Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-836/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Vüqar İkram oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə) 12 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum, xx xxxxxxx 1994-cü il tarixdə Quba rayonunun Mirzəməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Quba rayonunun Mirzəmə mmədli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhərində yaşamış, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, daşınmış, Biləsuvar rayonu Yuxarı Ağalıkənd kəndində yerləşən “Beton kanal” adlanan su kanalının yaxınlığında gizlədilmiş külli miqdarda 500,0 qram olan qurudulmuş marixuananı, külli miqdarda 4 ədəd ayrıayrılıqda təmiz çəkiləri 2085,0 qram; 2180,0 qram; 1570,0 qram; 1050,0 qram, ümumi təmiz çəkisi 6885,0 qram olan heroini, külli miqdarda 3 ədəd ayrı-ayırılıqda təmiz çəkiləri 2670,0qr; 1010,0 qr; 1520,0 qram, ümumi təmiz çəkisi 5200,0 qram həşiş qətranını, külli miqdarda 1 bir ədəd bükülüdə təmiz çəkisi 390,0 qram metamfetamini, külli miqdarda 23 ədəd konvolyutda ümumi sayı 230 əd əd olan qəhvəyi rəngli dairəsi formalı 9,2 qram (bir həbdə 0,04 qr) həblər metodonu cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 16 yanvar 2023-cü il tarixdə saat 02:30 radələrində cinayət barədə xəbərsiz olan Şahid6 idarə etdiyi “Mercedes C 230” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək qeyd edilən narkotik vaitələri və psixotrop maddələri gizlədildiyi yerdən götürüb, avtomobilin sağ arxa oturacağının alt hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 yanvar 2023-cü il tarixdə saat 02:40 radələrində Biləsuvar rayon Yuxarı Ağalıkənd kəndində yerləşən “Beton kanal” adlanan su kanalının yaxınlığında narkotik vasitələrin və psixotrop maddlərin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilərəkən qeyd edilən narkotik vasitə və psixotrop maddələr bir ədəd idman çantasında olmaqla həmin avtomobilin sol arxa oturacağının altından aşkar edilərək götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abdullayev İlkin Qismət oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə) 14 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilərək ona daha yüngül cəzanın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa, qüvvədən düşmüş "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarına, işin müəyyən edilmiş faktiki hallarına, habelə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum həmin şikayətini belə əsaslandırmışdır ki, onun İİR-nın vətəndaşı və ya digər şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin satışına dair, eləcə də həmin narkotik vasitələrin və psixotrop maddələrin satışından mənfəət əldə etməsi barədə heç bir razılıq olmamış, o yalnız satış məqsədi olmadan İİR-nın vətəndaşının təklifinə əsasən nəqliyyat vasitəsilə 1500 manat pul müqabilində həmin dövriyyəsi qadağan olunmuş əşyaları Biləsuvar rayonunun ərazisindən götürüb Bakı şəhərində onun deyəcəyi yerə qoymaq məqsədi ilə onların yerinin dəyişdirilməs inə yönələn hərəkətlər etmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən ona qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə qanunsuz ittiham irəli sürülmüş, işə baxan birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozaraq istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə iclaslarında əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olmasını təsdiq edən hər hansı bir sübut əldə edilməmiş, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktları isə yalnız ehtimallara əsaslanmışdır. Şikayət müəllifi daha sonra qeyd etmişdir ki, məhkəmələr onun barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun ilk dəfə cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, atasını İ qrup, anasının isə İİ qrup əlil olmaların ı, ailədə yeganə övlad olmaqla onu dolandıran yeganə şəxs olmasını nəzərə almamış və bunun da nəticəsində o, ağır cəzaya məruz qalmışdır. Göstərilən dəlillərə əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə prosesində iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilm işdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizə məhkumun cəza çəkdiyi Azərbaycan Respubl ikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 14 aprel 2025-ci il tarixli 3-16-17/33/2-1296/2025 saylı məktubu ilə müşaiyət edilmişdir. Ərizədə Məhkum özü tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan həmin şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsind ə təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, gö stərilən ərizə təmin edilməklə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərarından onun özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərarından məhkum olunmuş şəxs tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin şikayət üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-836/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-836/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver