Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-838/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranov, zərərçəkmiş şəxsin hüquqi varisi X7 və məhkumun müdafiəçiləri X10 və X1 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 və 314.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi X13 və zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi-vəkil Rəsulov Arif Əmrulla oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Natiq Əliyev, hakimlər Rəşid Hüseynov və Camal Ramazanovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxx 1960-cı ildə Özbəkistan Respublikasının Buvaydı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləm əyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 311.1 və 314.2-ci maddələri ilə təqsirli bilinib, CMin 311.1-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüquqdan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 314.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüquqdan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla və əsas cəzaya əlavə cəza birləşdirilməklə o, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüquqdan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, vəzifəli şəxs olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Şəki Regional Perinatal Mərkəzin hamiləliyin patologiyası şöbəsinin müdiri vəzifəsində işləməklə və xx xxxxxxxx 2017-ci ildən xx.xx.2018-ci il tarixədək həmin Mərkəzin direktoru vəzifəsini icra etməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əməliyyat etmək qarşılığında özü üçün birbaşa yolla şəxsən maddi nemət qismində rüşvət tələb etmiş, səhlənkarlıq edərək işə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımı qaydada yerinə yetirməmiş və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, Şəki Regional Perinatal Mərkəzin hamiləliyin patologiyası şöbəsinin müd iri olmaqla, xx xxxxxxxx 2017-ci ildən xx.xx.2018-ci il tarixədək isə həmin Mərkəzin direktoru vəzifəsini icra edərkən vəzifəli şəxs olaraq xx.xx.2018-ci il tarixdə, saat 10-30-da «38 həftəlik hamiləlik, uşaqlıqda çapıq və dölyanı mayenin vaxtından qabaq axması» diaqnozu ilə xəstəxanaya daxil olmuş XX əməliyyat etdikdən sonra Şəki Regional Perinatal Mərkəzdə yerləşən xidməti otağında X3 həyat yoldaşı X5 X8 qəbul edilməsi, orada saxlanılaraq müayinə və müalicə olunması üçün əlverişli şərait yaradılması, yüksək xidmətlə təmin edilməsi, eləcə də bilavasitə özü tərəfindən həyata keçirmiş olduğu keysəriyyə («Kesar kəsiyi») əməliyyatı və əməliyyatdan sonra yüksək xidmətin göstərilməsi müqabilində özü üçün birbaşa yolla, rüşvət olaraq 250 (iki yüz əlli) manat məbləğində pul istəmişdir. Bundan baş qa, Məhkum xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Şəki Regional Perinatal Mərkəzin hamiləliyin patologiyası şöbəsinin müdiri vəzifəsində işləyərkən, Respublika Səhiyyə Nazirliyi üzrə xx xxxxxxxx 2012-ci il tarixli, 70 nömrəli əmr ilə təsdiq olunmuş «Tibb müəssisələrində çalışan tibb, əczazçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatı»nın tələblərinə əməl etməyərək, şöbənin funksiya və vəzifələrinə uyğun fəaliyyətini, müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarının, eləcə də müvafiq sahədə qabaqcıl təcrübənin tətbiq olunmasını, işin forma və metodlarını, işçilərin iş yerlərində düzgün yerləşdirilməsi və istifadəsini, şöbənin həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyü nə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti, xx xxxxxxxx 2017-ci ildən xx.xx.2018-ci il tarixədək isə həmin Mərkəzin direktoru vəzifəsi icra etməklə müəssisənin fəaliyyətinə rəhbərliyi həyata keçirib müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini, kadrların seçilməsini, onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsini, peşə ixtisaslarının artırılması üçün şərait yaradılmasını, işçilərin öz vəzifə öhdəliklərini icra etmələrini təmin etməyə, həmçinin bilavasitə əməliyyat apararkən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşakar səviyyədə tibbi yardım göstərməyə, ginekoloji xəstəliklərin, hamiləlik və doğuşların, doğuşdansonra kı dövrün fəsadlarının qarşısının alınmasına cavabdeh şəxs olduğu halda, səhlənkarlıq edərək işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməmiş, xx.xx.2018-ci il tarixdə, saat 10-30-da Şəki Regional Perinatal Mərkəzə «38 həftəlik hamiləlik, uşaqlıqda çapıq və dölyanı mayenin vaxtından qabaq axması» diaqnozu ilə daxil olmuş 1987-ci il təvəllüdlü X3 mövcud qaydalara uyğun qəbul edilərək, onun üzərində həmin tarixdə saat 13-00- dan 13-40-dək keysəriyyə əməliyyatı aparmış, keysəriyə yolu ilə qız uşağının doğulmasını təmin etsə də, əməliyyatın təhlükəsiz aparılması tələblərinə əməl etməyərək əməliyyatın texniki icrası zamanı XXnın qarınının ön divarında və uşaqlığın ön divarındakı cərrahi tikişlər nahiyəsində qanaxma mənbəyi yaratmış, doğuşdansonrakı dö vrün fəsadlarının qarşısının alınmasına da səhlənkar yanaşdığına görə baş vermiş qanaxma XXnın üzərində icra edilmiş «Kesar kəsiyi» cərrahiyyə əməliyyatından uzun müddət keçəndən sonra, yəni həmin gün saat 15:20 radələrində aşkar edilmiş, cərrahiyyə əməliyyatının texniki qüsurlu icrasına baxmayaraq sonrakı mərhələdə də Məhkum müalicə taktikasını düzgün seçməmiş, xəstədə baş vermiş qanaxma aşkar edildikdən sonra bunun qarşısının alınması üçün təxirəsalınmadan «Relaparotomiya» cərrahiyyə əməliyyatı aparılmalı olduğu halda, etinasızlıq göstərərək medikamentoz müalicə taktikası seçməklə icra ediləcək cərrahiyyə əməliyyatı həmin gün saat 17.20 radələrinədək gecikdirərək vaxt itkisinə yol vermiş, bu hərəkətlərin nəticəsində zərərçəkmiş şəxs X2 Yayılmış Laxtalanma sindromunun (DYLsindrom) inkişaf ı kimi letal ağırlaşması və onun vəziyyətinin kritik dərəcədə pisləşməsi baş verməklə «Kesar kəsiyi» əməliyyatından sonra 28-xx xxxx 2018-ci il tarixlərində keçirilmiş təkrar cərrahiyyə əməliyyatlar və digər görülmüş tədbirlərə baxmayaraq sonuncunun xx xxxx 2018-ci il tarixdə saat 06.30 radələrində daxili və xarici uşaqlıq qanaxması və bununla əlaqədar inkişaf etmiş damar daxili yayılmış laxtalama sindromu nəticəsində baş vermiş poliarqan çatmamazlıqdan Şəki Regional Perinatal Mərkəzdə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim M.M.Hüseynov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) xx xxxxx 2019-cu il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum, məhkumun müdafiəçiləri X19 və X9, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi X13 tərəfindən və zərərçəkmiş şəxsin hüquqi varisi X6 müdafiəçisi Rəsulov Arif Əmrulla oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassator müdafiəçi Vüqar Tumasov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya və apelyasiya instansiya məhkəmələrinin müvafiq yekun hökm və qərarında gəlinən nəticə ehtimallara əsaslanmışdır. Belə ki, Məhkum verilmiş ittiham iş materialları ilə təsdiq edilməmişdir. Bundan başqa Məhkum tərəfindən X8 qəbul edil məsi, orada saxlanılaraq müayinə və müalicə edilməsi üçün əlverişli şəraitin yaradılması, yüksək xidmətlə təmin edilməsi, eləcə də bilavasitə özü tərəfindən həyata keçirilmiş keysəriyyə (“Kesar Kəsiyi”) əməliyyatı və əməliyyatdan sonra yüksək xidmətin göstərilməsi barədə ittihamda göstərilənlər heç bir sübutla təsdiq edilmir. Bu barədə, hətta zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində də məlumat yoxdur. Nə istintaq orqanı, nə də məhkəmə instansiyaları məhkumun vədlər verməsi barədə cinayət işinin materiallarında sübut olmadığı halda, nəinki sübut, məlumat belə olmadığı halda necə bu nəticəyə gəlmələri aydın deyildir. Sözü gedən cinayət işində şərh edilən cinayət əməlinin hər hansı bir əlamətinin olması təsdiq edilmir. Məhkum xəstə XX Mərkəzə qəbul edilməsi, əməliyyat olunması üçün onun yaxınları ilə hər hansı bir danışığa getməmiş, onlara xəstənin xeyrinə hər hansı hərəkət və ya hərəkətsizliyi ilə bağlı hər hansı bir vəd verməmiş və bunun müqabilində onlardan maddi nemət istəməmişdir. Məhkum bir həkim, mama-ginekoloq kimi üzərinə düşən vəzifə borcunu yerinə yetirmişdir. Həqiqətən etdiyi hərərkətlərə görə hər hansı bir maddi nemət əldə etmək niyyəti olsaydı, bunu xəstə Mərkəzə qəbul edilməmişdən, əməliyyata götürülmədən əvvəl edə bilərdi. Onun bu hərəkətləri etmək üçün kifayət qədər vaxtı və imkanı olsa da bunu etməmişdir. Həmçinin Məhkum Səhiyyə nazirinin xx xxxxxxxx 2012-ci il tarixli, 70 saylı əmri ilə təsdiq olunmuş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”nın tələblərinə əməl etməyərək şöbə müdiri və ma maginekoloq kimi öz xidməti vəzifələrini yerinə yetirməməkdə ittiham olunur.İttihamda dəqiq göstərilmir ki, Məhkum təlimatlarda göstərilən vəzifə öhdəliklərinin hansıını yerinə yetirməmişdir. İşin materiallarından görünsüyü kimi, Məhkum verilmiş ittiham da öz təsdiqini tapmır və cinayət işinin materialları ilə tam təsdiq olunmur. Belə ki, zərərçəkmiş xx xxxx 2018-ci il tarixdə saat 10:30-da Mərkəzə qəbul edilmiş, onda “Kesar kəsiyi” əməliyyatı icra edilmişdir. Bu əməliyyat da daxil olmmaqla 3 gün ərzində yaranmış zərurətlə əlaqədar zərərçəkmişin üzərində 3 dəfə əməliyyat aparılmışdır. Lakin bu əməliyyatlarla xəstədə yaranmış qanaxmanı dayandırmaq mümkün olmamışdır. Bundan başqa ittihama görə xəstə barəsində “relaparotomiya” cərrahiyyə əməliyyatı aparılmalı olduğu halda, etinasızlıq göstəri lərək medikamentoz müalicə taktikası seçilməklə icra ediləcək cərrahiyyə əməliyyatını həmin gün saat 17:20 radələrinədək gecikdirilərək vaxt itgisinə yol verilmişdir. Lakin ittihamın bu hissəssi də yanlışdır. Ona görə ki, xəstə əməliyyat olunmadan əvvəl müəyyən edilmiş prosedurlardan keçməlidir. Məhkum da həmin prosedurlara əməl etmişdir. Cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələrindən də məlum olur ki, xəstədən laborotor analizlər götürülmüş, ultrasəs müayinəsi aparılmışdır. O cümlədən, şahid ifadələrinə görə xəstə zərərçəkmişda qanın laxtalanma müddətləri laborator analizlərinə görə müxtəlif olmuşdur. Lakin ekspertiza rəylərində bunu yarada biləcək səbəblərdən bəhs edilmir, ümumiyyətlə bu barədə söz açılmır. Ekspertiza rəylərinə əsasən, Məhkum “Kesar kəsiyi” əməliyyatı texniki qüsurlu, ondan sonrakı əməliyyatlar isə uğurlu icra edilmişdir. Lakin hesab edirik ki, ekspert rəyləri mükəmməl deyildir. Əməliyyatların hansının qüsurlu və qüsursuz olması rəylərdə konkret dəlillərlə əsaslandırılmamışdır. Beləliklə, məkum Məhkum hərəkətlərində cinayət tərkibinin əlamətləri yoxdur, əsassız olaraq məhkum olunmuş və azadlığı məhdudlaşdırılmışdır. Kassator göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmasını, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ləğv edilməsini və və cinayət işinin icraatına bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassator zərərçəkmiş şəxsin hüquqi varisi X6 müdafiəçisi Rəsulov Arif Əmrulla oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiya sı iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək belə hesab edir ki, zərərçəkmiş şəxsin kassasiya şikayəti baxılmamış saxlanılsın, aşağıdakı əsaslara görə Məhkum müdafiəçisi V.Tumasov tərəfinəıdn verilmiş kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2019-cu il tarixli dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxla manın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi kassator Vüqar Tumasov kassasiya şikayətində iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmadığını və əsassız olaraq Azərbay can Respublikası CM-in 311.1 və 314.2-ci maddələri ilə təqsirli bilindiyini vurğulayaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etməklə, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM- in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinay ət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arası nda uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsinin dispozisiyası rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi kimi və CM-in 314.2-ci maddəsinin dispozisiyası ehtiyatsızlıqdan zə rərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqla səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmaq kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qeyd edilən ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 311.1 və 314.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhk əməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya m əhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun müdafiəçisi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin qeyd olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansi yası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, m əhkəmə kollegiyası müdafiəçi və məhkumun birgə kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürü lmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 və 314.2-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 311.1 və 314.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edi lmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qərarında sübutlar, o cümlədən təqsirləndirilənin, şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertizasa rəyləri və s. materiallar təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, keyfiyyətini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apell yasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyasının qənaəti belədir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının Məhkum barəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilən hallardan heç biri müəyyən edilməmişdir. Belə ola n halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il il tarixli qərarından Məhkum müdafiəçisi Vüqar Tumasov tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Kollegiya sonda qeyd edir ki, Azərbaycan Respublikası Məcəlləsinin 415.1-ci maddəsinə əsasən apellyasiya Cinayət Prosessual instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini baxılmamış saxlamaq hüququna ma likdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iş üzrə zərərçəkmiş şəxs (mərhum) X4 hüquqi varisi X12 müəyyən edilmişdir. Kassasiya şikayətini isə X6 nümayəndəsi kimi göstərilmiş vəkil Rəsulov Arif Əmrulla oğlu vermişdir. İş materiallarında vəkil Rəsulov Arif Əmrulla oğlunun orderi olsa da, X6 nümayəndəsi qismində iştirak etmək üçün notarial qaydada təsdiq edilmiş etibarnaməsi müəyyən olunmamışdır. Halbuki Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 102.2.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin...... qanuni mənafeyini təmsil etmək üçün notarial qaydada təsdiq edilmiş etibarnaməsi olan vəkil nümayəndəsi qismində iştirak etmək səlahiyyətinə malikdir. (eyni tələblər zərərçəkmiş şəxs hüquqi varisinə də aiddir) Həmin Məcəllənin 415.1.1-ci maddəsinə əsaəsn kassasi ya şikayəti vermiş şəxs kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olmadıqda kassasiya şikayəti bxılmamış saxlanılır. Göründüyü kimi, iş materiallarında zərərçəkmiş şəxsin hüquqi nümayəndəsinə etibarnamə Respublikası vermədiyi müəyyən edilmiş, bu səbəbdəndə kollegiya Azərbaycan CPM-in 415.1.1-ci maddəsi ilə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətini baxılmamış saxlamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 415.1.1 və 419.10.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayəti baxılmamış saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 və 314. 2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-838/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-838/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver