Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-839/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs3 nümayəndəsi, “Pro Bono” Vəkil Bürosunun vəkili Məmişov Bəylər Sahib oğlunun iştirakları ilə xx xxxxxx 1962-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan, hal-h azırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: E.Ə.Mikayılov (sədrlik edən), Ə.M.Abasov və M.M.Ağalarov) Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istin taq zamanı həbsdə və ev dustaqlığında saxlandığı 09 (doqquz) ay 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 vermiş olduğu iddia tələbi qismən təmin edilərək, ona vurulmuş maddi ziyan olmaqla cəmi 5111 (beş min yüz on bir) manat 70 (yetmiş) qəpik məbləğində pul təqsirləndirilən Məhkum onun xeyrinə tutulması, iş üzrə zə rərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 vermiş olduğu iddia tələbi qismən təmin edilərək, ona vurulmuş maddi ziyan olmaqla ödənilməmiş qalan cəmi 11689 (on bir min altı yüz səksən doqquz) manat 10 (on) qəpik məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pulun təqsirləndirilən Məhkum onun xeyrinə tutulması, iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs3 vermiş olduğu iddia tələbi qismən təmin edilərək ona vurulmuş maddi ziyan olmaqla cəmi 157.400 (yüz əlli yeddi min dörd yüz) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaitinin təqsirləndirilən Məhkum onun xeyrinə tutulması, iş üzrə zərərçəkmiş şəxslər, mülki iddiaçılar: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iş üzrə onlara mənəvi ziyan vurulması və həmçinin əldən çıxmış fayda ilə bağlı irəli sürmüş olduqları iddia tələbləri ilə əlaqədar olan hissədə mülki-mühakimə icraatı qaydasında təqsirləndirilən şəxs Məhkum qarşı müvafiq məhkəmə qarşısında mülki iddia tələbləri irəli sürmək hüquqları zərərçəkmiş şəxslərə izah edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçiləri və Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: E.Y.Şamoyev (sədrlik edən), S.A.Mirzəyev və F.A.Qasımov) xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansi ya məhkəməsinin hökmünə əsasən Məhkum tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə 2009-cu ilin sonlarından 2012-ci ilin dekabr ayınadək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bələdiyyə sədrinin müavini işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şosesi 145 ünvanda Zərərçəkmiş şəxs1 məxsus “xxxx” MMC-in yerləşdiyi ərazidə olan yüksək gərginlikli elektrik dirəyini cəmiyyətin inzibati ərazisindən çıxarıb başqa yerə köçürtdürəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2010cu ilin yanvar ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində həmin dövrə olan məzənnə üzrə 2411 (iki min dörd yüz on bir) manat 70 (yetmiş) qəpik təşkil edən 3000 (üç min) ABŞ dolları məbləğində pulunu və 2012-ci ilin dekabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 2700 (iki min yeddi yüz) manat pulunu və beləliklə cəmi 5111 (beş min yüz on bir) manat 70 (yetmiş) qəpik məbləğində pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə xx xxxxxx 1991-ci il tarixdə təsis edilmiş “xxxx" Qapalı Səhmdar Cəmiyyətində ona məxsus olan 35 faiz təsisçi payını 200.000 (iki yüz min) ABŞ dolları müqabilində cəmiyyətin balansında olan obyektlərdən dividend ödənilərək gəlir əldə edəcəyi barədə yalandan vədlər verərək xx xxxxxxx 2011-ci il tarixdə 35 faiz təsisçi payını Zərərçəkmiş şəxs3 adına rəsmiləşdirərək sonuncudan məzənnə ilə 157.400 (bir yüz əlli yeddi min dörd yüz) manat dəyərində 200.000 (iki yüz min) ABŞ dolları pulunu ələ keçirərək verdiyi vədlərə əməl etməyib ona dividend ödəmədən xx xxxxxx 2015-ci il tarixdə Zərərçəkmiş şəxs3 xəbərsiz olaraq sonuncunun cəmiyyətdəki 35 faiz təsisçi payını heç bir səbəb olmadan ləğv edib, öz adına rəsmiləşdirərək ümumilikdə Zərərçəkmiş şəxs3 157.00 (yüz əlli yeddi min dörd yüz) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə 2013-2014-cü illərdə Birləşmiş ƏrəbƏmirliklərinin Dubay şəhərindən Ba kı şəhərinə ucuz qiymətə “Prado”, “Land Cruiser” markalı avtomobillər gətirərək bu işdən külli miqdarda qazanc əidə edəcəkləri barədə Zərərçəkmiş şəxs2 yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə “Azərbaycan Sənaye Bankı”nda öz adına olan 0***-*******8-0001 hesab nömrəsi vasitəsi ilə xx xxxxxx 2013-cü il tarixdə həmin dövrə olan məzənnə üzrə 3922 (üç min doqquz yüz iyirmi iki) manat təşkil edən 5000 (beş min) ABŞ dolları, xx xxxxxx 2013-cü iİ tarixdə həmin, dövrə olan məzənnə üzrə 5099 (beş min doxsan doqquz) manat 25 (iyirmi beş) qəpik təşkil edən 6500 (altı min beş yüz) ABŞ dolları, xx xxxxxx 2013-cü il tarixdə həmin dövrə olan məzənnə üzrə 706 (yeddi yüz altı) manat 05 (beş) qəpik təşkil edən 900 (doqquz yüz) ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixdə həmin dövrə o lan məzənnə üzrə 1568 (bir min beş yüz altmış səkkiz) manat 60 (altmış) qəpik təşkil edən 2000 (iki min) ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixdə həmin dövrə olan məzənnə üzrə 3922 (üç min doqquz yüz iyirmi iki) manat 50 (əlli) qəpik təşkil edən 5000 (beş min) ABŞ dolları, 2014-cü ilin fevral ayı ərzində həmin dövrə olan məzənnə üzrə 2431 (iki min dörd yüz otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edən 3100 (üç min bir yüz) ABŞ dolları və 2014-cü ilin fevral ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində həmin dövrə olan məzənnə üzrə 784 (yeddi yüz səksən dörd) manat 50 (əlli) qəpik təşkil edən 1000 (bir min) ABŞ dolları və beləliklə, qeyd edilən dövrə olan məzənnələr üzrə cəmi 18.434 (on səkkiz min dörd yüz otuz dörd) manat 85 (səksən beş) qəpik pulunu əl ə keçirərək verdiyi vədlərə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və barəsində CM-nin 178.3.2-ci maddəsi ilə olan cinayət işinin icraatına əməlində cinayət tərkibinin olmamasına görə xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, onun əməlində cinayət tərkibi yoxdur. İş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 münasibətdə Məhkum hərəkətləri mülki xarakterlidir. Həm ibtidai istintaq orqanı, həm də məhkəmələr əsassız olaraq Məhkum hərəkətlərini dələduzluq kimi qiymətləndirmişlər. Belə ki, Mə hkum Zərərçəkmiş şəxs2la şərikli avtomobil biznesi qurmaq qərarına gəlmişlər. Bu faktı Zərərçəkmiş şəxs2 da ifadələrində təsdiq etmişdir. Biznesin baş tutmaması isə Məhkum iradəsindən asılı olmayaraq baş tutmamışdır. Bununla əlaqədar yaranan mübahisələr mülki qaydada həll edilməli idi. Məhkum hesab edir ki, Zərərçəkmiş şəxs1 5111,7 manat pulunun ələ keçirilməsi epizodu üzrə də ittiham qanunsuz və əsassızdır. İstintaq və məhkəmələr Zərərçəkmiş şəxs1 ifadələri arasındakı ziddiyyətləri araşdırmadan Məhkum təqsirli olması nəticəsinə gəlmişlər. Məhkumun fikrincə, onun Zərərçəkmiş şəxs3 157.000 manat dəyərində 200.000 ABŞ dollarının alınması epizodu üzrə ittiham da əsassızdır. Belə ki, o, Zərərçəkmiş şəxs3, ümumiyyətlə, pul almamışdır. 158.000 ABŞ dolları məbləğində pulu ona polis mayoru Elnur Ə liyev aylıq faiz dərəcəsi ilə vermişdir. Əvəzində isə 46 ay ərzində Məhkum və ailə üzvləri tərəfindən Elnur Əliyevə 445.000 ABŞ dolları qaytarılmışdır. Şikayətdə, həmçinin, iş üzrə mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Məhkum qarşı iddia tələblərinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsi B.Məmişov və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan b aşqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur və ona bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, tö rədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X7rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakte ri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də mə hkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələri, “Yanar Dağ” QTSC-nin təsisçilərinin ümumi yığıncağının xx xxxxxxx 2011-ci il tarixli, 01 nömrəli protokolunun surəti, “Yanar Dağ” QTSC üzrə xx xxxxxxx 2011-ci il tarixli yeni təsis müqaviləsinin surəti, Bakı şəhəri 06 saylı notariat kontorunda təsdiq edilmiş Zərərçəkmiş şəxs3 və Məhkum arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli borc müqaviləsinin surəti, Bakı şəhəri 06 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxxxx 2011-ci il t arixli borc müqaviləsinin surəti, “Yanar Dağ” QTSC-nin təsisçilərinin ümumi yığıncağının xx xxxxxx 2015-ci il tarixli, 02 nömrəli protokolunun surəti və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yol u ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu də rk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonunc unun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə, heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keç irdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud de yildir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərdən birinə vurduğu maddi ziyanı qismən ödəməsini cəzasını yüng ülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası, həmçinin, apelyasiya instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum qarşı mülki iddiaçılar tərəfindən verilmiş mülki iddialar üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai a raşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayət i təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-839/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-839/2020
25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver