Məhkəmə qərarları › İş №1(102)-831/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-831/2019

11.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-831/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxanoğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Məhkum, müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs1 iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli h ökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarından Müdafiəçi və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim: A.F.Hüseynov) 13 dekabr 2018ci il tarixli hökmü ilə xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək faəliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından 20% (iyirmi faiz) pul dövlət nəfi nə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, islah işləri cəzasının əvvəli Məhkum tutulmaların aparıldığı gündən hesablanmışdır. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: Bayramov Әmir Novruz oğlu (sədrlik edən və məruzəçi), Qasımov Әflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 12 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiy a şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə bəraət verilməsini, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 isə kassasiya şikayəti verərək Məhkum daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 22 avqust 2018-ci il tarixdə saat 10 radələrində ünvan 3 evin həyətində qohumu Zərərçəkmiş şəxs1 ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla sonuncunun başına vurmuş, onu oturaq vəziyətə saldıqdan sonra təpiklə burnuna vurub sağ gözaltı nahiyəsinin, alt çənənin sağ körpücükaltı nahiyəsinin, sol sağrı nahiyəsinin və sol əlin İV barmağının qanç ırları, burun sümüyünün və sol İV, Vİİ qabırğaların sınıqları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarət yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum əməllərində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri mövcud deyildir, həmçinin elan olunmuş ittiham üzrə Məhkum təqsiri sübuta yetirilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan da göründüyü kimi, hazırki cinayət işi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Qeyd olunanlara əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə irəli sürülmüş ittiham tamamilə ə sassız olduğundan və barəsində aparılan Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət təqibinə təqsirliyinin sübuta yetirilməməsinə və əməlində qeyd olunan cinayətin tərkib əlamətlərinin olmaması əsasına görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarını ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən məhkum X1 vəziyyətdə olmuş zərərçəkmiş şəxsə qarşı cinayət törətməsini ağırlaşdırıcı hal kimi nəzərə almadan ona ədalətsiz şəkildə yüngül cəza təyin etmişdir. Cəza təyini zamanı cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxs Məhkum şəxsiyyətini, cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onu n islah olunmasına təsiri nəzərə alınmamışdır. Göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2019-cuil tarixli qərarının ləğv edilməsini və Məhkum daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, müdafiəçinin kassasiya şikayətinin təmin edilməməsi, öz kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməməsi müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 12 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onl arı sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Müdafiəçinin kassasiya şikayətinin dəlilləri Məhkum Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə bəraət verilməsi barədədir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda ünvan 2 ünvanında arvadı ilə birlikdə yaşayır. Zərərçək miş şəxs1 əmisi oğludur, o da, həmin həyətdə ailəsi ilə birlikdə yaşayır. Bir neçə ildir ki, X2lə onun arasında eyni zamanda ailələri arasında narazılıq var. 22 avqust 2018-ci il tarixdə mağazadan bazarlıq edib yaşadığı evin həyətinə daxil olanda əmisi oğlu X2 ilə qarşılaşmışdır. O, X2ə bir söz demədən ötüb onun yanından keçmək istəyəndə X2 onun ünvanına nalayiq sözlər demişdir. O, X2dən nə üçün onu təhqir etməsini soruşduqda X2 5-6 dəfə yumruqla, sonra isə təpiklə onun başına və bədəninə vurmuşdur. O da, X2in əl çəkmədiyini görüb 1-2 dəfə yumruqla onun sinəsinə və sifətinə vurmuşdur. Səsə qardaşı X2 və arvadı Təranə gəlib onları aralamışdır. Sonra X2in arvadı və anası gəlmişdir. Kənardan həmin davanı heç kim görməmişdir. O polisə şikayət etməmiş fikirləşmişdir ki, qohumdular. Lakin X2 5 g ündən sonra ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Yasamal rayonu, Qədirli küçəsi 9 saylı evdə ailəsi ilə birlikdə yaşayır. Həmin həyətdə əmisi oğlu Məhkum arvadı ilə birlikdə yaşayır. Onun ailəsi ilə X1nın ailəsi arasında bir neçə ildir ki, mübahisə var. Təxminən 10 ildir ki, onlar danışmırlar. 22 avqust 2018-ci il tarixdə təxminən saat 10 radələrində yaşadığı evin həyətinə çıxmış, bu vaxt əmisi oğlu X1nın əlində selofan torba ilə həyətə keçdiyini görmüşdür. Bu zaman X1 onun ünvanına nalayıq ifadələr işlətmiş, o, X1nın sözlərinə əhəmiyyət verməyib küçə qapısına doğru gedərkən X1 arxadan onun başına yumruqla zərbə vurmuşdur. O, X1nın zərbələrindən yerə oturmuş, X1 ondan əl çəkməyib üstünə gəlib yumruqla onu vurmaqda davam etmişdir. O, ayağa qalxmaq istəsə də, X1 üstünə ağırlığını salıb onu vurmağa davam etmişdir. X1 təpiklə onun burnuna bir zərbə vurmuş, o, huşunu itirib yerə yıxılmışdır. Ayılanda hadisə yerində X2i və Təranəni görmüşdür. Müayinə zamanı məlum olmuşdur ki, onun burun sümüyü və 2 qabırğası sınmışdır. Şahid3 ifadəsində göstərmişdir ki, Məhkum qardaşı, Zərərçəkmiş şəxs1 isə əmisi oğludur. Onlar bir həyətdə hərə öz evində ailəsi ilə yaşayır. Bir neçə ildir ki, X2in ailəsi ilə X1nın aliəsi arasında narazılıq var. Belə ki, bir neçə il əvvəl X2in anası X3 X1nın ünvanına nalayiq sözlər işlətmiş, o da, X3ya cavab qaytarmışdır. Bundan sonra ailələr arasında münasibət pozulmuşdur. 22 avqust 2018-ci il tarixdə saat 10 radələrində evində olarkən həyətdə səs-küy eşidib diqqətlə qulaq asanda bilmişdir ki, onlar bir-birilə mübahisə edirlər. O, paltarını, ayaqqabısını geyinib təxminən 5 dəqiqə müddətində həyətə çıxıb görmüşdür ki, X1 ilə X2 əlbə-yaxa olub dalaşırlar. X1nın əynindəki köynəyinin düymələri qopmuş, X2in isə burnu qanamış vəziyətdə idi. O, araya girib onları aralamış və hər ikisinə iradını bildirmişdir. İşin hallarından göründüyü kimi, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs1 yumruqla vurduğunu etiraf etmiş və bunun nəticəsində Zərərçəkmiş şəxs1 az ağır xəsarət alması iş üzrə verilmiş ekspert rəyi ilə təsdiq olunur. Məhkuma bəraət verilməsi barədə onun müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlillər iş üzrə öz təsdiqini tapmamış və bu səbəbdən apellyasiya məhkəməsində də irəli sürülmüş eyni məzmunlu dəlillər həmin məhkəmə tərəfindən müdafiə xarakterli dəlillər kimi qiymətləndirilmişdir. İşdə olan Azərbaycan Re spublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Təcrübi və Tədris Birliyinin 01 sentyabr 2018-ci il tarixli 690 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aldığı xəsarətlər - sağ gözaltı nahiyyənin, alt çənənin, sağ körpücükaltı nahiyənin, sol sağrı nahiyəsinin və sol əlin İV barmağının qançırları, burun sümüyünün və sol İV,Vİİ qabırğalarının sınıq xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 22.08.2018-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (i/v 31-33) Məhkum ona istinad edilən cinayət əməlini törətməsi barədə gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmam ışdır. Məhkumun ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, ekspert rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Məhkumun təqsirsiz olması barədə dəliləri məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri məhkuma təyin edilmiş cəzanın yüngül olması barədədir Aşağıda şərh edilən əsaslarla kassasiya şikayətinin dəlilləri işin faktiki hallarına uyğun olmadığından əsassız hesab edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsin ə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməklə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafıq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdir ən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Şərh edilənlərə məhkəmələrin istinad etdiyi digər hallara əsasən kollegiya hesab edir ki, məhkəmələr tərəfindən cəza tədbiri seçilərkən, təqdim edilmiş sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, Məhkum Xudaverdi oğlunun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri, həmçinin cəzanın məqsədi nəzərə alınmışdır Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum oğluna daha ağır cəza təyin edilməsinə əsas vermədiyindən kass asiya şikayəti təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2019cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2 019-cu il tarixli qərarı Məhkum müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs1 kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar