Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-834/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X9 iştirakı ilə Ölmüş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və hüquqi varisi X2 iştirakları ilə, xx xxxxxxxx 1971-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Saatlı rayonunun **************** kəndində qeydiyyatda olmuş, 21 noyabr 2006-cı il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.3.2 və 228.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2018-ci il tarixli qərarından ölmüş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2013-cü il tarixli hökmü ilə (hakimlər: M.A.Bayramov (sədrlik edən), İ.M.Murquzov və A.K.Orucov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.3.2 və 228.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilmə sində təqsirli bilinmiş, lakin 21 noyabr 2006-cı il tarixdə ölməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2015-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.S.Hüseynov və H.H.Əhmədov) ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2013-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2015-ci il tarixli qərarından ölmüş məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının 11 yanvar 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının T əqsirləndirilən şəxs barəsində olan 03 aprel 2015-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2018-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), T.M.Əliyev və E.M.Həsənov) ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2013-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə (qaçaqmalçılıq) barəsində Biləsuvar Rayon Məhkəməsində olan cinayət işi üzrə beş min ABŞ dolları məbləğində pul lazım olmasına dair yanlış təsəvvürünə əsasən, habelə digər şəxslərə müxtəlif məbləğlərdə olan borclarını qaytarmaq üçün, 2004-cü ildən tanıdığı və maddi vəziyyətinin yüksək olmasını güman etdiyi Xaçmaz Gömrük İdarəsində baş inspektor vəzifəsində işləmiş X4 miqdarda əmlakını quldurluq yolu ilə ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə, 2006-cı ilin oktyabr ayının 21-də M8 Təqsirləndirilən şəxs xahişi ilə, S8 evindəki ***-**-** nömrəli telefon nömrəsindən istifadə etməklə, saat 21:50, 21:55 və 21:57-də "109" sorğu-məlumat xidmətinə zəng etməklə, No6 ailəsi ilə birlikdə yaşadığı (ünvan 1 ünvanını və orada qeydiyyatda olan ***-**-** saylı telefon nömrəsini öyrənib ona bildirmişdir. Bundan sonra, Sənan X19 Xaçmaz Gömrük İdarəsində növbədə olduğu günləri öyrənmiş, həmçinin 05.11.2006-cı il tarixdə saat 16:32-də, 07.11.2006-cı il tarixdə saat 01:16 və 01:17-də, 08.11.2006-cı il tarixdə saat 20:59-da, 18.11.2006-cı il tarixdə isə saat 00:02-də şəxsi istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən N6 mənzilindəki ***-**-** nömrəli telefona zəng edib, mənzilin həqiqətən N6 məxsus olmasını, evdə adam olubolmamasını dəqiqləşdirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi, odlu silah olmaqla kustar üsulla hazırlanmış, 9 mm kalibrli bir ədəd tapançanı və döyüş sursatı hesab edilən, 9 mm kalibrli patronları kirayədə yaşadığı mənzildə (Bakı şəhəri, *********************************) saxlamış, üstündə gəzdirmiş və daşımışdır. Təqsirləndirilən şəxs 21.11.2006-cı il tarixdə, gecə N6 iş yerində, növbədə olduğu vaxtda onun mənzilinə da xil olmaq, N6 arvadı X14 qarşı odlu silah tətbiq etməklə, quldurluq yolu ilə külli miqdarda əmlakı ələ keçirmək məqsədilə basqın etmək üçün saat 03-04 radələrində bir ədəd mətbəx bıçağı, bir ədəd mismar çıxaran ling, bir ədəd qalın kəndir və bir rulon "skoç" adlanan yapışdırıcı lenti, habelə qeyd edilən tapançanı və onun döyüş sursatı hesab edilən 8 ədəd 9 mm kalibrli patronlarını özü ilə götürmüşdür. Bundan sonra, təqsirləndirilən şəxs ƏN-İ *************** saylı baş etibarnamə əsasında idarə etdiyi "Hunday-Sonata" markalı, Az-**-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə ünvan 2 ünvanına gəlmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobili binanın yaxınlığında saxlamaqla, N6 yaşadığı 4-cü blokun sonuncu mərtəbəsinə qalxaraq açıq vəziyyətdə olan çıxış qapısı ilə dama keçmişdir. O, özü ilə gətirdiyi qalın kəndiri orada olan beton çıxıntıya bağlayıb, binanın 8-ci mərtəbəsindəki N6 məxsus mənzilin pəncərəsinə doğru sallanmışdır. İçərisində 7 ədəd 9 mm kalibrli patronu olan tapança, mətbəx bıçağı və yapışdırıcı lenti özü ilə götürüb kəndirlə həmin mənzilə keçmək üçün pəncərənin qarşısına düşərkən, X10 yaşadığı mənzilin yaşayış sahələrinə qanunsuz daxil olmaq, həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla, silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə, külli miqdarda əmlakları ələ keçirmək məqsədilə basqın edərkən, heç bir kənar təsir olmadan, hündürlükdən silahlı hücum anında yıxılaraq binanın həyətinə düşmüşdür. Nəticədə, Təqsirləndirilən şəxs başının alın nahiyəsində solda, döş və qarnının sol yan səthində sıyrıqlar, sol budunun yan səthində geniş ə zilib-didilmiş yara, sol said sümüklərinin 1/3-nin, sol bud sümüyünün 1/3-nin və sol baldır sümüklərinin 1/3-nin çoxqəlpəli sınıqları, baş beyin toxumasının əzilməsi ilə kəllə tağı və əsası sümüklərinin sınıqları, sol qabırğaların və döş sümüyünün sınıqları, sol ağ ciyərin, ürəyin və dalağın cırılmaları ilə müşayiət olunan xəsarətlər alması ilə əlaqədar baş vermiş travmatik şok nəticəsində ölmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs 1998-1999-cu illərdə, məlum olmayan mənbədən, bir ədəd 1944-cü ildə zavod üsulu ilə istehsal edilmiş, atəş açmaq üçün yararlı, beş ədəd patron tutumuna malik, 7,62 mm kalibrli, "3A 1854" nömrəli, "Mosin" konstruksiyalı, yivli odlu silah - karabini və onun döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal edilmiş bir ədəd 7,62 mm kalibrli patronu əldə edi b Saatlı rayonu *************** kəndindəki iki mərtəbəli evinin birinci mərtəbəsindəki otağının şkafında 21.11.2006-cı il tarixədək qanunsuz saxlamışdır. Kassasiya şikayətinin dəlilləri: Ölmüş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2018ci il tarixli qərarının və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2013-cü il tarixli hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs istinad edilən əməllər sübuta yetməməsi əsası ilə barəsində olan cinayət işinin xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, aşağı instansiya məhkəmələri mərhum Təqsirləndirilən şəxs əsassız olaraq məhkum ermək üçün cinayət işi üzrə məhkəmə istintaqı z amanı tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticəni mötəbər olmayan sübutlarla əsaslandırmışdır. Müdafiəçinin fikrincə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair maddələrinin tələbləri pozulmuş, müdafiə tərəfinin bir çox vəsatəti təmin edilməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina edilmiş, o cümlədən Təqsirləndirilən şəxs meyitinin eksqumasiyası həyata keçirilməklə, təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməmiş, dindirilmələrinə zərurət olan şəxslər məhkəmədə dindirilməmiş, maddi sübutlara baxılmamış, nəticədə cinayət törətməsi sübuta yetirilmədiyi halda Təqsirləndirilən şəxs CM-nin 181.3.2, 228.2.2-ci maddələri ilə təqsirli bil inməsinə dair əsassız və qanunsuz hökmü qüvvədə saxlamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi və hüquqi varis N.İbrahimovanın, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yo xlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən ci nayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Ölmüş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Təqsirləndirilən şəxs əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi mübahisə edilir. Hesab edilir ki, onun təqsiri heç bir mötəbər sübutlarla təsdiqlənmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin cinayət qaydasında cəza landırılmasının əsaslı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə cəzalandırılmaya əsas olmuş halların araşdırılması, xüsusi ilə də cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olubolmaması, şəxsin hərəkətlərinə cinayət qanunu normasının düzgün şamil edilib edilməməsi məsələlərinə münasibət bildirilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi nin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, ölmüş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittiham iki hissədən ibarətdir: Təqsirləndirilən şəxs 21 noyabr 2006-cı il tarixdə ünvan 3 ünvanında yerləşən mənzilinə daxil olmaqla, N6in arvadı X1 4 qarşı odlu silah tətbiq etməklə, quldurluq yolu ilə külli miqdarda əmlakı ələ keçirmək məqsədilə basqın etməsi; Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən odlu silah və döyüş sursatları əldə edib qanunsuz saxlaması; Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittihamına daxil olan epizodları ayrıayrılıqda təhlil edib münasibət bildirməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs CM-in 181.3.2-ci maddəsi ilə ittiham olunması epizodu; Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunun dan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. «Oğurluq, soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəsinin Plenimunun 3 mart 2005-ci il tarixli qərarının 23cü bəndində aşağıdakılar tövsiyə edilir: CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psi xi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün tahlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun.” İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələri nin Təqsirləndirilən şəxs CM-nin 181.3.2-ci maddəsi ilə ittiham edərkən istinad etdikləri sübutlar aşağıdakılardır: -X6 göstərmişdir ki, ölümündən bir müddət əvvəl Təqsirləndirilən şəxs ondan telefon nömrəsini bildiyi bir tanışının ev ünvanını müəyyən etməkdə ona kömək etməsini xahiş etmiş, o da 109 xidmətinə zəng etməklə Təqsirləndirilən şəxs verdiyi telefon nömrəsi əsasında ev ünvanını öyrənib ona demişdir. Şahid M8 konkret ad və ünvan, habelə hansı məqsədlə Təqsirləndirilən şəxs həmin ünvanı öyrənmək istəməsini söyləməsə də, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri belə nəticəyə gəlmişlər Təqsirləndirilən şəxs öyrənmək istədiyi ünvan zərərçəkmiş Z8 ünvanı olmuş və Təqsirləndirilən şəxs həmin evdən quldurluq yolu ilə əmlak ələ keçirmək məqsədilə ünvanı öyrənmişdir. -Zərər çəkmiş şəxs göstərmişdir ki, 2006-cı ilin noyabr ayında əri N6 işdə olan vaxt onların mənzilində olan telefona şübhəli zənglər olmuşdu və zəng edən şəxs ərini soruşmuşdu. O, bu barədə ərinə məlumat vermişdir. Bir dəfə də əri evdə olan vaxt gecə saatlarında həmin şəxs yenidən zəng etdikdə, o, telefonu ərinə vermiş və zəng edən şəxs N6 səsini eşidən kimi telefonu qapatmışdır. - X24 Zərərçəkmiş şəxs ifadəsini təsdiq etmişdir. İstintaqla həmin zənglərin Təqsirləndirilən şəxs mobil telefonundan edildiyi müəyyən edilmiş və belə hesab edilmişdir ki, zəng edən şəxs Təqsirləndirilən şəxs olmuş və o, zərərçəkmiş Z8 ərinin evdə olub-olmamasını dəqiqləşdirmək məqsədilə zənglər etmiş və əri evdə olmadığı vaxtda Təqsirləndirilən şəxs həmin evdən quldurluq yolu ilə əmlak ələ keçirmək məqsədilə zənglər et mişdir. -X1, X8, X15, X5 ölmüş Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərə borcunun olması barədə ifadələrinə əsasən ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs həmin borcları qaytarmaq üçün Z8 evindən quldurluq yolu ilə əmlak ələ keçirmək məqsədilə işin hallarında şərh olunan hərəkətləri etmişdir. - X12 göstərmişdir ki, 20 noyabr 2006-cı il tarixdə saat 02 radələrində Dağıstandan Bakı şəhərinə gəlmiş, Bakı-Sumqayıt yolunun Xırdalan şəhərinə gedən hissəsindəki dairənin yaxınlığında Təqsirləndirilən şəxs onu qarşılayıb yeməkxanaya getmişlər. Daha sonra S6 onu “Hyundai-Sonata” markalı avtomaşını ilə Bakı şəhərinə aparıb, maşını “Şamaxinka” adlanan yerdən sağ tərəfə sürüb tanımadığı yerlərə gəzdirmiş, hündürmərtəbəli binalardan birin i göstərib səhəri gün həmin binada yaşayan şəxslərdən biri ilə münasibətlərini aydınlaşdırıb problemlərini həll edəcəyini, ya həbsxanaya düşəcəyini, ya azad olunacağını bikef və fikirli halda bildirmiş, sonra isə onu kirayədə yaşadığı mənzilə qoyub getmişdir. Belə nəticəyə gəlinmişdir ki, P8 təsvir etdiyi bina Zərərçəkmiş şəxs binasıdır və Təqsirləndirilən şəxs həmin binaya basqın etməsini nəzərdə tutaraq P8 törədəcəyi cinayət barəsində məlumat vermişdir. Məhkəmələrin hökm və qərarlarında sadalanan digər sübutlar Təqsirləndirilən şəxs Z8 mənzilinə əmlakını ələ keçirmək məqsədilə quldurluq yolu ilə basqın etməsinə bilavasitə aid olmadığından məhkəmə kollegiyası onları təkrar sadalamağı zəruri hesab etmir. İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin istinad etdikləri və yu xarıda sadalanan sübutlardan da açıq aşkar görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs kimi tanınmış Z8 mənzilinə əmlakını ələ keçirmək məqsədilə quldurluq yolu ilə basqın etməsini təsdiq edən birbaşa sübut yoxdur. Təqsirləndirilən şəxs ittihamı ehtimallar əsasında verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham orqanının və məhkəmələrin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əri N6in evdə olmadığı, yəni növbədə olduğu vaxt onun mənzilinə basqın etməyi qərara almışdır. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəlki zəngləri zamanı Zərərçəkmiş şəxs ilə danışarkən ərinin evdə olmadığını bilmiş, lakin həmin günlər mənzilə basqın etməmişdir. Əksinə, 21 noyabr 2006-cı il tarixdə Təqsirləndirilən şəxs zəng etməmiş, Zərərçəkmiş şəxs ərini n evdə-olub-olmamasını dəqiqləşdirməmişdir. Məhkəmə kollegiyası şahid P8 ifadəsinin də mötəbər sübut kimi qəbul edilməsini əsassız hesab edir. P8 təsvir etdiyi bina Zərərçəkmiş şəxs yaşadığı bina, Təqsirləndirilən şəxs münasibətlərini aydınlaşdırmaq istədiyi şəxs Zərərçəkmiş şəxs əri olması ehtimalı nəzərə alınsa da (əslində bunu təsdiq edəcək sübut işdə yoxdur), ifadədən Təqsirləndirilən şəxs kiminsə mənzilinə quldurcasına basqın etmək niyyətində olması görünmür. Əksinə, P8 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əri ilə görüşüb (əgər görüşmək istədiyi şəxs Zərərçəkmiş şəxs əri N6 olmuşsa) münasibətləri aydınlaşdırmaq istəmişdir. Həm də qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanının və məhkəmələrin gəldiyi nəticəyə görə, S.X19 evdə olmadığı zaman onun mənzilinə ba sqın etmək istəmişdir. Bu da P8 ifadəsinə ziddir. Beləliklə, məhkəmə kollegiyaı hesab edir ki, ittiham hökmündə gəlinən nəticə, yəni Təqsirləndirilən şəxs X10 yaşadığı mənzilin yaşayış sahəsinə qanunsuz daxil olmaq, həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla, silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə, külli miqdarda əmlakları ələ keçirmək məqsədilə basqın etməsi iş materialları ilə sübuta yetirilmir və gəlinən nəticələr mülahizələrə əsaslanır. CPM-nin 33.1 və 33.2-ci mаddələrinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 144 -cü maddəsinə görə cinayət təqibi üzrə tоplanmış sübutlar tam, hərtərəfli və оbyektiv yохlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə tоplanmış sübutlar təhlil оlunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar tоplanır, əldə оlunmuş sübutların mötəbərliliyi müəyyənləşdirilir. 145.1 və 145.3-cü maddələrinə görə isə hər bir sübut mənsubiyyəti, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə tоplanmış sübutların məcmusuna isə ittihamın həlli üçün kifayət etməsinə əsasən qiymət verilir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 42.2.4-cü maddəsinə görə CPM-in 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifa yət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. CPM-in 39.2-ci maddəsi hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə cinayət təqibini istisna edən hal kimi nəzərdə tutur. CPM-in 39.1-ci maddəsinə əsasən yuxarıda göstərilən hal mövcud olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət işi üzrə isə icraata xitam verilməlidir. Həmçinin həmin CPM-nin 39.3-cü maddəsinə görə isə bu Məcəllənin 39.2-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.6-cı madd əsinin nəzərdə tutduğu pozuntunu (məhkəmənin şəxsin təqsirliliyi sübuta yetirilmədikdə ittiham hökmü çıxarması kimi halı) müəyyən edir və həmin əsasla məhkum edilmiş şəxsin barəsində çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qərarının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə aid hissədə ləğv edilməsi və cinayətdə iştirakı sübuta yetirilmədiyinə görə ölmüş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böy ük ehtimalla pozmuş olur. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. - Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən odlu silah və döyüş sursatları əldə edib qanunsuz saxlamağa görə CM-nin 228.2.2-ci maddəsi ilə ittiham edilməsi epizodu; Məhkəmə kollegiyası ölmüş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Təqsirləndirilən şəxs CM-nin 228.2.2-ci maddəsi ilə əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə dair dəlillərlə razılaşmayaraq aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 228.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 05.02.2007-ci il tarixli, 1208 nömrəli rəyindən görünür ki, mərhum Təqsir ləndirilən şəxs qeydiyyatda olduğu Saatlı rayonu ************ kəndindəki evindən aşkar olunaraq ekspertizaya təqdim edilmiş 1944cü ildə zavod üsulu ilə istehsal edilmiş, beş ədəd patron tutumuna malik olan, 7,62 mm kalibrli olmaqla, "3A 1854" No-li, "Mosin" konstruksiyah yivli odlu silahdır - karabindir. Texniki cəhətdən sazdır. Atəş açmaq üçün yararlıdır. Təqdim edilən patron 7,62 mm. kalibrli olmaqla, həmin kalibrə malik "SVD, PK və s." silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatıdır. İstifadə üçün yararlıdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində tədqiq edilmiş s übutlarla, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tam sübuta yetirilir. Beləliklə, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya şikayətinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.2-ci maddəsi ilə əsassız cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı dəlilə münasibətdə ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Lenskayanın Rusiyaya qarşı işi üzrə” 29.01.2009-cu il tarixli qərarında göstərilir ki, “Hüquqi dövlətin ən mühüm Prinsiplərindən biri hüquqi müəyyənlikdir və onun mənasına görə heç bir tərəf yalnız işin yenidən araşdırılması və ya yeni qərar əldə edilməsi məqsədi ilə prosesin yenidən keçirilməsini tələb edə bilməz. Bu prinsipdən yalnız o hallarda kənara çıxıla bilər ki, əhəmiyyətli və xüsusi ilə vacib hallar bunu tələb etsin. Konvensiya prinsipcə yekun məhkəmə qərarı ilə nəticələnmiş prosesin Dövlətlərə məhkəmə səhvlərinin düzəldilməsinə imkan vermək üçün yenidən açılmasına icazə verir. Məhkəmə səhvlərinin aradan qaldırılmaması ədalətlilik prinsipinə, məhkəmə proseslərinin ictimai nüfuzuna və təmizliyinə ciddi zərbə vura bilərdi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2 və 419.10.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Ölmüş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qəra rı və bununla əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2013-cü il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə aid hissədə ləğv edilsin. Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən cinayətdə təqsirliliyi sübuta yetirilmədiyinə görə məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-834/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-834/2019
28.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver