Məhkəmə qərarları › İş №1(102)-831/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-831/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-831/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234. 1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 1(101)-1059/2023 nömrəli (hakimlər: Kərimov Novruz Ağakərim oğlu (sədrliyi ilə), Sadıxov Rasim Əkrəm oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx -cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, xxx qeydiyyatda olmaqla, xxxx nömrəsiz fərdi evdə yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsin də nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum bu iş üzrə 30 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 2 oktyabr 2022-ci il tarixə qədər həbsdə saxlanıldığı müddətin ona təyin olunmuş cəza müddətinə daxil olunması, onun tərəfindən çəkilməli cəzanın müddətinin 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən olunması, Məhkum təyin edilmiş cəzanın çəkilməsinin əvvəlinin 19 iyul 2023-cü il tarixdən hesab edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum barəsində qətimkan tədbiri qismində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin ləğv olunması, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun məhkəmə zalından dərhal həbs ə alınması və bu qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməməsi, Məhkum narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Tanrıverdiyev Anar Vəzir oğlu (sədrliyi və məruzəsi ilə), Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət məhkəmə tərkibində) 24 oktyabr 2023-cü il tarixli 1(103)-1776/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyab r 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq başqa mənbədən 1 ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 3.591 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və 30 sentyabr 2022-ci il tarixdə saat 11:00-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xxxx küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-ə gətirilərək orada üzərində şəxsi axtarış aparılan zaman orada onun əynindəki şalvarın sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 3.591 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin onun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Apellyasiya instansiyası tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin, Azərbaycan Respublikası CPM-in 125.1.21.3, 138.2-ci. 33.2. 33.3, 145.1-ci maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən iş üzrə qanuni və ədalətli məhkəmə aktının qəbul olunması üçün təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun 29 sentyabr 2022-ci il tarixdən saat 20:00-dan 30 sentyabr 2022-ci il tarixə saat 15:00-dək olan müddət ərzində hansı stansiyaların əhatə dairəsində olmasına dair (anten dairəsi) məlumatın (anten-peyk məlumatlarının) "xxxx" MMC-dən götürülməsi zərurəti yarandığı üçün məhkəməyə müvafiq vəsatətlə müraciət olunsa da məhkəmə tərəfindən heç bir əsaslandırma gətirilmədən verilmiş olan vəsatət rədd edilmiş və bununla da qeyd edilən zəruri halların araşdırılması sübutların tədqiq edilməsi, işin hərtərəfli, tam, obyektiv araşdırılaraq obyektiv həqiqətin müəyyən edilməsi istisna olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsini (axtarış və götürmə) əks etdirən video-diskdən görünür ki, təqsirləndirilən şəxsin üzərindən çıxan büküm həmin vaxt tərəzidə çəkilmir, yəni yerində həmin bükümün çəkisi müəyyən edilmir. Halbuki, həmin vasitənin dərhal çəkisi müəyyən edilməli idi. Çəki müəyyən edilmədiyindən, həmin vasitənin çəkisinin məhz 2 qramdan yuxarı, yəni külli miqdarda olması şübhəlidir. Bu xüsusatlara nə birinci instansiya məhkəməsi, nə də apellaysiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməmişdir. Bundan başqa Məhkum ifadəsinə diqqət yetiriləndə onun bir gün əvvəl saxlanılması, onun psixoloji təsir altında saxlanılması, ona psixoloji və fiziki zor tətbiq edilərək, bir gün sonra şəxsi axtarış və götürmə prosess ual hərəkətləri edilmişdir. İş materiallarından göründüyü kimi, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol Məhkum saxlanıldığı zaman dərhal deyil, saxlanıldığı yerdən kənarda, təxminən 14-15 saat sonra, Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında tərtib edilmişdir. Hətta ibtidai istintaqın qeyd etdiyi vaxtda belə təqsirləndirilən şəxsin tutulmasını qəbul etsək, yenə də 1 necə saat sonra şəxsi axtarış və götürmə aparılması barədə prosessual hərəkətlərin edilməsinin şahidi olarıq. Baxmayaraq ki, Məhkum oğlunun əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında saxlanılması iddia edilir. Bununla bağlı Məhkum saxlanılması ilə baxışın keçirilməsi arasında 15-16 saat (ibtidai istintaqın qeyd etdiyi vaxtla isə bir neçə saat) vaxtın keçməsi həmin sübut növünün qəbul edilməsinin mümkünsüzlüyü ilə bağlı məhkəmə üçün əsaslı narahatlıq yaratmalıdır, çünki həmin müddət ərzində şəxs tamamilə polisin nəzarəti altında olmuşdur və Məhkum saxlanıldıqdan dərhal sonra onun üzərində baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyildir. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən Məhkum barəsində bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuro ru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı m addəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-14 6-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməli n (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qə naətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyy ən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (ta m, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əs aslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həl li üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsində özünü təqsirli bilinməsinə dair verdiyi ifadələri, şahid qismində dindirilmiş şəxslər Şahid1 və Şahid2 Müşfiq oğlunun ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” 30 sentyabr 2022-ci il tarixli protokolu, Məhkum üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi haqqında protokol, Azərba ycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/5637 nömrəli 1 oktyabr 2022-ci il tarixli rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının 7260 nömrəli 1 dekabr 2022-ci il tarixli rəyi, məhkəmə-psixatrik ekspertizasının 3107 nömrəli 28 dekabr 2022-ci il tarixli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə vətəndaş Məhkum üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan tünd qara rəngli şalvarın sol yan cibindən 1 ədəd büküm aşkar edilmiş, sorğu zamanı Məhkum 29 sentyabr 2022-ci il tarixdə x qəsəbəsində x adlı şəxsə ümumilikdə 10 (on) manat ödəməklə öz şəxsi istifadəsi üçün almış, lakin istifadə etməmiş, sonra istifadə etmək üçün üzərində saxlamayıb daşıdığını bildirmişdir. Bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmin protokolda qeyd olunan hallar, həmçinin, cinayət işinin materiallarına əlavə olunmuş Məhkum üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi haqqında protokol ilə də öz təsdiqini tapır. Həmçinin, cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 6/5637 nömrəli 1 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş AR DİN “Zərflər üçün N-194 ” möhür əksi, Məhkum üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çə kisi 3.591 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd olunanlarla yanaşı cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının 7260 nömrəli 1 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Məhkum OPOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Məhkum İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqında “narkotik vasitənin ona aid olmaması ilə əlaqədar” verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqs ədi daşıyır. Cinayət işinin materiallarında olan anten məlumatlarının alınması ilə bağlı "xxxx" MMC-dən əldə edilmiş sorğuya cavab diskindən görünür ki, 29 sentyabr 2022-ci il saat 20:36:43-dən 21:30:49-dək Bakı şəhəri, Hövsan qəsəbəsi, 4-cü mikrorayon, 3A saylı evin yanı, Hövsan Center XDMX, Bakı şəhəri, Hövsan qəs., Zeytunçuluq sovxozu, ABU petrol ünvanlarında olmuşdur və bununla da Məhkum 29 sentyabr tarixində saat 20:00-dan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin ünvanı (ünvan 5diyindən, orada olması öz təsdiqini tapmır. Birinci instansiya və apellyasiya instansiyası məhkəmə kollegiyaları haqlı olaraq şahidlər Şahid1 və Şahid2 oğlunun ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə t ədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədini güddüyü barədə nəticəyə gəlmişdir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya instansiya məhkəməsini n qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla t əkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. O cümlədən, məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri is ə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçinin kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar