Məhkəmə qərarları › İş №1(102)-837/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-837/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-837/2020 22.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.2.1, 228.4, 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası CM-in 228.2.1, 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs1 barələrindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (sədrlik edən hakim Tural Qocayev) 1(043)100/2019 nömrəli 08 noyabr 2019-cu il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs2, xx xxxxxxx 1998-ci ildə ****** şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan1 ünvanda qeydiyyatda olan; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.4, 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 228.2.1-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla CM-in 228.4-cü maddəsi ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza 03 (üç ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, CM-in 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla CM-in 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmə klə, cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2019-cu il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs1 17 noyabr 1987-ci ildə ******** şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla CM-in 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 02 (iki) ay 25 (iyirmi beş) gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qanunsuz olaraq ****** nömrəli, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1958-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli lüləsi və qundağı kustar üsulla kəsilməklə təyinatı dəyişdirilmiş yivsiz odlu ov silahı əldə edib tanışı Təqsirləndirilən şəxs1 ilə birgə Təqsirləndirilən şəxs1 yaşadığı, ****** şəhərinin ************** saylı mənzilində saxlayaraqözləri ilə gəzdirmiş, 18 fevral 2019-cu il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı həmin lüləsi və qundağı kustar üsulla kəsilməklə təyinatı dəyişdirilmiş yivsiz odlu silah həmin evdən aşkar edilərək götürülmüşdür. Bund an başqa, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq vurucu-əzici xassəyə malik olan kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silahı əldə edib gəzdirmiş, 18 fevral 2019-cu il tarixdə saat 14 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirmiş olduğu əməliyyat axtarış tədbirləri zamanı həmin vurucu-əzici xassəyə malik olan kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah Təqsirləndirilən şəxs1 ilə yaşadığı, ******* şəhərinin ******************* nömrəli binanın **** saylı mənzilindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup təşkil edərək özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 yanvar 2019-cu il tarixdə, saat 03 radələrində ünvan3 ünvanda yerləşən “*** **** ” ticarət mərkəzinə qanunsuz olaraq daxil olub 1000 manat məbləğində pulu ələ keçirmək üçün ticarət mərkəzinin giriş qapısını sındırmaq istəmiş, lakin ticarət mərkəzinin gözətçisinin onları gördüyünü bilib bilavəsitə iradələrindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib həmin yerdən qaçaraq oğurluğa cəhd etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup təşkil edərək özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 03 fevral 2019-cu il tarixdə, saat 03 radələrində ünvan4 ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi, “2003” adlı ərzaq dükanının qapısında olan asma qıfılı özləri ilə apardıqları dəmir parçası ilə sındırıb mağazaya qanunsuz daxil olub içəridən hər birinin dəyəri 3,30 manat olmaqla ümumi dəyəri 33 man at olan 10 ədəd “Sobranie” markalı, hər birinin dəyəri 2,80 manat olan, ümumi dəyəri 28 manat olan 10 ədəd boz kompakt “Winston” markalı, hər birinin dəyəri 2,80 manat olan ümumi dəyəri, 19,60 manat olan 7 ədəd göy kompakt “Winston” markalı, hər birinin dəyəri 2,80 manat olan ümumi dəyəri, 8,40 manat olan 3 ədəd nazik göy “Winston” markalı, hər birinin dəyəri 2,80 manat olan ümumi dəyəri, 22,40 manat olan 8 ədəd nazik boz kompakt “Winston” markalı, hər birinin dəyəri 2,80 manat olan ümumi dəyəri, 11,20 manat olan 4 ədəd mentollu “Winston” markalı, hər birinin dəyəri 2,80 manat olan ümumi dəyəri, 14 manat olan 5 ədəd nazik uzun “Winston” markalı, hər birinin dəyəri 2,80 manat olan ümumi dəyəri, 8,40 manat olan 3 ədəd göy qalın “Winston” markalı, hər birinin dəyəri 3 manat, ümumi dəyəri 24 m anat olan 8 ədəd “KENT-8” markalı, hər birinin dəyəri 3 manat, ümumi dəyəri 30 manat olan 10 ədəd nazik “KENT-4” markalı, hər birinin dəyəri 3 manat, ümumi dəyəri 18 manat olan 6 ədəd qalın “KENT-4” markalı, hər birinin dəyəri 3 manat, ümumi dəyəri 15 manat olan 5 ədəd nazik “KENT-1” markalı, hər birinin dəyəri 3 manat, ümumi dəyəri 6 manat olan 2 ədəd mentollu “KENT” markalı, hər birinin dəyəri 1 manat, ümumi dəyəri 10 manat olan 10 ədəd nazik “Pallmal” markalı, hər birinin dəyəri 1 manat, ümumi dəyəri 4 manat olan 4 ədəd nazik ağ “Pallmal” markalı, hər birinin dəyəri 1 manat, ümumi dəyəri 3 manat olan 3 ədəd nazik göy “Pallmal” markalı, hər birinin dəyəri 1 manat, ümumi dəyəri 7 manat olan 7 ədəd nazik “Pallmal” markalı, hər birinin dəyəri 1 manat, ümumi dəyəri 7 manat olan 7 ədəd qalın boz “Pallmal” markalı, hər birinin dəyəri 1 manat, ümumi dəyəri 7 manat olan 7 ədəd nazik “Pallmal” markalı, hər birinin dəyəri 1.5 manat, ümumi dəyəri 15 manat olan 10 ədəd nazik boz “Winchester” markalı, hər birinin dəyəri 1.5manat, ümumi dəyəri 15 manat olan 10 ədəd nazik göy “Winchester” markalı, hər birinin dəyəri 1.5 manat, ümumi dəyəri 10.5 manat olan 7 ədəd kompakt göy “Winchester”, hər birinin dəyəri 1.5 manat, ümumi dəyəri 15 manat olan 10 ədəd nazik boz “Winchester”, hər birinin dəyəri 1.5 manat, ümumi dəyəri 12 manat olan 8 ədəd qalın göy “Winchester” markalı, hər birinin dəyəri 1.5 manat, ümumi dəyəri 15 manat olan 10 ədəd qalın boz “Winchester” markalı, hər birinin dəyəri 1.6 manat, ümumi dəyəri 12.8 manat olan 8 ədəd qalın göy “West” markalı, hər birinin dəyəri 1.6 manat, üm umi dəyəri 12.8 manat olan 8 ədəd nazik boz “West” markalı, hər birinin dəyəri 2.2 manat, ümumi dəyəri 22 manat olan 10 ədəd boz kompakt “Rotmans” markalı, hər birinin dəyəri 2.2 manat, ümumi dəyəri 26.4 manat olan 12 ədəd göy kompakt “Rotmans” markalı, hər birinin dəyəri 1.6 manat, ümumi dəyəri 16 manat olan 10 ədəd göy kompakt “Viceroy” markalı, hər birinin dəyəri 1.6 manat, ümumi dəyəri 12.6 manat olan 8 ədəd boz kompakt “Viceroy” markalı, hər birinin dəyəri 2 manat, ümumi dəyəri 20 manat olan 10 ədəd nazik boz “LD” markalı, hər birinin dəyəri 2 manat, ümumi dəyəri 30 manat olan 15 ədəd ağ kompakt “LD” markalı, hər birinin dəyəri 2 manat, ümumi dəyəri 20 manat olan 10 ədəd boz kompakt “LD” markalı, hər birinin dəyəri 2 manat, ümumi dəyəri 10 manat olan 5 ədəd mentollu “LD” markalı, hər birinin dəyəri 1.5 manat, ümumi dəyəri 15 manat olan 10 ədəd nazik boz NZ, hər birinin dəyəri 1.5 manat, ümumi dəyəri 18 manat olan 12 ədəd “Maqna” nazik boz “NZ” markalı, hər birinin dəyəri 1.5 manat, ümumi dəyəri 15 manat olan 10 ədəd qara nazik “NZ” markalı, hər birinin dəyəri 1.5 manat, ümumi dəyəri 9 manat olan 6 ədəd boz kompakt “NZ” markalı, hər birinin dəyəri 1.5 manat, ümumi dəyəri 15 manat olan 10 ədəd göy kompakt “NZ” markalı, hər birinin dəyəri 1.4 manat, ümumi dəyəri 21 manat olan 15 ədəd qara nazik “Want” markalı, hər birinin dəyəri 1.4 manat, ümumi dəyəri 14 manat olan 10 ədəd boz nazik “Want” markalı, hər birinin dəyəri 1.4 manat, ümumi dəyəri 14 manat olan 10 ədəd göy nazik “Want” markalı, hər birinin dəyəri 1.4 manat, ümumi dəyəri 9.8 manat olan 7 ədəd qalın boz “Want” ma rkalı, hər birinin dəyəri 1.4 manat, ümumi dəyəri 6 manat olan 8.4 ədəd qara nazik “Want” markalı, hər birinin dəyəri 1.5 manat, ümumi dəyəri 15 manat olan 10 ədəd boz kompakt “Classik” markalı, hər birinin dəyəri 1.5 manat, ümumi dəyəri 12 manat olan 8 ədəd qara kompakt “Classik” markalı, hər birinin dəyəri 1.5 manat, ümumi dəyəri 10.5 manat olan 7 ədəd nazik uzun göy “Classik” markalı, hər birinin dəyəri 1.5 manat, ümumi dəyəri 15 manat olan 10 ədəd nazik uzun boz “Classik” markalı, hər birinin dəyəri 1.2 manat, ümumi dəyəri 19.2 manat olan 16 ədəd nazik qırmızı “Keno” markalı, hər birinin dəyəri 1.2 manat, ümumi dəyəri 15.6 manat olan 13 ədəd nazik göy “Keno” markalı, hər birinin dəyəri 1.2 manat, ümumi dəyəri 13.2 manat olan 11 ədəd göy “Pirima” markalı, hər birinin dəyəri 1.2 manat, ü mumi dəyəri 9.6 manat olan 8 ədəd boz “Pirima” markalı, hər birinin dəyəri 1.2 manat, ümumi dəyəri 6 manat olan 5 ədəd sarı “Pirima” markalı, hər birinin dəyəri 1.4 manat, ümumi dəyəri 14 manat olan 10 ədəd göy “Veqas” markalı, hər birinin dəyəri 1.4 manat, ümumi dəyəri 12.6 manat olan 9 ədəd boz “Veqas” markalı, hər birinin dəyəri 1.2 manat, ümumi dəyəri 9.6 manat olan 8 ədəd “Naşa Pirima” markalı, hər birinin dəyəri 1.4 manat, ümumi dəyəri 15.4 manat olan 11 ədəd göy ağ “More” markalı, hər birinin dəyəri 1.4 manat, ümumi dəyəri 11.2 manat olan 8 ədəd göy “More” markalı, hər birinin dəyəri 1.2 manat, ümumi dəyəri 7.2 manat olan 6 ədəd qırmızı “Arqo” markalı, hər birinin dəyəri 1.2 manat, ümumi dəyəri 8.4 manat olan 7 ədəd göy “Arqo” markalı, ümumi dəyəri 872 manat 40 qəpik dəyərində siq aretləri, 170 manat dəyərində kolbasa sosiska ət məhsullarını, bir ədədinin dəyəri 1.6 manat ümumi dəyəri, 16 manat olan şokoladları və kassada olan 130 manat nağd pulu gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 1188manat 40 qəpik zərər vurmaqla oğurluq etmişlər. Hökmdən təqsirləndirilən şəxslər tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elçin Xasməmmədov, hakimlər Əlizamin Abdullayev və Çingiz Məmmədovdan ibarət tərkibdə) 1(104)47/2020 nömrəli 10 yanvar 2020-ci il tarixli qərarı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 0 yanvar 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2, məhkum Təqsirləndirilən şəxs1 və sonuncunun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası onun tərəfindən verilmiş apelyasiya şikayətinə baxış zamanı heç bir araşdırma aparmadan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qərarını olduğu kimi qüvvədə saxlamışdır. Kassator göstərmişdir ki, işə baxan məhkəmələr onun zərərçəkmişlə barışıq əldə etməsini, zərərçəkmişə dəymiş maddi ziyanın tamamilə ödəməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini nəzərə almamışdır. Bundan başqa, birinci və apellyasiya insta nsiya məhkəmələri qərəzli mövqe nümayiş etdirərək, təyin edilməli olan cəzanı maksimum həddə müəyyən etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş yüngülləşdirici halları nəzərə almamışdır. Kassator Təqsirləndirilən şəxs2 şikayətinin sonunda Gəncə Apellyasiya Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qərarı ləğv edilməsini, iş üzrə cəzanı yüngülləşdirən halların nəzərə alınmasını və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi onun barəsində olan cinayət işi üzrə bütün halları araşdırmamışdır. Kassatorun qənaətinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsi 228.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinin materi allarında heç bir sübut olmamasına baxmayaraq işə baxan məhkəmələr onu bu maddə ilə təqsirli bilmişlər. Məhkum həmçinin, ona ağır cəza təyin edildiyini vurğulayaraq, ilk dəfə məhkum olunmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxslə barışıq əldə olunduğu və ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, valideynlərinin hər ikisinin Qarabağ müharibəsi veteranı və 2-ci qrup əlil olduğunun nəzərə alınaraq, Gəncə Apellyasiya Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qərarının ona aid hissədə ləğv edilməsini və onun barəsində humanist qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 öz kassasiya şikayətində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həmin tüfəngin yeri və digər təqsirləndiril ən şəxs tərəfindən onun yaşadığı evə gizlətməsi barədə məlumatı olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tərəfindən evdə gizlətdiyi tüfəngi evə qoyması barədə Təqsirləndirilən şəxs1 heç bir məlumat verməmişdir, həmin tüfəng qara rəngli çantada olmuş və Təqsirləndirilən şəxs1 isə həmin çantaya heç zaman baxmamışdır ona görə ki, o, çantada olanların sonuncuya məxsus paltarların olduğunu demişdir. Məhkum Təqsirləndirilən şəxs2 tərəfindən silahın Təqsirləndirilən şəxs1 yaşadığı evə gətirdiyi çantasında daşıması və bununla bağlı həmin evə baxış keçirməsində Təqsirləndirilən şəxs1 iştirakının təmin edilməməsi prosessual pozuntu olaraq qiymətləndirilməlidir. İş materiallarında olan sənədlərdəndən göründüyü kimi əgər hətta ittihamın mövqeyinə uyğun hüquqi qiymətləndirmə aparsaq belə, Təqsirlənd irilən şəxs1 həmin tüfəngin daşımamış və gəzdirməmiş və Təqsirləndirilən şəxs1 yaşadığı ev isə onun mülkiyyətində olan ev deyildir. Bir silahın iki təqsirləndirilən şəxs tərəfindən daşınmasına, gəzdirilməsinə və saxlanmasına aid edilməsi hüquqi baxımdan tam əsassızdır. X2 Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının məhkum Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətlərinin təmin edilməsi barə də məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və kassasiya şikayətlərinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı H6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməli və məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkə məsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası ilk öncə məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 məhkumun Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə təqsirli bilinməsinin əsassız olması barədə dəlilinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, dö yüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə əməli etməlidir. İlk öncə kollegiya qeyd edir ki, sözü gedən əməldə cinayət predmeti 16 kalibrli TOZ-B modelli yivsiz odlu ov silahıdır. Lakin bu silah lüləsi və qundağı kustar üsulla kəsilməklə təyinatı dəyişdirilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar idarəsinin 19.02.2019-cu il tarixli 19\67R nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş 174333 nömrəli silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1958-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz sila hdır. Lakin həmin ov tüfəngini lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin obrezidir (kəsiyidir), texniki cəhətdən sazdır və atəşə yararlıdır. -Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar, zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş və ov sursatıdır və atəş üçün yararlıdır. Təqdim edilmiş 02 ədəd patronlardan bir ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər iki məhkum Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddə ilə təqsirli bilinmişlər. Belə ki, məhkum Təqsirləndirilən şəxs2 qanunsuz olaraq 174333 nömrəli, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1958-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli lüləsi və qundağı kustar üsulla kəsilməklə təyinatı dəyişdirilmiş yivsiz odlu ov silahı əldə edib tanışı iş üzrə digər məhkum Təqsirləndirilən şəxs1 ilə birgə sonuncunun yaşadığı evdə saxlayaraq özləri ilə gəzdirmişlər. Göründüyü kimidə 18 fevral 2019-cu il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı həmin lüləsi və qundağı kustar üsulla kəsilməklə təyinatı dəyişdirilmiş yivsiz odlu silah Təqsirləndirilən şəxs1 evindən aşkar edilərək götürülmüşdür. İş materiallarındakı sübutlardan müəyyən edilir ki, 16 kalibrli TOZ-B modelli lüləsi və qundağı kustar üsulla kəsilməklə təyinatı dəyişdirilmiş yivsiz odlu ov silahı məhz məhkum Təqsir ləndirilən şəxs1 yaşadığı evdən götürülmüşdür. Bundan başqa, hər iki məhkum birinci instansiya məhkəməsində ifadə verərək özlərini tam təqsirli, həmçinin odlu yivsiz ov silahinin saxlanılmasında və gəzdirilməsində tam təqsirli bilmişlər. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumların təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxslərin öz ifadələrinə, zərərçəkmişin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirlərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirlilikləri sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndiri lən şəxs1 cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, işə baxan məhkəmələr tərəfindən düzgün olaraq məhkumlar Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.4, 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkumlara ağır cəza təyin edilməsi barədə kassatorların dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun əməlindən səmimi peşmançılıq çəkib təəssüf hissi keçirməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmiş, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlindən səmimi peşmançılıq çəkib təəssüf hissi keçirməsini və Zərərçəkmiş şəxs vurulmuş zərəri könüllü olaraq tam həcmdə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş və əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməməsini nəzərə alaraq və törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərə cəsini, məhkumların şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumların islah edilməsinə və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla CM-in 228.4-cü maddəsi ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, CM-in 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə aza dlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla CM-in 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla qəti olaraq ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il mü ddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla CM-in 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilən cəzanı əsaslı və ədalətli hesab etmiş və hökmü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkumlar Təqsir ləndirilən şəxs2 və X.R.Ağayevə təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilər kən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkumlara isnad edilən Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddənin sanksiyasında “üç ild ən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası”, CM-in 228.4-cü maddənin sanksiyasında “üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ” və CM-in 177.2-ci maddənin sanksiyasında “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası” nəzərdə tutulmuşdur. Hökmdən də görünür ki, məhkum Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 228.2.1, 228.4, 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 228.2.1, 29,17 7.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi işə baxan məhkəmələr iş üzrə cəzanı bütün yüngülləşdirən halları nəzərə alaraq ona kifayət qədər ədalətli cəza təyin etmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyələri baxımından yanaşdıqda məhkəmənin məhkumlar Təqsirlənd irilən şəxs2 və X.R.Ağayevə təyin etdiyi cəza növü və müddəti qətiyyən ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayətin xarakteri və ictimai təhlükəliliyi, məhkumun şəxsiyyəti, iş üzrə cəzanı yüngülləşdirən halların fövqündə onlara təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətini əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 4 1.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə əsaslanaraq kassasiya kollegiyası Təqsirləndirilən şəxs2 və X.R.Ağayevin törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumların islah edilməsinə və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün məhkum Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab et mir və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2020cu il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və sonuncunun müdafiəçisinin Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2020-cu il tarixli qərarından verdikləri kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, kassasiya şikayətlərinin təmin edilməməsi və məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilə n şəxs1 barəsindəki mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.4, 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası CM-in 228.2.1, 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Təqsirləndirilən şəxs1 barəsindəki Gəncə Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 10 yanvar 2020-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar