Məhkəmə qərarları › İş №1(102)-834/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-834/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-834/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkum XXX oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-64/2023 nömrəli, 05 yanvar 202 3-cü il tarixli qərarından məhkum XXX oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXX oğlu 09 dekabr 1972-ci il tarixdə Sabirabad rayonunun Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, XXX kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 17 sentyabr 2022-ci il tarixli ittiham aktı ilə XXX oğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür 3. 04 oktyabr 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə XXX oğlu cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə XXX oğlu 27 may 2022-ci il tarixdə, saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində olmaqla qonşusu XXX oğlunun yaşadığı evin həyətinə gəlmiş, həmin gün günorta saatlarında XXXin onu qonşuları XXX qızının evindən dəmir boruları icazəsiz aparmaqda və ona nalayiq ifadələr işlətməkdə ittiham etməsi səbəbindən aralarında mübahisə baş vermiş, şəxsi münasibətlər zəminindəki həmin mübahisə zamanı əvvəlcə XXX əlində olan dəmir parçası ilə onun başından vuraraq sol təpə nahiyəsində hematoması, təpə, sol-gicgah, ənsə nahiyələrində, sağ diz oynağının ön səthində çapıqlarla müşayiət olunan sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuraraq, əlində olan dəmiri yerə atıb geri çəkilmiş, bundan sonra həyat və sağlamlığına yönəlmiş qəsdin tam aradan qalxmasına baxmayaraq o, həmin vaxt üzərində olan bıçağı çıxarıb, qisas niyyəti ilə XXXi, hadisə yerində olan sonuncunun arvadı XXX qızı və oğlu XXX oğlunun gözləri qarşısında, onlara müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi iztirab və əzab verdiyini dərk etməklə 6 dəfə vuraraq, sonuncuya sol qoltuqaltı xətt üzrə 3-cü qabırğa səviyyəsində döş boşluğuna keçməyən bir ədəd yara, sol ön qoltuqaltı xətt üzrə 7-ci qabırğa səviyyəsində qarın boşluğuna keçməyən bir ədəd yara, sol bazunun yuxarı 1/3-də bayır səthdə bir ədəd yara, sol kürək sümüyü proyeksiyasında döş boşluğunda keçməyən bir ədəd yara, çənəaltı nahiyədə bir ədəd yara, cəmi beş ədəd yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül, sol qolaltı xətt üzrə göbək səviyyəsində, qarın boşluğuna keçən, daxili və xarici qanaxma ilə müşayiət olunan və həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirməklə, xüsusi amansızlıqla qəsdən sağlamlığına ağır zərər vurmuşdur.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-625/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli hökmü ilə XXX oğlunun Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 iyun 2022-ci il tarixdən hesablanması hök m edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs XXX oğlu və onun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı apellyasiya şikayətləri vermişlər.

7. Təqsirləndirilən şəxs XXX oğlu və onun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə XXX oğlu zəruri müdafiə həddini aşmaqla XXX oğlunun qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməkdə – Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə təqsirli bilinməli olduğu halda, əsassız və qanunsuz olaraq xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmada – Azərbaycan Respub likası CM-nin 126.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və əməlinə müvafiq olmayan, həddindən artıq ağır cəzaya məhkum edilmişdir. XXXin əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə tövsifinin düzgün olmadığını göstərən hallar kimi müdafiəçi xüsusilə ona istinad etmişdir ki, hadisə zamanı XXX əlindəki dəmir parçası ilə XXXun baş nahiyəsinə zərbə vurmaqla onu yerə yıxmış və üstündə oturmuşdur. Bu zaman XX XX xəsarətləri yalnız özünü müdafiə etmək məqsədilə, yəni sonuncunu özündən kənarlaşdırmaq üçün yetirmişdir. XXXun ailə üzvləri hadisənin sonunda hadisə yerinə gəldikləri üçün hadisəni bilavasitə görməmişlər. Göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)625/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, cinayətin xüsusi amansızl ıqla törədilməsi əlaməti xaric edilməklə XXXun əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsindən eyni Məcəllənin 130.1-ci maddəsinə tövsif edilməsini və bu maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilməsini xahiş etmişlər.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-64/2023 nömrəli, 05 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-625/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum XXX oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində ilk dəfə məhkum edi lməsi, zərərçəkmiş şəxslə barışıq əldə olunması nəzərə alınmaqla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-64/2023 nömrəli, 05 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi və nəhkum barəsində ədalətli qərar qəbul edilməsi xahiş edilir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar t əqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apelly asiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum XXX oğlu verdiyi kassasiya şikayətində ümumiyyətlə hər hansı bir dəlil irəli sürmədən apellyasiya instansiyası məhkəməsinin qərarından narazı olduğunu, barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etsə də, mübahisələndiriləndiyi məhkəmə qərarından görünür ki, birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərində məhkum və müdafiəçisi törədilən cinayət əməlinin tövsifində səhvə y ol verildiyini iddia edib, cinayətin xüsusi amansızlıqla törədilməsi əlamətinin xaric edilməklə əməlin Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsinə tövsif edilməsi, məhkum edilmiş şəxsə həmin maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilməsini xahiş etmişlər.

17. Belə olan halda məhkəmə kollegiyası məhkumun hazırkı kassasiya müraciəti üzrə xahişinin apellyasiya şikayətləri üzrə irəli sürülmüş dəlillərlə eyni olduğu qənaətinə gələrək hesab edir ki, məhkum faktiki olaraq törətdiyi cinayət əməlinin tövsifini və ona təyin edilmiş cəzanı mübahisələndirməklə, kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş ha llarla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-64/2023 nömrəli, 05 yanvar 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

19. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Az ərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

20. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab olun a bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

21. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, məhkumun özünün və müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin şikayətin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında bu dəlillərə müvafiq əsaslandırma verilməklə ətraflı cavablandırılma verilmişdir.

22. Kassasiya şikayətinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə də istinad etmir.

23. Hazırki kassasiya şikayətində qaldırılan məsələlər üzr ə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.

24. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

25. Təsvir edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

26. Qeyd olunanlar da apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416-cı maddəsi ilə ehti va olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-64/2023 nömrəli, 05 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum XXX oğlu tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-64/2023 nömrəli, 05 yanvar 2023-cü il tarixli qərarı kassasiya şikayətinə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar