Məhkəmə qərarları › İş №1(102)-830/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-830/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-830/2023 25.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Mülki iddiaçı – Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X8, Bəraət almış şəxs - X11, Müdafiəçi - Bakı şəhəri 22 sayl ı Vəkil Bürosunun vəkili Əhmədov Nofəl Mülazim oğlunun iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü ilə X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Samir Seyidəhmədli tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Rauf Əhmədov) 14 aprel 2022-ci il tarixli hökmü ilə 15 fevral 1977-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vət əndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X20 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayətin törədilməsinə aidiyyəti müəyyən olunmadığından, ona həmin maddə ilə bəraət verilmişdir. Hökmdən mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsilə, Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 26 oktyabr 2022-ci il tarixli, 1(103)-1258/2022 nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Samir Seyidəhmədli tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən X20 fiziki şəxs olaraq vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində (Vöen:**********) qeydiyyatdan keçmiş anası X1 vergi ödəyicisinin eyniləşdirilməsi nömrəsindən istifadə edərək bina tikintisi fəaliyyəti ilə məşğul olmuş, bununla bağlı vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan v ə müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3 və 78.1-ci maddələrinin tələblərini pozaraq, Şamama Hüseynovanın vergi ödəyicisi kimi qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə 2016-ci ilin 1-ci rübü üzrə külli miqdar təşkil edən 419272,20 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini (bundan sonra BTFSV) dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Cavid Hüseynov anası X3 məxsus ünvan 2 ünvanda yerləşən 0,035 ha torpaq sahəsində kommersiya məqsədləri üçün çoxmənzilli yaşayış binasının tikintisi və satışı məqsədi ilə, Bakı şəhəri Sabunçu rayon icra Hakimiyyətinə müraciət edib aldığı H122 nömrəli 07 iyul 2015- ci il tarixli razılıq məktubuna əsasən, torpaq sahəsində 01 (bir) girişli və zirzəmili olmaqla 06 (altı) mərtəbəli və ümumi sahəsi 6012,84 kv.m olan yaşayış binasının tikintisinə görə 2016-ci ilin 1-ci rübü üzrə 419272,20 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini dövlət büdcəsinə ödəməli olduğu halda fiziki şəxsin qeydiyyatda olduğu vergi orqanına sonuncunun adından bəyannamə təqdim etməməklə, ümumilikdə külli miqdar təşkil edən 419.272,20 manat məbləğində pul vəsaitini bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİ VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı ka ssasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmişdir. Belə ki, məhkəmə C.Ə.Hüseynovun məhkəmə baxışında verdiyi cinayət məsuliyyətindən yayınmağa yönəlmiş ifadəsini, habelə, bəraətin dəlilləri kimi hökmdə göstərilən maraqlı şəxslərin məhkəmə baxışında verdiyi ifadələri sübut kimi qəbul edərkən bunun motivlərini hökmdə göstərməmişdir. Halbuki, iş materiallarından görünür ki, C.Ə.Hüseynov ibtidai istintaq zamanı verdiyi ifadəsində kifayət qədər məntiqi ardıcıllıqla bina tikilməsi ilə bağlı planlaşdırma, işin icrası, dayandırılması, mənzillərin satışı və bununla bağlı vergi ödənişlərinin icrası ilə bağlı şəxsi fəaliyyətini müfəssəl təsvir etmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs C.Ə.Hüseynov ifadəsində göstərmişdir ki, 2015-ci ildə ailəsi ünvan 3 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi almışdır. O, həmin torpaq sahəsində yaşayış binası tikmək qərarına gəlmiş, bununla bağlı anasından almış etibarnamə əsasında sənədləşmə və tikinti işləri ilə özü məğul olmuşdur. 2015-ci ilin dekabr ayında yaşayış binası yekunlaşsa da, əlavə 3 mərtəbə tikməyi qarara alınmışdır. Hesablanmış vergilərdən 2019-cu il tarixdə 49.850 manat ödəmiş, onun dövlət büdcəsinə 369.422,20 manat borcu qalmışdır. Həmçinin, ibtidai istintaq zamanı nümayəndəsi X12 iştirakı ilə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 1989-cu ildən 2-ci qrup əlildir, ona görə də heç bir işlə məşğul deyil. ünvan 3 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi ilə bağlı bütün sənədləşmə və tikinti işləri ilə X20 məşğul olmuş, bunun la bağlı o, sonuncuya etibarnamə vermişdir. O, heç bir tikinti işi ilə məşğul olmamış, buna onun səhhəti imkan verməmişdir. Bundan başqa X11 təqsirləndirilən şəxs qismində dindirilməsinə dair xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, o, CM-nin 213.2.2-ci maddəsi ilə ittiham elan edilməsi barədə eyni tarixli qərarla tanış olaraq, öz xətti ilə ona elan olunmuş ittihamla özünü təqsirli bildiyini qeyd etmişdir. Habelə, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Cavid Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılarkən o, bildirmişdir ki, istintaq dövründə dövlət büdcəsinə 50.000 manat məbləğində pul ödəmiş, dövlət qarşısında yaranmış borcunu qısa müddətdə ödəyəcəkdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarın ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, Cinayət-Prosessual Məcəllənin 125-ci, 127.3-cü, 144-cü və 145-ci maddələrinin tələbləri pozulmaqla ci nayət işi üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən cinayət işinin materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, təqsirləndirilən şəxsin, mülki iddiaçının nümayəndəsinin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrini əlaqəli şəkildə tədqiq edib, dövlət ittihamçısının və müdafiəçinin təklifini nəzərə alaraq X11 təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti müəyyən olunmadığına görə onun barəsində bəraət hökmü çıxarmışdır. Təqsirləndirilən şəxs istintaq dövründə verdiyi ifadəsində təqsirini özü boynuna alaraq səmimi etiraf etmiş və bu hal şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilmişdir. Məhkəmə tərəfindən X11 təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyətinin müəyyən edilməməsi fikri tamami lə absurddur. X11 təqsirliliyi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən şahidlərin ifadələri, üzləşdirmələr, ekspertiza rəyləri, digər istintaq hərəkətləri protokolları, maddi sübutlar və iş materiallarında olan müvafiq sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən X16 verilmiş 25 fevral 2019-cu il tarixli, AR-İ № 743453 saylı və 07 iyun 2019cu il tarixli, AR-İ № 793735 saylı (03 il müddətinə verilmiş), eləcə də Bakı şəhəri 15 saylı notariat kontorunun xüsusi notariusu X18 tərəfindən verilmiş 06 may 2015-ci il tarixli ƏN-İ № 512681 saylı (mülkiyyət hüququna sərəncam verilməsinə dair) (30 il müddətinə verilmiş) etibarnamələrdən görünür ki, bütün işlər faktiki olaraq X20 tərəfindən görülmüş və veril miş etibarnamələr vasitəsilə bütün əməliyyatları həyata keçirmək və müxtəlif dövlət orqanlarında təmsilçilik funksiyasını həyata keçirmək ona həvalə edilmişdir. Sual olunur: X9 tərəfindən heç bir şey edilməyibsə, heç fəaliyyət həyata keçirilməyibsə o zaman nə üçün adları qeyd edilən etibarnamələr ona verilmişdir? Bundan başqa, məhkəmə X6 tərəfindən X16 verilmiş, 25 fevral 2019-cu il tarixli AR-İ № 743453 saylı və 07 iyun 2019-cu il tarixli AR-İ № 793735 saylı etibarnamələrə münasibətdə X11 barəsində 2016-ci ilin 1-ci rübü üzrə vergi hesabatlarının və ya digər hesabatların uçotunun aparılmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi haqqında məsuliyyət müəyyən edilə bilmədiyini qeyd etsədə, bu dəlilini əsaslandırmamışdır. Halbuki, məhkəmə tərəfindən gətirilən hər bir dəlil mütləq surə tdə əsaslandırılmalı idi. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və vergi orqanı tərəfindən verilmiş mülki iddia təmin edilərək 419.272,20 manat vergi məbləğinin X10 tutulması barədə hökm çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarın ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, Cavid Hüseynovun göstərilən maddəd ə nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı sübuta yetirildiyindən, habelə protestdə göstərilən digər dəlillərin nəzərə alaraq verilmiş kassasiya protestinin və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində mülki iddiaçının nümayəndəsi X19 çıxış edərək, mülki iddianın və kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya i nstansiyası məhkəməsində müdafiəçi Əhmədov Nofəl Mülazim oğlu çıxış edərək, Cavid Hüseynovun sözü gedən cinayətlə əlaqəsi olmadığını, həmin cinayəti onun anası X1 törətdiyini bildirib, verilmiş kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs X20 çıxış edərək, verilmiş kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassas iya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protesti və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, a şağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində və mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsinə aidiyyəti müəyyən olunmaması haqqında nəticəyə gəlib, ona bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hə rtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətinin CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüs usatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 42.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndir ilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Belə ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X2 miqdarda ziyan vurmaqla vergiləri ödəməkdən yayınması cinayət əməli sübuta yetirilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən ilk növbədə aşağıdakılardan çıxış etmişlər. Belə ki, iş materialında olan “Cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticəsinə dair” 30 aprel 2019-cu il tarixli Aktdan görünür ki, X1 (VÖEN: **********) vergi ödəyicisi kimi bu aktın tərtib edilmə tarixinə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ümumilikdə 568. 868,52 manat borcu vardır. 13 iyun 2007-ci ildən sonra yaranan əsas vergi borcunun məbləği 419.272,20 manat təşkil etmişdir. Bundan əlavə iş materiallarında olan Rəyə əsasən, X3 (VÖEN: **********) 2016-cı ilin 1-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış verginin tərkibi Vegilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsində aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində ümumi sahəsi 6012,84 kv.metr binanın 2016-cı ilin 1-ci rübündə fərdi yaşayış binasının təməlqoyma işlərinə başlanmasına baxmayaraq, aparılan müşahidə zamanı binanın ümumi istifadə üç ün nəzərdə tutulan yaşayış binası olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə görə həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmiş və bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Məhkəmə araşdırılmasının nəticələrinə görə cinayət məsuliyyətinə səbəb olan əməli (hərəkət-hərəkətsizlik) X11 həmin torpaq sahəsində kommersiya məqsədləri üçün tikilmiş çoxmənzilli yaşayış binasının inşa edilməsinə dair yaranan vergi öhdəliyin yerinə yetirilməməsini maddi və məsul şəxs kimi törətməsi faktı konkret halda müəyyən edilməmiş, yəni onun torpaq sahəsində həmin məqsədlə tikilmiş çoxmənzilli yaşayış binasının inşa edilməsinə dövlət orqanı qarşısında vergi ödəyicisi qismində maddi m əsul şəxs olmamış və hər hansı bir məsuliyyət daşımamış, eyni zamanda mövcud qanunvericiliklə hər hansı formada onun üzərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən vergi öhdəliyi qoyulmamışdır. Göstərilənlər barədə məhkəmələrin gəldiyi nəticəni araşdırarkən kassasiya məhkəmə kollegiyası ilk növbədə onu qeyd etmək istərdi ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 78.3-cü maddəsinə əsasən vergi öhdəliklərin yerinə yetirilməsi bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, birbaşa vergi ödəyicisi tərəfindən həyata keçirilir. Cinayət işinin materiallarına nəzər yetirdikdə aydın olur ki, fiziki şəxs X3 məxsus Bakıxanov qəsəbəsi Sülh küçəsi 54-də yerləşən 0.035 ha torpaq sahəsində kommersiya məqsədləri üçün tikilmiş çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı 2016-ci ilin 1-ci rübü üzrə külli miqdar təşkil edən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə yayındırılmış 419272,20 manatın ödənilmiş 69000 manatın Cavid Hüseynov tərəfindən deyil, vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilmişdir. X3 məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi 54-də 0.035 ha torpaq sahəsində kommersiya məqsədləri üçün tikilmiş çoxmənzilli yaşayış binasının tikintisinə 2016-ci ilin 1-ci rübü üzrə vergi və ya digər hesabatlarının uçotunun aparılması vəzifəsinin konkret halda X16 həvalə edilməsi və belə bir vəzifənin onun üzərinə qoyulması, həmçinin həmin verginin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktı X16 münasibətdə qanunla şərtləndirən konkret hallar ibtidai istintaq orqanı tər əfindən müəyyən edilməmişdir. Belə ki, X1 X16 verdiyi ƏN-İ № 512681 saylı 06 may 2015-ci il tarixli etibarnamə, ona məxsus Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi 54-də yerləşən 0.035 ha torpaq sahəsində kommersiya məqsədləri üçün tikilmiş çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı 2016-ci ilin 1-ci rübü üzrə vergi və ya digər hesabatların uçotunun aparılması vəzifəsinin Cavid Hüseynova həvalə edilməsi və ya bu vəzifənin üzərinə qoyulmasına dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan hal qanunun tələbinə əsasən X1 oğlu X16 verdiyi AR-İ № 743453 saylı 25 fevral 2019-cu il tarixli və 07 iyun 2019-cu il tarixli AR-İ № 793735 saylı etibarnamələrə münasibətdə də əhatə etdiyindən vergi və ya digər hesabatların uçotunun aparılmaması və vergi öhdəliklərin yerinə yetirilməməsi barədə Cavid Hüseynovun üzərinə məsuliyyətin qoyulması əsassızdır. Yəni, məhkəmə kollegiyası qeyd olunduğu kimi X11 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatdan keçmiş fiziki şəxs X3 münasibətdə qohumluq əlaqələri fonunda maddi məsul şəxs hesab olunmasına əsas görmür. Beləliklə məhkəmə müəyyən etmişdir ki, X16 istintaq orqanın qeyrı-müəyyən olan sübutları və mülahizələri əsasında ittiham verilmişdir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən X20 ittiham olunun cinayət əməli üzrə cinayətin törədilməsinə aidiyyəti olmadığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq bəraət hökmü çıxarılmış, apellyasiya məhkəmə kollegiyası isə b u hökmü dəyişdirmədən qüvvədə saxlamışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessua l qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstə rə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cina yət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protesti və kassasiya şikayətində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və apellyasiya məhkəməsinin qərarının yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsində n görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hal lar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protesti və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Samir Seyidəhmədli tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlı dır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Samir Seyidəhmədli tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü ilə X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar