Məhkəmə qərarları › İş №1(102)-84/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-84/2019

22.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-84/2019 22.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və məhkumun müdafiəçisi Müdafiəçi qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Mü dafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azad Məcidov (sədrlik edən və məruzəçi), Zeynal AğayevvəSəbuhi Hüseynovdan ibarət tərkibdə) 22 fevral 2017-ci il tarixli hökmü ilə xx xxxxxx 1993-cü il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Gecəgözlü kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, faktiki Binəqədi rayonu, Gənclik şəhərciyində yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçək mə müddətinin əvvəli 04 oktyabr 2016-cı il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, Bakı İdarəetmə və Texnologiya Kollecinə məxsus ünvan 1 ünvanda yerləşən Bakı İdarəetmə və Texnologiya Kollecinin inzibati binasının birinci mərtəbəsində ki, 127 saylı sinif otağının ümumi qapısının qıfılını açarla açıb qanunsuz otağa daxil olub oradan 23 sentyabr 2016-cı il tarixdən 30 sentyabr 2016-cı il tarixədək olan müddət ərzində dəyəri 596 manat 95 qəpik təşkil edən bir ədəd «Dell İnsprıon 14 Black» markalı nootbukunu, dəyəri 596 manat 95 qəpik təşkil edən bir ədəd «Dell İnsprıon 14 Black» markalı nootbukunu, dəyəri 596 manat 95 qəpik təşkil edən bir ədəd «Dell İnsprıon 14 Black» markalı nootbukunu, dəyəri 596 manat 95 qəpik təşkil edən bir ədəd «Dell İnsprıon 14 Black» markalı nootbukunu, dəyəri 596 manat 95 qəpik təşkil edən bir ədəd «Dell İnsprıon 14 Black» markalı nootbukunu, dəyəri 450 manat 22 qəpik təşkil edən bir ədəd «Dell İNSPİRİON i3» markalı nootbukunu, dəyəri 592 manat 21 qəpik təşkil edən bir ədəd «HP Pavilion G6» markalı nootbukunu, dəyəri 592 manat 21 qəpik təşkil edən bir ədəd «HP Pavilion G6» markalı nootbukunu, dəyəri 592 manat 21 qəpik təşkil edən bir ədəd «HP Pavilion G6» markalı nootbukunu, dəyəri 592 manat 21 qəpik təşkil edən bir ədəd «HP Pavilion G6» markalı nootbukunu, dəyəri 592 manat 21 qəpik təşkil edən bir ədəd «HP Pavilion G6» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukun u, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyəri 523 manat 57 qəpik təşkil edən bir ədəd «HP» markalı nootbukunu, dəyər i 604 manat 88 qəpik təşkil edən bir ədəd «HP 15-d076sr PC F9V23EA» markalı nootbukunu, dəyəri 604 manat 88 qəpik təşkil edən bir ədəd «HP 15-d076sr PC F9V23EA» markalı nootbukunu, dəyəri 619 manat 77 qəpik təşkil edən bir ədəd «Acer» markalı Proyektorunu, dəyəri 619 manat 77 qəpik təşkil edən bir ədəd «Acer» markalı Proyektorunu, dəyəri 619 manat 77 qəpik təşkil edən bir ədəd «Acer» markalı Proyektorunu, dəyəri 96 manat 71 qəpik təşkil edən bir ədəd «HP 18,5" LED» markalı Monitorunu, dəyəri 96 manat 71 qəpik təşkil edən bir ədəd «HP 18,5" LED» markalı Monitorunu, dəyəri 248 manat 15 qəpik təşkil edən bir ədəd «Epson A4» markalı Printerini və dəyəri 590,00 manat təşkil edən bir ədəd «Skaner-Copy-Canon iSENSYS» markalı Printerini gizli yolla talayıb zərərçəkmiş şəxs Bakı İdarəetmə və Texnol ogiya Kollecinə ümumilikdə 21.628 manat 91 qəpik məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Mirpaşa Hüseynov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) 19 may 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2017-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) ilə endirilmiş, məhkumun müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Təqsirləndiril ən şəxs müdafiəçisi Müdafiəçinin verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2017-ci il tarixli qərarı ləğv edilsin və cinayət qanunvericiliyinə edilmiş son dəyişikliklər nəzərə alınaraq, həmçinin əməlində cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla təyin olunmuş cəzanın endirilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi onunla əsaslandırmışdır ki, 01 dekabr 2017-ci il tarixdən qanuni qüvvəsini almış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, Təqsirləndirilən şəxs oğurlanması istinad edilən əmlakın ümumi dəyərinin 50 min manatdan aşağı olmasını nəzərə alaraq, onun əməli Azərbaycan Respubl ikası CM-nin 177.3.2-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinə tövsif edilməli idi. Həmçinin məhkum tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, zərərçəkmiş hüquqi şəxsin məhkumdan şikayət və tələbinin olmaması cinayət işinin materiallarında olan sübutlarla öz təsdiqini tapdığından və bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edildiyindən, cəza təyini zamanı nəzərə alınmalı və belə olan halda məhkuma cəza Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinə əsasən təyin edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulan yüngülləşdirici halın olmasını nəzərə alar aq, onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsinin sanksiyasının aşağı həddindən də aşağı həddə cəza təyin etsə də, həmin cəza hal-hazırda Təqsirləndirilən şəxs təyin edilə biləcək daha ciddi cəza növünün son həddinin dörddə üçündən çoxdur. Yəni, cinayət qanunvericiliyi Təqsirləndirilən şəxs əməlində olan cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona ən ağır cəza kimi 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilinməsini nəzərə alınmasına baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətində müdafiəçi məhkum Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunmasını xahiş edir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökm və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində istinad olunan halların heç biri məhkum Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmənin tətbiq olunmasını mümkün sayıla bilən amillər kimi qiymətləndirilə bilm əz. Odur ki, kassasiya şikayətinin bu dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CMin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəz ifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını, cinayətnəticəsindəvurduğumaddiziyanıkönüllüolaraqzərərçəkmişhüquqişəxsətamödənilmə sini, zərərçəkmişhüquqişəxsləbarışıqəldəedilməsini, yaşadığı yeri üzrə müsbət səciyyələndirilməsinicəzasınıyüngülləşdirənhallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə aldığını qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsinin hökmünü dəyişərkən qərarında birinci instansiya məhkəməsi tərəfindən məhkumun barəsində cəzanı yüngülləşdirən halların tətbiqini düzgün hesab etm iş, lakin əlavə olaraq onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmamasını, zərərçəkmiş hüquqi sıxsın hal-hazırda ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ağır ailə vəziyyətini, ailəsini yeganə qazanc gətirən şəxs olması hallarını nəzərə alaraq nəticədə onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olan 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı hə ddindən də az cəza təyin etmək barədə nəticəyə gəlsə də, cinayət qanunvericiliyinə edilmiş son dəyişiklik nəzərə alındıqda belə cəzanın qanunla müəyyən olunmuş həddən artıq olduğu aydın olur. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin "Qeyd" hissəsi aşağıdakı redaksiyada verilmişdir:

1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsu liyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli 7 (003)603/2017 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək onun törətmiş olduğu cinayət əməli Azərbay can Respublikası CM-in 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, lakin ona təyin edilmiş cəza dəyişdirilmədən saxlanılmışdır. Halbuki, CM-nin 177.3.2-ci maddəsinin sanksiyası ilə (beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası), CM-nin 177.2-ci maddəsinin sanksiyası (iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası) kəskin fərqlənir, həmçinin CM-nin 177.3.2-ci maddəsi ilə törədilmiş cinayət cinayətlərin təsnifatına görə ağır cinayət sayıldığı halda, CM-nin 177.2-ci maddəsi ilə törədilmiş əməl az ağır cinayət sayılır. Bundan əlavə, işdən görünür ki, məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslə barışmış, cinayət nəticəsində vurulmuş ziyan ödənilmiş və zərərçəkmiş hüquqi şəxsin heç bir şikayət və tələbi yoxdur, həmçinin iş üzrə cə zanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2-ci maddəsinin sanksiyasında daha ciddi cəzanın son həddi dörd il azadlıqdan məhrum etmə cəzası təşkil edir. Həmin maddəyə CM-nin 60.1-ci maddəsi tətbiq olunduqda 3 il 9 aydan yuxarı cəza təyin oluna bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumun əməli ağır cinayətdən az ağır cinayətə tövsif edildikdə, həmçinin təqsirli bilindiyi maddənin sanksiyası kəskin surətdə azaldıldıqda məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın müddətinin dəyişdirilmədən saxlanılması cinayət qanununun ədalət prinsipinə ziddir. Həmçinin məhkəmə tərəfindən məhkum Təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsinin tətbiqi üçün əsaslar olmasına baxmayaraq qanunun həmin müddəasının tətbiq edilməməsi ilə razılaşmaq düzgün mövqe sayıla bilməz. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinin tələbinə görə məhkəmə məsuliyyəti və ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Be ləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qismən əsaslıdır, ona görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2017-ci il tarixli qərarı dəyişdirilməli, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli 7 (003)-603/2017 saylı qərarı nəzərə alınmaqla məhkum Təqsirləndirilən şəxs cəzası yüngülləşdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.0.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsindəki 19 may 2017-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il t arixli 7 (003)-603/2017 saylı qərarı nəzərə alınmaqla təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 6 (altı) aya endirilsin. Qalan hissədə qərar dəyişdirilməsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar