Məhkəmə qərarları › İş №1(102)-830/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-830/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-830/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 228.4 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: Ağayev Süleyman Əhməd oğlu) Məhkum, xx xxxxxxxx 1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmamış uşaqları olan, heç yerdə işlməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, CM-ni n 228.4-cü və 234.4.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə, CM-nin 234.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən isə cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan vaxta və mənbədən satış məqsədilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,686 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə heroinin bir hissəsini təmiz çəkisi -1,560 qramını 25 may 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən “Rahid” şadlıq sarayının yaxınlığında Şahid1 20 manata satmış, 26 may 2021-ci il tarixdə saat 13 radələrində Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Rahid” şadlıq sarayının yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilmiş Şahid1 üzərində şəxsi axtarış keçirilərkən onun satdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi - 1,560 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin Şahid1 əynindəki boz rəngli şalvarının sağ yan cibindən, həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq eyni gün də saat 14 radələrində yaşadığı ünvan 3 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılıb polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd gümüşü rəngli siqaret kağızı bükümün içərisində təmiz çəkisi - 0,126 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, istifadəyə yararlı, soyuq silah hesab edilən, vurucu-əzici xassəyə malik olan kustar üsulla (kastet tipində) hazırlanmış bir ədəd beşbarmağı qanunsuz əldə edib üzərində gəzdirmiş və 26 may 2021-ci il tarixdə saat 14 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibindən istifadəyə yararlı, soyuq silahı hesab edilən, vurucu-əzici xassəyə malik olan kustar üsulla (kastet tipində) hazırlanmış bir ədəd beşbarmaq aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Şəkərəliyev Amin Qəhrəman oğlu tərəfindən verilmiş apellyasiya protestinə, Məhkum və onu müdafiəçisi Talıbov Hüseyn Əli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 13 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 26 may 2021-ci il tarixdən 26 avqust 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 3 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin cəzanın əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablanmış, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiy ası məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarından Məhkum 20 noyabr 2023-cü il və 22 dekabr 2023-cü il tarixlərdə eyni məzmunda kassasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Yuxarıda qeyd olunduğu eyni məzmunlu kassasiya şikayətlərində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) bir sıra maddələrinə, barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bə zi sübutlara istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsassız olmasını iddia edən Məhkum həmin şikayətlərini onunla əsaslandırmışdır ki, o, məhkəmə istintaqı zamanı özünü CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilsə də həmin Məcəllənin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməmiş, narkotik vasitələrin istifadəçisi olsa da heç vaxt onların satışı ilə məşğul olmadığını, heç bir şəxsə, o cümlədən Şahid1 narkotik vasitələr satmamış, lakin qeyd olunanlara baxmayaraq məhkəmələr ona qarşı qərəzli mövqe sərgiləyərək bütün şübhələri onun əleyhinə qiymətləndirmişlər. Həmçinin şikayət müəllifi bildirmişdir ki, iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyindən, məhkəmə iclasında şahid qismində dindiri lmiş Şahid1 ifadələrindən də aydın olur ki, ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verilmiş, birinci instansiya məhkəməsi işin bütün hallarını, iş üzrə toplanmış sübutları obyektiv və hərtərəfli araşdırmadan barəsində ittiham hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə həmin qanunsuz hökmü onun təqsirliliyi və əməlinin hüquqi tövsif hissələrində dəyişdirmədən qüvvədə saxlamışdır. Qeyd olunanları nəzərə alaraq Məhkum kassasiya şikayətlərinin təmin edilərək barəsində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmünün və Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlinin CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək ədalətli cəza təyin edilməsini xahiş edir. Hüquqi m əsələlər: Məhkum kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, həmin şikayətlərin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verilməmiş və onun törətdiyi əməl CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilməmiş, nəticədə də o, ağır cəzaya məruz qalmışdır. Bu dəlillərə əsaslanan Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmi ş əməlin tövsifində səhvə yol verdikdə, habelə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi həmin məhkəmənin hökmünü və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarınının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kass asiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CP M-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətlərinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının t ələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaql a Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən ş əxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cin ayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həm çinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onu n xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilm əsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-ni n 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialı n qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilə n digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət pros esi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməs ində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Bel ə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim o lunmuş sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə mötəbər nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətlərində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə ümumi təmiz çəkisi 1,686 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamasına və daşımasına, həmin heroinin bir hissəsini – təmiz çəkisi 1,560 qramını 25 may 2021-ci il tarixdə saat 20 radələrində Şahid1 20 manata satmasına, 26 may 2021-ci il tarixdə saat 13 radələrində sonuncunun saxlanılaraq polis bölməsinə gətirilərək şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitənin aşkar edilərək götürülməsinə, həmçinin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq eyni gündə Məhkum şübhəli şəxs qismində saxlanılıb polis bölməsi nə gətirilərək onun üzərində keçirilən şəxsi axtarış zamanı 0,126 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsinə dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Məhkum kassasiya şikayətlərində onun narkotik vasitələrin istifadəçisi olduğunu, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamasını və heç kimə narkotik vasitə satmadığını, ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verildiyini, məhkəmələrin isə işin hallarını obyektiv araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlini CM-nin 234.2-ci maddəsi ilə tövsif etməklə barəsində ədalətsiz qərar qəbul ed ilməsini iddia edir. Kassasiya şikayətlərinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına istinad edən məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, həmin iş üzrə toplanmış ilkin sübutlara görə (Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkilinin həmin bölmənin rəisinə ünvanladığı 26 may 2020-ci il tarixli raportu) Sabunçu RPİ-nin 15-ci PB-ə Məhkum qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və Zabrat qəsəbəsi ərazisində daşıması və satması barədə məlumat daxil olmuşdur və bu məlumatın yoxlanılması üçün Sabunçu RPİ-nin 15-ci PB əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Məhkum Bakı şəhərinin ərazisində olduğu yer müəyyən edilərək 26 may 2021-ci il tarixdə saat 14:07-də yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami kü çəsi, 7 saylı evin qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman gödəkçısinin sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddə olan heroinə bənzər toz şəklində maddə, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli alışqan, bir ədəd aşağı hissəsi şəffaf şüşə ilə örtülü olan qara rəngli qələm və həmin gödəkçənin sol yan cibindən isə metal rəngli dəmirdən olan beşbarmaq aşkar edilərək götürülmüşdür. Bütün bunlara baxmayaraq, Məhkum kassasiya şikayətlərində ondan aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək saxlamasını iddia edərək onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-c i maddəsinə tövsif edilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə toplanmış sübutlar bu tələbin əsassız olmasına dəlalət edir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilməmiş və göstərmişdir ki, o, xeyli müddətdir ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir, həmin narkotik vasitələri Bakı şəhəri, ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə, 24 may 2021-ci il tarixdə, təxminən saat 20 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində üzdən tanıdığı, adının Rza olduğunu bildiyi şəxsdən ümumilikdə 40 manata istifadəsi üçün bir ədəd gümüşü rəngli siqaret kağızı bükümdə və bir ədəd şəffaf rəngl i sellofan bükümdə narkotik vasitə heroin almışdır. 26 may 2021-ci il tarixdə təxminən saat 14 radələrində o, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi ev 7 ünvanının yaxınlığında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirərək, ondan adını və soyadını soruşmuşlar. O, özünü onlara təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiyini bildirərək onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə getməsini təklif etmiş, o, da buna etiraz etməyərək sonuncularla birlikdə həmin bölməyə getmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunmuş və videoçəkliş aparılmaqla üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Həmin vaxt özü müdafiəçinin iştirakı olmadan bu istintaq hərəkətinin aparılmasına etirazının olmadığını bildirdikdən sonra həmin istintaq hərəkəti keçirilmiş və bu zaman təhqiqatçının təklifi ilə əynində olan idman gödəkçəsinin sol yan cibindən dəmir materialdan olan bir ədəd beşbarmağı və əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd alışqanı çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə baxış zamanı bir büküm narkotik vasitə heroin və bir ədəd qələmə bərkidilmiş şüşə borucuğu aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları bükümdə qablaşdırılmış kütlənin nə olmasını soruşduqda, o, həmin kütlənin ona aid olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ondan aşkar edilmiş narkoti k vasitə heroin olan büküm, bir ədəd qələmə bərkidilmiş şüşə borucuğu, beşbarmaq və bir ədəd alışqan zərfə qablaşdırılaraq həmin zərf möhürlənmiş, orada olan şəxslərlə yanaşı özü də zərfin üzərini və protokolu imzası ilə təsdiq etmişdir. Məhkum həmçinin qeyd etmişdir ki, o, Şahid1 narkotik vasitə satmamışdır, lakin 25 may 2021-ci il tarixdə, təxminən saat 22 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Rahid” şadlıq sarayının yaxınlığında təsadüfən Zabrat qəsəbəsində yaşayan tanışı Şahid1 adlı şəxslə rastlaşdıqda sonuncu ona ağrılarının olmasını bildirərək ondan narkotik vasitə istəmiş, o, da X adlı şəxsdən aldığı bir ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini Şahid1ə pulsuz vermişdir ki, vəziyətdən çıxsın. Sonradan eşitmişdir ki, 26 may 2021-ci il tarixdə Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən Şahid1 da tutulmuş və sonuncu polis bölməsində onun üzərindən aşkar edilmiş narkotik vasitəni ondan aldığını bildirmişdir. Eyni məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, Məhkumun əslən Gəncə şəhərindən olmasını, onun Zabrat qəsəbəsində “Gəncəli X” kimi tanınmasını bilmiş özü narkotik vasitə olan heroindən istifadə etmiş və həmin narkotik vasitəni Zabrat qəsəbəsində yaşayan “Gəncəli X” ləqəbli şəxsdən almışdır. Sonuncu dəfə, 25 may 2021-ci il tarixdə, təxminən saat 22 radələrində həmin qəsəbədə yerləşən “Rahid” şadlıq sarayının yaxınlığında “Gəncəli X” adlı şəxsdən 20 manata istifadəsi üçün bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin almış, həmin heroinin bir qismini istifadə et miş, bir qismini isə üzərində saxlamışdır. 26 may 2021-ci il tarixdə təxminən saat 13 radələrində o, “Rahid” şadlıq sarayının yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələndiklərini bildirərək onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə getməsini təklif etmiş, o, da buna etiraz etməmişdir. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış və bu istintaq hərəkətinin aparılması zamanı o, təhqiqatçının təklifi ilə boz rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rengli sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni isə Zabrat qəsəbəsində yaşayan “Gəncəli X” adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ondan götürülmüş narkotik vasitə heroin zərfə qablaşdırılaraq həmin zərf möhürlənmiş, özü və orada olan digər şəxslər protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Cinayət işinin materiallarında olan Şahid1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək mə hkum olunmasına dair Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli hökmündən görünür ki, həmin hökmlə də məhkum olunmuş şəxsin onun üzərindən aşkar edilərək götürülmüş 1,560 qram çəkidə narkotik vasitə olan heroini məhz 25 may 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən “Rahid” şadlıq sarayının yaxınlığında Məhkum alması müəyyən edilmiş və Şahid1 özünün barəsində cinayət işinə məhkəmədə baxılarkən bu halı təsdiq edərək yuxarıda təsvir edilmiş məzmunda ifadələr vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş hökmlə müəyyən olunmuş hallar hazırki işə münasibətdə preyudisial əhəmiyyətə malik olduğundan Məhkum törətdiyi əməlin başqa cür dəyərləndirilməsi mümkün deyil, çünki CPM-nin 142.1-ci maddəsinə əsas ən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin yuxarıda təsvir olunmuş halları, yəni məhkum olunmuş şəxsin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə ümumi təmiz çəkisi 1,686 qram narkotik vasitə heroini əldə edib üzərində saxlaması, həmin heroinin bir hissəsini – təmiz çəkisi 1,560 qramını 25 may 2021-ci il tarixdə saat 20 radələrində Şahid1 20 manata Şahid1 satması həmçinin Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkiləri Şahid2, Şahid3 ifadələri ilə, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair ilkin araşdırma zamanı tərtib edilmiş sənəd lərlə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, məhkəmə-kimyəvi ekspertizasının rəyləri və iş üzrə toplanmış və araşdırılmış başqa sübutlarla tam təsdiq edilmiş, birinci instansiya məhkəməsi isə hazırki iş üzrə ittiham hökmü çıxararkən Məhkum məhz CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə, həmin cinayət əməlinə aidiyyətinin və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına əsaslanmış və sonuncunun göstərilən maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. İş materiallarından göründüyü kimi, məhkəmələrin iş üzrə bu haqda gəldikləri nəticənin əsasında duran s übutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Cinayət-prosessual qanunvericiliyinin digər tələblərindən çıxış edən və cinayət işinin materiallarına əsaslanan məhkəmə kollegiyası qe yd eməyi lazım bilir ki, kassasiya müraciətlərinin əksinə olaraq, apellyasiya instansiyası işə baxan zaman natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Beləliklə, Məhkum yuxarıda göstərilən epizod üzrə, yəni cəmisi 1,686 qram çəkidə narkotik vasitə olan heroini məhz satış məqsədilə əldə edərək üzərində saxlaması və daşıması barədə məhkəmələrin gəldikləri nəticə qanunvericiliyin tələbləri ilə yanaşı “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrlə, habelə Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsi ilə də uzlaşır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Resp ublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9cu bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olm ası və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Məhkum narkomaniya xəstəliyindən əzab çəkməsi və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması müəyyən edilsə də, bu hal araşdırılmış digər sübutların fövqündə onun yuxarıda göstərilən narkotik vasitəni yalnız özünün şəxsi istifadə etməsi üçün əldə etməsinə, saxlamasına və daşımasına dəlalət etmir və buna görə məhkumun kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır, sonuncunun bu əməlini başqa cür, o cümlədən CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi, nəticə etibarı ilə isə kassasiya şikayətlərinin bu hissədə təmin edilməsini mümkün bilmir. Bununla yanaşı, məhkəmə kollegiyası Məhkum və Şahid1 üzərlərində aşkar edilərək götür ülmüş narkotik vasitələrin öz tərkibinə görə fərqli olduğundan, bu hal da məhkəmə-kimyəvi ekspertizasının 20 avqust 2021-ci il tarixli 7/3341 saylı rəyin əksini tapdığından, həmin halın da hazırki iş üzrə məhkum olunmuş şəxsin Şahid1 narkotik vasitəni satmamasına dəlalət etməsi barədə kassasiya şikayətlərinə münasibət bildirən məhkəmə kollegiyası vurğulayır ki, Məhkum cinayət təqibinin bütün mərhələlərində verdiyi ifadələrində ardıcılıqla göstərmişdir ki, o, yalnız adını bildiyi Rza adlı şəxsdən 40 manata iki ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin almış və həmin bükümlərdən birini Şahid1 vermişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 27 may 2021-ci il tarixli 6/2091 və 6/2092 saylı rəyləri isə müəyyən edilmişdir ki, Məhkum və Şahid1 aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin kustar üsulla hazırlanmışdır və bu hal onların ayrı-ayrı bükümlərə qablaşdırılması halı ilə birlikdə onların fərqli tərkibdə ola bilməsini inkar etmir. Bela olan halda, məhkəmə kollegiyası təhlil edilən məsələ ilə bağlı bağlı da kassasiya şikayətlərinin dəlillərini əsassız və araşdırılmış obyektiv sübutlarla təkzib olunan dəlillər kimi dəyərləndirir. Məhkum əməlinin düzgün tövsif edilməməsi nəticəsində onun həddindən artıq ağır cəzaya məruz qalması barədə kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələni həll edərkən Məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mü əyyən edilməməsini kifayət qədər nəzərə almış və ona həm təqsirli bilindiyi CM-nin 234.2 və 228.4-cü maddələri ilə (CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.4-cü maddəsinin sanksiyasında isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur), həm də CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qanuni və ədalətli cəzalar təyin etmişdir. O, da qeyd olunmalıdır ki, cinayət işinin materialları ilə Məhkum barəsində məhkəmə tərəfindən nəzərə alınmamış cəzanı yüngülləşdirən hər hansı halın olması müəyyən edilmir, kassasiya şikayətlərində də belə halla ra istinad olunmamışdır. Halbuki, qanunun tələbinə və mənasına görə, kassasiya müraciətinə baxılması mərhələsində təqsirkar barəsində cəzanın yüngülləşdirilməsi məsələsi o halda nəzərdən keçirilə bilər ki, əvvəla həmin şəxsin əməlinin təqsirli bilindiyi CM-nin Xüsusi hissəsinin maddəsindən daha yüngül maddəsinə tövsif edilməsi üçün əsaslar müəyyən olunmuş olsun (yuxarıda təsvir olunanlara görə məhkəmə kollegiyası belə əsasları müəyyəfn etməmişdir) və ya həmin şəxsə cəza təyini zamanı hansısa cəzanı yüngülləşdirən hal nəzərə alınmasın, belə halın olması CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq sübutlarla təsdiq edilsin, yaxud da birinci və apellyasiya instansiyası məhkəmələrinin cəzanı ağırlaşdıran hal kimi nəzərə aldıqları hal CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmu ş hallara aid olmasın və ya törətdiyi cinayətin tövsifedici əlaməti kimi müəyyən edilsin. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən həm də cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin izah və tövsiyələrinə də tam riayət etmişdir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarında n göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələ rində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda istinad olunan CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində c əza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşd irən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri il ə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan əlavə, cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müza kirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hö kmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məs ələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il taixli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza tədbiri seçərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdırlar. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin tö rədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələ rin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınmalı olması barədə tövsiyə Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tələblərindən də irəli gəlir. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, hazırki qərarda təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 41 6.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum, həmin müraciətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayətləri təmin edilməməklə Məhkum CM-nin 228.4 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münas ibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar