyasiya baxışına qaytarılması barəsində qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tətbiq edilmədiyindən və bunun nəticəsi olaraq Zahir İsmaylovun əməlinin tövssifdə və xüsusi müsadirə məsələsində səhvə yol verilmişdir. Məhkum xxxnun müdafiəçisi A.Qasımov tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2020-ci il tarixli qərarının 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının dəyişdirilməsi və İsmayılov Zahir Novruz oğluna CM-in 32.5, 177.2.1, 32.5,177.2.3 və 32.5, 177.2.4-c ü madələri ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halları sadalamaqla kifayətlənmiş, faktiki olaraq nəzərə almamış, cəzanı ağırlaşdıran halların olmamamsına istinad etməmişdir. Məhkəmə kollegiyası xxxna cəza təyin edərkən aşağıdakıları nəzərə almışdır: törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin bir qrup şəxs tərəfindən törədilməsini nəzər alan məhkəmə kollegiyası hesab edir ki. xxxna təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail oluna bilər. Məhkəmə kollegiyası xxxnun törətd iyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, anasının onkoloji xəstə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Göründüyükimi. məhkəmə kollegiyası yüngülləşdirici halları sadalamaqla kifayətlənmiş, ağırlaşdırıcı halın olmamasına ümumiyyətlə istinad etməmiş, Z.İsmayılovun əməlini düzgün tövsüf etsə də. ona cəzanı öz əməlinə görə deyil, cinayət işi üzrə digər məhkumlar tərəfindən təyin edilmiş cəzanın ictimai təhlükəliyinə və xarakterinə uyğun cəza təyin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət Y.Əliyevanını çıxış ını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə bi rinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində olan cinayət işinin tam araşdırılmaması, habelə cəzanın ağır olması mübahisə edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı m ülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılm ış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Cinayət işinin materiallarına əsasən, Zahir İsmayılov digər təqsirləndirilən şəxslərdən yalnız Hörməti tanımış, onunla aralarında söhbət olmuş, həmin söhbətin məzmunundan da göründüyü kimi, Zahirin hər hansı bir cinayətin törədilməsində iştirak etmək niyyəti olmamış, o, yalnız zərərçəkmiş şəxs barədə məlumatlar vermiş, Hörmətin oğurluq cinayəti törədəcəyini güman etmiş, hörmətin bu cinayəti kimlərl ə törədəcəyindən heç bir məlumatı olmamış, zərərçəkmişin saat 09:00-dan 21:00-dək evdə olmadığını, evə həmin saatlarda girə biləcəklərini deməklə, o, məhz oğurluq cinayətinin törədilməsinə köməkçilik etmişdir. Belə ki, Zahir İsmayılovun əməlinin tövsifi zamanı onun niyyətinin nəyə yönəlməsini müəyyənləşdirmək zəruridir. Onun Təqsirləndirilən şəxs1la hansı cinayəti törətməsinin razılaşdırılması, hadisə zamanı onun davranışının xarakteri və istiqamətinin aydınlaşdırılması vacibdir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinə tam uyğundur. Məhkum еdilmiş şəхs Z.İsmayılovun cəzа təyin еdilməsi ilə kassasiya protestinin və şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası C M-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsi yə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirə n və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə koll egiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum İsmayılov Zahir Novruz oğluna elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qayd asında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin və protestin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhk əməsinin 06 noyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin. İsmayılov Zahir Novruz oğlu barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar