Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-835/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Ağazadə İlkin İlqar oğlunun iştirakları ilə xx xxxxxxx 1983-cü ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Ağazadə İlkin İlqar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: M.S.Kazımov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsir li bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası yeni hökm üzrə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Məhkum qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), S.B.Hüseynov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs6 barəsində CM-in 263.1-ci maddəsi ilə Şəmkir Rayon Məhkəməsində baxılan cinayət işi ilə bağlı onun xeyrinə hökm çıxarılmasına köməklik göstərəcəyinə dair yalandan vəd verərək Zərərçəkmiş şəxs6 aldadıb 2014-cü ilin iyun ayının sonundan avqust ayının sonunadək olan müddət ərzində Şəmkir şəhərində hissəhissə ümumilikdə 6350 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzs iz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir şəhərində yaşayan Zərərçəkmiş şəxs2 əri X2 əvvəllər işlədiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir regional Mühafizə İdarəsinə işə bərpa etdirəcəyini yalandan vəd edərək Zərərçəkmiş şəxs2 aldadıb 2018-ci ilin may ayında Şəmkir şəhərində ümumilikdə 2000 (iki min) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Yeni-Həyat kəndində yaşayan Zərərçəkmiş şəxs4 mülki işlə bağlı Ali Məhkəmə tərəfindən onun xeyrinə qərar çıxarılmasına köməklik göstərəcəyinə dair yalandan vəd verərək Zərərçəkmiş şəxs4 aldadıb 2019-cu ilin aprel ayında 2020-ci ilin fevral ayının sonlarınadək olan müddət ər zində Şəmkir, Bakı və Gəncə şəhərlərində hissə-hissə ümumilikdə 1950 (bir min doqquz yüz əlli) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Həmçinin, o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan Zərərçəkmiş şəxs1 oğlu X3 Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə işə düzəldəcəyini yalandan vəd edərək Zərərçəkmiş şəxs1 aldadıb 2020-ci ilin mart ayı ərzində Bakı, Gəncə və Şəmkir şəhərlərində hissə-hissə ümumilikdə 9002 (doqquz min iki) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Gəncə ş əhəri Kəpəz rayonunda yaşayan Zərərçəkmiş şəxs3 oğlu Şahid4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini Şəmkir rayon Dövlət Yanğından Mühafizə Şöbəsinə işə düzəldəcəyi yalandan vəd edərək Zərərçəkmiş şəxs3 aldadıb 2019-cu ilin sentyabr ayından 2020-ci ilin iyun ayının sonlarınadək olan müddət ərzində Bakı və Şəmkir şəhərlərində hissə-hissə ümumilikdə 2710 (iki min yeddi yüz on) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Eləcə də, o, təkrarən, tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs5 oğlu Nicat Şirinovun verilməsi dayandırılmış əlillik təqaüdünü bərpa etdirəcəyini yalandan vəd edərək Zərərçəkmiş şəxs5 aldadıb 2021-ci ilin aprel ayının sonlarında Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən yaşayış evində 1000 (bir min) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və CM-in 62-ci maddəsi tətbiq olunaraq Məhkum ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini təmin edərək hər bir zərərçəkmiş şəxslə barışıq əldə etmiş və zərərçəkmiş şəxslər ondan şikayət və tələblərinin olmamasına dair məhkəməyə ərizə vermişlər. Lakin məhkəmələr M əhkum qarşı heç bir iddia, tələb və şikayət olmamasını nəzərə almayaraq ağır cəza təyin etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi İ.Ağazadənin kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllə nin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya müraciətində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya müraciətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2. Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığı n məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzan ı yüngülləşdirən hallar kimi, habelə cəzanı ağırlaşdıran halların olmamasını düzgün nəzərə alaraq təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmiş və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyət li surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müv afiq hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məh rumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzan ın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi, təqsirləndirilən şəxs Məhkum ittiham olunduğu epizodlardan biri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etməmiş və həmin epizod üzrə də onu cəza təyin etməklə məhkum etmişdir. Belə ki, ittihama görə Məhkum tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs6 barəsində CM-in 263.1-ci maddəsi ilə Şəmkir Rayon Məhkəməsində baxılan cinayət işi ilə bağlı onun xeyrinə hökm çıxarılmasına köməklik göstərəcəyinə dair yalandan vəd verərək Zərərçəkmiş şəxs6 aldadıb 2014-cü ilin iyun ayının sonundan avqust ayının sonunadək olan müddət ərzində Şəmkir şəhərində hissə-hissə ümumilikdə 6350 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası CM-in 75-ci maddəsi - müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmənin şərtlərini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 75.1.2-ci maddəsinə görə az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinin sanksiyasında “dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç iləd ək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə” cəzaları nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə görə “Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.” Azərbaycan Respublikası CM-in 75.2-ci maddəsinə görə “Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır”. Azərbaycan Respublikası CPM-in 358.2-ci maddəsi - Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Azərbaycan Respublikası CPM-in 389.1-ci maddəsi - Birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi onların qanuni qüvvəyə minməsini dayandırır. Azərbaycan Respublikası CPM-in 407.2-ci maddəsi - Apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. İş materiallarından görünür ki, Məhkum, Şəmkir rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs6 qarşı törətdiyi dələduzluq cinayəti epizodu üzrə cinayət əməlini 2014cü ilin iyun ayının sonundan avqust ayının sonunadək olan müddət ərzində törətmiş, onun barəsində apellyasiya instansiyası məhkəməsinin yekun qərarı isə 22 noyabr 2022-ci ildə, yəni qanunla müəyyən edilmiş yeddi il müddət keçdikdən sonra qüvvəyə minmişdir. Beləliklə də, 22 noyabr 2022-ci ildə Məhkum həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi həmin epizod üzrə Məhkum təqsirli bilərək cəza təyin edərkən cinayət qanunun normalarını nəzərə almadan qərar qəbul etmişdir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, “Məhkum tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs6 barəsində CM-in 263.1-ci maddəsi ilə Şəmkir Rayon Məhkəməsində baxılan cinayət işi ilə bağlı onun xeyrinə hökm çıxarılmasına köməklik göstərəcəyinə dair yalandan vəd verərək Zərərçəkmiş şəxs6 aldadıb 2014-cü ilin iyun ayının sonundan avqust ayının sonunadək olan müddət ərzində Şəmkir şəhərində hissəhissə ümumilikdə 6350 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi” epizodu üzrə müddətin keçməsi ilə bağlı onun həmin epizod üzrə cəzalandırılmasına dair müddəalar apelyasiya instansiyası məhkəməsinin qərarından xaric edilməli olduğundan məhkuma təyin edilmiş cəza da yüngülləşdirilməlidir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayət qismən təmin edilməli və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.11-ci maddəsinə əsasən məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Zərərçəkmiş şəxs6 6350 manat məbləğində əmlakını 2014-cü ilin iyun ayının sonundan avqust ayının sonunadək olan müddət ərzində Şəmkir şəhərində pulunu aldatma yolu ilə ələ keçirməsi epizoduna görə cəzalandırılmasına dair müddəalar məhkəmə qərarından xaric edilsin. Məhkum Gədəbəy Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 (iki) il 6 (altı) aydan 2 (iki) il 4 (dörd) aya endirilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 66.5-ci maddəsinə əsasən, hazırkı qərarla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Məhkum qəti olaraq 2 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-835/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-835/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver