Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-832/2025 09.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X16, barəsində şikayət verilmiş şəxs X10 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, X10 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 sentyabr tarixli, 1(105)-563/2024 nömrəli qərarından X10 müdafi əçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2024-cü il 6 iyun tarixli, 1(012)-17/2024 nömrəli hökmü ilə (hakim C.İ.Səfiyeva) xx.xx.1985-ci ildə Ağsu rayonu, Cəlayir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, X11 əməlinin CM-in 147.2-ci maddəsindən həmin Məcəllənin 147.1-ci maddəsinə tövsif edilməsi, onun CM-in 147.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona cəza təyin edilməməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs M.Qənbərov və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən), X12 və X7 ibarət tərkibdə) 2024-cü il 12 sentyabr tarixli, 1(105)-563/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: X5 Muğbil Malik oğlu barəsində Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət işi başlanmasına dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək sonuncunun cinayət məsul iyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası həddində cəzalandırılması barədə hökm qəbul edilməsini xahiş etməklə şikayətini onunla əsaslandırmışdır ki, X21 2020-ci ilin oktyabr ayında «YouTube» sosial şəbəkəsi üzərindən yayımlanan «Kanal13» TV kanalına verdiyi müsahibəsində onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymış, qəsdən yalan olduğunu bil-bilə cinayət qanunvericiliyi ilə nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlər törətdiyi barədə məlumatları yaymışdır. Belə ki, o, həmin müsahibədə «Ağsuda bir neçə dələduz polis tərəfindən bu kənd camaatına Kəndoba, Cəlayir, Abasxanlı camaatına divan tuturlar. Belə desək soyqırım edirlər də konkret. Qanunsuz qaydalar tətbiq edərək pandemiya dövründə camaatı aparıb cərimələyirlər, heç bir çek vermədən qanuni şəkildə maskanın cərim əsi 100 manat olduğu halda kimnən nə qədər, bacardıqları qədər alırlar. 300 manat, 400 manat, 500 manat alırlar və incidirlər. Saatlarnan polis şöbəsində ac-susuz saxlayırlar. Mənə kənd camaatının danışdığı, bəzilərindən olan deyilənlər və məlumata görə Çingiz və qardaşları Cəlayir kəndindən qanunsuz aparıblar bunları polis bölməsinə, və döyülüblər polis bölməsinə gedəndə. 400 manat əlbəəl alıblar 460 manat və 3 nəfəri hərəsinə 100 manatdan cərimə yazıblar. Bu işləri görən polislər konkret olaraq Ağsu rayonunda bir neçə adda. X43, Rəhim Əhmədov, Anar Həmidov, Zöhrab Əliyev və bir ikisi də var ki, onların adlarını qeyd eliyə bilmədim. Bunlar insanlara şər atırlar, böhtan atırlar. Qanunsuz olaraq aparırlar susuz, ac bölmədə saxlayırlar. Mən elə başa düşdüm ki, bunların özbaşınalıqları və bu kəndlərə bu cür hərəkət törətmələri bundan irəli gəlir ki, bunlar bu kənddə olan camaata qazanc mənbəyi kimi baxırlar, yem yeri kimi baxırlar. Və bəzilərini polis bölməsində döyürlər, incidirlər, saatlarnan, günlərnən ac saxlayırlar. Bu nə beynəlxalq hüquqa uyğun gəlir, nə Azərbaycan konstitusiyasına uyğundur. Bu konkret olaraq soyqrımdı. Bu insanlara qarşı törədilən bir cinayətdir. Hətta bu dünyada ən qatı cinayətkara qarşı bu tətbiq edilmir. Ac, susuz saatlarnan, sutkalarnan, günlərnən saxlayıb insanları incidirlər. Eyni zamanda nə bu bizim milli mənəvi dəyərlərimizə uyğun gəlir, nə dinimizə uyğun gəlir. Eyni zamanda bu nə kişiliyə uyğun gəlir. Bunlar bu hərəkətləri eliyirlər. Fakt olaraq Əhmədov Rəhim tərəfindən X26 döyülərək xəsarət alıb, polis bölməsində. Bakıda xəstəxanaların birinə yerləşdirilmişdir. Onun atası Daxili İşlər Nazirliyinə müraciət edib. Faktlar var ortalıqda. O insan xəsarət alıb. Bölmədə, şöbədə Əhmədov Rəhim tərəfindən bir neçə polisnən». Bu Zöhrab, Əliyev Zöhrab xüsusən bizim qonşu kənd, Kəndoba ilə münasibətlərimiz yaxşı olduğu halda gedir ora qeyri etik hərəkətlər edir, nə polisə yaraşan, nə kişiliyə yaraşan, nə insanlığa yaraşan hərəkətlər edir. Və o insan. Kəndoba kəndinin camaatı bizimlə həm qohumluğu var, eyni zamanda yaxşı münasibətləri var. Biz olarnan xoş münasibətdəyik. Onlar da dəfələrnən narazılıq eləyiblər ki, bu nədir bu polis gəlir. Bizim kəndimizdə də onların da kəndində də polis işləyən var o bu cür qanunsuzluqlar eləmir. Şəxsən bizim kəndimizə gələndə. Mən adların çəkmirəm. Bizim kəndimizdə başqa bir polis də var. O da Ağsu idarəsin də işləyir. O da belə hərəkətlər eləmir. Ümumiyyətlə bu kəndin camaatı Kəndoba, Cəlayır, Abasxanlıdı bütövlükdə polisdən narazılıqları yoxdur, bu 4-5 polisdən narazıdırlar. Bizim ağlı başında, səliqəli işləyən polislərimiz var. Kəndobadan var adın çəkmədim. Bizim öz kəndimizdə var uzun müddət Ağsu rayonunda yaşayıb. Səliqəli bir insandı. Polis kimi özünə hörmət qoyur. Bəzən də bunlar deyir ki, biz yaxşı eliyirik, belə eliyərik. Əlimizin içindən gəlir. Deyərdim ki, insanlar bunlardan, bəzi insanlar bunlardan qorxurlar, çəkinirlər. Bunların bu hərəkətlərinə görə. Elə insanlar. Tutalım o Vilayət ki var, müsahibə, ondan intervü götürəndə o qaçıb. Amma etiraf eliyir ki, mənə zülm eliyiblər. Mənə tezdənnən axşama qədər ac susuz saxlayıblar. Yalnız mən qorxuram. Biz ona sual verəndə sənə kim eliy ib. Bəs bu barədə araşdırmalar gedəcək, biz danışacıq. O dedi, siz nəbadə danışasız. Elə təsəvvür elədi ki, Anar Həmidov Azərbaycanın bir rayonunda Polis şöbəsində serjant işləyir. Şəxsən o Azərbaycanın yiyəsidi. Bunlar kənddə özbaşınalıq. Hərc mərclik, kimə çatdı döyürlər, kimə çatdı cumurlar. Belə çıxır ki, bunların hərəkətləri əgər qanun çərçivəsində görülməsə, bəyəm bu Azərbaycan bizim ölkə cəngəllik qanunları ilə idarə olunur? Onda belə çıxır ki Cəlayır kəndində, Kəndoba kəndində, Abbasxanlı kəndində, qolu güclülər bir 30-40 nəfər yığılsın getsin polis idarəsində müharibə elan eləsin. Hərə bir lapatqa, balta, yaba, götürsün müharibə eləsin. Biz harda yaşayırıq? Suriyada yaşayırıq? Hansısa Afrikanın bir ucqar kəndində yaşayırıq. Bu dövlətdi. Burda qanun qayda var. Bu əmələ gəlmir axı bu işlər. Xüsusən X43, baş tədqiqatçı, apardığı bu son cinayət işi ilə bağlı böyük nöqsanlara yol verib. Cinayətkarın cinayətin gizlədərək xüsusən gedib cinayətkarnan X19 Ağsuda 200 qram araq içib və Əhmədov Rəhimin iştirakı ilə gəlib cinayətkarın cinayətini gizlədib. O hadisədə ki, hədd aşma olub, xuliqanlıq olub insanlara qarşı cinayət olunub. Belə nəticəyə gəlirsən ki, bu öz savadınan gedib hüquqşünas olmayıb. Polis olmayıb. Belə nəticəyə gəlmək olur ki, bu dananı, qoyunu satıb gəlib polis olub. Daha sonra, o, müsahibəsində bildirmişdir ki, polis İdarəsi dəqiq bilmirəm, məndə olan məlumata görə, amma İcra Başçısı bu prosesi, olan hadisələri nəzarətə götürüb, eyni zamanda bu barədə X8 dediklərinə görə İcra Başçısı bunu konkret öz nəzarətinə götürüb. Bilir bunların özbaşınalıqların. Bu b arədə onda olan məlumata görə iş görür. Heç bir problem yoxdu deyir, İcra Başçısı bu barədə işlər görür. Eyni zamanda məhkəmədən narazılıq yoxdur. Soruşdum. Olar da bunu nəzarətə götürüblər bilirlər bu cinayətkarları ki, özbaşınalıqları və prokuraturadan da müəyyən qədər deyəsən bilirlər... Polis idarəsində deyəsən olan məlumat yoxdur bizdə demək olar ki, onlar indi nə işlər görür nə proseslər görür. Daxili işlər Nazirliyindən kimsə kəndə gəlsin ya Kəndoba kəndinə, ya Ağsu rayonuna, ya Cəlayır kəndinə gəlsin nümayəndə yerində insanları dinləsin. Və insanların problemi nədi və niyə görə bu insanlar soyqrımla üzləşiblər.Kimdi axı bu Anar Hümbətov? Kimdir X44, Rəhim Əhmədov, Vüsal Hüseynov?». Bundan başqa, o, «YouTube» sosial şəbəkəsi üzərindən yayımlanan «Bumeranq» TV kanalında «Sənin səsin» rubrikasında verdiyi müsahibəsində bidirir ki, deməli bizim kəndin və qonşu kəndin, Kəndoba kəndinin Ağsu rayonunun bəzi Polis işçilərindən narazılıqları var. Və o polislərin xüsusən Kəndoba, Cəlayır kəndinin sakinlərinə qeyri-qanuni hərəkətləri var. Bu pandemiya dövründə bəzi beynəlxalq hüquqa, beynəlxalq qaydalara xüsusən Azərbaycan konstitusiyasının qanununa zidd olaraq incidiblər. Xüsusən burda mən adlar qeyd eləmişəm ki, kimlər bunlardan əziyyət çəkiblər. Deməli, bizim Cəlayır kəndindən X13, X31, Çingiz adında Cəlayır kənd sakini öz narazılığını bildirib. Bu pandemiya dövründə bunları qanunsuz incidən polislər kimlərdir. Deməli burda Anar adlı polisdi, bunları şərliyərək Əjdər dediyimiz şəxsi Abbasov Əjdəri şərləyərək, qanunsuz tutaraq polis bölməsinə aparıb və xüsusən o Çingiz, 3 qa rdaş olar ki, Cəlayır kəndindəndi. Deməli, onlar bostan əkiblər qıraq kənddə bizim ana vətəni sayılır onların. Bu dövrdə gediş-gəliş olmalıdır qanunla kənd təsərrüfatına qadağa olmadığı halda buları yolda şərləyərək, qayda-qanunu, karantin qaydalarını pozmaqla bağlı bunları bölməyə aparıb 400 manat əlbəəl pul alıblar bunlardan. Bunları cərimələyib, bundan da izafə 300 manat bunların hərəsinə 100 manat 100 manat pul yazıblar cərimə. Xüsusən də onun qardaşı təzyiqnən üzləşib, deyib əgər siz bu pulu ödəməsəniz 20 sutka sizə iş veriləcək. Yəni sizi 20 sutka həbs edəcik. Bu Anardı. Onnan sonra gəldik bu Əhmədov Rəhim. Əhmədov Rəhim deməli öz qohumun əqrəbasım qardaşı bələdiyyədi. Cəlayır kəndində qoçuluq, özbaşınalıq, konkret olaraq kənd camaatına zülm eliyiblər, kənd camaatını incidiblər. X40 var. Başsız ailədir. Qardaşını öyrədərək gedib onun çəpərini sökməyi, halbuki qadın onu öz zəhməti ilə, öz əxlaqı ilə, öz mənəviyyatı ilə, öz əlinin zəhməti ilə özünə ev tikib. Həyət düzəldib. O bizim fəxrimizdir. İftixarımızdır. Bu halda olara təzyiq eləyiblər. Və ona deyib ki, sən çəpəri sökməlisən. Sökmədiyin halda biz polisnən gəlib sizi cərimə edəcik. 8000 manat deyib sizə kəsəciy. Onnan sonra dayısı Salaməddin kənddə dəfələrlə qoçuluq edib, və güvəndiyi yerdə bacısı oğlu müstəntiq, Ağsu rayonunun müstəntiqidir, ona güvənib. Və xüsusən də bizim kənddən bir neçə polis işçisi var ki, bunlar bizi qarşı o birisi kəndlərlə üzbəüz qoyur. X17, gedirlər qonşu kənddə bizim olarnan şirin, qəşəy münasibətimiz var. Qohumluğumuz var. Gedirlər orda polisə yaraşmayan, insanlığa yaraşmayan hərəkətlər edirlər. Olar da bizə narazılığını bildirir ki, sizin kənddən bunlar gəlib niyə belə hərəkətlər eləyir. Dəfələrlə şəhid ailəsini incidib. Şəhid qardaşının incidib, Cəlayırda. X45. Onnan izafə bunlar qonşu kəntdə törətdiyinə görə bizim o kəndlə münasibətlərimiz çox pis vəziyyətə gəlib çıxıb. Mən xahiş edirəm artıq dərəcədə, yəni bizim ümumiyyətlə Ağsu polisinin hamısınan işimiz yoxdur. Burda adı çəkilənlərlə bağlı 4-5 polisdir ki, bunlar barəsində tədbir görülsün. Mən kənd camaatı ilə həmsöhbət olanda belə başa düşdüm ki, bizim dövlətnən, dövlətçiliklə, Daxili İşlər Nazirliyi ilə heç bir problemimiz yoxdur. Xüsusən icra başçısı ilə problemimiz yoxdur, məhkəmə ilə problemimiz yoxdur, prokurotura ilə problemimiz yoxdur, bizim polis idarəsi ilə də problemimiz yoxdur. Burda 4-5 polisin özbaş ınalığı, xahiş eliyirlər əgər mümkündürsə Daxili İşlər Nazirliyi Vilayət Eyvazov təşrif buyura bilərsə gəlsin Kəndoba kəndinə ya Cəlayır kəndinə, camaatı dinləsin. Burda konkret beynəlxalq hüquqa zidd mövzular var. Cinayətlər var. Bir sutka insanı ac susuz saxlamaq.Biz təqribən belə deyə bilərik ki, yəni polis idarəsinin rəisinin əgər xəbəri varsa, indi biz dəqiq bilmirik. Məlumat var yoxdur. Bu mənada mən kənd camaatınan söhbət edəndə mən elə bilirəm ki bu ola bilsin ki, səhlənkarlıqdandı bu hadisələr baş verir. Polis İdarəsi göstəriş verməyəcək ki, siz gedin insanları gətirin ac, susuz tezdənnən axşama kimi. Ümumiyyətlə bu mövzu var ki, insanlar bu həqiqətən öz faktın tapıb. Burda bizim kəntdə Vilayət var, o ümumiyyətlə qorxusunnan danışmadı ki, məni tutarlar apararlar. Onu şəxsən tezdən saat 9-da axşam 10-a qədər ac, nə çörək veriblər nə su veriblər. Və xüsusən bu Əjdər var Abbasov Əjdər ki, Anar əliynən onu şərliyib aparıb salıb içəri ona tezdənnən saat 9-dan axşam 11-ə qədər nə su veriblər, nə çörək veriblər hətta onun qaynı ona çörək gətirib, onu da orda kimsə basıb yeyib,o çörəyi. Yəni, mən belə deyim ki, bu soyqrım deməkdi. Bizim kənd həm də Kəndoba kəndi çox zəhmətkeş, yəni işnən də nardı, heyvançılıqdı, bostandı, bu işlərnən məşğuldur. Öz zəhmətlərinən. O insanları görsən yəni simalarının, üzlərini həqiqətən də ki, görərəsən ki, onlar zəhmətkeş, öz çörəyini qazanan adam. Belə başa düşürəm ki, 3- 4 nəfər polis bura yem yeri kimi baxır. Bu Əjdər var a, tam səmimi görsəz o, 5 dənə təsərrüfat becərir, 20 dənə ailə bunun yəni ki, sahəsində dolanır. Belə deyək də öz ail əsidi, qardaşıdı, atasıdı, anasıdı bunlar bunu sayəsində. O insan deyərdim ki, heç kimə zərər vuran, söz danişan ümumiyyətlə, o deyir ki, mən nə orda söyüş söymüşəm, nə orda atıq əksiy məni sadəcə götürüblər ki, sən ictimai asayişi pozmusan. O elə bir insan da deyil. Və burdan görsənir ki, buna elədikləri o tezdən axşama kimi çörək verməyiblər bu nə beynəlxalq hüquqa sığır, nə Azərbaycan Konstitusiyasına. Heç bu kişiliklə də uyğun gəlmir, insanlıqla da uyğun gəlmir. Bu soyqrımdı. Bu faciədir. Bunu mən elə başa düşürəm ki, bunu rəis bilsə idi, o idarənin rəisi heç bu şeylərə yol verməzdi. Mən elə başa düşürəm. Sadəcə burda adını çəkdiklərim Anar Hüseynov, xüsusən də burda Vüsal Hüseynov var. Deyim ki, cinayəti ört basdır eliyir və xüsusən də bunun hərəkətləri gedir cinayətkarnan Gözəl Ağsud a yeyib-içir gəlir. X35, Salaməddin Əhmədovun kənddə elədiyi qoçuluğu dəfələrnən elədiyi qoçuluğu öz qohumlarına arxalanaraq oğlu banditizmdə işləyir. Əhmədov Ədil və Xüsusən bacısı oğlu müstəntiqdi Ağsuda. Bunun vasitəsi ilə əlbir olaraq cinayəti, həddi aşmanı gizlədirlər. Mən belə başa düşürəm ki, belə cinayəti onun verdiyi rəy bu qənaətə gətirir ki, bunlar həqiqətən məktəb oxumuyublar. Bunlar dana heyvan satıb bunlar gəlib polis olublar. Belə nəticəyə gəlmək olar. Bu xüsusən də Vüsal Hüseynov ki, bu tədqiqatçı, baş tədqiqatçı. Belə nəticəyə gəlmək olur ki, onun verdiyi rəy bununla nəticələnir.Və xüsusən mən qeyd eləmək istəyirəm ki Abbasxanlı kəndindən X14. Vaqif oğlu. Onu döyüblər Əhmədov Ədil, başından xəsarət. Faktiki olaraq Bakıda balnisada yatır». Bundan başqa, o, «YouTube» sosial şəbəkəsi üzərindən yayımlanan «AzTimes.az» TV kanalında «Sənin səsin» rubrikasında verdiyi müsahibəsində bidirir ki, «mən X1 Ağsu rayon, Cəlayir kənd sakini. Deməli biz bibim oğlu X13 ilə kanallara İntervü vermişik. Ağsu polisinin dələduzluq və qoçuluğu və qanunsuz hərəkətləri barəsindəki, bunlar qoçuluq edirlər, insanları döyürlər və incidirlər....Ağsu rayonunun rəisi Fəxrəddin Abbasov. Sən demə bu qanunsuzluğun başında duran elə o özü imiş. Fakt olaraq bu günləri bibim oğlu X2 yaxın yerdə qurma planla oğurlatdırıb... Bunlar qanunsuz olaraq 15 polis tərəfindən qayı maşını ilə saxlanılıb və Mikayılı ordan oğurlayıblar, rəisin göstərişi ilə aparıblar bölməyə....Banditizmdə işləyən Ədil Əhmədov və Rəhim Əhmədovun tərəfini saxlayıb üztümüzə gəlib,., siz oların barəsində gedin Cəlayir kəndin də məlumat toplayın. Olar insanlığa yaraşmayan hərəkətlər edirlər. Oların ailədaxili problemləri hamıya bəllidir. Nəynən məşğuldurlar. Hansı əxlaqın sahibidirlər. Olarda hamısı məlumdur». X21 onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlərin (CM-in,soyqırım-103-cü mad.), ədalət mühakiməsi əleyhinə olan cinayətlərin (CM-in bir neçə maddəsi ilə), korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin (CM-in 308, 309, 311 -ci mad.) törədilməsi barədə məlumatların yalan olduğunu bilə-bilə kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında qəsdən mənim şərəf və ləyaqətimi ləkələyən və nüfuzdan salan ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. KASSASİYA ŞİKAYƏ TİNİN DƏLİLLƏRİ, BARƏSİNDƏ ŞİKAYƏT VERİLMİŞ ŞƏXSİN, ONUN MÜDAFİƏÇİSİNİN VƏ XÜSUSİ İTTİHAMÇİNİN ÇİXİŞLARİ: X11 müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, xüsusi ittihamçı Rəhim Əhmədovun şikayəti Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulması yolu ilə birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Belə ki, xüsusi ittihamçının Abşeron Rayon Məhkəməsinə verdiyi şikayəti Muğbil Qənbərova göndərilməmiş, onun bu barədə məlumatı olmamış, şikayət elektron məhkəmə sisteminə yerləşdirilməmiş, M.Qənbərova məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməmişdir. Abşeron RİHB-nın Xırdalan şəhər İƏD-i üzrə nümayəndəliyindən 28 dekabr 2022-ci il tarixli 469 nömrəli və 26 yanvar 2023-cü il tarixli, 179 nömrəli cavab məktublarından görünür ki, ünva n 2 ünvanında qeydiyyatda olan və yaşayan X28 Rayon Məhkəməsindən onun barəsində R.Əhmədovun şikayəti ilə əlaqədar məhkəməyə cağrılması ilə bağlı hər hansı bildiriş daxil olmamışdır. Bundan əlavə, X6 M.Qənbərovdan CM-nin 147.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli xüsusi ittiham qaydasında şikayəti Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın icraatında olmuş, M.Qənbərov arda-arda 5 dəfə məhkəmə iclaslarında iştirak etmiş və xx.xx.2022-ci il tarixli qərarı ilə şikayəti icraata qəbul etməkdən imtina edilməsinə dair qərar qəbul etmişdir. M.Qənbərovun S.Əhmədovun xüsusi ittiham qaydasında şikayəti ilə bağlı hakim S.Quliyevanın icraatında olan iş üzrə bütün məhkəmə iclaslarında iştirak etdiyi halda, R.Əhmədovun xüsusi ittiham qaydasənda şikayəti ilə bağlı hakim Ş.Nəcəfovanın icraatın da olan iş üzrə məhkəmə iclasında iştirak etməməsi məntiqsizdir. Bu da, Muğbil Qənbərovun məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilmədiyindən, üzürlü səbəblərdən Rəhim Əhmədovun şikayəti ilə bağlı məhkəmənin hazırlıq iclasında iştirak etmək imkanını itirmiş, nəticədə məhkəmənin hazırlıq iclası barəsində şikayət olunan şəxs kimi CPM-nin tələblərinə uyğun olaraq müdafiə olunmaq imkanını itirməklə, onun müdafiə hüquqlarının kobud surətdə pozulması yolu ilə Rəhim Əhmədovun xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilmiş və M.Qənbərovun müdafiə hüquqlarının kobud surətdə pozulması nəticəsində aparılan məhkəmə araşdırması zamanı CM-nin 147.2- ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Yuxarıda qeyd olunan məlumatlar R.Əhmədovun xüsusi ittiham qaydasınd a şikayətinin M.Qənbərova məlumat verilmədən icraata qəbul edilməsini təsdiq etdiyi halda, apellyasiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan və hər hansı bir sübutla təqsdiqini tapamayan aşağıdakı hüquqi qiymətləndirməni apararaq göstərmişdir ki, “məhkəmə iclasına üzürlü səbəblər olmadan gəlmədiyinə görə M.Qənbərovun məhkəmə iclasına məcburi qaydada gətirilməsinə dair qərar qəbul edildikdən sonra məhkəmə iclaslarında iştirak etmiş sonuncu və müdafiəçisi tərəfindən şikayətin əsassız olaraq icraata götürülməsi barədə hər hansı bir vəsatət daxil olmamışdır ki, bu da apellyasiya şikayətin dəlilinin formal mülahizədən ibarət olması qənaətini qaçılmaz edir.”. Halbuki, M.Qənbərovun barəsində “məcburi qaydada gətirilməsi” mərhələsinə kimi ona keçirilən məhkəmə iclaslarının vaxtı və yeri b arədə məlumat verilməsini təsdiq edən sənəd iş materiallarında mövcud olmamışdır.Eyni zamanda M.Qənbərovun “məcburi gətirilməsinə dair qərar hakim Ş.Nəcəfova tərəfindən xx.xx.2022-ci il tarixdə verildiyi halda, M.Qənbərovun barəsinmdə olan xüsusi ittiham qaydasında şikayət xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmişdir. Halbuki, M.Qənbərov üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etmirdisə, onun barəsində “məcburi ” gətirilmə qərarı icraata qəbul edilmədən əvvəl olmalı idi. Həmçinin, qeyd olunması zəruridir ki, məhkəmə iclasına M.Qənbərovun Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən deyil, özü gəlmiş, Abşeron rayon Polisn İdarəsindən Abşeron Rayon Məhkəməsinin M.Qənbərovun barəsində çıxardığı “Məcburi gətirmə”qərarının icrası ilə bağlı hər hansı məlumat daxil olmamışdır. ” Bundan əlavə, R.Əhmədovun xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsi zamanı CPM-in 293.3.1-293.1.7-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, CPM-in şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləğini, 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4 şikayətdə göstərilən cinayətin törədilm ə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı,adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay va gün) və ver. 293.3.7 şikayəti vermiş şəxsin imzası şikayətin qəbul edilməsi barədə protokolda göstərilir. CPM-nin 293.3.2-ci maddəsinə əsasən şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Lakin xüsusi ittihamçı tərəfindən CPMnin həmin tələbi yerinə yeti rilməmişdir. Şikayətçi R.Əhmədov M.Qənbərovun adı keçən internet kanallarındakı çıxışını demək olar ki, əvvəldən axıra kimi yazarkən ona aid olmayan, M.Qənbərovun digər şəxs ərin barəsində dediyi cinayət xarakteri olmayan məlumatları yazmaqla şikayətin məzmunun genişləndirib güya xüsusi ittiham qaydasında şikayət yazmaq görüntüsü yaratmışdır. Belə ki, şikayətçi R.Əhmədov M.Qənbərovun "YouTube" sosial şəbəkəsi üzərindən yayımlanan "Kanal 13" TV kanalına verdiyi müsahibəni 2020-ci ilin oktyabr ayında verdiyini göstərsə də (həmin ayda 31 gün var), məhz onun hansı gün verilməsi və yayımlanmasını, eləcədə onun "YouTube" sosial şəbəkəsi üzərindən yayımlanan "Bumeranq" TV kanalında verdiyi həmin müsahibənin vaxtı və müsahibənin hansı başlıq altında yayımlanması, həmin yayımın vaxtı (günü, ayı) ba rədə ümumiyyətlə məlumat verməmiş, şikayəti yazarkən baxış sayını qeyd etməmişdir. Bununla da, M.Qənbərova istinad etdiyi cinayət əməlinin vaxtı və digər zəruri materialları göstərməmişdir. Qeyd etmək yerinə düşər ki, hətta M.Qənbərov ümumiyyətlə 2020-ci ilin oktyabr ayında həmin videoçıxışı etməmişdir. Onun videoçıxışı 2020-ci ilin oktyabr ayının 1-dən əvvəlki vaxta düşür. Müdafiəçi bildirmişdir ki, məhkəmənin hüquqi qiymətləndirilməsinə əsasən Muğbil Qənbərov video müsahibəsindəki işlətdiyi “dələduz” və “soyqırım” kimi ifadələri öz həqiqi mənasında yox, mübaliğəyə yol verilməklə işlətmişdir. “Mübaliğə” ərəb sözü olub bir sözü sişirtmək və böyütmək mənasına gəlir. Muğbil Qənbərovun dediyi həmin sözlər hətta müəyyən qədər böyüdülüb, şişirdilmiş olsa belə, onun verdiyi məlumatın bas vermiş hadisələr əsasında olmasını təsdiq edir. Eyni zamanda qeyd olunmalıdır ki, CM-nin 147.1ci maddəsinin dispozisvasına əsasən hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada kütləvi nümayiş etdirilməsi həmin məlumatların yalan olduğu halda deyil, yalan olmasını bildiyi halda yayılması həmin cinayət əməlinin tərkibini yaradır. Muğbil Qənbərov isə həmin məlumatları mövcud olan faktlara istinad edərək səsləndirmişdir. Eyni zamanda Muğbil Qənbərov “ dələduz” və “soyqırım” sözlərini Rəhim Əhmədovun barəsində deyil, digər polis əməkdaşlarının barəsində səsləndirmiş, həmin sözlərin Rəhim Əhmədova aidiyyəti olmamışdır. Belə ki, Muğbil Qənbərovun həmin videomüsahibədə olan çıxışında o, “KanaM 3” TV kana lında verdiyi müsahbəsində ümumi qaydada, cəm şəkildə bir neçə polis əməkdaşının qanunsuz hərəkətləri ilə bağlı məlumat vermişdir. Muğbil Qənbərov “dələduz” ifadəsini vətəndaşlara maskaya görə polis şöbəsinə gətirib vəzifəsindən istifadə edərək onlardan cərimə adı ilə öz mənafeyi üçün pul alaraq mənimsəyən polis əməkdaşlarının haqqında işlətmişdir. Eyni zamanda Ağsu rayon X20 Qrupunun baş müstəntiqi vəzifəsində işləyən xüsusi ittihamçı X15 pandemiyası dövründə maska taxmamağa görə inzibati hüquq pozuntusu törətmiş şəxslərin aşkar olunub onların məsuliyyətə cəlb olunması onun və vəzifə səlahiyyətinə aid deyildir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1(105)-563/2024 saylı qərarının ləğv edilməsi və M.Qəmbərova bəraət verilməsi və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən M.Qəmbərov və onun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən xüsusi ittihamçı R.Əhmədov kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şi kayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birin ci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiə tərəfi kassasiya şikayətində məhkəmənin əsassız ittiham hökmü çıxardığını iddia edərək və məhkəmə qərarlarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliy ini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə ha qq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsa slandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə xüsusi ittihamçının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmış, iş üzrə toplanmış sübutlar CPM-in tələblərinə uyğun yoxlanılaraq qiymətləndirilmiş və kassasiya şikayətinin dəlilləri ilə üst-üstə düşən apellyasiya şikayətinin hər bir dəlilinə əsaslandırılmış münasibət bildirilmiş və qiymət verilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları hazırki qərarda təkraran əks etdirməyi zəruru hesab etməyərək apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini qəbul edir, sübutların qiymətləndirməsi ilə bağlı mövqeyi ilə razılaşır, gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı faktiki və hüquqi əsas mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin kassasiya şika yəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Barəsində şikayət verilmiş şəxs X10 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2024-cü il 06 iyun tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməyən X22 barəsində o lan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 sentyabr tarixli, 1(105)-563/2024 nömrəli qərarı X10 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-832/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-832/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver