Məhkəmə qərarları › İş №1(102)-833/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-833/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-833/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, maraqlarına toxunan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi və vəkili - fərdi fəaliyyət göstərən vəkil X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2024-cü il tarixli qərarından maraqlarına toxunan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi və vəkili Müdafiəçi16 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 1(099)284/2021 saylı hökmü ilə (sədrlik edən hakim Nizami Quliyev, hakimlər Aqil Musayev və Cavid Səfərli ibarət tərkibdə) xx xxxxxxx 1959-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, 26 aprel 2011-ci il tarixdən - 20 fevral 2020-ci il tarixədək Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, tutulanadək ünvan 2da yaşamış Məhkum1 Аzərbаycаn Respublikası CM-in 188.4.1, 188.4.2, 179.3.2, 308.2, 311.3.2, 311.3.3, 28, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməl lərini törətməkdə təqsirli bilinərək, CM-in 188.4.1 və 188.4.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 46.2-ci maddəsinə əsasən, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 311.3.2 və 311.3.3-cü maddələri ilə CM-in 46.2-ci maddəsinə əsasən, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 28, 311.3.3-cü maddəsi ilə CM-in 46.2-ci mad dəsinə əsasən, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə təqsirli bilinərək CM-in 46.2-ci maddəsinə əsasən, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatsərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, Məhkum1 təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olar aq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatsərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin başlanğıcı 20 fevral 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin, Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 311.3.2 və 32.5, 311.3.3-cü maddəsi ilə, Məhkum3 Azərbaycan Respublikası CM-in 311.3.2, 311.3.3 və 32.5, 311,3.2-ci maddələri ilə, Məhkum4 Azərbaycan Respublikası CM-in 32.5, 311.3.2 və 32.5, 311.3.3- cü maddələri ilə, Məhkum5 Azərbaycan Respublikası CMin 32.5, 311.3.2, 28,32.5, 311. 3.3, 308.2 və 313-cü maddələri ilə, Məhkum6 Azərbaycan Respublikası CM-in 311.3.2, 311.3.3, 312.1 və 312.2-ci maddələri ilə və Məhkum7 Azərbaycan Respublikası CM-in 179.2.2, 179.2.3, 179.2.4, 308.2, 311.3.2, 311.3.3, 312.1, 312.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Hökmlə, həmçinin, iş üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh Məhkum1 qarşı mülki iddiası təmin edilmiş, cavabdeh Məhkum1 181.459 (bir yüz səksən bir min dörd yüz əlli doqquz) manat alınıb iddiaçı "xxxx" MMC-in xeyrinə verilmişdir. Bununla yanaşı, Məhkum1 mülkiyyətində olan - Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, ev 2 B, mənzil 32, Gəncə şəhəri, Nizami rayonu, X15 küçəsi, 62 ünvanında yerləşən fərdi yaşayış evi; Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 535-ci məhəllədə yerləşən 1,6 kv.m q eyri-yaşayış sahəsi; ünvan 7; Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 44; Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 2; Qobustan rayonu, Mərəzə qəsəbəsi, Şikar Şikarov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı 151.5 kv.m yaşayış. 306.6 kv.m köməkçi sahədən ibarət 136 nömrəli fərdi yaşayış evi; Qobustan rayonu, Xilmilli kəndində 3.69 ha torpaq sahəsində yerləşən 2302.1 kv.m ümumi, 2302.1 kv.m əsas sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Xırman binası); Qobustan rayonu, Mərəzə qəsəbəsi, 0.1025 ha torpaq sahəsində yerləşən 7 girişli, 234.3 kv.m ümumi, 234.3 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası; "xxxx" ASC-nin xüsusi mülkiyyətində olan və ünvan 5 ünvanında yerləşən Əmlak Kompleksi kimi müəssisə; Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən ümumi sahəsi 3800 kv.m olan “Yurdum” adlı ictimai iaşə obyekti; Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 3800 kv.m əraziyə bitişik 1600 kv.m torpaq sahəsi və üzərindəki tikili dövlət nəfinə xüsusi müsadirə edilmişdir. Maraqlarına toxunan hüquqi şəxs "xxxx" ASC-nin apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı olan əmlaklar sırasından K.Vəliyevaya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6-da yerləşən 2, 44 və 45 saylı mənzillərin xaric edilməsinə və həmin əmlakların üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir Şirvan Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 1(106)-808/2024 saylı 6 noyabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X11, hakimlər X6 və X7 ibarət məhkəmə tərkibi) maraqlarına toxunan hüquqi şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2024-cü il tarixli qərarından maraqlarına toxunan hüquqi şəxs "xxxx" ASC tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Vəliyev X2 Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində birbaşa özü üçün, şəxsən və vasitəçidən istifadə edib pul vəsaitləri qismində maddi nemətləri istəyərək qəbul etməklə vahid niyyətlə, təkrar və külli miqdarda rüşvət almış, Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memarı Məhkum5 ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə (hərəkətsizliyə) görə və xidmət üzrə ümumi himayədarlıq müqabilində birbaşa özü üçün, şəxsən və vasitəçidən istifadə edib pul vəsaitləri qismində maddi nemətləri istəməklə sövdələşərək təkrar külli miqdarda rüşvət almağa hazırlıq hərəkətləri etmiş, lakin cinayətə hazırlıq əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, tama h niyyəti ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, habelə vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə və informasiya resurslarına təkrarən bilə-bilə yalan məlumatların daxil edilməsini təmin və təsdiq edib vəzifə saxtakarlığı törədərək ona etibar edilmiş xeyli və külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə və təkrar mənimsəmə yolu ilə ta lamış, o cümlədən öz qulluq mövqeyindən istifadə etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini təkrar özbaşına tutmaqla üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, iş materiallarından da göründüyü kimi, ASC "Xalq" Bankı ilə Məhkum1 arasında 11 iyun 2008-ci il tarixdə bağlanmış **********08 saylı kredit müqaviləsi ilə sonuncuya 12 ay 2 müddətinə qaytarılması şərti ilə 1 200 000 (bir milyon iki yüz min) manat kredit verilmişdir. Məhkum1 tərəfindən kredit üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə Bank tərəfindən ona qarşı məhkəmədə iddia qaldırılmışdır. Həmin məhkəmə mübahisəsi ilə bağlı yekun məhkəmə aktı qəbul edilərək, Məhkum1 492 125 (dörd yüz doxsan ik i min yüz iyirmi beş) manat əsas borcun, 449 002.87 (dörd yüz qırx doqquz min iki manat 87 qəp.) manat faiz borcunun alınaraq ASC "Xalq" Bankına verilməsinə dair Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2016- cı il tarixli, 2(103)-4642/2016 saylı icra sənədi verilmişdir. Həmin icra işi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(103)-107/2022 saylı qərardadı ilə Səbail rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixli, 2(103)4642/2016 saylı icra sənədi üzrə borclu Məhkum1 arvadı Vəliyeva (Aslanova) Kəmalə Qəşəm qızına məxsus olan ünvan 7, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 44 vе Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, 2 saylı mənzillərin 1½ (ik idə bir) hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Göründüyü kimi, qeyd edilən əmlaklar İ.M,Vəliyevə qarşı irəli sürülən ittihamlar üzrə təqsirləndirildiyi əməlləri törətməsindən xeyli əvvəl (2008-ci ildə) götürdüyü kreditlər üzrə öhdəliklərinin icrasının qanuni qüvvədə olan icra sənədinə əsasən tələb yönəldilən əmlaklardır. Bundan əlavə, həmin icra sənədinin icrası ilə bağlı üzərinə həbs qoyulmuş əmlaklar da cinayət törədilməsindən xeyli əvvəl – 2003 və 2004-cü illərdə əldə edilmişdir. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 75.6-cı maddəsinə əsasən, bütün qalan tələblər beşinci növbədə təmin edilir. Bu zaman icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürülür. Məhkum1 əmlaklarının müsadirə olunması həmin qanunun 75.175.5-ci maddəsində müəyyən edilmiş növbəlilik s ırasına aid olan əsaslara aid olmadığı üçün icra sənədinin daxil olma ardıcıllığı nəzərə alınmaqla, qanunun tələblərinə görə icra sənədinin icrası ilə bağlı məhkəmə qərardadı ilə üzərinə həbs qoyulmuş əmlaklar Bankın tələblərinin ödənilməsinə yönəlməlidir. Məhkəmə qərarının yuxarıda qeyd edilən 3 əmlaka münasibətdə xüsusi müsadirənin tətbiq edilməsi hissəsinin əsassız və qanunsuz olması barədə dəlilləri: Hazırkı işdə aşağı instansiya məhkəmələri nəzərə almamışdır ki, barəsində xüsusi müsadirə tətbiq edilməsi hökm edilən əmlaklar: ünvan 7 X8 tərəfindən xx.xx.2004-cü il tarixli, 003622 nömrəli order əsasında; Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 44 X8 tərəfindən xx.xx.2003-cü il tarixli, 003475 nömrəli order əsasında; 3 Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov k üçəsi ev 6, mənzil 2 X8 tərəfindən xx.xx.2003-cü _il tarixli, 003474 nömrəli order əsasında əldə edilmişdir və heç bir halda "cinayət yolu ilə əldə edilmiş” əmlaklar hesab edilə bilməz. Belə ki, məhkəmə hökmünün özündən də göründüyü kimi, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamlar onun Neftçala rayon İcra Hakimiyyəti Başçısı təyin edildiyi xx.xx.2011-ci ildən sonra, daha dəqiq desək, 2011-ci ilin may ayından sonra törədilmiş əməllərə aiddir. Şirvan Apellyasiya Məhkəməsinin qərarında məhkəmə bildirir ki:..apellyasiya şikayətində mübahisələndirilən mənzillər 2003 və 2004-cü illərdə order əsasında (həmin mənzillər üzrə mülkiyyət hüququ 2019-cu ildə yaranmışdır) əldə edilmiş, məhkum edilmiş şəxs Məhkum1 qarşı irəli sürülmüş ittiham isə onun Neftçala rayon İcra Hakimiyyəti Başçıs 1 təyin edildiyi xx.xx.2011-ci il tarixdən sonrakı müddət ərzində törədilmiş əməllərinə görə verilsə də yuxarıda isnad olunan CM-in 99-2-ci maddəsinin imperativ xarakterli tələbi baxımından həmin mənzillərin xüsusi müsadirə edilməsi əsaslı olmuşdur." Göründüyü kimi, apellyasiya məhkəməsi birbaşa qeyd etməsə də, mənzillərin əldə edilməsini orderin alındığı tarixlə deyil, çıxarışın alındığı tarixlə əlaqələndirmişdir. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı (N 19853/03) 27 sentyabr 2007-ci il tarixli qərarının 41-ci bəndində Məhkəmə qeyd etdi ki, mənzilə dair verilmiş order Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiq dairəsinə düşən "mülkiyyət” təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin V.N.Teryoxinin şikayəti üzrə qəbul et diyi xx.xx.2010-cu il tarixli Qərarında hüquqi mövqeyini belə ifadə etdi ki: "Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alğı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir" Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeləri də nəzərə alı nmaqla, məhkəməyə təqdim edilən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********70 saylı məktubu ilə verilən məlumatlar, həmin əmlakların hələ 2003-2004cü illərdə əldə edildiyini təsdiq edir. Belə olan halda, həmin əmlakların cinayət yolu ilə əldə edilməsi də istisna edilir. Nümayəndə Müdafiəçi16 kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 noyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsini, əvəzsiz olaraq dövlət nəfinə alınmalı olan əmlaklar sırasından qeyd edilən 3 əmlakın hökmdən xaric edilməsini və həmin əmlakların üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-c i maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntulardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Maraqlarına toxunan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi və vəkili – Müdafiəçi16 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib- qiy mətləndirilmədiyini, qeyd edilən əmlakların üzərinə əsassız olaraq həbs qoyulması haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayəti ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 noyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cin ayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normal arının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 99-1.1. Xüsusi müsadirə cinayəthüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlər in bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. 99-2-ci maddəsinə görə, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.1.1-ci maddəsinə əsasən əmlak üzərinə həb s qoyma mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Cinayət işinin materiallarından da görünür ki, xüsusi müsadirə tətbiq edilməsi hökm edilən əmlaklar; - ünvan 7 X8 tərəfindən xx.xx.2004-cü il tarixli, 003622 nömrəli order əsasında; - Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 44 X8 tərəfindən xx.xx.2003-cü il tarixli, 003475 nömrəli order əsasında; - Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 2 X8 tərəfindən xx.xx.2003-cü il tarixli, 003474 nömrəli order əsasında əldə edilmişdir. Həmin əmlaklar 8 fevral 2019-cu il tarixdə Məhkum1 həyat yoldaşı X4 adına qeydiyyata alınmışdır. Müsadirə olunması hökm edilmiş əmlaklardan 3 əmlaka münasibətdə hökmün ASC "xxxx"nın maraqlarına toxunmasına dair dəlillər ASC "xxxx" ilə Məhkum1 arasında 11 iyun 2008-ci il tarixdə bağlanmış **********08 saylı kredit müqaviləsi ilə sonuncuya 12 ay müddətinə qaytarılması şərti ilə 1.200.000 manat kredit verilmişdir. Məhkum1 tərəfindən kredit üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə Bank tərəfindən ona qarşı məhkəmədə iddia qaldırılmışdır. Həmin məhkəmə mübahisəsi ilə bağlı yekun məhkəmə aktı qəbul edilərək, cavabdeh Məhkum1 492.125 manat əsas borcun, 449.002,87 manat faiz borcunun alınaraq ASC "xxxx"na verilməsinə dair Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixli, 2(103)-4642/2016 saylı icra sənədi verilmişdir. Həmin icra işi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(103)-107/2022 saylı qərardadı ilə Səbail rayon İcra Şöbəsinin icra məmur unun təqdimatı təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixli, 2(103)4642/2016 saylı icra sənədi üzrə borclu Məhkum1 arvadı Vəliyeva (Aslanova) Kəmalə Qəşəm qızına məxsus olan ünvan 7 saylı, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 44 saylı və Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, 2 saylı mənzillərin ½ (ikidə bir) hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Göründüyü kimi, qeyd edilən əmlaklar Məhkum1 qarşı irəli sürülən ittihamlar üzrə təqsirləndirildiyi əməlləri törətməsindən xeyli əvvəl (2008-ci ildə) götürdüyü kreditlər üzrə öhdəliklərinin icrasının təmin edilməsi üçün qanuni qüvvədə olan icra sənədinə əsasən tələb yönəldilən əmlaklardır. Yuxarıda göstərilənlərə əsasən, hazırkı cinayət işi üzrə Məhkum1 i ttiham elan olunmamışdan əvvəl, 2016-cı ildə onun kredit münasibətlərindən irəli gələn öhdəliklərinin ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi Məhkum1 kredit müqaviləsi üzrə öhdəliklərinin mövcud olmasını, "xxxx" ASC-nin xeyrinə məhkəmə qətnaməsi ilə həmin borcun tutulmasının, habelə icra işi ilə bağlı sözügedən əmlakların ½ (ikidə bir) hissəsinin üzərinə Məhkum1 kredit münasibətlərindən yarandığı öhdəliklərinin ödənilməsi məqsədilə həbsin qoyulması barədə məhkəmə qərardadının mövcud olması hallarını düzgün qiymətləndirməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 75.6-cı maddəsinə əsasən, bütün qalan tələblər beşinci növbədə təmin edilir. Bu zaman icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürülür. Məhkum1 əmlaklar ının müsadirə olunması həmin qanunun 75.175.5-ci maddəsində müəyyən edilmiş növbəlilik sırasına aid olan əsaslara aid olmadığı üçün icra sənədinin daxil olma ardıcıllığı nəzərə alınmaqla, qanunun tələblərinə görə icra sənədinin icrası ilə bağlı məhkəmə qərardadı ilə üzərinə həbs qoyulmuş əmlaklar Bankın tələblərinin ödənilməsinə yönəldilməlidir. Lakin, CPM-in 248.1.1-ci maddəsinə əməl olunmadan çıxarılmış həmin qərar (hökmün müddəası) apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Odur ki, qeyd olunan pozuntunun aradan qaldırılması üçün CPM-in 416.1.2-ci maddəsində göstərilən əsasla apellyasiya instansiyası məhkəməsinin yekun qərarı və həmin məsələ üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilməli, X4 mülkiyyət ində olan - ünvan 7; - Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 44; - Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 2; əmlakların üzərinə qoyulmuş həbs ləğv edilməli və həmin əmlaklar həbsdən azad edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair nümayəndənin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, maraqlarına toxunan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi və vəkili Müdafiəçi16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 noyabr 2024-cü il tarixli qərarı əmlakların əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunmasına aid hissədə yuxarıda təsvir edilən q aydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlarına toxunan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi və vəkili Müdafiəçi16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. ünvan 7 ünvanında yerləşən, ünvan 8a yerləşən, ünvan 9 yerləşən daşınmaz əmlakların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-808/2024 saylı, 6 noyabr 2024-cü il tarixli qərarından və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-284/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli hökmündən xaric edilsin, həmin mənzillərin üzərinə qoyulmuş həbs ləğv olunsun və həmin mənzillər həbsdən azad edilsin. Qərar və hök

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar