Məhkəmə qərarları › İş №1(102)-831/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-831/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-831/2022 28.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Məmişov Anar Mövsüm oğlunun iştirakları ilə, Göyçay Rayon Məhkə məsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı Cəfərzadə İlham Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Fəttahov İbrahim Bağır oğlu) Təqsirləndirilən şəxs, xx xxxxxx 1975-ci il tarixdə Göyçay rayonunun 2-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çat mayan uşaqları olan, əvvəllər Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2005-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2000 (iki min) manat miqdarında cərimə cəzasına, Аğır Cinаyətlərə Dаir İşlər Üzrə Аzərbаycаn Respublikаsı Məhkəməsinin 13 fevral 2008-ci il tarixli hökmü ilə CM-nin 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Göyçay rayonunun İİ Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 1 (bir) ay 4 (dörd) gün müddətə azadlığın m əhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 1 (bir) il 17 (on yeddi) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, o, cəzasını çəkmiş hesab edilmişdir. Həmin hökmlə həmçinin X11 da 234.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X11in məhkəmə baxışınadək həbsdə saxlandığı 1 (bir) il 17 (on yeddi) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq onun üzərində qəti olaraq 10 (on) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanıl mışdır. Bundan başqa, göstərilən hökmlə X13 da CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən X13un məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, tamah niyyəti ilə istintaqa məlum olmayan müddətdə, mənbədən və çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin əldə etdikdən sonra həmin narko tik vasitənin istintaqa məlum olmayan hissəsini 21 yanvar 2020-ci il tarixdə saat 13 radələrində Göyçay rayonunun İİ Ərəbcəbirli kəndi ərazisində həmkəndlisi X6 250 manata satmaqda, X11 isə öz növbəsində tamah niyyəti ilə həmin narkotik vasitənin 0,318 qram hissəsini 28 yanvar 2020-ci il tarixdə saat 16 radələrində tanışı X9 40 manat dəyərində “Samsung” markalı mobil telefon əvəzində qanunsuz olaraq satdıqdan sonra 30 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində X1 şəhəri A.Faruq küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilərək üzərinə baxış keçirilərkən üzərindəki qara rəngli gödəkçənin sol içəri cibindən 1 ədəd 1 ml-lik şprisdə 0,80 ml qram heroin məhlulunda təmiz çəkisi 0,318 qram həmin narkotik vasit ə olan kustar üsulla hazırlanmış heroin və 31 yanvar 2020-ci il tarixdə saat 17 radələrində keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonunun İİ Ərəbcəbirli kəndində yerləşən evinə baxış keçirilərkən evin zalındakı şkafda olan göy-qızılı rəngli güldandan bir ədəd sellofan bükümdə qablaşdırılmış 1,509 qram çəkidə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi məhkəmə iclasında araşdırdığı sübutlara əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməli satış məqsədilə törətməməsi barədə nəticəyə gəlib sonuncunun həmin əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmiş və onun barəsində yuxarıda göstərilən hökmü çıxarmışdır. Hökmdən dövlət ittihamçısı X19 tərəf indən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverid Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə) 03 noyabr 2021-ci il tarixli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli hökmü X4 CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair hissədə ləğv edilmiş və X11 CM-nin 234.2-ci mаddəsi maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən onun ibtidai araşdırma zamanı həbsdə saxlandığı 1 ( bir) il 17 (on yeddi) gün müddət ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərarara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı İ.N.Cəfərzadə kassasiya protesti verərək həmin hökmün ƏTəqsirləndirilən şəxs aid hissədə ləğv edilməsini və işin bu hissədə yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən və bununla bağlı sübutların araşdırılmasına və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, CM-nin 3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenumunun qərarlarına istinad edən dövlət ittihamçısı İ.N.Cəfərzadə kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs barəsindəki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, məhkəmələr Təqsirləndirilən şəxs törətdiyi əməlinin CM-nin 234.2cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməli olması qəna ətinə gələrkən cinayət qanunu normasını düzgün tətbiq etməmiş, nəticədə ona əsassız və qanunsuz olaraq yüngül cəza təyin olunmuşdur. Belə ki, X11 ibtidai istintaq zamanı ilkin izahat və ifadəsində Təqsirləndirilən şəxs 21 yanvar 2020-ci il tarixdə yaşadıqları İİ Ərəbcəbirli kəndində sonuncuya məxsus sexin yanında ona bir ədəd sellofan bükümdə təxminən 10 qram çəkidə narkotik vasitə olan heroin verərək 1 qramını 25 manata olmaqla ümumilikdə ona 250 manata satmasını bildirmiş, lakin, həmin vaxt ondan nağd olaraq 250 manat məbləğində pulu almamışdır. Bu ifadələrdən aydın olur ki, Təqsirləndirilən şəxs ona ümumilikdə təxminən 10 qram çəkidə narkotik vasitə olan heroin satmış, həmin pulu isə Ruslan Sadaya hissə-hissə ödəməyə söz vermişdir. Belə olan halda 10 qram narkotik vasitə olan heroinin p ay verilməsi ağlabatan hesab edilə bilməz. Lakin, məhkəmə bu xüsusata tənqidi yanaşmamış, əksinə X11in ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrini işin faktiki hallarına uyğun olmayan ifadə kimi qəbul etmiş, həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə obyektiv ifadə kimi qəbul etmişdir. Göründüyü kimi, iş materiallarında Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən sübutlar mövcud olmuş, lakin apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası həmin sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, əsassız olaraq hökmündə işin faktiki hallarına uyğun olmayan nəticələyə gəlmişdir. Qeyd olunanlara əsaslanaraq kassasiya protestinin müəllifi Şəki Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs aid hissədə ləğv edilməsini və işin həmin hissədə yeni apellyasiya baxışına təyin olunması haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X27 kassasiya protestinə etiraz verərək həmin protestin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli hökmünün kassasiya protestinə münasibətdə və Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında məhkum Təqsirləndirilən şəxs qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq, o, məhkəməyə naməlum səbəblərdən gəlməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkum Təqsirləndirilən şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı İ.N.Cəfərz adə öz kassasiya protestində sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsini, Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməməsini və nəticədə ona yüngül cəzanın təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda, məhkəmə kollegiyası dövl ət ittihamçısı İ.N.Cəfərzadənin protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarını, o cümlədən hazırki cinayət işi üzrə yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlki qərarlarında olduğu kimi yenə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsəl ələri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericil iyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, b irinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə mə hkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün qanunvericiliyin yuxarıda təsvir edilən normalarına əsaslanaraq məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 28.5-ci m addəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1- ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tu tulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət t əqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146. 1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza t ədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilə n cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti o lan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sü butlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri nəticəyə görə, Təqsirləndirilən şəxs evində aşkar edilmiş narkotik vasitələri o, satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək daşımış və saxlamış və buna görə onun əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmişdir. Bununla belə, iş üzrə apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hala görə, Təqsirləndirilən şəxs, özünün deməsinə görə, tapdığı narkoik vasitə olan heroinin bir hssəsini X11ə verməsinin araşdırılmış sübutlarla təsdiq olunmasına baxmayaraq, həmin məhkəmə ümumiyyətlə bu halı ətraflı tədqiq etməmiş və onun arxasında duran sübutları çıxardığı hökmdə başqa sübutlarla müqayisəli şəkildə qiy mətləndirməmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CM-nin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma ya görə, CM-nin 234.2-ci maddəsində isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu normaların müqayisəli təhlili göstərir ki, şəxsin CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün onun həmin maddənin dispoziyasında nəzərdə tutulmuş əməli satış məqsədi olmadan (cinayətin subyektiv cəhətinə aid olan əlamət) törətməsi, CM-nin 234.2ci maddəsi ilə məsluyyət məsələsinin həlli üçün isə təqsirkarın eyni əməlləri (CM-nin 234.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş) satış məqsədilə törətməsi, yaxud da narkotik vasitələri və ya psixotrop maddələri satması müəyyən edilməlidir. Hazırkı iş üzrə ibtidai araşdırma orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə müəyyən edilmiş faktiki hal isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə istintaqa məlum olmayan müddətdə, mənbədən və çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin əldə etdikdən sonra həmin narkotik vasitənin istintaqa məlum olmayan hissəsini 21 yanvar 2020-ci il tarixdə saat 13 radələrində Göyçay rayonunun İİ Ərəbcəbrli kəndi ərazisində həmkəndlisi X6 250 manata satmaqda, X11 isə öz növbəsində tamah niyyəti ilə həmin narkotik vasitənin 0,318 qram hissəsini xx.xx.2020-ci il tarixdə saat 16 radələrində tanışı X9 40 manat dəyərində “Samsung” markalı mobil telefon əvəzində qanunsuz olaraq satdıqdan sonra 30 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X1 şəhəri A.Faruq küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilərək üzərinə baxış keçirilərkən üzərindəki qara rəngli gödəkçənin sol içəri cibindən 1 ədəd 1 ml-lik şprisdə 0,80 ml qram heroin məhlulunda təmiz çəkisi 0,318 qram həmin narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin və 31 yanvar 2020-ci il tarixdə saat 17 radələrində keçirilmiş digər əməliy yat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu İİ Ərəbcəbirli kəndində yerləşən evinə baxış keçirilərkən evin zalındakı şkafda olan göy-qızılı rəngli güldandan bir ədəd sellofan bükümdə qablaşdırılmış 1,509 qram çəkidə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma orqanının qənaətinə görə, törədilmiş cinayətin bütün əlamətləri, o cümlədən cinayətin subyektiv cəhətinə aid olan Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq məqsədində olması kimi hal toplanmış sübutlarla təsdiq edilmişdir. Lakin, birinci instansiyası məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişlər ki, ibtidai istintaq orqanı bu nəticəyə gələrkən iş materiallarında olan hər hansı təkzibolunmaz sübuta istinad etməmiş və iş üzr ə toplanmış sübutlarla təqsirləndirilən şəxsin evində aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən heç bir sübut mövcud deyil. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində dindirilərkən göstərmişdir ki, narkotik vasitələrin istifadəcisi deyil və onun evində aşkar edilmiş narkotik vasitəni, o, özünə məxsus olan sexin yaxınlığında olan yerdən taparaq onun bir hissəsini istifadə etməsi üçün təmənnasız olaraq X11ə vermiş, qalan hissəsini isə evində saxlamışdır. Yalnız Təqsirləndirilən şəxs bu ifadələrinə əsaslanan, lakin işin müəyyən edilmiş obyekiv hallarına və bu halları təsdiq edən sübutlara nəzər yetirməyən məhkəmələr belə nəticəyə gəmişlər ki, Təqsirləndirilən şəx s onun yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələri hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi istər ibtidai araşdırma zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin gəldikləri bu nəticə yanlışdır və bununla bağlı ilk növbədə vurğulamağı lazım bilir ki, şəxsin CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı şərtlərin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə et məlidir; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və p sixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının m addi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilm əsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmələrin gəldikləri nəticənin təhlili isə göstərir ki, aşağıdakı əsaslara görə həmin nəticə həm işin faktiki (obyektiv) hallarına, həm də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılması üzrə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olmamışdır. Belə ki, hazırki iş üzrə CM-nin 234.2-ci madd əsi ilə təqsirli bilinərək məhkum olunmuş X11 02 fevral 2020-ci il tarixli təqsirləndirilən şəxsin dindirilərkən göstərmişdir ki, 21 yanvar 2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs həyətində onun tapşırığı ilə müxtəlif işləri görərkən ona kənd sakinlərindən kimsə zəng edərək kənddə vəfat edən olduğunu bildirmiş və mərhumun dəfn edilməsi üçün qəbir qazmaq lazım olduğunu bildirərək bu işin onun tərəfindən görülməsini xahiş etmişdir. Belə işlə əvvəllər də məşğul olduğuna görə, o, bu xahişi yerinə yetirməyə razılaşmış və həmkəndliləri Əlizadə, Ravil və digər şəxslərlə birlikdə qəbir qazarkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb işini qutardıqdan sonra onun qəbirstanlığın yaxınlığındakı taxta sexinə gəlməsini xahiş etmişdir. O, bu xahişə əsasən Təqsirləndirilən şəxs işlətdiyi sexə gəldikdə sonuncu orada onda narkotik vasitə olan, “kokos” adlanan heroin olduğunu bildirib həmin narkotik vasitədən ona vərərsə sata bilibbilməyəcəyimi soruşmuşdur. O, özü narkotik vasitə istifadə etdiyinə görə əvvəllər məhkum olunduğu üçün Təqsirləndirilən şəxs onun narkotik vasitə istifadə etdiyini bilirdi. Söhbət zamanı o, Sadayın verəcəyi narkotik vasitəni sata biləcəyini dedikdə, Təqsirləndirilən şəxs ağ rəngli selofan bükümdə toz halında qəhvəyi rəngli maddəni ona verib həmin bükümdə təxminən 10 qram narkotik vasitə “kokos”, yəni heroin olduğunu bildirmiş və həmin bükümdə olan narkotik vasitəni satıb pulunu ona verməsini təklif etmişdir. Bu vaxt, Təqsirləndirilən şəxs ona verdiyi heroinin bir qramının 25 manat olmaqla, ümumilikdə 10 qram həmin narkotik vasitəyə görə ona 250 manat məbləğində pul verməli olduğunu demiş, o, da sonuncu ilə razılaşmışdır. Lakin, Sadayın verdiyi narkotik vasitənin bir qramını 25 manata deyil, 30 manata satacağını qərarlaşdıraraq 23 yanvar 2020-ci il tarixdə saat 20 radələrində narkotik vasitələrin istifadəçisi kimi tanıdığı Göyçay şəhər sakini X13la görüşüb ona özündə narkotik vasitə olan heroin olduğunu və ona sata biləcəyini bildirmiş və həmin heroinin bir qramını 30 manata ona sata biləcəyini demişdir. X13 onun bu təklifi ilə razılaşaraq əvvəl pul müqabilində, ikinci dəfə təxminən 10 manat dəyəri olan köhnə telefon müqabilində ondan həmin heroinin bir hissəsini almışdır. Bununla yanaşı o, Təqsirləndirilən şəxs verdiyi heroinin 5 qramını X adlı şəxsə 140 manata satmış, lakin sonuncu ona buna görə pul verməmişdir. Qalan, təxminən 2 qram heroini is ə o, saxlamaqdan ötrü 30 yanvar 2020-ci il tarixdə həmkəndisi Cavid adlı şəxsə vermiş, lakin 31 yanvar 2020-ci il tarixdə tutulduğuna görə həmin narkotik vasitəni ondan geri, pulu isə “X”dən bilməmişdir. Oxşar ifadələri, X11 həmçinin 16 fevral 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən də vermiş, lakin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 10 qram çəkidə olmuş heroini hər hansı məbləğdə pulun müqabilində deyil, pay olaraq vermişdir ona görə ki, o, sonuncunun yaşadığı evin həyətində və onun sexində mütəmadi olaraq onun tapşırdığı ilə müxtəlif işləri görmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, X11in bu ifadələri həmçinin hazırki iş üzrə məhkum olunmuş X13un və ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş, X11in “X” adlı şəxs kimi tanıdığı X14 da ifadələri ilə təsdiq olunmuşdur (sonuncunun ifadələrinə görə, o, X11dən 5 qram çəkidə narkotik vasitə olan heroini almış, lakin sonradan həmin heroini istifadə etməyərək su arxına atmışdır). Cinayət işinin materiallarında olan 01 fevral 2020-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, onun yaşadığı evin zalında yerləşən servantın rəfində olan güldanın içərisindən aşkar edilmiş ağ sellofan bükümdə boz rəngli toz halında maddə torpaqdır. Həmin torpaq namaz qılarkən istifadə edilən möhürün tozudur. Möhür 1 ildən çoxdur ki, yerə düşüb qırılmış və ovxalanaraq toz halında maddə olmuşdur və o, bu tozu yerdən sellofana yığıb güldana qoymuşdur. Lakin cinayət işinin materiallarından görünür ki, Təqsirlən dirilən şəxs sonradan, o cümlədən məhkəmə iclasında öz ilkin ifadələrini dəyişərək göstərmişdir, onun evində aşkar edilmiş narkotik vasitə - heroindir. Həmin vasitəni o, 21 yanvar 2020-ciil tarixdə özünə məxsus sexin qarşısında tapıb götürmüş və onu X11ə göstərdikdə sonuncu bu vasitənin heroin olmasını bildirmişdir. X11in narkoik vasitələrində istifadə etməsini bilərək o, tapdığı heroinin bir hissəsini ona vermişdir ki, sonuncu bunun üçün heç bir vəsait xərcləməsin. Göstərilən vasitənin qalan hissəsini isə, o, yaşadığı evdə, gül qabının içərisində gizlətmiş və 31 yanvar 2020-ci il tarixdə onun evinə baxış keçirilərkən 1,509 qram çəkidə olan heroin onun evindən aşkar edilərək götürülmüşdür. X11 və Təqsirləndirilən şəxs cinayət təqibinin müxtəlif mərhələlərində müxtəlif məzmunda ifadələr ver sələr də, iş üzrə təkzib olunmaz sübutlarla müəyyən edilmişdir ki, 31 yanvar 2020-ci il tarixdə X11in üzərinə baxış keçirilərkən onun üstündən dövriyyəsi qadağan olunmuş hər hansı əşya, o, cümlədən narkotik vasitə aşkar edilməmiş (X11in ibtidai araşdırma zamanı verdiyi ifadələrinə əsasən, o, Təqsirləndirilən şəxs satmaqdan ötrü verdiyi narkotik vasitələrin bir hissəsini X13a və X adlı şəxsə satmış, qalan hissəsini isə saxlamaqdan ötrü X27ə vermiş və onda hər hansı çəkidə narkotik vasitə qalmamışdır), sonuncu günəmuzd şəkildə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində və sexində müxtəlif işləri görmüş və bunun müqabilində Təqsirləndirilən şəxs ona hər gün 10-15 manat məbləğində pul, 21 yanvar 2020-ci il tarixdə isə, deməsinə görə, tapdığı narkotik vasitənin bir hissəsini vermişdir. İst ər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi ibbtidai araşdırma zamanı toplanmış sübutlarla təsdiq olunmuş işin bu faktiki hallarına nəzər yetirməyərək və həmin sübutları, habelə ibtidai araşdırma zamanı dindirilmiş X14 ifadələrini qanuna müvafiq qaydada həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymətləndiməyərək, X18in X11ə narkotik vasitənin bir hissəsini ona verərəkən hər hansı mənfəət əldə etmək niyyəti güdüb-güdməməsi, sonuncunu bunun müqabilində həm evinin həyətində, həm də sexində bundan sonra da işlətmək məqsədi izləməsi, habelə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən narkotik vasitə olan heroindən mütəmadi istifadə edən X11in Təqsirləndirilən şəxs əldə etdiyi heroini özü istifadə etməyərək X13a satması, Təqsirləndirilən şəxs isə narkotik vasitələrdən istifadə etməyən şəxs kimi onun evindən aşkar edilərək götürülmüş 1,509 qram çəkidə heroini hansı məqsədlər üçün evində saxlaması kimi halları araşdırmamış, lakin eyni zamanda Təqsirləndirilən şəxs X11ə narkotik vasitə satmaması (təmənnasız verməsi), evindən aşkar edilərək götürülmüş heroini isə satış məqsədi olmadan əldə edib daşıyaraq saxlaması barədə nəticəyə gələrkən məhz bu iki məhkumun qeyri-səmimi ifadələrinə əsaslanmışlar. Məhkəmə kollegiyası ümumiyyətlə Təqsirləndirilən şəxs və X11in ifadələrinin həqiqətə uyğun olmasına şübhə ilə yanaşır ona görə ki, məhkumların ibtidai istintaq zamanı, sonra isə məhkəmə iclasında dəfələrlə öz ifadələrini dəyişərək, bir-birinə ziddiyyət təşkil edən ifadələr vermiş, məhkəmələr isə bu ziddiyyətli ifadələr əsasında Təqsirləndirilən şəxs barəsində yekun məhkəmə aktları qəbul etmişlər. Apellyasiya instansiyası məhkəməsi həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdən və X13un üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin eyni tərkibli olması barədə məhkəmə-kimyəvi ekspertizasının 01 fevral 2020-ci il tarixli 62 saylı rəyinə, habelə X11in “Yüngül kəmağıllılıq” psixi xəstəlikdən əzab çəkməsinə də diqqət yetirməmiş, onun dəfələrlə müxtəlif məzmunda ifadələr verməsinin səbəblərini, habelə Təqsirləndirilən şəxs ona istinad olunan əməli törədərkən X11in xəstəliyindən istifadə edib-etməməsini araşdırmamış və bunlara bağlı araşdırılmış sübutlara da heç bir qiymət verməmişdir. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qə naəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxsin əməlinə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi haqqında apellyasiya müraciətində irəli sürülmüş dəlillər və bu dəlillər üzərində qurulmuş tələb əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız b u məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Bu baxımdan məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, iş üzrə bütün hallar üzrə həqiqətin müəyyən edilməsi üçün Təqsirləndirilən şəxs və X11in verdikləri biri-birindən fərqlənən ifadələr yoxlanılmalı, yuxarıda göstərilən hallar da araşdırılmaqla həmin halları təsdiq və ya təkzib edən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq digər sübutlarla birlikdə müqayisəli şəkildə qiymətl əndirilməli və yalnız bundan sonra Təqsirləndirilən şəxs bu və ya digər cinayət əməlini törətməsi, o cümlədən onun əməlinin hüquqi tövsifi barədə nəticə verilməlidir. Belə qənaət isə hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs aid hissədə ləğv edilməsini və bu hissədə yeni apellyasiya araşdırmalarını tələb edir. Yeni apellyasiya baxışı zamanı o, da nəzərə alınmalıdır ki, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyü k çətinliklər yaradır. Buna görə də Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyası, “Psixotrop maddələr haqqında” 1971-ci il və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının, həmin protestin təmin edilməməsi barədə isə müdafiəçi X27 un çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və hazırki cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə və Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilətəqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilməklə cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məh kəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə ləğv edilsin və cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar