Məhkəmə qərarları › İş №1(102)-838/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-838/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-838/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Zeynal Ağayev (sədrlik edən) X5 Məcidov və Səbuhi Hüseynov) 14 iyun 2022-ci il tarixli, 1(101)-934/2022 saylı hökmü ilə xx xxxx 1987-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdanməhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 13 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı Əziz adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, aralarında olan razılığa əsasən sonuncu tərəfindən Abşeron rayonu ərazisində gizlədilmiş 1,817 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 12 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanının qarşısında həmin psixotrop maddəni tanışı X3 “Samsung” markalı noutbuk müqabilində satmış, Elxan Abasov 13 yanvar 2022-ci il tarixdə saat 05 radələrində Xətai RPİ-nin 34-cü PŞ-in əməkdaşları tərəfindən ünvan 3 ünvanın yaxınlığında oğurluq cinayətinin törədilməsində şübhəli şəxs qismində saxlanılıb ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 1,817 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 12 yanvar 2022-ci il tarixdə saat 18 radələrində şəxsiyyətiistintaqa m əlum olmayan İran İslam Respublikasının vətəndaşı Əziz adlı şəxsin ona bildirdiyi hesab nömrəsinə ödəmə terminalı vasitəsilə 40 manat pul göndərdikdən sonra, satış məqsədi olmadan, qanunsuz olaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisində gizlədilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,426 qram ağ rəngli kristallardan ibarətmaddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd bükümdə təmiz çəkiləri 0,462 qram və 0,947 qram, ümumi təmiz çəkiləri 1,409 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üstündə saxlamaqla daşımış, həmin gün yəni xx.xx.2022-ci il tarixdə saat 14radələrində Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 6 ünvanının yaxınlığında saxlanılıbünvan 7tai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində keçirilən şəxsi-axtarış zaman əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,426 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,462 qram və 0,947 qram, ümumi təmiz çəkiləri 1,409 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Hüseyn Cavid (sədrlik edən və məruzəçi hakim), Qədim Babayev və Rəşad Abdulov) 11 noyabr 2022-ci il tarixli, 1(103)-1488/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)934/2022 saylı, 14 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikay ətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməli yalnız 234.1-ci maddə ilə tövsif edilməklə cəza təyin edilməsi barədə qərar qəbul edilməsin xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən çıxarılmış hökmdə Məhkum qabaqcadan əlbir olan qrupun və ya mütəşəkkil dəstənin üzvü olması barədə hər hansı sübutla təsdiq olunmamış, şəxs barəsində CM-in 234.4.1-ci maddəyə uyğun olaraq cəza təyin edilmə sinin əsasları göstərilməmişdir. Məhkum narkotik maddəni X3 verdiyi zaman Elxan adlı şəxsdən noutbuk götürmüş, bu isə algı-satqı müqaviləsinin predmeti kimi qiymətləndirilmişdir. Məhkum də həmin noutbuku narkotik maddənin əvəzi olaraq götürdüyünü öz ifadəsində təsdiq etmədiyindən və bunu sübuta yetirən hər hansı dəlil məhkəməyə təqdim edilmədiyindən noutbuku alğı-satqı müqaviləsinin predmeti kimi qiymətləndirilməsi əsassızdır. Bundan əlavə Məhkum birinci instansiya məhkəməsində dindirilməsi zamanı Abbasov Elxanla alqısatqı müqaviləsi münasibətlərinə daxil olmadığını bildirmiş, istintaq zamanı verdiyi ifadəsinin dəyişdirildiyini, dindirmə istintaq protokolunun məzmununu bilmədən, görmə qabiliyyətində olan zəiflik nəticəsində oxumadan protokolu imzaladığını qeyd etmişdir, təqsirləndirilən şə xsin əməlini düzgün tövsif edərək onun sadəcə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətdiyini nəzərə alsaq, şəxs az ağır cinayət törətmişdir və şəxsə əlavə sanksiyalarla birlikdə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsi əsassız və qanunsuzdur. Həmçinin, təqsirləndirilən şəxs Məhkum 44 günlük İkinci Qarabağ Müharibəsinin iştirakçısı olmuş, əlindən gələni edərək vətən üçün vuruşmuşdur. Müharibədə yaşadıqları psixoloji vəziyyətinə ağır təsir göstərdiyindən hələ də özünü toplamağa çətinlik çəkməkdədir, Habelə, şəxsin psixoloji problemləri nəticəsində ilk dəfə az ağır cinayət törətməsi məhkəmə tərəfindən yüngülləşdiriçi hal kimi nəzərə alınmalıdır. Ona görə də Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi və həmin maddə il ə ona cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, Müdafiəçi və dövlət ittihamçısı Nazim İmanovun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəməl ərindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkumun Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinin qanunsuz olmasını bildirərək, əməlinin yalnız həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamət lərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.1-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaradır. Göründüyü kimi “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən” və ya “mütəşəkkil dəstə” CM-in 234.4.1-ci maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətl əri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələr, “şəxsi axtarış və götürmə haqqında” protokol, məhkəmə-kimyəvi ekspertizasının rəyi və işdə оlаn istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları və digər sənədlərlə Məhkum Azərbaycan R espublikası CM-in 234.4.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə ki, Məhkum verilmiş ittihama görə o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı Əziz adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, aralarında olan razılığa əsasən sonuncu tərəfindən Abşeron rayonu ərazisində gizlədilmiş 1,817 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 12 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanının qarşısındahəmin psixotrop maddəni tanışı X3 “Samsung” markalı noutbuk müqabilində satmış, Elxan Abasov 13 yanvar 2022-ci il tarixdə saat 05 radələ rində Xətai RPİ- nin 34-cü PŞ-in əməkdaşları tərəfindən ünvan 3 ünvanın yaxınlığında oğurluq cinayətinin törədilməsində şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yancibindən 01 ədəd sellofana bükülmüş bükümdə təmiz çəkisi 1,817 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birininonlar üçün ümumi (vahid) olan cinayətin törədi lməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətd iklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 11-ci bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkum üzərindən aşkar edilərək götürülmüş mobil telefonda olan məlumatlardan görünür ki, “Eziz” və “Eli İran” və sair adlı şəxslərlə Məhkum arasında narkotik maddələrin satışı ilə bağlı müxtəlif məzmunlu danışıqlar və yazışmalar olmuşdur. Xüsusilə “Eziz” adlı şəxsin Məhkum və Məhkum “Eziz” adlı şəxsə “Whatsapp” proqramı vasitəsi ilə göndərdiyi səs yazılarından görünür ki, onların arasında narkotik maddələrin satışı ilə bağlı müxtəlif məzmunlu danışıqlar, yazışmalar və razılaşmalar olmuşdur. Belə ki, Məhkum “Eziz” adlı şəxsə göndərdiyi səs yazısında “sabahın xeyir bunu iki dənə patıya rahlamışam, ürəyin istiyir rahlaya bilərsən, nömrəsini atım iki dənə patıya verir”, “Eziz” adlı şəxsin Məhkum cavab olaraq göndərdiyi səs yazısında “sabahın xeyir necəsən qardaş yaxcısan qadalım, buları boşduyacaqsan bunlardan bir şey çıxmaz bildin, iş güc tapa bildin, dünənki işi alındır qoy bugün alındıraq, gör neyniyə bilərsən vəziyyət xarabdı pul zad yoxdu 10 dənə klentl ərdən qazandığımız güjdüdən xəbər çıxmadı qardaş”, Məhkum “Eziz” adlı şəxsə göndərdiyi səs yazısında “üç qram kolaya verir”, “sən anama ordan iki dənə dərman alıb göndərmmədin, pulunu göndərim al göndər” və s səsyazıların olduğu müəyyən edilir. Məhkəmə kollegiyası nəzərə alır ki, İ.F.Məhkum ifadələrində (cild 1, i.v. 200) Elxana satdığı metafetamini Əzizdən ifadəsində qeyd etdiyi üsulla aldığını göstərmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində dindirilərkən də Əziz adlı İran İslam Respublikası vətəndaşını tanıdığını, onunla telefon vasitəsilə danışmasını göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, Məhkumla “Əziz” adlı şəxs arasında qabaqcadan əlbirlik olmasını, cinayətkar niyyətin həyata keçirilməsi üçün razı lıq əldə edilməsini müəyyən edir və qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməsində hər hansı pozuntu müəyyən etmir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinvə psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiləyayılmasına yönəldilmiş hərəkətlərdir. Hazırkı halda, Məhkum psixotrop maddəni X3 əvəzli, yəni “Samsung” markalı noutbuk müqabilində satması iş materialları ilə müəyyən edildiyindən a pellyasiya şikayətinin noutbuku alqı-satqı müqaviləsinin predmeti kimi qiymətləndirilməsinin əsassız olması ilə bağlı dəlili də təkzib edilir. Ona görə də məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.1 və maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində qeyd edilən dəlillərinin əsassız olması və məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı Əziz adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, aralarında olan razılığa əsasən sonuncu tərəfindən Abşeron rayonu ərazisində gizlədilmiş 1,817 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 12 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanın ın qarşısında həmin psixotrop maddəni tanışı X3 “Samsung” markalı noutbuk müqabilində satması barədə ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilərkə n qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilm əsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 1(103)-1488/2022 nömrəli qərarından Məhku m müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar