Məhkəmə qərarları › İş №1(102)-84/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-84/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-84/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1. 4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər X16 və X10 ibarət tərkibdə) 25 avqust 2020-ci il tarixli hökmü ilə xx xxxx 1993-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Bərdə rayonun Qaradırnaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4- cü maddəsi ilə təqsirli bilinmiş və ona 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının xx.xx.2019-cu il tarixdən hesablanması, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının icrasının isə əsas cəzanın çəkilib qurtarmasından sonra başlanması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X17 və X1 ibarət tərkibdə) 11 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 1(100)-128/2020 saylı hökmü dəyişdirilmişdir. Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası artırılaraq 05 (beş) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası həddində müəyyən edilmişdir. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər X20 (sədrlik edən və məruzəçi), X12 və X8 ibarət tərkibdə) 13 iyul 2021-ci il tarixli qə rarı ilə kassasiya protesti təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə) 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «25» avqust 2020-ci il tarixli, 1(100)-128/2020 nömrəli hökmü ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi il ə təqsirli bilinib 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə,Məhkum əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə irəli sürülən ittihama əsasən o, 2019-cu il noyabr ayının 22-də saat 21 radələrində «X28» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük hüququ olmadan, Qanunun 37-ci maddəsinin 1ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş vəziyyətdə faktiki istifadəsində ola n VAZ 2101 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Tərtər-Hindarx avtomobil yolunun 9-cu km-də, Tərtər rayonu Azadqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində Ağdam rayonu istiqamətində hərəkət etdirərkən «X28» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələbələrinə əsasən avtomobilin daim dəyişən yol şəraitinə uyğun və dayanıqlı hərəkətini təmin etməklə, təhlükəsiz idarə etməli olduğu halda həmin maddənin tələblərini pozaraq avtomobilin dayanıqlı idarə olunmasını təmin etməyərək idarəetməsini itirməklə hərəkəti istiqamətində yolun sağında olan beton maneəyə vurmuş, nəticədə avtomobildə olan sərnişinlər X14avtotravma, travmatik şok, bud və baldır sümüklərinin və yuxarı ərtraf sümüklərinin çoxsaylı qəlpəli-qapalı sınıqları, bədəndə çoxs aylı sıyrıqlarla müşaiyət edilən həyat üçün təhlklikəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri, X5 isə - avtotravma, travmatik şok, bud və baldır sümüklərinin və yuxarı ərtraf sümüklərinin çoxsaylı qəlpəliqapalı sınıqları, bədəndə çoxsaylı sıyrıqlarla ınüşaiyət edilən həyat üçün təhlklikəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri alaraq hadisə yerində ölmələri ilə nəticələnən, ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol- nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, hadisə baş verəndən 3 saat sonra Polis şöbəsinə gətirilmiş və həkim müayinəsindən keçirilmiş və onun sərxoş olmaması müəyyən edilmişdir. Göstərilən halı, ailə vəziyyətini, şəxsiyyətini, ailə üzvlərindən 3 nəfərinin digər avtoqəza keçirmə lərini nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilərək barəsində yüngül cəza tətbiq olunması xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kim i məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kas sasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcə lləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması barədə qənaətə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Kassasiya şikayətində məhkum əməlin hüquqi tövsifini mübahisələndirməsə də, baş vermiş yol nəqliyyat hadisəsi zamanı sərxoş olmadığını iddia etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü ona CM-nin 263-1.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 22 noyabr 2019-cu il tarixdə onun qeyri-rəsmi ər-arvad kimi yaşadığı X2 ad günü olduğu üçün axşam çağı Tərtər rayonunun Qaynaq kəndində Mahruxun fərdi yaşayış evində Günelin ad gününü qeyd etmişlər. Həmin vaxt ad günündə Mahrux, qızı Günel, Mahruxun bacısı Xəyalə, Rac Zeynalov, Rafiq, Fəqan adlı şəxslər, sintezator ifaçısı Xəyal və o, iştirak etmişlər. Orada olanların hamısı, o cümlədən də o, alkoqollu içki olan araq içmişlər, sonra qonaqların bir qismi getmiş, sonda Rafiq, Fəqan, Günel və Xəyalə Fəqanın VAZ 2107 markalı avtomobili ilə, o, isə özünə məxsus olan VAZ-2101 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həyətdən çıxmışlar. Avtomobilini o, özü idarə etmiş, Mahrux qabaq oturacaqda, Rac isə arxa oturacaqda əyləşmişlər. Bərdə rayon unun Qaynaq kəndindən kənd yolundan asfalta çıxaraq o, avtomobilini saxlamış və Racla birlikdə maşından düşüb siqaret çəkmişdir. Bundan sonra avtomaşını Rac idarə etmiş və hərəkət zamanı saat təxminən saat 21 radələrində məlum yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkum 22 noyabr 2019-cu il tarixdə saat 21 radələrində baş vermiş yol-nəqliyyat hadisəsindən bilavasitə əvvəl, Günel Məmmədlinin ad günü qeyd edilərkən alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə olmasını həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X15, şahidlər Şahid1, Şahid2, Şahid5, Şahid4, Şahid6, Şahid7 və Şahid8 da ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdikləri ifadələrində təsdiq etmişlər. Ziddiyyətli hal müəyyən edildiyinə görə, O.Məhkum müayinəsi aparan və protokolu tərtib edən həkim-narkoloq X23 ibtidai araşd ırma zamanı şahid qismində dindirilmiş və o, ifadələrində göstərmişdir ki, Məhkum feldşer və onun tərəfindən 23 noyabr 2019-cu il tarixdə saat 14:55-də alkotestr vasitəsi ilə sərxoşluq müayinəsindən keçirilmiş və həmin vaxt onun alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilməmişdir. Lakin, şahid qeyd etmişdir ki, Məhkum hadisəni törətdiyi 22 noyabr 2019-cu il tarix saat 21 radələrindən onun sərxoşluq vəziyyətində olub-olmamasının yoxlanılmasınadək keçən 17 saata qədər müddət ərzində həmin şəxsin yatıb-oyanması, su və qida qəbul etməsi, eləcə də tənəffüs yolu, tər və ifarazatla alkoqolun bədəndən xaric edilməsi onun ayılmasına gətirib çıxara bilərdi. Həm də bu müddət ərzində müayinə edilən şəxs sərxoşluqdan ayılmaq üçün müxtəlif dərman vasitələrindən və üsullardan istifadə edə bilər di ki, bu da, onun sərxoşluq vəziyyətinin yoxlanılmasınadək ayılmasına dəlalət edir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və araşdırılan sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin məhkumun sərxoşluq vəziyyətinin yoxlanılması haqqında 23 noyabr 2019-cu il tarixli 627 saylı protokolda onun sərxoş vəziyyətdə olmaması barədə göstərilənlərin həqiqəti əks etdirməməsi, bu halların araşdırılmış digər sübutlara zidd, yalnız müstəntiq tərəfindən təqsirləndirilən şəxsin tibbi müayinəyə gec göndərilməsi ilə əlaqədar olması barədə qənaəti əsaslıdır. Belə ki, CM-nin 263-1.1-cü maddəsinin dispozisiyasında şəxsin alkoqollu içkiləri hansı miqdarda qəbul etməsi nəticəsində sərxoş vəziyyətdə olmasına dair heç bir qeydşərt nəzərdə tutulmamışdır. Bu baxımd an da törədilmiş cinayət əməlinin göstərilən əlamətlə həmin maddə ilə tövsif edilməsi üçün alkoqolun konsentrasiyasının neçə promilli olması, sürücünün alkoqollu içkilər qəbul etdikdən sonra onun nəqliyyat vasitəsini idarə etmək iqtidarında olub-olmaması heç bir əhəmiyyət kəsb etmir. Sübutetməyə dair qanunvericiliyin tələblərinin birinci instansiya məhkəməsi tərəfindən pozulmuş və apellyasiya instansiyası məhkəməsi də həmin pozuntunu aradan qaldırmaqla maddi hüquq normasına qanunvericilikdə nəzərdə tutulmuş tələblərdən çıxış etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq yuxarıda şərh olunanlarla yanaşı qeyd etməyi zəruri bilir ki, CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işlərinə baxılması zamanı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 15 noyabr 2013-cü il tarixdə qəbul edilmiş “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarın 4cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edi lməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olubolmaması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir. CPM-nin 124-cü maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul e dilir. Yuxarıda sadalanan halların məcmusuna əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi məhkum cinayət hadisəsini törədərkən sərxoş halda olmaması ilə bağlı düzgün olmayan nəticəyə gəlmiş, iş materiallarında olan sübutları bir-biri ilə müqayisə etməklə təhlillər aparmamış, ittihamın əsaslandırılması üçün toplanmış sübutların rədd edilməsinin motivlərini göstərməmiş, bununla da əsassız olaraq məhkuma qarşı irəli sürülmüş ittihamdan onun nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə dair CMnin 263-1.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əsas əlamətlərdən birini xaric etmişdir. CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibi nin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməy ə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsir i olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində ittiham olunduğu CM-nin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olması, həmçinin onun hadisə günü sürücülük hüququ olmadan faktiki istifadəsində olan avtomobili sərxoş halda idarə etməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətində məhkum ona təyin olunmuş əsas cəzanın ağır olmasını qeyd et miş, təyin olunmuş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olmaması səbəbindən azadlıqdan məhruetmə cəzasının həddinin azaldılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası məhkuma apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibli yini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəra itinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkə n məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edi lir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəza nın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticə sində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkum törətdiyi cinayət əməlinin ictimai təhlükəli xarakteri hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrininin istismarı qaydaları əleyhinə yönəlməkdə ifadə olunan hərəkətlərlə, təqsirin forması - cinayətin subyektiv cəhətdən baş vermiş nəticələrə münasibətdə ehtiyatsızlıqla törədilməsi, əməlin ağır cinayətlər kateqoriyasına aid olması, ictimai təhlükəlilik dərəcəsi isə iki nəfər şəxsin ölümüdür. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Məhkum Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzası 01 il 06 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1, 264, 66.2, 66.4 və 67-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrum edilməklə 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən əvvəllər Bərdə Rayon Məhkəməsinin 12. 10.11-ci il tarixli hökmü əsasında 01 il 06 ay sınaq müddəti ilə təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi həmin hökmlə şərti hesab edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-in 67 maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməsi və qəti cəza təyin edilməsinə dair müddəalar Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünün təsviri əsaslandırıcı və nəticə hissəsindən xaric edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cu il tarixli hökmü ilə üzərində Azərbaycan Respublikası CM-in 263.1, 264 maddələri ilə CM-in 66.2-ci maddəsi əsasında qəti cəza kimi saxlanılan 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixl i hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmış və hökm üzrə 08 ay azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınaraq məhkəmə zalından azad edilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ləğv edilərək yenidən Gəncə Apellyasiya Məhkəməsinin baxışına göndərilmiş,Gəncə Apellyasiya Məhkəməsinin 13.11.14-cü il tarixli qərarı ilə xx.xx.2013- cü il tarixli hökm dəyişdirilərək 02 il 03 ay 17 gün azadlıqdan məhrum etmə müəyyən edilib. xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Məhkum əvvəllər məhkum olmasına baxmayaraq, bundan lazımi nəticə çıxarmamış və islah olunmamış, yenidən eyni xarakterli cinayət əməli törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, gö stərilənlər Məhkum şəxsiyyətini mənfi cəhətdən xarakterizə edir. Qeyd olunanlar məhkumun şəxsiyyətini səciyyələndirməklə yanaşı, əvvəllər məhkum olunmasına və ona qanunun tələbinə uyğun olaraq güzəştlər edilib, qanunun humanizm prinsipi əsas götürülməklə onun barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla vəziyyətinin yüngülləşdirilməsinə baxmayaraq, yenidən eyni xarakterili cinayət əməlini törətməsi onun islah yoluna qədəm qoymamasını, bu cür əməllərdən çəkinməməsini və görülən tədbir və təyin edilən cəzanın ona təsir və kifayət etməməsini göstərir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddini artırmışdır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın həddi nin azaldılmasının islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaları n təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən m əhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi g östərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin azaldılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkuma cəza təyini ilə bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkumun kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tut ulan əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, cinayət işi üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar