Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-838/2021 13.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Masallı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Səlimov Ayaz Aydın oğlu) Məhkum, XXXXXX il tarixdə Masallı rayonunun Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi ev 18 mənzil 32-də qeydiyyatda olan və yaşayan, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətə zadlığı n məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum qətimkan tədbiri qismində 19 may 2020-ci il tarixdən 08 iyun 2020-ci il tarixədək həbsdə axlanıldığı 20 (iyirmi) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 10 (on) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum olunmuşdur ona görə ki, o, 2018-ci ilin may ayının ortalarında tamah niyyəti ilə əvvəllər tanıdığı Masallı şəhər sakini X6 Bakı şəhərində mənzil almaq adı ilə vəd verib etibardan sui-istifadə edərək və aldadaraq sonuncudan Masallı şəhəri ərazisində vahid niyyətlə əhatə olunan qəsdlə 19 may 2018-ci il tarixdə saat 17 radələrində on un 1000 manat pulunu, 22 may 2018-ci il tarixdə saat 13 radələrində 7000 manat pulunu, həmin gün axşam saatlarında isə 1000 manat pulunu, ümumilikdə 9000 manat pulunu ələ keçirməklə zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1a xeyli miqdarda zərər vurmaqla qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2018-ci ilin may ayının sonlarında tamah niyyəti ilə əvvəllər tanımadığı Masallı şəhər sakini X1 Bakı şəhərində mənzil almaq adı ilə vəd verib etibardan sui-istifadə edərək və aldadaraq sonuncudan Masallı rayonu Qəriblər kəndində yerləşən “Rexo” restoranında 5000 manat pulu ələ keçirməklə zərər çəkmiş şəxs zərərçəkmiş şəxsa qarşı dələduzluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədo v İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bəşirov Kamil Sücəddin oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 20 noyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də ki işə məhkəmələrdə baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməmiş, Azər baycan respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, şahidlərin və zərərçəkmiş şəxslərin ziddiyət təşkil edən və yalan ifadələrinə görə ona qarşı CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə əsassız ittiham irəli sürülmüş və o, əsassız olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkum öz kassasiya şikayətində bildirir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 onun tikinti şirkətində hüquqşünas işləmək istəyirdi və bununla bağlı bütün sənədlərini də ona təqdim etmişdir. O, zərərçəkmiş şəxs1dan ümumilikdə 2.000 (iki min) manat pul almış, zərərçəkmiş şəxs1a mənzilə gəlib baxmağı təklif etsə də, o mənzilə baxmaqdan imtina etmişdir. Digər zərərçəkmiş ş əxs X2 ümumiyyətlə tanımamış və ondan heç bir məbləğdə pul almamışdır. İş materiallarında onun hər hansı cinayət törətməsini təsdiq edən mötəbər sübut yoxdur. Şər edilən əsaslara görə məhkum olunmuş şəxs Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvaq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq Məhkum iki dəfə naməlum səblərdən məhkəmə iclaslarında iştirak etməmiş, bunu xəstə olması ilə izah edib yenidən məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də xəstə olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs da naməlum səbəblərdən məhkəməyə gə lməmişlər. Məhkəmə kolegiyası bununla əlaqədar dövlət ittihamçısının rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs1un və zərərçəkmiş şəxsun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunun dan göründüyü kimi, Məhkum həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini bundan sonra mətndə CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikd ir: 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya in stansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiy yətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəy işdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun v ə CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva ed ir. Bu tələb eyni zamanda cinayət əməlləri nəticəsində zərər çəkmiş şəxslərin də hüquqlarının təmin edilməsini ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə i stintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 178.1-ci maddəsinin dispoziyasında dələduzluq cinayətinin əsas tərkibi etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi müəyyən edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qəra rında məhkəmələrə nəzərə almaları tövsiyə olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarını n əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətl ərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçis inə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o, da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Cinayət-hüquq ədəbiyyatında talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyə ləndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: -özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi CM-nin 178.1-ci maddəsində dələduzluq cinayətini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayəti qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. İşin müəyyən edilmiş faktiki hallarını milli və beynəlxalq qanunvericiliyin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə ape llyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. İş üzrə müəyyən olunmuş hallardan və onların əsasına qoyulmuş mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutlardan Məhkum hərəkətlərində məhz zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1a xeyli miqdarda ziyan vurmaqla və təkrarən törədilmiş dələduzluq cinayətinin tərkibinin mövcud olması görünür. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi əməlin CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsini, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halla rın olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum verdiyi qismən etirafici ifadələrlə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Məhkəmə kollegiyası bu sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində ifadə verən zərər çəkmiş şəxs X10 göstərmişdir ki, Məhkum ona işlədiyi şirkətdə hazırda hüquqşünas vəzifəsinin boş olduğunu və həmin iş üzrə onlarla işləyə biləcəyini demiş, o da sənədlərini notariusda təsdiq etdirərək Xə vermişdir. Məhkum isə ona 20 gün ərzində əmrinin veriləcəyini və işə başlayacağını vəd etmişdir. Həmçinin X Bakı şəhərində ev tikintisi ilə məşğul olduğunu və sosial evlərin alınmasına ona yardım edə biləcəyini demiş, o da Xdən ev almaq istədiyini, bu işdə ona kömək etməsini xahiş etmişdir. Həmin danışıqlarından 1 gün sonra X ona zəng edərək satışda hazırda 90 kv metrlik mənzilin və ilkin ödəniş olaraq 9.000 manat pul ödədikdən sonra qalan məbləği hər ay 200 manat olmaqla, 25 illik ipoteka ilə ödəməyin mümkün olduğunu demişdir. O, da Xlə razılaşmış və 19 may 2018-ci il tarixdə saat 17 radələrin də Masallı şəhəri, H.Əliyev prospektində X ilə görüşərək ona ilkin olaraq 1.000 manat pul vermişdir. Həmin gün axşam saatlarında X ona zəng edərək əri X2 Masallı şəhərində olduğunu və onunla görüşmək istədiyini demiş, o da tanışı olan zərərçəkmiş şəxsla birlikdə Masallı rayonu, İstisu istirahət mərkəzində yerləşən “Rexo” yeməkxanasına getmişdir. Orada X və onun əri X2la birlikdə söhbət etmiş, X2 ona Şərur rayonundan olan İsfəndiyar adlı şəxslə birlikdə ev tikib satdığını, 90 kv metrlik mənzili ona satacağına söz verib onu inandırmışdır. 22 may 2018-ci il tarixdə saat 13 radələrində X1 ona Watsap şəbəkəsi ilə mesaj yazaraq onunla razılaşdığı mənzilin sənədlərinin hazır olduğunu və əri X2ın onun yerinə ödəniş etdiyini demişdir. Ondan evin kimin adına sənədləşdiriləcəyini soruşduqda o, X1ə ye ni mənzilin yoldaşı X7 adına rəsmiləşdirilmək istədiyini bildirmişdir. X1 ona X3a aid sənədləri notariusda təsdiq etdirib verməsinin lazım olduğunu bildirmişdir. O, sənədləri təsdiq etdirərək Masallı şəhərində, H.Əliyev parkının yanında X1ə vermiş, həmin sənədlərlə birlikdə X1ə 7.000 manat məbləğində də pul vermişdir. Həmin gün axşam saatlarında X1 ona zəng edərək X2ın Masallıda olduğunu və onu “Moskva” restoranında gözlədiklərini demişdir. O, da “Moskva” restoranına gedib onlarla görüşmüş, X2 həmin vaxt özü ilə birlikdə çoxlu ev tikintisi layihələrini də gətirmişdir. O, da Məhkum ev tikintisi ilə məşğul olduğuna tam inanıb danışıqlarına əsasən yerdə qalan 1.000 manat pulu ona vermişdir. Bundan sonra X1 ona səhər Astara şəhərinə regional iş adamları ilə görüşə gedəcəklərini bildirib həmin vaxt hazır olmağını demiş, növbəti gün isə Bakı şəhərinə gedəcəklərini, orada evin sənədlərini və açarlarını ona verəcəklərini bildirmişdir. O, da X1lə razılaşıb oradan ayrılmış, səhəri gün X1 ona zəng edərək Masallı rayonunda yerləşən ASAN xidmətdə olacağını demiş, bundan sonra isə Masallı rayon Polis Şöbəsində olmasını bildirmişdir. O, Masallı rayon Polis Şöbəsinə gedərək orada X1in mülki öhdəliklərdən yayındığı üçün Bakı şəhərində Nəsimi rayon Polis İdarəsində axtrarışda olduğunu öyrənmişdir. X1in Şöbədə izahatı alındıqdan sonra buraxılmış və o, Bakı şəhərinə getmişdir. Bundan sonra o, X1ə zəng etsə də, ona zəng çatmamış, 2 gün gözlədikdən sonra sonuncunun Masallı şəhərində kirayədə yaşadığı evə getmiş, lakin onu orada olmamışdır. X1in Bakı şəhərində yaşadığı ünvanı öyrənərək orada onu tapmış, X1dən nə üçün ona zəng emədiyini soruşmuş və evin sənədlərini istəmişdir. Hər hansı evin olmadığını başa düşdüyü üçün X1dən pulunu tələb etmiş, X1 isə ona öz şəxsiyyət vəsiqəsini verərək notarit kontoruna gedərək adına borc müqaviləsi yazdırmasını ondan istəmiş, o, da X1in şəxsiyyət vəsiqəsini götürərək oradan ayrılmışdır. Ertəsi gün Bakı şəhəri, Yasamal rayonunda yerləşən notariat kontoruna gedərək Məhkum orada bir qədər gözləsə də, X1 oraya gəlməmiş və buna görə aldıldığını başa düşərək X1in yaşadığı yerin ərazisi üzrə Sabunçu Rayon Polis İdarəsinə gedib şikayət ərizə ilə müraciət oraya etmişdir. X1in şəxsiyyət vəsiqəsini də ərizəyə əlavə etmiş, həmin vaxtdan etibarən X1 onu aldadaraq ondan aldığı 9.000 manat pulu ona qaytarmamışdır. Cinayət işinin materiallarında olan 28 oktyabr 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X11 ilə Məhkum arasında həmin üzləşdirmə zamanı zərərçəkmiş şəxs1 əvvəlki ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X3 göstərmişdir ki, X8 10 ilə yaxındır ki tanıyır. Onunla dostluq münasibəti vardır. Məhkum X5 X6 vasitəsilə tanımışdır. 2018-ci ilin may ayının ortalarında X24 ona X1 adlı qadının Bakı şəhərində tikinti işləri ilə, həmçinin hüdürmərtəbəli binaların mənzillərinin satışı ilə məşğul olduğunu bildirmişdir. O, da Bakı şəhərində ev almaq istədiyi üçün X24dən həmin qadınla maraqlanmasını, əgər münasib şərtlər olarsa ev almaq istədiyini bildirmişdir. X24 həmin qadınla danışaraq ona 2 otaqlı mənzil almaq barədə razılaşmışdır. O, da ilkin ödəniş üçün nə qədər lazım olduğunu soruşduqda X24 Məhkum ilə telefon əlaqəsi saxlayıb ondan ilkin ödənişin nə qədər olacağını soruşmuşdur. X1 də X24yə ikin ödənişin 5000 manat olacağını, qalan məbləğin isə hər ay 200 manat olmaqla ipoteka formasında ödəniləcəyini bildirmişdir. Bu danışıqdan təxminən 2-3 gün sonra X24 onunla birlikdə istisu istirahət zonasına X1lə görüşmək üçün getmişdir. X1, bir nəfər Türkiyə vətəndaşı, X24 və o “Rexo” adlanan restoranda görüşərək yemək yemişlər. Yemək yeyərkən X24 ondan 5.000 manat pulu alaraq X1ə vermiş, X1 də ona evin sənədlərinin təxminən 1 ay ərzində hazır olacağını demişdir. O, X1ə tam arxayın olduğundan və sənədlərin tam hazır olacağı vaxt özü ona zəng edəcəyini bildirdiyindən o, X1in zəngini gözləmişdir. Sonradan X24 ona zəng edərək X1in dələduz olduğunu və o nların hər ikisini aldatdığını demiş, o da bu barədə şikayət ərizə ilə Masallı rayon Polis Şöbəsinə müraciət etmişdir. Cinayət işinin materiallarında olan 28 oktyabr 2018-ci il tarixli dindirmə protokolundan görünür ki, X3 ilə Məhkum arasında üzləşmə aparılarkən zərərçəkmiş şəxs ardıcıl olaraq eyni cür verdiyi ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qərarında məhkəmə iclasında araşdırılmış digər sübutlar ətraflı şərh edildiyindən məhkəmə kollegiyası həmin sübutların təkrarən təsvirinə ehtiyac görmür və eyni zamanda qeyd edir ki, məhkəmələr Məhkum elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi haqda nəticəyə gələrkən qanuni pros edurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş sübutlara əsaslanmış, kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin alınması və digər istintaq hərəkətlərinin aparılması və toplanmış sübutların araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etməklə sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddə sinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, ibtidai araşdırma zamanı qanuni üsullarla əldə olunmuş və sonradan məhkəmə iclaslarında tədiq edilmiş sübutların inkar edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmələr düzgün olaraq S.C.Məmmədovun ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi barədə mötəbər və qanuni nəticəyə gəlmiş və onun əməlləri CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası vurğulay ır ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum təqsirli bilindiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş cəzaların həddindən artıq ağır olması mübahisələndirmədiyindən və bu cəzanın yüngülləşdirilməsi barədə tələb irəli sürmədiyindən, birinci instansiyası məhkəməsi isə onun barəsində cəza tədbiri seçərkən iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, apellyasiya instansyası məhkəməsinin də düzgün olaraq bununla razılaşdığından məhkəmə kollegiyası göstər ilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hçmin şikayətin təmin edilməməsini, Məhkum CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarının isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni və ə saslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-838/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-838/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver