Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-833/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Babayeva Xəyalə Rizvan qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Babayeva Xəyalə Rizvan qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 1(101)-1156/2022 nömrəli (hakimlər: Salmanov Rahib Vaqif oğlu (sədrliyi ilə), Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, işləməyən, əvvə llər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 12 yanvar 2022-ci il tarixdən hesablanması, onun ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi müəyyən edilmiş, həmin hökmlə həmçinin maddi sübutların taleyi də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfin dən verilmiş apellyasiya şikayətinə, özü və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2023-cü il tarixli 1(103)1036/2023 (hakimlər: Hüseyn Cavid Vaqif oğlu (sədrliyi və məruzəsi ilə), Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti və ona əlavə qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunduğu əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hökm apellyasiya şikayəti və ona əlavəyə münasibətdə qalan hi ssələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 6 sentyabr 2023-cü il tarixli 1(102)-2005/2023 (hakimlər: Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli 1(103)-2035/2023 (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti, habelə özü və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarın dan Məhkum müdafiəçisi Babayeva Xəyalə Rizvan qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinərək məhkum edilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 12 yanvar 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən külli miqdarda 1 ədəd polietilen bükümdə təmiz çəkisi 3,279 ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 2 ədəd şəffaf polietilen bükümdə ayrı ayrılıqda 3,402 və 0,396 qram olmaqla ümumi təmiz çəkiləri 3,798 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 12 yanvar 2022-ci il tarixdə saat 03:00-da Suraxanı RPİnin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd polietilen bükümdə təmiz çəkisi 3,279 ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 2 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda 3,402 və 0,396 qram olmaqla, ümumi təmiz çəkiləri 3,798 qram qəhvəyi rəngli toz şəkilli maddələr, xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayəti verərək, məhkumun əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərarın qəbul edilməli olduğunu bildirir. Belə ki, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırıl mış sübutların mənsubiyyəti, məhkəmə istintaqı zamanı dindirilmiş bütün şahidlərin ifadəsi ilə birmənalı təsdiqini tapmışdır ki, Məhkum Narkotik vasitələrin satışı ilə məşğul deyildir. Bundan əlavə iş materiallarında Məhkum narkotik vasitə satışını təsdiq edən heç bir sübut mövcud deyildir. Belə ki, sübut faktını təsdiq edən tərəzi, “sms” və ya “WhatsApp” yazışması yoxdur, İlhamın satışla məşğul olduğunu təsdiq edən hər hansı şahid və digər mötəbər sübutlar mövcud deyildir. Məhkum bundan əvvəl heç bir cinayət əməli törətməmiş, məhkumluğu olmamış, himayəsində üç körpə azyaşlı uşağı olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Məhkum üzərində qanunsuz olaraq dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələri daşıması və saxlaması barədə məlumat daxil olmuşdur. Hökmdə nəinki çoxsaylı sübutlara, narkotik vasitənin satılmasını təsdiq edən hər hansı sübuta istinad etməmiş, hökmdə sadəcə ümumi ifadələrdən istifadə edilməklə kifayətlənilmişdir. Lakin, nə ibtidai araşdırma orqanı, nə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmişlər. Odur ki, kassasiya şikayəti ilə təqsirləndirilən şəxs Məhkum AR CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində həmin cinayətin əlamətləri istisna təşkil etdiyindən onun əməlinin AR CM-in 234.1-ci maddəsinə tövsif o lunması və Məhkum barəsində maddənin sanksiyasının aşağı həddində cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Babayeva Xəyalə Rizvan qızı çıxış edərək, iş materiallarında məhkumun satış faktını təsdiq edən mötəbər sübutun olmadığını, ailəli olduğunu, 3 az yaşlı övladı olduğunu, məhkumun narkotik vasitənin istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, özünü CM-in 234.1ci maddəsi ilə təqsirli bildiyini, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğu nun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarla rının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydas ında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21- ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə t utulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki halları nın cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq e dilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçu luq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu süb utlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-p rosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun və müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarı isə dəyişdirilm ədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində törədilmiş cinayət əməlinin məhkəmələr tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Məhkəmə kollegiyası həmin dəlillərə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir”. Həmin Qərarda göstərilmişdir ki, “təqsirkarın narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin, psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edil məsi, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunanlara əsasən, kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq iki növdə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hes ab edir. Belə ki, kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadələri, şahidlər Şahid3, Şahid1 və Şahid2 ifadələri, “şəxsi axtarış və götürmə aparılması” haqqında 12 yanvar 2022-ci il tarixli protokol, həmin istintaq hərəkətinin qeydə alındığı bir ədəd DVD diskə baxış keçirilməsi haqqında 13 yanvar 2022ci il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2022-ci il tarixli 6/195 nömrəli rəyi, ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsinin 12 aprel 2022-ci il tarixli 1756 nömrəli rəyi, h əmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 12 yanvar 2022-ci il tarixli protokolundan görünür ki, həmin tarixdə Məhkum üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 3 ədəd büküm aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Məhkum üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilərək müəyyən olunmuşdur ki, baxış zamanı Məhkum üzərində şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Mə hkum əynində olan qara rəngli qış gödəkçsinin sağ yan cibindən 3 ədəd bükümü çıxarıb təqdim etməsi və ondan təqdim etdiyi həmin bükümlərin içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda təqdim etdiyi həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni Binəqədi rayonunda Şamaxinka adlanan yerdə İran İslam Respublikasının vətəndaşından aldığını və sonra özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmiş, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Məhkum üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilmiş və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı iş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Resp ublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsinin 12 aprel 2022-ci il tarixli 1756 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, məhkəmə iclasında Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, 3 ildir ki, xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Şamaxınka adlanan yerə getmiş və əvvəlcədən danışdığı İran İslam Respublikasının (bundan sonra – İİR) vətəndaşı adını ona X kimi təqdim edən şəxsin kart hesabına 120 manat pul göndərmişdir. Həmin şəxs ona “WhatsApp” mobil tətbiqi vasitəsi ilə ünvan demiş və o, həmin ünvana gedərək ona verəcəyi narkotik maddə heroini daşın altından götürmüşdür. Sonra taksi sifariş vermiş, taksinin sürücüsünə onu Xəzər rayonu, Koroğlu metrostansiyasının yanına aparmasını istəmişdir. Taksi sürücüsü onu təxminən saat 02:45 radələrində “Koroğlu” metrosunun yanında düşürtmüşdür. Sonra da o, yenidən 2111 taksi xidmətinə sifariş verərək Suraxanı rayonu, x qəsəbəsi, x küçəsinə aparmasını bildirmişdir. Bir neçə dəqiqə sonra “Mercedes” markalı avtomobilin sahibi ona zəng etmiş və onu müştəri kimi qəbul etmişdir. Taksi sürücüsü onu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsinə gətirmiş və həmin sürücüdən “MegaStore” super marketin yanında avtomobili saxlamasını bildirmiş və taksi sürücüsü avtomobili “MegaStore” super marketin qarşında saxlamış, o da, avtomobildən düşüb yaşayış binasına getmişdir. O, geriyə avtomobilə yaxınlaşan zamanı ona 3 nəfər mülkü geyimli şəxslər yaxınlaşmış və ondan şübhələndikləri üçün polis bölməsinə dəvət etmişlər. Polis bölməsində üzərində olan 3 büküm narkotik maddəni təqdim etmişdir. O, narkotik maddəni İİR-nın vətəndaşı, adını X kimi təqdim edən şəxsdən 120 manata almış və o, narkotik maddəni 3 aydır ki, həmin şəxsdən almışdır. Həmin şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuş və həmin şəxs mobil nömrəsini ona verərək narkotik maddə verə biləcəyini bildirmişdir. Həmin şəxslə +**********23 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. O, həm in şəxsdən xx.xx.2022-ci il tarixdə 7-8 qram narkotik maddə almışdır. O, narkotik maddəni satmamış, lakin tanışlar ondan istəyəndə onlara pulsuz narkotik maddə vermişdir. Yaşadığı mənzildə narkotik maddə saxlamamış, üzərində olan narkotik maddədən başqa heç bir yerdə narkotik maddə olmamışdır. Həmin narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. O, öz istifadəsi üçün narkotik maddə olan heroin və metamtefamin əldə etmiş və istifadə etmişdir. Polis tərəfindən hər hansı təzyiqə məruz qalmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun yuxarıda istinad edilən 1.0.11-ci maddəsinə əsa sən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Göründüyü kimi, qanunverici yalnız əvəzli olan halları deyil, həm də digər şəxsi maraq məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla yayılmasına yönəldilmiş hərəkətlər də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. İş materiallarından görünür ki, hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayan və narkomaniya xəstəliyindən ə zab çəkməyən Məhkum özü də tanışlarına narkotik vasitəni pay şəklində verməsini etiraf etmişdir. Kassasiya şikayətində təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etmədiyi qeyd edilməsinə baxmayaraq, məhkəmələr haqlı olaraq şahidlər Şahid1 və Şahid2 ifadələrini, işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaq zamanı satış məqsədinin olmamasına dair verdiyi ifadələrinin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətinin yüngülləşdirilməsi məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kol legiyası onu da qeyd edir ki, Məhkum iki müxtəlif növdə ümumi təmiz çəkisi külli miqdar təşkil etməklə eyni vaxtda 1 ədəd polietilen bükümdə psixotrop maddə metamfetamini və 2 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroini satışa hazır vəziyyətdə üzərində saxlayaq daşımasını, onun həmin miqdarda psixotrop maddənin və narkotik vasitənin şəxsi istehlak məqsədi ilə əldə etməsi barədə ifadənin həqiqətə uyğunluğunu qeyri-mümkün edir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərl iyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfind ən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfin dən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (əməlindən peşman olması, ilk məhkumluğu və himayəsində 3 azyaşlı uşaqlarının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Məhkum himayəsində 2017-ci il təvəllüdlü Sirac, 2019-cu il təvəllüdlü Uğur və 2021-ci il təvəllüdlü Emil adlı azyaşlı uşaqları vardır. Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan R espublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edil məməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Babayeva Xəyalə Rizvan qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-833/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-833/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver