Məhkəmə qərarları › İş №1(102)-839/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-839/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-839/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 16 dekabr 2021-ci il tarixli 1(075)-49/2021 nömrəli hökmü ilə 10 iyun 1978-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan X9 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: İttihama əsasən X13 təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuananı əldə edib, daşıyıb, etibarnamə əsasında idarə etdiyi avtomobildə saxlamış, 18 yanvar 2021-ci il tаrixdə saat 23:30 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdаşlаrı tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Şəki şəhəri Zərifə Əliyeva küçəsində yerləşən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Şəki Regional Şöbəsinin yaxınlığında etibarnamə əsasında idarə etdiyi Mercedes C220 markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı аvtоmоbillə birlikdə saxlanılaraq Şəki şəhəri X20 küçəsi 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, оrаdа idarə etdiyi avtomobilə keçirilən baxış zamanı avtomobilin so l arxa oturacağının üzərindən bir ədəd göy rəngli polietilen torbanın içərisində iki ədəd аyrı-аyrı şəffaf sellоfаn tоrbаlаrdа təmiz çəkisi 137,64 qram və 143,65 qrаm olmaqla, ümumi təmiz çəkisi 281,29 qrаm olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vаsitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Gündüz Abbasov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) 13 oktyabr 2022-ci il tarixli, 1(107)-77/2022 saylı qərarı ilə Şəki Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 13 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmənin əsaslandırmağa çalışdığı subyektiv mülahizədən ibarət olan əsassız və qanunsuz yanaşması aşağıdakı qaydada tamamilə təkzib edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Şahmar Kərimovun əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. İbtidai istintaq zamanı və məhkəmə istintaqında toplanmış sübutların məhkəmə tərəfindən şübhə altına alınması üçün hər hansı əsas mövcud olmamış və həmin sübutlar əsassız olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilməmişdir. Belə ki, Şahmar Kərimovun şübhəli şəxs qismində tutulmasının qanuni və əsaslı olması ilə bağlı vurğulanmalıdır ki, şəxsi axtarış aparılması, baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 19 yanvar 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video görüntülərindən görünür ki, həmin tarixdə Şəki ŞRPŞ-də X7 üstünə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusu, sol yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefonunu və avtomobil açarını çıxarıb masanın üzərinə qoymuş və bundan ba şqa üzərində hər hansı bir əşyanın olmadığını qeyd etmişdir. Təhqiqatçı ondan haradasa narkotik vasitə saxlayıbsaxlamamasını soruşduqda, o, idarə etdiyi avtomobildə narkotik vasitə saxladığını bildirmiş, bundan sonra etibarnamə əsasında idarə etdiyi, tanışı X14 məxsus olan “Mercedes” markalı, **-SM-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin sol arxa oturacağının üzərindən içərisində iki ədəd ayrı-ayrı sellofan torbalarda narkotik vasitəyə bənzər yaşıl rəngli kütlələr olan bir ədəd göy rəngli polietilen torba aşkar olunmuş, həmin vaxt Ş.Kərimov həmin yaşıl rəngli kütlələrin nəşə olduğunu, onu Yevlax rayonunda yol kənarından götürdüyünü. Əhməd Əhmədovun həmin kütlədən heç bir məlumatının olmadığını bildirmiş, sual-cavab edilərkən həmin nəşəni bu gün, saat 17-18 radəl ərində Yevlax rayonunda yol kənarından götürdüyünü bildirmiş, müdafiəçisinin sualına cavabında isə narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən heç bir təsir və təzyiqə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Şahmar Kərimov narkotik vasitəni Yevlax rayonu Aşağı Qarxun kəndi ərazisindən keçən hissəsində yoldakı 1-ci sürət radarının yerləşdiyi dirəyin sağ tərəfində beş addım məsafədə olan kolun içindən götürdüyünü bildirdiyi halda, ifadəsi yerində yoxlanılan zaman içərisində narkotik vasitə olan polietilen torbanı həmin sürət radarından 200 metr məsafədə olan kolun içərisindən götürməsi müəyyən olunmuşdur. X7 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 2020-ci ilin dekabr ayı nın 15dən 2021-ci ilin yanvar ayının 19-dək olan müddətdə daxil olan və çıxan zənglərin, eyni zamanda qeyd edilən mobil nömrəyə daxil olan və çıxan ismarıc (SMS) mətnlərinin, şəbəkə dairəsi üzrə cədvəlin, daxil olan və çıxan zənglərə dair mobil nömrələrin sahiblərinin anket məlumatlarının ələ keçirilməsi barədə məhkəmə qərarının icrası ilə bağlı Bakcell MMC-nin təqdim etdiyi 01 ədəd diskə keçirilmiş baxış protokolundan görünür ki, “Zənglərin Detallaşması **********5706 552204227” adlı fayl açıldıqda onun içərisində xx.xx.2020-ci il tarixdə saat 00-dan xx.xx.2021-ci il tarixdə saat 00-dək olan müddətdə Şahmar Kərimovun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin anten dairəsinin, həmçinin, həmin nömrəyə daxil olan və çıxan zənglərə dair məlumatların olması müəyyən edilmiş, Şahmar Kər imovun istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsinin müəyyən edilməsi məqsədi ilə sözügedən fayla baxış keçirilərkən qeyd edilən nömrənin xx.xx.2021-ci il tarixdə Yevlax rayonu ərazisində istifadə edilməsi müəyyən olunmuşdur. Bundan başqa, ***-***-**-** mobil nömrəsinin xx.xx.2021-ci il tarixindəki anten dairəsi öyrənilərkən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə ***-***-**-** mobil nömrəsi yuxarıda qeyd edilən vaxtlar istisna olmaqla Şəki rayonu ərazisində istifadə edilmişdir. Baxış zamanı Ş.Kərimovun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 2020-ci ilin dekabr ayının 15-dən 2021-ci ilin yanvar ayının 19-dək olan müddətdə heç bir xarici operatora məxsus nömrədən, o cümlədən Rusiya Federasiyasının mobil operatoruna məxsus nömrədən zəng və ya ismarıc da xil olmaması, yaxud da hər hansı bir xarici operatora məxsus nömrəyə zəng edilməməsi və ya ismarıc göndərilməməsi müəyyən edilmişdir. Şəxsi axtarış aparılması, baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 19 yanvar 2021-ci il tarixli istintaq hərəkətinin video görüntülərindən də görünür ki. Şahmar Kərimovun həmin vaxt əynində gödəkcəsi yoxdur, tanışı X14 məxsus olan etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı, **-SM-*** dövlət nömrə nişanlı avtomobilə keçirilən baxış zamanı o, avtomaşının qapılarının kilidini açır və sol arxa qapım açıb oturacağın üzərindəki gödəkcəsini açıb içərisində iki ədəd ayrı-ayrı sellofan torbalarda narkotik vasitəyə bənzər yaşıl rəngli kütlələr olan bir ədəd göy rəngli polietilen torbanı təqdim edir. Qeyd edilməlidir ki, Şahmar Kərimov məhkəmədə v erdiyi ifadələrində 18 yanvar 2021-ci il tarixdə səhər tezdən Əhməd ilə Bakı şəhərinə müştəri apardıqlarını, oradan Şəki rayonuna qayıdarkən müştəri götürmədiklərini, Yevlax rayonu “Xaldanın kruqu” adlanan ərazidə müştəri götürüb Şəki rayonu Cəfərabad kəndində düşürdüklərini, sərt karantin rejimi ilə əlaqədar Şəki şəhərinə ara küçələr ilə gələn zaman Miqrasiya idarəsinin yanında polislər tərəfindən saxlanıldıqlarını bildirmişdir. Bununla bağlı Ş.Kərimov istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyasında məhkəmə baxışı zamanı 18 yanvar 2021-ci il tarixdə ümumiyyətlə Bakı şəhərinə getmədiyinin müəyyən olunduğu barədə verilmiş suala heç bir cavab verə bilməmişdir. Məhkəmə isə yuxarıda qeyd olunan bir-birini tamamlayan, istintaq zamanı xronoloji ardıcıllıqla müəyyən edilmiş və onun törətmiş olduğu əməli ifşa edən xüsusatları sübut kimi qəbul etməmiş, yalnız təqsirləndirilən şəxs Şahmar Kərimov və onun tanışı Əhməd Əhmədovun məhkəmədə verdikləri məsuliyyətdən yaxa qurtarmağa, cinayətdən boyun qaçırmağa yönəlmiş ifadələri əsas götürməkdə haqlı olmayaraq, nəticədə əsassiz hökm çıxarmışdır. Həmçinin qeyd edilməlidir ki, iş materialında olan Şəki rayon prokurorluğunda aparılmış 21/C-21 nömrəli material üzrə araşdırma nəticəsində müəyyən edilmişdir ki, Əhməd Əhmədov tutulub Şəki şəhər-rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmişdir. Həmin araşdırma materialı üzrə 08 fevral 2021-ci il tarixdə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar müvafiq yu xan prokuror və məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən ləğv edilməmişdir. Buna baxmayaraq, Ə.Əhmədovun tutulub üzərində şəxsi axtarış aparılarkən ona qarşı qanunazidd hərəkətlərə yol verilməsi halının müəyyən edilmədiyi halda məhkəmə hökmündə həmin xüsusatla əlaqədar X7 narkotik vasitənin ona aid olması kimi ifadəni polis əməkdaşlarının əvvəlcədən ona təkidindən və iş ortağı X21 ŞRPŞ-də gözündən xəsarət alması, qulağından qan axaraq vəziyyətdə qalması, naşatır iylədilərək ayıldılmasını gördükdən sonra məcburiyyət qarşısında kamera çəkilişi altında verdiyini, X12 bədənində xəsarətləri görməsi səbəbindən etiraf edici ifadələr verməsini daha ağlabatan və inandırıcı qəbul etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protes tinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində X9 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Kassasiya protestində qeyd edilmişdir ki, cinayət işi üzrə sübutlarla Ş.N.Kərimovun təqsiri tam sübuta yetirilir, məhkəmə sübutlara düzgün qiymət verməmiş, əsassız olaraq təqsirləndirilən şəxsin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələrə istinadən yanlış nəticəyə gəlmişdir. Kassator hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş, və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünü yolverilməz sübutlarla əsaslandırmışlar. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd e tməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən ş əxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. İttiham tərəfi Ş.N.Kərimovun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq etmək üçün məhkəməyə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi, şəxsi axtarış aparılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokol, baxışda iştirak etmiş polis işçilərinin ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri təqdim etmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqa yisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Ş.N.Kərimovun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında X13 özünü ona qarşı elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 yanvar 2021- ci il tarixdə saat 19 radələrində iş ortağı Əhmədlə birlikdə idarə etdiyi Mercedes C220 markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə karantinlə əlaqədar Şəki şəhərinin girəcəyindəki postdan yayınmaq məqsədi ilə Şəki rayonu Çeşməli kəndində ara yola daxil olub, oradan Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Şəki Regional Şöbəsinə doğru hərəkət etmişlər. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Şəki Regional Şöbəsinin yaxınlığında onun idarə etdiyi avtomaşın polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu və Əhmədi maşından yerə düşürüb, üzüaşağı yerə yatdırıb təxminən 40 dəqiqə müddətində üzüaşağı saxlamışlar. Polis əməkdaşları onu və Əhmədi üzüaşağı yatdırdıqdan sonra onun böyrünü təpikləmişlər və idarə etdiyi maşını axtarmışlar. İki nəfər mülki g eyimli polis əməkdaşları isə yaxınlıqdakı çay tərəfə düşərək orada nə isə axtarmışlar. Çay tərəfə düşən polis əməkdaşları 10-15 dəqiqə sonra “tapdıq” deyərək qayıdıb gəlib onu Hyundai markalı bir qara rəngli avtomaşına, Əhmədi isə görə bilmədiyi digər bir nəqliyyat vasitəsinə mindirmişlər. Bundan sonra onu Şəki şəhər-rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində onu bir otağa, Əhmədi isə digər bir otağa salmışlar. O, polis şöbəsinə gətirildikə onun idarə etdiyi nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanıldıqları yerdə qalmışdır. Onun Şəki şəhər-rayon Polis Şöbəsinə gətirilməsindən bir saat yarım sonra onun idarə etdiyi avtomaşın evakuatorla Şəki şəhərrayon Polis Şöbəsinə gətirilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsində digər otağa keçiriləndə Əhmədin döyülmüş və yerdə uzanıq lı vəziyyətdə olduğunu görmüş, bu səbəbdən də polis əməkdaşlarının təklifi ilə məhz polis əməkdaşları tərəfindən maşınına qoyulmuş narkotik vasitənin ona məxsus olması kimi ifadə vermişdir. O, narkotik vasitə istifadə etməmiş və həmin gün avtomaşını o, özü idarə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılandan təxminən bir saat sonra Şəki ŞRPŞ-nə gətirilmişdir. O, polis şöbəsinə gətiriləndə idarə etdiyi avtomaşın hadisə yerində qalmaqla yanaşı həmin avtomaşının açarları da nəqliyyat vasitəsinin üzərində qalmışdır. Şəki şəhər-rayon Polis Şöbəsində videoçəkilişlə axtarış isə həmin gün saat 23-23:30 radələrində aparılmışdır. Nəqliyyat vasitəsinə baxışın nəticəsi üzrə sənədləri oxumadan imzalamışdır. O, Əhmədin bədəni üzərində xəsarətləri olan şəkillərini çəkmiş, lakin şəkillər sonradan Əh məddə olmuşdur. Polis əməkdaşları ona əvvəldən guya onun sərxoş olması səbəbli avtomaşını onun deyil, Əhmədin sürməsi kimi ifadə verməsini təklif etmişlər və o, polis əməkdaşlarının bununla bağlı yazdıqlarını oxumadan imzalamışdır. Onun portaldan icazəsi olmasına baxmayaraq Əhmədin buna icazəsi olmadığından o, nəqliyyat vasitəsini Çeşməli kənd yolu ilə sürmək məcburiyyətində qalmışdır. Onu Şəki şəhər-rayon X5 otağa keçirdikdə o, Əhmədin döyülmədən gözünün altının partladığını, qulağından qan axdığını, üzünün isə şişdiyini, polis əməkdaşlarının isə ona naşatır iylətdiklərini görmüşdür. Onu və Əhmədi Şəki şəhər-rayon Polis Şöbəsində 2 sutka saxlayıb prokurorluğa gətirəndə də Əhmədin üz-gözü şişkin vəziyyətdə olmuşdur. Onların tutulub-buraxılmasından sonra sabahısı günü o, Əhmədin bütün bədən ini çəkmişdir. Onun polis əməkdaşları tərəfindən ilkin olaraq döyülməsi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Şəki Regional Şöbəsinin yaxınlığında ilkin saxlanıldığı zaman baş vermişdir. Şəki şəhər-rayon Polis Şöbəsində isə onu Əhmədin vəziyyətini göstərmək üçün onun saxlanıldığı otağa keçirtmişlər və o, Əhmədin vəziyyətini gördükdən sonra polis əməkdaşları tərəfindən maşınına qoyulmuş, lakin ona və Əhmədə heç bir aidiyyəti olmayan narkotik vasitənin ona məxsus olmasını öz boynuna götürmüşdür. Polis əməkdaşları əvvəlcə ona narkotik vasitənin ona məxsus olmasını etiraf etməli olduğunu dedikdə o, bunun bir-iki kibrit qutusu olacağını güman etmiş, əvvəlcədən bunun 2 torba olacağını bilməmişdir. Həmçinin videoçəkilişdən əvvəl polis əməkdaşları onu buna hazırlamışlar və çəkiliş zaman ı nə kimi ifadə verməli olduğunu ona demişlər. Həmçinin əvvəlcədən polis əməkdaşlarında olan mobil telefonunu və maşın açarını polis əməkdaşları çəkilişdən əvvəl ona vermişlər və çəkiliş zamanı da həmin əşyalar onun üzərindən aşkar edilmişdir. O, vəkilini yalnız videoçəkilişlə axtarış zamanı görmüş, onadək vəkilini görməmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı günü onun vəziyyəti çox pis olmuşdur. Saxlanıldığı ikinci günü isə vəkilinə “nə edək” demiş, vəkili isə cavabında “burada nə var ki, burada satış yoxdur, narahat olası heç nə yoxdur” demişdir. Bir sözlə o, ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayəti törətməmişdir. Onun idarə etdiyi avtomaşına qoyulmuş narkotik vasitənin isə ona heç bir aidiyyəti yoxdur və həmin narkotik vasitənin ona aid olmasını polis əməkdaşları tərəfindən iş ortağı və həmin vaxt nəqliyyat vasitəsində olmuş Əhmədə işgəncə verilməsi, bunun qarşısının alınması, həmçinin də onun özünə fiziki təzyiq göstərilməsi səbəbli vermişdir. Оnun təhqiqаtdа və ibtidаi istintаqdа şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifаdələri həqiqəti əks etdirmir. Оnun məhkəmə iclаsındа verdiyi ifadəsi isə dоğrudur. Həmçinin ibtidai istintaq dövründə, yəni 09 aprel 2021-ci il tarixdə müstəntiq Araz Vəlizadə tərəfindən vəkilinin iştirakı olmadan onunla bağlı istintaq hərəkətləri aparmışdır. İbtidаi аrаşdırmа аpаrılаn zаmаn hüquqlаrı pоzulmuş və оnа qаrşı sübutlаr qаnunsuz yоllа əldə edilmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə edilm0iş Şəki Şəhər-Rayon Polis Şöbəsinin CABnin baş əməliyyat müvəkkili, polis baş leytenantı Elmir Əliyevin 18 yanvar 2021-ci il tarixdə qəbul etdiyi əməliyyat tədbirinin keçirilməsi barədə qərarından görünür ki, X8 və X12 narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olmalarına dair daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşlarından ibarət əməliyyat qurupunun yaradılması və onların cinayət əməlini ifşa edilməsi məqsədi ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Elmir Əliyevin 18 yanvar 2021-ci il tarixdə qəbul etdiyi əməliyyat qrupunun yaradılması barədə qərarından görünür ki, X8 və X12 Şəki şəhəri ərazisində narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olmalarına dair materialla bağlı CAB-nin baş əməliyyat müvəkkili Elmir Əliyevin rəhbərliyi, Şahid1, Şahid2 və Şəhriyar Əliyevdən ibarət üzvlərin iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. İşdə olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Elmir Əliyevin 18 yanvar 2021-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 23:30-da əməliyyat məlumatına əsasən X15 və X1 və Şəki ŞRPŞ-nə gətirilmişdir. Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı Şıxəli Ağayev tərəfindən tərtib edilmiş 19 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X15 həmin tarixdə saat 00:51-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı Şıxəli Ağayev tərəfindən tərtib edilmiş “Şəxsi axtarış aparı lması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” 19 yanvar 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, qeyd olunan tarixdə, saat 01:40-dan 04:16-dək X8 üzərində şəxsi axtarış aparılmış və nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahmar Kərimovun üzərindən qeyri-qanuni heç nə aşkar edilməmiş, sonra Şəki ŞRPŞ-nin həyətində yerləşən “Mercedes” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, həmin nəqliyyat vasitəsinin arxa sol oturacağının üzərindən göy rəngli sellofan torbada yaşıl rəngli narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılıb, möhürlənib götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilmişdir. Şəki ŞRPŞ-nin TB-ni n təhqiqatçısı Şıxəli Ağayev tərəfindən tərtib edilmiş “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 19 yanvar 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, qeyd olunan tarixdə saat 05:58-dən 07:52-dək X12 üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərində qeyri-qanuni heç nə aşkar edilməmişdir. Bununla yanaşı şəxsi axtarış zamanı X3 gözətrafı nahiyədə qaraltının olması müəyyən edilmişdir. Bu hal şəxsi axtarışı aparan təhqiqatçının da diqqətini cəlb etmiş və soruşduqda Əhməd Əhmədov yıxılaraq gözündən xəsarət aldığını bildirmişdir. 19 yanvar 2021-ci il tarixli, 17/50 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqаtа təqdim оlunmuş üzərində “Maddi sübut şübhəli şəxs... X6 götürülüb.....” sözləri və imzalar yazılmış zərfin i çərisindəki göy rəngli sellofan torbada olan 02 (iki) ədəd sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri- 137,64 qram və 143,65 qram, ümumi təmiz çəkisi 281,29 qram olan bitki mənşəli kütlələr tərkibində nаrkоtik mаddələr оlаn çətənə (kаnnаbis) bitkilərindən kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə qurudulmuş mаrixuаnаlardır. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, X7 hər hansı bir şəxsdən narkotik vasitəni alması və ya həmin narkotik vasitəni kiməsə satması müəyyən edilməmiş, barəsində ittiham yalnız maddi sübuta, yəni təhqiqatçı tərəfindən axtarış keçirilməsi zamanı onun idarə etdiyi avtomaşında narkotik vasitənin tapılmasına əsaslanır. Digər sübutlar axtarışda iştirak etmiş polis əməkdaşlarının ifadəl əri və axtarış nəticəsində əldə edilmiş maddənin narkotik vasitə olması barədə ekspert rəyidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Yuxarıda sadalanan sübutlardan və polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrindən görünür ki, təqsirləndirilən şəxs X7 idarə etdiyi nəqliyyat vasitəsində аxtаrış və götürmə оnun həbsindən, yəni оnun Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Şəki Regional Şöbəsinin yanında tutulmаsındаn dərhаl sоnrа həyаtа keçirilməmişdir. Narkotik vasitə aşkar edildiyi avtomaşın 3 saatdan çox müddət ərzində polis əməkdaşlarının sərəncamında olmuşdur. Belə ki, şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, məhkum X7 polis şöbəsinə gətiriləndən sonra ona məxsus avtomaşın polis şöbəsinin qarşısında olmuşdur. Sonra isə polis əməkdaşları məhkumun avtomaşını polis şöbəsinin arxa tərəfə çəkdilər. Bundan sonra avtomaşında axtarış aparılmışdır. Qeyd edilməlidir ki, Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qərarda xüsusi olaraq vurğulamışdır ki, həbslə axtarış arasında vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Birinci instansiya məhkəməsində ş ahid qismində dindirilmiş əməliyyat qrupunun rəhbəri polis baş leytenantı Elmir Əliyev və əməliyyat qrupunun üzvü Şəhriyar Əliyev göstərmişlər ki, onlar X10 tanımırlar, onun barəsində əməliyyat tədbirində və onun saxlanılmasında iştirak etməmişlər. X7 üzərində və ya onun idarə etdiyi avtomaşında axtarış aparılmasında iştirak etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 onun Polis şöbəsində döyülməsi ilə əlaqədar xüsusatları təsdiq etmişdir. Həmin fakt həmçinin X12 19 yanvar 2021-ci il tarixdə üzərinə şəxsi axtarış aparılması barədə videoçəkilişlə də təsdiq olunur. İşdə olan Şəki ŞRPŞ-də şəxsi axtarış edilən X12 gözüstü nahiyəsindəki xəsarətin yaranma səbəbi və şəraiti ilə bağlı Şəki Rayon Prokurorluğunda aparılmış araşdırmanın nəticəsində 08 fevral 2021-ci il tarixdə cinayə t işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Qərardan görünür ki, həmin qərar Əhməd Əhmədovun xəsarətin yıxılması nəticəsində alınması barədə izahatına əsaslanır. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işində olan sənədlərdə təqsirləndirilən şəxs X7 09 aprel 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsində və həmin tarixdə ona qarşı ittihamın irəli sürülməsində Müdafiəçi1 iştirakı göstərilsə də, müdafiəçinin istifadəsində olan mobil telefon nömrəsi həmin tarixdə Bakı şəhərində yerləşən müxtəlif anten dairələrində olmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilən işin hallarını nəzərə alaraq nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs X18 оğlunun ibtidаi аrаşdırmа dövründə şübhəli şəxs və təqsirl əndirilən şəxs qismində verdiyi ifаdələri ilə məhkəmədə verdiyi ifаdəsi аrаsındа ziddiyyətə düzgün hüquqi qiymət vermiş və əsaslı olaraq nəticəyə gəlmişdir ki, оnun məhkəmə istintаqındа verdiyi ifаdəsi mötəbər sübut kimi qəbul edilməlidir. Həmçinin məhkəmə əsaslı olaraq nəticəyə gəlmişdir ki, Şahmar Kərimovun pоlisin tаm nəzаrətinə keçərək tutulmаsı vaxtında rəsmiləşdirilməmiş, həmin vаxt idarə etdiyi nəqliyyat vasitəsinə dərhаl baxış keçirilməmiş, ibtidai istintaq zamanı onun müdafiə hüquqlаrının pоzulması ilə bağlı şübhələr olmuş, onа qаrşı ittihаmın əsasını təşkil edən sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iclаsındа verdiyi ifаdəsində isə Şahmar Kərimov оnа verilən ittiham üzrə özünü təqsirli bilməmiş və оnun cinаyət məsuliyyətinə cəlb edilməsini pоlisin оnun idarə etdiyi avtoma şına nаrkоtik vаsitə qоymаsı ilə əlаqələndirmişdir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin tələblərinə görə ittiham hökmü əhtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübut a yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmələr Şahmar Kərimovun üzərində axtarışın aparılması və narkotik vasitənin götürülməsi barədə 19 yanvar 2021-cu il tarixli protokolun həqiqətə və qanun tələblərinə uyğun olub-olmamasına şübhə mövcud olduğundan yuxarıda qeyd edilən qanun nor malarının tələblərinə əsasən haqlı olaraq həmin protokolu mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsi, qeyd edilən protokolla yanaşı digər sübutlarda da ciddi ziddiyyətlərin olmasını nəzərə alıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X7 təqsirliliyini təsdiq edən kifayət qədər mötəbər sübut olmadığından onun barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Şahmar Kərimovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3- cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X7 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. İşdən görünür ki, apellyasi ya instansiyası məhkəməsinin X13 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Kassasiya protestinin dəlill əri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: X7 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar