Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-836/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim T.Qubadov) xx xxxxxx 1987-ci il tarixdə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum xx xxxxxx 2020-ci il tarixdə həmin hökmdən apellyasiya şikayəti və apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət vermişdir. Vəsatətə baxan Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Məhkum həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli hökmündən apellyаsiyа şikаyətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Həmin qərardan Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim A.M.Əliyev, hakimlər İ.H.Şükürov və R.Ə.Əliyevdən ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli ilkin baxış qərarı ilə Məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-cu il tarixli qərarı ilə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanmışdır. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, qərar qəbul edilərkən prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi vəsatəti rədd edərkən onu əsas tutmuşdur ki, hökm onun iştirakı ilə keçirilmiş məhkəmə iclasında elan edilmişdir. Bundan başqa hökm ona həmin tarixdə imzaladığı qəbzlə verilmişdir. Məhkəmədə tələb etsə də, imzası olan qəbz ona göndərilməyib. Birinci instansiya məhkəməsində icraat zamanı yol verilmiş qanun pozuntuları apellyasiya məhkəməsi tərəfindən aradan qaldırılmaq əvəzinə daha kobud formada təkrar edilmişdir. Apellyasiya şikayətinə baxış zamanı iştirakı təmin edilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət RKollegiyasının xx xxxx 2020-ci il tarixli ilkin baxış qərarını ləğv etməklə, Zərdab ayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyas iya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən ş əxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Zərdab Rayon Məhkəməsinin hökmü xx xxxxxx 2019-cu il tarixdə elan olunmuş, hökmün surəti cinayət prosesinin tərəflərinə, həmçinin, Məhkum təqdim edilmişdir. Məhkum həmin məhkəmə aktını almasına dair xx xxxxxx 2019-cu il tarixli qəbz iş materiallarına əlavə edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmün nəticə hissəsində Məhkum hökmün surətini aldığı gündən 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayətinin verə bilməsi hüququ izah edilmişdir. İş materiallarından görünür ki, həmin hökm xx xxxxxx 2019-cu il tarixdə Məhkum işt irakı ilə keçirilən məhkəmə iclasında elan edilmişdir. Məhkəmə kollegiyası bunu, birinci instansiya məhkəməsinin hökmü elan edilərkən məhkəmə iclasında iştirak etmiş məhkumun yuxarıda göstərilən müddətdə apellyasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, vəsatət rədd edilməlidir. Kassasiya şikayətindəməhkumun səhhəti ilə əlaqədar vaxtında apellyasiya şikayəti verə bilməməsinə və yaxud da apellyasiya şikayəti vermə müddətini buraxmasına səbəb olan üzürlü hərhansı bir səbəb göstərilməmişdir. Göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Ona görə də, kassasiya şikayətinin dəlilləri əsassız olduğu ndan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhk um kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-836/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-836/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver