Məhkəmə qərarları › İş №1(102)-836/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-836/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-836/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov X2 ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi6 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafi əçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X9 sədrliyi, hakimlər Fərid Namazov və İradə Həsənzadədən ibarət tərkibdə) xx.xx.2023-cü il tarixli, 1(101)-429/2023 nömrəli hökmü ilə xx.xx.1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, Naxçıvan MR, Kəngərli rayonu, Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 07 il (yeddi il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 28 iyul 2022-ci il tarixdən hesablanması, Məhkum ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 sədrliyi, hakimlər Elmar Rəhimov və Fərid Əyyubovdan ibarət tərkibdə) 1 dekabr 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli hökmü verilmiş apellyasiya prot estinə münasibətdə dəyişdirilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə Məhkum təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti bir il artırılmaqla, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmlə X3 da məhkum edilmiş, lakin A.Zülfüqarova münasibətdə kassasiya müraciəti olmadığından, hazırki qərarla yalnız Məhkum müdafiəçisinin kassasiya şikayəti əsasında Məhkum münasibətdə araşdırılma aparılacaqdır. İŞİN HALLARİ: Hökmə və qərara əsasən Məhkum satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndi rilən şəxs, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «İlqar» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «İlqar» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «İlqar» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azər baycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda 3687,521 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 4265 qram çəkidə qurudulmuş marixuananı və külli miqdarda 1160 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Araz Zülfüqarova məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qoyulduğu ünvandan «İlqar» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edil ən çəkidə narkotik vasitə heroindən bir ədəd bükümdə 27,521 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs üzərində, qalan narkotik vasitə və psixotrop maddələri isə Təqsirləndirilən şəxs ilə birlikdə idarə etdiyi “Daewoo” markalı, **GB-*** qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağında saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs və Məhkum həmin gün saat 02:20-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən Bakı-Sumqayıt şossesinin 6-cı kilometrliyində “Daewoo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanılaraq həmin avtomobillə birlikdə Baş İdarəyə gətiri lmiş və orada 28 iyul 2022-ci il tarixdə saat 04:20dən üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 27,521 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 28 iyul 2022-ci il tarixdə saat 05:00- dan etibarən Baş Narkotiklərlə Mübariz İdarəsinin əməkdaşları tərəfindən həmin idarənin həyətində Təqsirləndirilən şəxs və Məhkum icazələri və birlikdə iştirakları ilə sonuncunun idarə etdiyi “Daewoo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs Məhkum ilə birlikdə qanunsuz olaraq əldə edib avtomobilin arxa sol oturacağında saxlamaqla daşıdıqları bir ədəd qara rəngli sellofon torba dan 04 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 935 qram, 750 qram, 950 qram və 1025 qram olmaqla ümumi təmiz çəkisi 3660 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda 1160 qram çəkidə psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1935 qram və 2330 qram olmaqla ümumi çəkisi 4265 qram olan tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, qərara və hökmə nəzər salanda ay dın olur ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiуi və işin bütün hallarını tam əks etdirən ifadələrinə deyil, ibtidai istintaq zamanı aldatma və təzyiq altında yazılan ifadələrə sübut kimi istinad olunmuş, müdafiə tərəfi olaraq, apellyasiya şikayətinə vermiş olduqları əlavədə göstərilən xüsusatlara qiymət verilməmiş, ittiham aktı və ittiham hökmü nöqtə vergülünə kimi qərara köçürülmüşdür. Kassator qeyd etmişdir ki, ibtidai istintaq bilərəkdən və məqsədyönlü şəkildə saxtalaşdırılmış, təqsirləndirilən şəxs Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmişdir. İstintaq materiallarında buraxılmış bir sıra kobud pozuntular hər iki instansiya məhkəməsinin diqqətindən yayınmış və məhkəmə yekun aktında qeyd edəcəyi bir s ıra xüsusatlara qiymət verməmiş, bu isə о deməkdir ki, məhkəmənin gəldiyi nəticə işin bütün faktiki halları ilə açıq-aşkar uyğunsuzluq təşkil edir. Kassator bildirmişdir ki, xx.xx.2022-ci il tarixli BNMİ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisi Mahir Məmmədova yazdığı raportda qeyd olunur ki, “etimad doğuran, məlum, qərəzsız mənbədən daxil olmuş məlumatda xx.xx.1988-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olan, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Suraxanı Rayonu, Yeni Ramana qəsəbəsi, Çaparidze küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixo trop maddələri satiş məqsədilə əldə edib, Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olur. Göründüyü kimi məxfi mənbədən əldə edilmiş məlumatda Təqsirləndirilən şəxs hətta nömrəsiz fərdi evdə qeydiyyatda olması belə bildirilsə də, Məhkum barəsində hər hansı bir məlumat verilməmiş, onların qabaqcadan əlbirliyi barədə və qeyd olunan tarixdə birlikdə olacaqları barədə məlumat yoxdur. Göründüyü kimi, əməliyyat-axtarış tədbirlərinin bazasını təşkil edən əldə edilmiş ilkin məlumatda belə yalnız Təqsirləndirilən şəxs barəsində məlumat verilir və raportda yalnız Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə alınır. Yəni gələcəkdə Məhkum barəsində keçiriləcək əməliyyat-axtarış tədbirlərinin qanunsuz və əsassız olmasının təməli bu raportla qoyulmuşdur. Bunda n başqa, 28 iyul 2022-ci il tarixli cinayət işinin başlanması barədə qərardan və cinayət işi materiallarından gorünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən 28 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs və Məhkum həmin gün 02:20-də Abşeron rayonu, Xirdalan şəhəri ərazisindən keçən Bakı Sumqayıt şossesinin 6-cı kilometrliyində saxlanılaraq, BNMİ-nə gətirilmişdir. Şübhəli şəxsin tutulması haqda qərar və müvafiq protokoldan görünür ki, Məhkum həmin gün saat 03:50 radələrində, Azər Zulfiqarov 03:20 radələrində şübhəli şəxs qismində tutulmuş, hər ikisinin üzərində həmin gün saat 04:20-dən 04:31-dək şəxsi axtariş və götürmə istintaq hərəkəti aparılmış, şəxsi axtarış və götürmə istintaq hərəkətinin video çəkilis i bitəndən sonra protokolun yazılışına başlanılmış, 04:32-də protokolun tərtibinə başlanıb və 04:50-də bitib. Daha sonra 05:00-dan 05:18-dək avtomobilə baxış və götürmə aparılmışdır. İş üçün mühüm əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, 29 iyul 2023-cü il tarixli Məhkum ilə X4 arasında aparılan uzləşdirmə istintaq hərəkətində vəkil qismində iştirak edən Tufan Kərimli protokola imza atmamış, bu isə о deməkdir ki, müdafiəçinin iştirakı olmadan şübhəli şəxsin uzləşdirməsi aparılmış və etirafedici ifadəsi alınmış, müdafiə hüququnun pozulması ilə aparılan istintaq hərəkəti sübutların siyahısından çıxarılmalıdır. Təqsirləndirilən şəxs Araz Zulfiqarov sübhəli şəxs qismində dindirmə zamanı aldatma yolu ilə alınan ifadəsi ilə Məhkum arasında üzləşdirmə zamanı verdiyi ifadəsi və ilkin təqsirlənd irilən şəxs qismində verdiyi ifadəsi nöqtə vergülünə kimi eyni ifadədir, hətta hərf səhvləri belə eynidir. İlkin verdiyi izahatın əksinə bildirir ki, Şamilin bu barədə məlumatı olmuşdur, lakin Şamil əvəzinə Araz yazılmışdır, yəni Araz bildirir ki, Arazın cinayətdən məlumatı olmuşdur. Qeyd olunan nöqsan onun digər ifadələrində də öz əksini tapmışdır. Bu isə ifadələrin müstəntiq tərəfindən yazıldığını və üzləşdirmə və təqsirləndirilən şəxs qismində ifadəsinə köçürüldüyünü sübut edir. İş üzrə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarasinin əməkdaşları olan Şahid1, Şahid2 və Şahid3 Etibar oğlu təqsirləndirilən şəxs Məhkum törədilmiş cinayət işi ilə aidiyyatını və əlbirliyini təsdiq edəcək sübut əldə etmədiklərini, onun təqsirli olmadığını bildirmiş, ilkin ifadəsi zamanı sərbəs t olaraq hər iki təqsirləndirilən şəxslərin eyni məzmunlu ifadə verdiklərini bildirmişdir. İbtidai istintaq zamanı hər 3 şahid dindirilsədə, ilkin olaraq, məlumatın daxil olduğu və əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edən və əməliyyat qrupuna rəhbərlik edən Şahid1 heç bir səbəb olmadan məhkəmə zalına dəvət edilməmiş və şahid qismində ifadəsi alınmamişdır. Cinayət işinin materialları ilə müəyyən olunur ki, nə ibtidai istintaqda, nə birinci instansiya məhkəməsində, nədəki, apellyasiya məhkəməsində baxış zamanı məhkum edilmiş şəxslərin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi, daşıması və ya saxlamasını sübut edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) müəyyən edilməmişdir. Bundan əlavə məhkum edilmiş şəxslərin həmin narkotik vas itəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi öz təsdiqini tapmamışdır. Həmçinin məhkum edilmiş şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, о cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir dəlil yoxdur və ibtidai istintaq orqanı bu hala qiymət verməmişdir, Göründüyü kimi, ittihamın əsası ehtimallara dayanır. Halbuki, ittihamın əsasını ehtimallar deyil, məhz mötəbər sübutlar təşkil etməlidir. Apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinə düzgün hüquqi qiymət verməmiş, onun əməlində ittiham olunduğu maddənin tərkib əlamətlərinin olmadığı birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri və işin digər halları ilə tam sübuta yetirilməsinə baxmayaraq, məhkəmə işi tam və hərtərəfli araşdırmadan, məhkəmə baxışının qismən istintaqla aparılmasına dair vermiş olduğumuz vəsatəti və apellyasiya şikayətini təmin etməmiş və əsassız olan ittiham hökmünü dəyişdirmədən saxlamışdır. Kassator kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 dekabr 2023-cü il tarixli 1(103)-1446/2023 nömrəli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş etmişdir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi Müdafiəçi6 çıxış edərək kassasiya şikayətində qeyd edilmiş halları bir daha vurğulayaraq kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum müdafiəçisinin dedikləri ilə razı olduğunu və kassasiya şikayətinin təmin edilməsi ni məhkəmə kollegiyasından xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək müdafiəçinin kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətin in təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şi kayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birin ci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi, Məhkum əməlinin hüquqi tövsifini mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6 maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin m üəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilm iş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “A zərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olma ması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizl iyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərard a təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai istintaq zamanı, istərsə də, birinci və apellyasiya instansiya məhkəmələrində işə baxılarkən cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Məhkum bütün prosessual hüquqları, o cümlədən müdafiə hüquqları vaxtında və səmərəli şəkildə, habelə işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar ə sasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verilməmiş, kassasiya şikayətinin Məhkum bəraət verilməsi barədə dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmamışdır. Müdafiəçinin əməliyyat məlumatının yalnız digər məhkum barəsində olması və Məhkum barəsində heç bir əməliyyat məlumatının olmaması dəlili ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, burada hər hansı bir Qanun pozuntusu mövcud deyil. Belə ki, işin hallarından da göründüyü kimi, həqiqətən də polisdə digər məhkum barəsində əməliyyat məlumatı olmuş və həmin məhkum barəsində əməliyyat tədbiri həyata keçirilərkən Məhkum də həmin məhkumla birlikdə cinayət əməli törətdiyi aşkar edilmişdir. Məhkum barəsində polisdə əməliyyat məlumatının olmaması və əməliyyat tədbirinin digər məhkum barəsində keçirilməsi heç də Məhkum məsuliyyətdən kənarda qoyan fakt kimi qəbul edilməməlidir və məhkəmə kollegiyası hesab edir ki, bu tədbiri keçirərkən əməliyyatçılar tərəfindən hər hansı Qanun pozuntusuna yol verilməmiş və məhkəmələr də bu məsələyə düzgün hüquqi qiymət vermişlər. Kassasiya şikayətinin digər dəlili məhkuma məxsus avtomaşına geç baxış keçirilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, digər məhkum və eyni zamanda Məhkum ibtidai istintaq zamanı etiraf ifadələri verərək narkotik vasitələri və psixiotrop maddələri hansı qa ydada, haradan aldıqlarını, hansı ünvandan götürdüklərini, maşının arxa oturacağına neçə qoyduqlarını, polis əməkdaşları tərəfindən neçə saxlandıqlarını, narkotik vasitələrin və psixiotrop maddələrin avtomaşından neçə aşkar edildiyini ətraflı, detallı şəkildə və məntiqi ardıçıllıqla bildirmişlər. Məhkum müdafiəçisi bu ifadələrin aldatma, qorxutma, təzyiq altında alındığını iddia etsə də, lakin cinayət işinin materiallarında müdafiə tərəfinin iddiasını təsdiq edən heç bir sübut mövcud deyil və Məhkum istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və bədəni üzərində heç bir xəsarət aşkar edilməmiş və onun heç bir şikayəti olmamışdır. Müdafiəçinin kassasiya şikayətində göstərdiyi DİN-in iki ayrı-ayrı idarələrinin iş üzrə araşdırma aparmasının qeyri-mümkün və qanunsuz olma sı və həmin sənədlərin sübutlar siyahısından çıxarılması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında da göründüyü kimi, əməliyyat tədbiri Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən geçə həyata keçirilmiş, lakin əməliyyat həyata keçirildikən sonra hazırki cinayət hadisəsi həm də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi tərəfindən də araşdırılmış və istintaq hərəkətləri həyata keçirilmişdir. Yəni əməliyyat tədbirindən sonra araşdırma həm BNMİ-in və həm də BMCMİ-in əməkdaşlarl tərəfindən birgə həyata keçirilmiş, bu zaman CPM-in hər hansı normasının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin digər dəli li məhkumların satış məqsədini təsdiq edən sübutların mövcud olmaması ilə bağlıdır. Bununla bağlı qeyd edilməsi zəruridir ki, məhkumlar saxlanılarkən digər məhkumun üzərindən külli miqdarda 27,521 qram çəkidə narkotik vasitə heroin, məhkum Ş,Xudaverdiyevin idarə etdiyi avtomaşından isə bir ədəd qara rəngli sellofan torbadan 04 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 935 qram, 750 qram, 950 qram və 1025 qram olmaqla ümumi təmiz çəkisi 3660 qram narkorik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda 1160 qram çəkidə psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkisi 1935 qram və 2330 qram olmaqla ümumi çəkisi 4265 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, məhkumdan narkotikin 3 ayrı-ayrı növləri, həm də h ər biri külli miqdarda olmaqla aşkar edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, narkotik vasitələrin növ müxtəlifliyi və çəkisi satış məqsədini təsdiq edən dəlillərdir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Məhkum təyin edilmiş cəza da həm növü, həm də həddi baxımından ədalətli olmaqla, onun törətmiş olduğu cinayət əməlinin ağırlıq və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Beləliklə, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın Məhkum aid hissədə dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəh bər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2023-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə, Məhkum aid hissədə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar