Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-837/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum müdafiəçisi – “XX” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏ YYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkməsinin 9 mart 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim C.İ.Hüseynov, hakimlər E.H.İsmayılov və S.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1993-cü il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan3ndə qeydiyyatda olmaqla ünvan1ndə yerləşən fərdi yaşayış evində kirayədə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləs inin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 10 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.A.İbrahimli, hakimlər H.H.Əhmədov və Z.M.Şirinovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkməsinin 9 mart 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, silah qismində istifadə olunan əşyadan istifadə etməklə, zərər çəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və qanunsuz olaraq soyuq silah əldə edib saxlayaraq üzərində gəzdirmişdir. Belə ki, o, xx xx xx 2022-ci il tarixdə, saat 16 radələrində ünvan 1 ünvanında bir qədər əvvəl Zərərçəkmiş şəxs1 idarə etdiyi «XX» m arkalı avtomobilin salonuna baxmasına görə, sonuncunun ona irad bildirməsini bəhanə edib, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında, şəxslər üzərində zor tətbiq olunması ilə ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, naməlum mənbədən qanunsuz yolla əldə etdiyi və üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, kəsici-deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan ov bıçağından silah qismində istifadə edərək, həmin yerə yaxı nlaşan Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə vuraraq, sonuncuya qarın nahiyəsinin sağ yan səthinin qarın boşluğuna nüfuz etməyən deşilmişkəsilmiş yarası ilə müşayiət olunan qəsdən sağlamlığına yüngül zərər yetirdikdən sonra, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 və digərlərinin gözləri qarşısında sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla ardıcıl zərbələr vuraraq, xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə sonuncuya qarın nahiyəsinin periton boşluğuna nüfuz edərək qara ciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin plevra boşluğuna nüfuz edərək hemopnevmatoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, bundan sonra sakitləşməyərək icti mai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs3 müqavimət göstərməklə həmin bıçaqla onun sol bud nahiyəsinə vuraraq, sonuncuya sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan qəsdən sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Məhkum müstəsna olaraq özünü ona qarşı zor tətbiq edən zərərçəkmiş şəxslər qismində tanınmış Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 müdafiə etmək məqsədilə onları bıçaqla vurub Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər, digərlərinə isə yüngül zərər vurduğu, yəni onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi olduğu halda, o, əsassız və qanunsuz olaraq xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma, habelə silah qismində istifadə edilən bıçaq tətbiq etməklə və ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə xuliqanlıq cinayətlərini törətməkdə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinmişdir. Müdafiəçinin fikrincə cinayətin törədilmə hallarına, eləcə də Məhkum barəsində olan cinayət işindən ibtidai istintaqı aparan müstəntiqin qərarı ilə həmin hadisə zamanı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Məhkum qarşı törətdikləri xuliqanlıq əməlləri, o cümlədən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 səbəb olmadan, guya Məhkum Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin içərisinə baxmasını bəhanə edərək Məhkum zərərçəkmiş şəxslərərin yaşadığı evin yanına gətirdikdən sonra birinci olaraq məhz Zərərçəkmiş şəxs2 Məhkum qarşı zor tətbiq edib onu yerə yıxması ilə əlaqədar fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi ayrıldığına və həmin qərarla Məhkum zərərçəkmiş şəxs qismində tanındığına görə, Məhkum hazırki işdə qeyd olunan cinayətdən müdafiə olunan şəxs kimi qiymətləndirilməli idi. Kassasiya şikayətinin müəllifi Məhkum Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə soyuq silah gəzdirdiyinə görə təqsirli bilinməsini və cəzalandırılmasını da əsassız hesab edir. Onun fikrincə hadisədən bilavasitə sonra Mə hkum mobil telefonu ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək cinayət törətməsini etiraf etdiyinə və polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onlarla birlikdə polis idarəsinə gedib cinayətin alətini – soyuq silah hesab edilmiş bıçağı könüllü surətdə təqdim etdiyinə və bu hallar ibtidai istintaq orqanı və məhkəmələr tərəfindən CM-in 59.1.10-cu maddəsində nəzərdə tutulmuş könüllü gəlib təqsirini boynuna alma və cinayətin açılmasına fəal kömək etmə kimi qiymətləndirildiyinə görə CM-in 30-cu maddəsində nəzərdə tutulmuş əsasla (cinayəti törətməkdən könüllü imtina etmə) onun CM-in 228.4-cü maddəsi ilə məsuliyyəti istisna edilirdi. Həmçinin, müdafiəçi hesab edir ki, məhkəmələr tərəfindən cinayətin zərərçəkmiş şəxslərin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi əsas sız olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməmiş, bu hal, eləcə də Məhkum ailəsinin ağır maddi vəziyyəti və məsuliyyətini yüngülləşdirən digər hallar nəzərə alınmadan ona həqiqi əməlinə uyğun olmayan ağır cəza təyin edilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum əməllərinin düzgün tövsif edilməsinin təmin edilməsi üçün cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlama nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum özünü ona zor tətbiq edən (zərərçəkmiş şəxslər qismində tanınmış) Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 müdafiə etmək məqsədilə onları bıçaqla vurub Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər, digərlərinə isə yüngül zərər vurduğu, eləcə də soyuq silah hesab edilən bıçağı könüllü olaraq polis orqanına təqdim etməklə CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş soyuq silah gəzdirmə cinayətini törətmə kdən könüllü olaraq imtina etdiyi, yəni hərəkətlərində müstəsna olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi olduğu halda, onun əsassız və qanunsuz olaraq xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma, habelə silah qismində istifadə edilən bıçaq tətbiq etməklə və ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə xuliqanlıq və qanunsuz olaraq soyuq silahı gəzdirmə cinayətlərini törətməkdə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilindiyini və bu səbəbdən ona gerçək əməlinə uyğun olmamaqla həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia e dərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum əməllərinin düzgün tövsif edilməsini təmin etmək üçün cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.15-ci maddələrində, habelə kassasiya şikayətinin məzmununa görə 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 24 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlər ini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Şəxsin əməlinin Cinayət Məcəlləsinin Xü susi hissəsinin müvafiq maddəsi əsasında - həqiqi əməlinə uyğun şəkildə tövsif edilməsi barədə tələb cinayət-prosessual qanunun məhkəmə hökmünün qanuniliyi və əsaslılığı barədə tələblərlə sıx surətdə bağlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən “məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir”. Cinayət-prosessual qanunun 349.5-ci maddəsinə görə isə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: “349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin m üəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə”. Müdafiəçinin Məhkum əməlinə şamil edilməsini təklif etdiyi CM-in 130.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməli “zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma” şəklində təsbit edilmişdir. CM-in 36.1-ci maddəsinə əsasən “zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır”. Bu normadan göründüyü kimi şəxsin istər zəruri müdafiə vəziyyətində, istərsə də zəruri müdafiə həddini aşmaqla hərəkət etməsi barədə nəticəyə gəlmək üçün ilk növbədə onun ictima i təhlükəli qəsdən müdafiə olunan (ictimai təhlükəli qəsdən qanuni mənafeləri müdafiə edən) şəxs vəziyyətində olması, yəni müdafiə üzrə hərəkətin məhz zərurətdən irəli gəlməsi tələb olunur. Odur ki, özü-özlüyündə belə hərəkət zərurətlə şərtləndirilən hədlər aşılmayıbsa qanuni və ictimai-faydalı məzmun kəsb edən davranış olmaqla cinayət hesab edilmir, həmin hədlər aşıldıqda isə - müstəsna olaraq bu səbəbdən (digər zəruri əlamətlər də müəyyən edildikdə) cinayət məsuliyyəti yaradan, lakin xüsusi (güzəştli) münasibət tələb edən əməl kimi çıxış edir. Məhz müdafiə olunmaq zərurətindən irəli gəlmədiyi (ictimai təhlükəli qəsdi dəf etməyə yönəlmədiyi) üçün, ictimai təhlükəli qəsd mövcud olmadığı və yaxud başa çatdığı vəziyyətdə şəxsin törətdiyi hərəkət zəruri müdafiə vəziyyətində və yaxud zəruri müdafiə həddini aşmaqla törədilmiş (CM-in 36-cı maddəsinin təsiri altına düşən) əməl hesab edilmir və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tələb olunan digər şərtlər də mövcud olduqda, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş (güzəştli tövsifedici əlamətə malik olmayan) cinayət kimi qiymətləndirilir. Birinci instansiya məhkəməsində baxılmış sübutlardan, o cümlədən hadisəni əks etdirən videogörüntülərdən, Məhkum özünün və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrindən irəli gələn halları - Məhkum hadisə vaxtı Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında etdiyi hərəkətləri CM-in 36.1-ci maddəsi və CM-in 130.1-ci maddəsinin dispozisiyası ilə müqayisə etdikdə, aydın olur ki, ilk olaraq Zərərçəkmiş şəxs2 Məhkum yerə yıxsa da, bundan sonra sonuncunun etdiyi hərəkətlə r, yəni əlindəki bıçaqla zərərçəkmiş şəxslərə xəsarət yetirib Zərərçəkmiş şəxs3 avtomobilin yanına çəkilib dayanmasına, Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 isə hərəsinin bir tərəfə qaçıb, özlərini qurtarmağa cəhd göstərmələrinə baxmayaraq, Zərərçəkmiş şəxs2, ona çata bilmədikdə isə Zərərçəkmiş şəxs1 sonuncu həyətə girib bağlı darvazanın arxasında gizlənənədək təqib etməsi, onun bu hərəkətləri edərkən, eləcə də daha sonra Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 ona tərəf daş atdıqda bıçaqla Zərərçəkmiş şəxs1 hücum çəkib sonuncuya yenidən xəsarət yetirərkən artıq zərurətlə şərtləndirilməyən hərəkətlərə yol vermiş, özünü müdafiə etmək üçün deyil, qarşı tərəfdən əvəz çıxmaq üçün səy göstərmiş, zərərçəkmiş şəxslərlə qarşılıqlı dalaşma vəziyyətində olmuşdur. Odur ki, hadisənin gedişində Məhkum h ərəkətlərinin belə məzmun alması (gedişatda özünün hücum edən tərəfə çevrilməsi) onun əməlinin zəruri müdafiə kontekstində qiymətləndirilməsini və zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma kimi CM-in 130.1-ci maddəsi ilə tövsif edilməsini istisna edir. Bununla belə, yuxarıda qeyd olunan və məhkəmə hökmündə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında gətirilən sübutlar və onlardan irəli gələn faktiki hallar, xüsusilə də Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında sadəcə dayanmış Məhkum özünün idarə etdiyi, Zərərçəkmiş şəxs3 və sonuncunun anasının olduğu avtomobilin içərisinə baxdığını bildirib buna görə Məhkum irad bildirməsi; məhz Zərərçəkmiş şəxs1 təşəbbüsü ilə (məsələni “aydınlaşdırmaq”dan ötrü) Məhkum Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 oldu ğu avtomobilə minib onlarla birlikdə getməsi; Zərərçəkmiş şəxs1 avtomobili özünün yaşadığı evin yanında saxlaması; avtomobildən düşdükdən sonra həmin yerdə olan Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1lə Məhkum arasında olan mübahisəyə müdaxilə edib birinci olaraq Məhkum qarşı zor tətbiq edərək sonuncunu yerə yıxması; gedişatda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Məhkum daş atmaları və sonuncunun xəsarət alması; hadisədən sonra həmin yerdə qalıb mobil telefonla DİN-in “102” xidmətinə məlumat verib polis əməkdaşlarının gəlməsini gözləməsi; qarşı tərəfin qeyd olunan hərkətləri ilə bağlı ibtidai istintaq orqanının Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əməllərində CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin tərkibinin olması h aqqında nəticəyə gəlib 26 iyul 2022-ci il tarixli qərarla hazırki işdən başqa cinayət işini ayırması və həmin qərarla Məhkum ayrılmış işdə zərərçəkmiş şəxs qismində tanınması onu göstərir ki, məhkəmələr Məhkum əməllərini xuliqanlıq, xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi CM-in 221.3, 126.2.3 və 126.2.4-cü maddələri ilə tövsif etməklə sübutlara, onlardan irəli gələn faktiki hallara uyğun olmayan hüquqi nəticələr çıxarmış, bu hissədə təqsirkarın hərəkətlərinin hüquqi tövsifində səhvə yol vermişlər. Məhkum təqsirli bilindiyi xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Məhkəmələrin Məhkum hərəkətlərinə şamil etdikləri Azərbaycan Respublikası CMin 126.2.4-cü maddəsinin dispozisiyasına görə isə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici, yəni cinayət tərkibinin zəruri əlaməti kimi (baxılan işin kontekstində) xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığına ağır zərərin vurulması çıxış edir. Məhkum hərəkətlərinin CM-in 221.3 və 126.2.4-cü maddələri ilə tövsif edilməsi üzrə nəticə CM-in qeyd olunan maddələrinin dispozisiyaları, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərlə uzlaşmadığından, qanuni sayıla bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisa s almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbü sü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Birinci instansiya məhkəməsində baxılmış sübutlardan, onlardan irəli gələn (yuxarıda təsvir olunmuş) hallardan, o cümlədən hazırki işdən CM-in 221.3-cü maddəsi ilə cinayət işinin ayrılmasından və həmin işdə Məhkum zərərçəkmiş şəxs qismində tanınmasından isə görünən odur ki, Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı hərəkətlərini, o cümlədən onun Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır z ərər, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 sağlamlığına isə qəsdən yüngül zərər vurmasını qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, məhz zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlanmış mübahisə və onun gedişində ilk olaraq Zərərçəkmiş şəxs2 ona zor tətbiq etməsi, bundan törəyən intiqam hissi şərtləndirmiş, yəni cinayətkar həkətlərini törədərkən Məhkum qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş və xuliqanlıq niyyəti onun əməllərində hərəkətverici amil rolunu oynamamışdır. Yəni, Məhkum hərəkətlərində xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin tərkibinin yaranmasını şərtləndirən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir. Əslində, ibtidai istintaq orqanı və birinci, apellyasiya instansiyası məhkəmələri də ilk olaraq Zərərçəkmiş şəxs1 sadəcə öz evinin qarşısında dayanmış Məhkum guya Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin içərisinə kənardan baxmasını irad tutduğunu, bundan yaranan mübahisə ilə əlaqədar öz avtomobilində Məhkum özünün yaşadığı evin yanına gətirdiyini və məhz burada hadisənin dava-dalaşa çevrildiyini fakt olaraq qəbul etmişlər, lakin heç bir dəlil gətirmədən, hər hansı şəkildə qənaətlə rini əsaslandırmadan bunları Məhkum hərəkətlərini şərtləndirən hallar (həqiqi səbəb) kimi deyil, cinayətkər hərəkətləri törətmək üçün istifadə etdiyi “bəhanə” kimi qiymətləndirmişlər. Halbuki, Məhkum zərərçəkmiş şəxsləri tanımaması, mübahisəyə təşəbbüs göstərmiş tərəf olmaması, hadisə yerində birinci olaraq Zərərçəkmiş şəxs2 ona zor tətbiq etməsi, hadisədən sonra məhz Məhkum polis orqanına məlumat verib, hadisə yerində qalması və cinayətin alətini könüllü olaraq polis əməkdaşlarına təqdim etməsi, ümumiyyətlə başlanğıcından sonadək onun hərəkətləri – bütöv bir davranış aktı kimi nəzərdən keçirildikdə və buna ibtidai istintaq orqanının Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 hərəkətləri ilə əlaqədar hazırki işdən CM-in 221.3-cü maddəsi ilə başqa cinayət işini ayırıb, həmin iş də Məhkum zərərçəkmiş şəxs qismində tanıması əlavə olunduqda, nəinki hadisədə bilavasitə iştirak edən Məhkum subyektiv qiymətləndirilməsində, hətta kənar (obyektiv) müşahidəçinin nəzərində belə, qarşı tərəfin davranışının “bəhanə” olmayıb, Məhkum hərəkətlərini şərtləndirən gerçək səbəb olduğu, yəni təqsirkarın əməllərinin əsasında xuliqanlıq motivinin dayanmadığı aydınlığı ilə üzə çıxır. Məhkum əməlinə şamil edilmiş cinayətin “xüsusi amansızlıqla törədilməsi” əlaməti üzrə - CM-in 126.2.3-cü maddəsi ilə tövsif edilməsi məsələsinə gəldikdə, nəzərə alınmalıdır ki, bu tövsifedici əlamətə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 saylı qərarında münasibət bildirilmişdir. Belə ki, həmin Plenum qə rarının 8-ci bəndində qeyd olunur ki, “əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin mənasına görə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkarın niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsə onun özünə və yaxud yaxınlarına xüsusi iztirab yetirməklə xəsarət yetirmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsə, onun yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi iztirab çəkməsinə) münasibətdə onun birbaşa (CM, maddə 25.2) və ya dolayı (CM, maddə 25.3) qəsdlə hərəkət etməsi müəyyən olunsun. Hazırki işin yuxarıda qeyd olunan faktiki hallarının fonunda isə sözügedən xüsusata münasibətdə Məhkum birbaşa və yaxud dolayı qəsdlə hərəkət etdiyini, cinayət tərkibin subyektiv cəhətinə aid bu zəruri əlamətlərdən hər hansı birinin müəyyən olunduğunu demək mümkün deyil. Belə ki, qeyd olunan tövsifedici əlamət Məhkum əməlinə ona görə şamil edilmişdir ki, o, bıçaqla Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərəri sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 gözləri qarşısında vurmuşdur (yəni, bununla da Zərərçəkmiş şəxs2 xüsusi iztirab çəkdirmişdir). Lakin, işin müəyyən olunmuş hallarına görə hadisəyə qədər Məhkum nə Zərərçəkmiş şəxs1, nə də ki, Zərərçəkmiş şəxs2 tanımış və artıq yuxarıda qeyd olunduğu kimi hadisənin gedişində Zərərçəkmiş Zərərçəkmiş şəxs1 qardaşı olduğunu desə də, özü aktiv şəkildə münaqişəyə müdaxilə etmiş və birinci olaraq məhz o, Məhkum qarşı zor tətbiq etdiyi üçün, sonuncunun subyektiv baxışında və reallıqda münaqişə tərəfi kimi çıxış etmişdir. İlk olaraq Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 hücum edən tərəf olması, hadisənin qısa müddət ərzində dinamik şəkildə cərayan etməsi, o cümlədən Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərərin hadisənin təsadüfi axarında yetirilməsi, bütövlükdə Məhkum hərəkətlərinin məzmunu onu deməyə əsas verir ki, Məhkum intiqam hissi (qisas motivi) ilə şərtləndirilən hərəkətləri müstəsna olaraq Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 “əvəz çıxmağa” istiqamətlənmiş, o, Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurmaqla nəinki Zərərçəkmiş şəxs2 xüsusi iztirab verməyi ar zu etmiş, belə halın baş verə biləcəyini nəzərdən belə keçirməmişdir (yəni, Zərərçəkmiş şəxs2 xüsusi iztirab keçirməsini qabaqcadan görməmiş, müvafiq olaraq da buna şüurlu surətdə yol verməmişdir). Zərərçəkmiş şəxs1 qarşı cinayət törədərkən onun qardaşı Zərərçəkmiş şəxs2 iztirab keçirə bilməsinin Məhkum şüuru ilə əhatə olunmaması (nə qədər ki, həmin əlamətin mövcudluğu CM-in 25.2 və 25.3-cü maddələrinə əsasən həm birbaşa, həm də dolayı qəsdin zəruri şərti kimi çıxış edir) Məhkum Zərərçəkmiş şəxs1 qarşı törətdiyi qəsdən sağlamlığa ağır zərər vurma əməlinin CM-in 126.2.3-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı əlamət üzrə tövsifini istisna edir. Qeyd olunan və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən sağlamlığa ağır zərər vurmanı cinayət olaraq məhz Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi nəzərdə tutmuşdur. Qəsdən sağlamlığa yüngül zərər vurma əməlinə görə isə cinayət məsuliyyəti CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Odur ki, məhkəmələrin Məhkum əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin tərkibinin olması, eləcə də Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurma cinayətinin “xüsusi amansızlıq” və “xuliqanlıq niyyəti” kimi ağırlaşdırıcı əlamətlərlə törədilməsi haqqında sübutlara və işin həqiqi hallarına uyğun olmayan nəticəyə gəlmələri əməlin hüquqi tövsifində buraxılmış səhv kimi qiymətləndirilməli və CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş həmin əsasla apellyasiya instansiyası məhkəməsinin qərarı və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, Məhkum əmə lləri Zərərçəkmiş şəxs1 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələrindən 126.1-ci maddəsinə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 münasibətdə isə CM-in 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməlidir. Müdafiəçinin ittihamın CM-in 228.4-cü maddəsi ilə olan hissəsinə münasibətdə irəli sürdüyü dəlilə - Məhkum cinayəti törətdikdən sonra könüllü olaraq cinayətin aləti olmuş (üzərində qanunsuz olaraq gəzdirdiyi) soyuq silah hesab edilən bıçağı polis əməkdaşlarına təhvil verməsinin cinayəti törətməkdən könüllü olaraq imtina etmə kimi qiymətləndirilməli və bu əsasla, yəni əməlində cinayət tərkibinin olmamasına görə Məhkum cinayət məsuliyyətindən azad edilməli olması barədə iddiaya gəldikdə, həmin iddia CM-in 30-cu ma ddəsində nəzərdə tutulmuş “cinayət törətməkdən könüllü imtina etmə” institutunun mahiyyəti ilə uzlaşmadığından əsaslı sayıla bilməz. Belə ki, cinayət törətməkdən könüllü imtina etmə cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və yaxud birbaşa cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılmasını, cinayətə hazırlıq və yaxud cinayətə cəhd mərhələsində ona son qoymaqla, əməlin başa çatdırılmamış olmasını ehtiva edir. Məhkum təqsirli bilindiyi, qanunsuz olaraq soyuq silahı gəzdirməkdə ifadə olunan əməli isə uzanan cinayət olmaqla gəzdirmə üzrə hərəkətlər yerinə yetirilməyə başlandığı andan başa çatmış cinayətin bütün zəruri əlamətlərinə malik olmuş, yəni faktiki anlamda cinayət silahın könüllü olar aq təhvil verilməsi anınadək uzansa da, hüquqi anlamda artıq ona qədər başa çatmış cinayət keyfiyyətini əldə etmişdir. Hadisədən sonra Məhkum bıçağı könüllü olaraq polis əməkdaşına təhvil etməsi isə hüquqi anlamda cinayətin başa çatması üzrə məsələnin həllinə təsir göstərmədiyindən, o cümlədən əməlin başa çatdırılmayan cinayət kimi qiymətləndirilməsi üçün əsas yaratmadığından, Məhkum əməlində cinayət tərkibinin olmadığına dəlalət edən hal kimi şərh edilə bilməz və müstəsna olaraq onun CM-in 228-ci maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad olunması məsələsinə baxılmasını labüd edən hal kimi nəzərdən keçirilməlidir. Belə ki, CM-in 228-ci maddəsinin “Qeyd”inə əsasən “Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əmə linin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir”. Şəxsin əməlində başqa cinayətin tərkibinin olması təqsirkarın məhz həmin əmələ görə (başqa cinayət tərkibi üzrə) cinayət məsuliyyətindən azad edilməsini istisna etməklə, könüllü təhvil verilmiş əşya ilə əlaqədar onun CM-in 228-ci maddəsinin “Qeyd”inə əsasən (müstəsna olaraq CM-in 228-ci maddəsi ilə) cinayət məsuliyyətindən azad edilməsinin qarşısını almır. Lakin göstərilən əsas CPM-in 42-ci maddəsinə görə bəraətverici əsas sayılmadığından, hazırki işin hallarına görə isə müdafiə tərəfi Məhkum əməlində CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmadığını iddia etməklə, faktiki olaraq onun həmin maddənin “Qeyd”inə əsasən cinayət məsuliyyətindən azad edilməsinə razılıq vermədiyindən, CPM-in 44.2.1-ci maddəsind ə nəzərdə tutulmuş müddəaya analoji qaydada Məhkum CM-in 228.4-cü maddəsi ilə cəzanın təyin edilməsinə dair müddəalar həmin maddənin “Qeyd”inə əsasən birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin yekun qərarından xaric edilməlidir (müvafiq olaraq bu hissədə də mübahisələndirilən məhkəmə aktları dəyişdirilməlidir). Məhkum cinayət əməllərinin hüquqi tövsifinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4, 221.3-cü maddələrindən 126.1 və 128-ci maddələrinə dəyişdirilməsi Məhkum CM-in 126.1 və 128-ci maddələrinin sanksiyalarına uyğun olaraq yenidən cəzanın təyin edilməsini labüd edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən – Məhkum törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini o cümlədən, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, habelə məhkəmələr tərəfindən nəzərə alınmayan, lakin mövcudluğu birinci instansiya məhkəməsində baxılmış sübutlarla təsdiq olunan və müstəntiqin hazırki işdən CM-in 221.3-cü maddəsi ilə başqa cinayət işinin ayrılması və həmin işdə Məhkum zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarla daha da möhkəmləndirilən - cinayətin zərərçəkmiş şəxslərin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi halını (CM-in 59.1.8-ci maddəsi) və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın Məhkum islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla və CM-in 60-cı maddəsinin tələbini rəhbər tutmaqla ona CM-in 126.1-ci maddəsi ilə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 128-ci maddəsi ilə 8 ay müddə tə azadlıqdan məhrum etmə cəzasının, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum həmin cəzanı təyin etməklə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 may 2023-cü il tarixli qərarı və Bak ı Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2023-cü il tarixli hökmü yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2023-cü il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2023-cü il tarixli hökmü dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cəzanın təyin edilməsinə dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2023-cü il tarixli qərarından və Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2023-cü il tarixli hök mündən xaric edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3cü maddələri ilə tövsif olunmuş əməlləri həmin maddələrdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələrinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum CM-in 126.1 və 128-ci maddələri ilə təyin olunmuş həmin cəzalar qismən toplanılsın və ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qalan hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı və bir inci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-837/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-837/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver