Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-839/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Elnur Nizami oğlu İsa-zadə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkumlar Məhkum2, Məhkum1, Məhkum3 və müdafiəçi- vəkil M6 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 309.1-ci və 310-cu maddələri ilə təqsir li bilinib məhkum olunmuş Məhkum2, Məhkum1, Məhkum3 və Məhkum4 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə və məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2019-ci il tarixli hökmü ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə) Məhkum2-xx xxxxxx 1989-cu ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ***************************** ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşamış, Azərbaycan Respublikası CM-n in 309.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə məhkum edilmişdir. Cəzasının əvvəli 22 avqust 2017-ci il. Məhkum1-xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə məhkum edilmişdir. Cəzasının əvvəli 22 avqust 2017-ci il. Məhkum3-31 dekabr 1981-ci ildə Cabrayıl rayonu ******** kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 10.02.2017-ci il tarixli hökmü ilə 2300 manat cərimə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə məhkum edilmişdir. Cəzasının əvvəli 22 avqust 2017-ci il. Məhkum4- xx xxxxxxxx 1976-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının və təndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, işləməyən, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 14.10.1999-cu il tarixli hökmü ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, Ağdam rayonu, ************* kəndində qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşamış Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə məhkum edilmişdir. Cəzasının əvvəli 22 avqust 2017-ci il. Məhkum2, Məhkum1, Məhkum3 və Məhkum4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2-ci maddələrinin tərkib əlamətləri mövcud olmadığından həmin maddələr onlara verilmiş ittihamlardan xaric edilmişdir. İşin halları: Məh kum1 ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilmişdir ondan ötəri ki, cinayət işi üzrə toplanmış sübutların məcmusuna əsasən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında əmlak əldə etmək məqsədilə təkrarən zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlmişdir. Belə ki, o, işlədiyi DİN-nin Baş Mühafizə İdarəsinin Növbətçi hissələri idarəetmə xidmətinin Komendant manqasının polis nəfəri kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq zərərçəkmiş şəxslərə onların narkotik vasitələrin istifadəçisi olması barədə rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib n əğd pul formasında əmlakını ələ keçirmək məqsədilə DİN-nin Baş Mühafizə İdarəsinin Növbətçi hissələri idarəetmə xidmətinin Komendant manqasının polis nəfəri Məhkum2 və tanışları Məhkum3, Məhkum4 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 28.07.2017-ci il tarixdə, saat 21 radələrində Məhkum2 Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində əyləşərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən futbol meydançasının yaxınlığında saxlatdırdıqdan sonra orada əvvəlcədən planlaşdırdıqları qaydada Məhkum4 və Məhkum3 Zərərçəkmiş şəxs1 avtomobilinə yaxınlaşaraq ona polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqə təqdim etməklə narkotik vasitədən istifadə etməsi barədə rüsvayedici məlu matları yayacaqları ilə hədə-qorxu gəlib 300 manat alaraq öz aralarında bölüşdürmüşlər. Bundan başqa, o, təkrarən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq Məhkum2, Məhkum3 və Məhkum4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 03.08.2017-ci il tarixdə, saat 17 radələrində Məhkum2 Zərərçəkmiş şəxs2 idarə etdiyi “Tofaş” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin qismində əyləşərək Bakı şəhəri, ************************, **************** küçəsində yerləşən “Maxito” çay evinin yaxınlığında saxlatdırdıqdan sonra əvvəlcədən planlaşdırdıqları qaydada Məhkum3 ilə birlikdə Zərərçəkmiş şəxs2 avtomobilinə yaxınlaşaraq ona polis əməkdaşları olduğunu bildirib xidməti vəsiqə təqdim etməklə narkotik vasitədən istifadə etməsi barədə rüsvayedici məlu matları yayacaqları ilə hədə-qorxu gəlib 500 manat alaraq öz aralarında bölüşdürmüşlər. Bundan başqa, o, təkrarən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq Məhkum2, Məhkum3 və Məhkum4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 06.08.2017-ci il tarixdə, saat 04 radələrində Məhkum2 Zərərçəkmiş şəxs4 idarə etdiyi “Mercedes” markalı **--*** dövlət nömrə nişanlı avtomobilə sərnişin qismində əyləşərək Bakı şəhəri, ****************************** yaxınlığında saxlatdırdıqdan sonra orada əvvəlcədən planlaşdırdıqları qaydada Məhkum4 və A6 X4 avtomobilinə yaxınlaşaraq ona polis əməkdaşları olduğunu bilirib xidməti vəsiqə təqdim edərək narkotik vasitədən istifadə etməsi barədə rüsvayedici məlumatları yayacaqları ilə hədə-qorxu gəlib həmin gün 600 manat, 2 gün son ra isə yenidən sonuncunun yaşadığı ünvan 6 ünvanının qarşısında 140 manat olmaqla, ümumilikdə 740 manat pul alaraq öz aralarında bölüşdürmüşlər. Bundan başqa, o, Məhkum2, Məhkum3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında təkrarən 14.08.2017-ci il tarixdə, saat 23 radələrində Məhkum2 Məhkum3lə birlikdə Zərərçəkmiş şəxs3 işlədiyi Balaxanı qəsəbəsi, *************************** ünvanında yerləşən bərbərxanaya gələrək polis əməkdaşları olduğunu bildirib xidməti vəsiqə təqdim edərək qardaşı X3 narkotik vasitədən istifadə etməsi barədə rüsvayedici məlumatları yayacaqları ilə hədə-qorxu gəlib 400 manat pul alaraq öz aralarında bölüşdürməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında əmlak əldə etmək məqsədilə təkrarən zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qo rxu gəlib pul əldə etmiş, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Məhkum2 ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilmişdir ondan ötəri ki, cinayət işi üzrə toplanmış sübutların məcmusuna əsasən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında əmlak əldə etmək məqsədilə təkrarən zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlmişdir. Belə ki, o, işlədiyi DİN-nin Baş Mühafizə İdarəsinin Növbətçi hissələri idarəetmə xidmət inin Komendant manqasının polis nəfəri kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq zərərçəkmiş şəxslərə onların narkotik vasitələrin istifadəçisi olması barədə rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib nəğd pul formasında əmlakını ələ keçirmək məqsədilə DİN-nin Baş Mühafizə İdarəsinin Növbətçi hissələri idarəetmə xidmətinin Komendant manqasının polis nəfəri Məhkum1 və tanışları Məhkum3, Məhkum4 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 28.07.2017-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində əyləşərək Bakı şəhəri, ************************* yerləşən Futbol meydançasının yaxınlığında saxlatmış və orada əvvəlcədən planlaşdırdıqları qaydada Məhkum4 və Məhkum3 da Zərərçəkmiş şəxs1 avtombilinə yaxınlaşaraq ona polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqə təqdim etməklə narkotik vasitədən istifadə etməsi barədə rüsvayedici məlumatları yayacaqları ilə hədə-qorxu gəlib 300 manat alaraq öz aralarında bölüşdürmüşlər. Bundan başqa, o, təkrarən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq Məhkum1, Məhkum3 və Məhkum4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 03.08.2017-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs2 idarə etdiyi “Tofaş” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin qismində əyləşərək Bakı şəhəri,*********************************** küçəsində yerləşən “Maxito” çay evinin yaxınlığında saxlatmış və orada əvvəlcədən planlaşdırdıql arı qaydada Məhkum1 və Məhkum3 da Zərərçəkmiş şəxs2 avtomobilinə yaxınlaşaraq ona polis əməkdaşları olduğunu bildirib xidməti vəsiqə təqdim etməklə narkotik vasitədən istifadə etməsi barədə rüsvayedici məlumatları yayacaqları ilə hədə-qorxu gəlib 500 manat alaraq öz aralarında bölüşdürmüşlər. Bundan başqa, o, təkrarən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq Məhkum1, Məhkum3 və Məhkum4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 06.08.2017-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs4 idarə etdiyi“Mercedes” markalı **--*** dövlət nömrə nişanlı avtomobilə sərnişin qismində əyləşərək Bakı şəhəri, **********************************yaxınlığında saxlatmış və orada əvvəlcədən planlaşdırdıqları qaydada Məhkum4 və Məhkum3 da Zərərçəkmiş şəxs4 avtomobil inə yaxınlaşaraq ona polis əməkdaşları olduğunu bilirib xidməti vəsiqə təqdim edərək narkotik vasitədən istifadə etməsi barədə rüsvayedici məlumatları yayacaqları ilə hədə-qorxu gəlib həmin gün 600 manat, 2 gün sonra isə yenidən sonuncunun yaşadığı ünvan 7 ünvanının qarşısında 140 manat olmaqla ümumilikdə 740 manat alaraq öz aralarında bölüşdürmüşlər. Bundan başqa, o, Məhkum1, Məhkum3 və Məhkum4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında təkrarən 14.08.2017-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs3 işlədiyi Balaxanı qəsəbəsi,************************ ünvanında yerləşən bərbərxanaya gələrək polis əməkdaşları olduğunu bilirib xidməti vəsiqə təqdim edərək qardaşı X3 narkotik vasitədən istifadə etməsi barədə rüsvayedici məlumatları yayacaqları ilə hədə-qorxu gəlib 400 manat alar aq öz aralarında bölüşdürməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında əmlak əldə etmək məqsədilə təkrarən zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib pul əldə etməklə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Məhkum3 ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilmişdir ondan ötəri ki, cinayət işi üzrə toplanmış sübutların məcmusuna əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilərək fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında əmlak əldə etmək mə qsədilə təkrarən zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlmişdir. Belə ki, o özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək zərərçəkmiş şəxslərə onların narkotik vasitələrin istifadəçisi olması barədə rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib nəğd pul formasında əmlakını ələ keçirmək məqsədilə DİN-nin Baş Mühafizə İdarəsinin Növbətçi hissələri idarəetmə xidmətinin Komendant manqasının polis nəfərləri Məhkum2 və Məhkum1 və tanışı Məhkum4 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 28.07.2017-ci il tarixdə, saat 21 radələrində Məhkum2 Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes” markalı, **-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində əyləşərək Bakı şəhəri,********************** yerləşən futbol meydanç asının yaxınlığında saxlatdırdıqdan sonra orada əvvəlcədən planlaşdırdıqları qaydada Məhkum4 ilə birlikdə Zərərçəkmiş şəxs1 avtomobilinə yaxınlaşaraq ona polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqə təqdim etməklə narkotik vasitədən istifadə etməsi barədə rüsvayedici məlumatları yayacaqları ilə hədəqorxu gəlib 300 manat pul alaraq öz aralarında bölüşdürmüşlər. Bundan başqa, o təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək Məhkum2, Məhkum1 və Məhkum4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 03.08.2017-ci il tarixdə, saat 17 radələrində Məhkum2 Zərərçəkmiş şəxs2 idarə etdiyi “Tofaş” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin qismində əyləşərək Bakı şəhəri, ******************************** küçəsində yerləşən “Maxito” çay evinin yaxınlığında saxla tdırdıqdan sonra əvvəlcədən planlaşdırdıqları qaydada Məhkum1 ilə birlikdə Zərərçəkmiş şəxs2 avtomobilinə yaxınlaşaraq ona polis əməkdaşları olduğunu bildirib xidməti vəsiqə təqdim edərək narkotik vasitədən istifadə etməsi barədə rüsvayedici məlumatları yayacaqları ilə hədə-qorxu gəlib 500 manat pul alaraq öz aralarında bölüşdürmüşlər. Bundan başqa, o təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək Məhkum2, Məhkum1 və Məhkum4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 06.08.2017-ci il tarixdə, saat 04 radələrində Məhkum2 Zərərçəkmiş şəxs4 idarə etdiyi“Mercedes” markalı **--*** dövlət nömrə nişanlı avtomobilə sərnişin qismində əyləşərək Bakı şəhəri, ******************** yaxınlığında saxlatdırdıqdan sonra orada əvvəlcədən planlaşdırdıqları qaydada Məhkum4 ilə birlikdə Zərərçəkm iş şəxs4 avtomobilinə yaxınlaşaraq ona polis əməkdaşları olduğunu bildirib xidməti vəsiqə təqdim etməklə narkotik vasitədən istifadə etməsi barədə rüsvayedici məlumatları yayacaqları ilə hədə-qorxu gəlib həmin gün 600 manat, 2 gün sonra isə yenidən sonuncunun yaşadığı ünvan 6 ünvanının qarşısında 140 manat olmaqla, ümumilikdə 740 manat manat pul alaraq öz aralarında bölüşdürmüşlər. Bundan başqa, o, Məhkum2, Məhkum1 oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında təkrarən 14.08.2017-ci il tarixdə, saat 23 radələrində Məhkum2la birlikdə Zərərçəkmiş şəxs3 işlətdiyi Balaxanı qəsəbəsi,************* ünvanında yerləşən bərbərxanaya gələrək polis əməkdaşları olduğunu bildirib xidməti vəsiqə təqdim etməklə qardaşı X3 narkotik vasitədən istifadə etməsi barədə rüsvayedici məlumatları yayacaqla rı ilə hədə-qorxu gəlib 400 manat pul alaraq öz aralarında bölüşdürməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında əmlak əldə etmək məqsədilə təkrarən zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib pul əldə etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilərək fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bununla da Məhkum3 Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkum4 ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilmişdir ondan ötəri ki, cinayət işi üzrə toplanmış sübutların məcmusuna əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilərək fiziki şəxslərin hüquqlarının və qanuni mənafelə rinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında əmlak əldə etmək məqsədilə təkrarən zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlmişdir. Belə ki, o, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək zərərçəkmiş şəxslərə onların narkotik vasitələrin istifadəçisi olması barədə rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib nəğd pul formasında əmlakını ələ keçirmək məqsədilə DİN-nin Baş Mühafizə İdarəsinin Növbətçi hissələri idarəetmə xidmətinin Komendant manqasının polis nəfərləri Məhkum2 və Məhkum1 və tanışı Məhkum3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 28.07.2017-ci il tarixdə, saat 21 radələrində Məhkum2 Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes” mark alı, **--*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində əyləşərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən futbol meydançasının yaxınlığında saxlatdırdıqdan sonra orada əvvəlcədən planlaşdırdıqları qaydada Məhkum3 ilə birlikdə Zərərçəkmiş şəxs1 avtomobilinə yaxınlaşaraq ona polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqə təqdim etməklə narkotik vasitədən istifadə etməsi barədə rüsvayedici məlumatları yayacaqları ilə hədə-qorxu gəlib 300 manat pul alaraq öz aralarında bölüşdürmüşlər. Bundan başqa, o təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək Məhkum2, Məhkum1 və Məhkum3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 03.08.2017-ci il tarixdə, saat 17 radələrində Məhkum2 Zərərçəkmiş şəxs2 idarə etdiyi “Tofaş” markalı, **--*** dövlət qeydiyyat n işanlı avtomobilinə sərnişin qismində əyləşərək Bakı şəhəri, ******************* küçəsində yerləşən “Maxito” çay evinin yaxınlığında saxlatdırdıqdan sonra əvvəlcədən planlaşdırdıqları qaydada Məhkum1 Məhkum3lə birlikdə Zərərçəkmiş şəxs2 avtomobilinə yaxınlaşaraq ona polis əməkdaşları olduğunu bildirib xidməti vəsiqə təqdim edərək narkotik vasitədən istifadə etməsi barədə rüsvayedici məlumatları yayacaqları ilə hədə-qorxu gəlib 500 manat pul alaraq öz aralarında bölüşdürmüşlər. Bundan başqa, o təkrarən Məhkum2, Məhkum1 və Məhkum3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 06.08.2017-ci il tarixdə, saat 04 radələrində Məhkum2 Zərərçəkmiş şəxs4 idarə etdiyi “ Mercedes” markalı **--*** dövlət nömrə nişanlı avtomobilə sərnişin qismində əyləşərək Bakı şəhəri, ******************** yaxınlığın da saxlatdırdıqdan sonra orada əvvəlcədən planlaşdırdıqları qaydada Məhkum3 ilə birlikdə Zərərçəkmiş şəxs4 avtomobilinə yaxınlaşaraq ona polis əməkdaşları olduğunu bildirib xidməti vəsiqə təqdim etməklə narkotik vasitədən istifadə etməsi barədə rüsvayedici məlumatları yayacaqları ilə hədə-qorxu gəlib həmin gün 600 manat, 2 gün sonra isə yenidən sonuncunun yaşadığı ünvan 6 ünvanının qarşısında 140 manat olmaqla, ümumilikdə 740 manat manat pul əldə edərək öz aralarında bölüşdürməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında əmlak əldə etmək məqsədilə təkrarən zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib pul əldə etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edərək fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulması na səbəb olan hərəkətlər törətmişdir. Hökmdən dövlət ittihamçısı V6 tərəfindən verilmiş apellyasiya protestinə, məhkumlar Məhkum2, Məhkum1, Məhkum3 və Məhkum4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və K.H.Əkbərovdan ibarət tərkibdə) 12 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı1 kassasiya protesti verərək qərarın ləğv edilməsini cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini, məhkumlar Məhkum2 və Məhkum1 kassasiya şikayətlərində onlara b əraət verilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı1 kassasiya protestində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair 21 oktyabr 2011-ci il tarixli qərarında şərh edilmişdir ki, özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Eyni zamanda, bəzi ha llarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzu olunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar və iş materiallarından da göründüyü kimi Məhkum2 və Məhkum1 polis olmalarından istifadə edərək, Məhkum3 və Məhkum4 isə polis əməkdaşları olmasalar da özlərini polis əməkdaşı kimi təqdim edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs 2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 hər hansı fiziki zor tətbiq etmədən onların narkotik vasitədən istifadə etmələri barədə onlarda əməliyyat məlumatı olmasını bildirərək polis bölməsinə aparmaq və bununla da onlar haqqında rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə adları çəkilən zərərçəkmiş şəxslərdən hədə-qorxu ilə pul tələb etmişlər. Həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 cinayət əməlini törətdiyi vaxtda Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin növbətçi hissələri idarəetmə xidmətinin Komendant manqasının polis nəfəri vəzifəsində xidmət etmişlər. Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərini aşma dedikdə- vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq -aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma nəzərdə tutulur. CM-nin 308-ci maddəsinin qeydində vəzifəli şəxs anlayışına hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla) və dairəsi müəyyən edilmiş digər şəxslər daxildir. Polis haqqında Azərbaycan Respublikası qanunun 1-ci maddəsində göstərilmişdir ki, polis əməkdaşı-polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Qanundan anlaşıldığı kimi polis əməkdaşları vəzifəli şəxslər hesab olunurlar. Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin dispozisiyasının məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərkət və ya hərkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Lakin, vəzifəli şəxs öz səlahiyyətlərinə daxil olmayan hərkətlər etdikdə əməli təhlil edilən maddə üzrə deyil, müvafiq əlamətlər olduqda CM-nin 309 və ya 310-cu madələri ilə tövsif edilməlidir. Bununla da protest müəllifi hesab etmişdir ki, Məhkum2 və Məhkum1 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikas ı CM-nin 182.2.1, 182.2.2 və 309.1-ci maddələrinə düzgün tövsif edilərək onlara həmin maddələrlə ittiham elan edilməklə onlar məhkəməyə verilmişlər. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Məhkum3 və Məhkum4 CM-nin 182-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə yanaşı həmçinin özlərini vəzifəli şəxs kimi təqdim edərək, yəni özlərini zərərçəkmiş şəxslərə əslində malik olmadıqları səlahiyyətlərin daşıyacısı kimi təqdim edərək vətəndaşların hüquqlarının və qanuni mənafelərininəhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişlər. Bu səbəbdən də hesab etmişdir ki, Məhkum3 və Məhkum4 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 310-cu maddələrinə tövsif edilərək ittiham elan edilmişdir. Lakin məhkəmə öz subyektiv mülahizələri ilə yekun qərarda əsaslandırmağa çalışmışdır ki, məhkum edilmiş şəxslər Məhkum2, Məhkum1, Məhkum3 və Məhkum4 əməllərində Azərbaycan Respublikasış CM-nin 182.2.1 və 182.2.2-ci maddələrinin tərkib əlamətləri mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmələrin gəldiyi nəticələr qanunsuz hesab edilərək kassasiya protestinin təmin edilməsi xahiş edilmişdir. Məhkum2 kassasiya şikayətində heç kimdən pul tələb edib almadığını ona görə də ona bəraət verilməli olduğunu göstərmişdir. Məhkum1 məhkəmə iclasında kassasiya şikayətini geri götürməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumların və müdafiəçinin, kassasiya protestinin təmin edilməsi və kassasiya şikayətinin təmin edilməməsi, digər kassasiya şikayətinin qaytarılmasına dair ərizənin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkum1 kassasiya şikayəti geri qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya insta nsiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə və kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıda kı nəticələrə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələrində hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və təkrar törədildikdə cinayət tərkibləri nəzərdə tutulmuşdur. CM-nin 309.1-ci maddəsində vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə m ühüm zərər vurduqda cinayət tərkibi nəzərdə tutulmuşdur. CM-nin 310-cu maddəsində özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə cinayət tərkibi nəzərdə tutulmuşdur. X7 Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.4-cü maddəsinə əsasən Genişləndirici və ya məhdudlaşdırıcı şərhə yalnız normativ hüquqi aktın mətni və mənası arasında açıq-aşkar fərq olanda yol verilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair 21 oktyabr 2011-ci il tarixli qərarının məzmununda göstərilmişdir ki, nəzər dən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu i lə tələb etmənin üç növü: 1) zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə ilə hədələmə; 2) zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinin dispozisiyasından müəyyən edilir ki, hər üç halda hədə real mövcud olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarında qeyd olunur ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Hazırki iş üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın bütün epizodları üzrə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsləri narkotik vasitədən istifadə etmələri barədə rüsvayedici məlumatları yayacaqları ilə hədə-qorxu gəlmələri göstərilmişdir. Zərərçəkmiş şəxsləri narkotik vasitədən istifadə etmələri barədə təqsirləndirilən şəxslərdə dəqiq məlumat olmamışdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, faktiki olaraq təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsləri narkotik vasitələrin istifadəçiləri olduqlarına görə polis bölməsinə aparacaqlarını bildirmişlər və aparmayacaqları müqabilində pul məbləğləri almışlar. Yəni, əslində təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərə qarşı rüsvayedici məlumatları yayacaqları ilə hədə-qorxu gəlməmişlər. Bundan başqa təqsirləndirilən şəxslər Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərildiyi kimi zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürməmişlər. Göstərildiyi kimi təqsirləndirilən şəxslərdə zərərçəkmiş şəxslərin narkotik istifadəçiləri olmaları, narkoman olmaları barədə dəqiq və mötəbər məlumatlar və sübutlar mövcud olmamışdır. Ona görə də onların zərərçəkmiş şəxslərə qaşı irəli sür dükləri mülahizələri obyektiv mövcud olan təhlükə kimi qiymətləndirilməmişdir. Zərərçəkmiş şəxslərin polis şöbəsinə aparılmaları üçün təqsirləndirilən şəxslərin heç bir qanuni əsasları olmamışdır. Yəni hədə əslində real mövcud olan hala əsaslanmamışdır. Faktiki olaraq zərərçəkmiş şəxslər onların polis şöbəsinə aparılması üçün heç bir qanuni əsas olmadığı və onların nrkotik istifadəçiləri olmaları barədə heç bir sübut olmadığı halda təqsirləndirilən şəxslər tərəfindən aldadılmışlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2ci maddələri ilə elan edilmiş ittihamlar üzrə düzgün nəticəyə gəldiyindən apellyasiya instansiya məhkəməsi tərəfindən də bu nəticə düzgün olaraq dəyişdi rilmədən saxlanmışdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 cinayət əməlləri CM-nin 309.1-ci maddəsi, Məhkum3 və Məhkum4 cinayət əməlləri isə CM-nin 310-cu maddəsi ilə əhatə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin olunması və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Məhkum2 kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, onun cinayət əməlləri məhkəmə iclasında tədq iq edilmiş cinayət işinin materiallarında olan mötəbər sübutlarala təsdiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri heç bir mötəbər sübutla əsaslandırılmamışdır. Ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protesti və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 ərizəsi təmin edilsin və onun kassasiya şikayəti geri qaytarılsın. Məhkum2, Məhkum1, Məhkum3 və Məhkum4 məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı kassasiya protestinə v ə Məhkum2 kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-839/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-839/2019
02.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver