Məhkəmə qərarları › İş №1(102)-840/2017

Ali Məhkəmə Qərar — İş №1(102)-840/2017

01.06.2017 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-840/2017 01.06.2017 ALİ MƏHKƏMƏ İş № 1(102)-840/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ xx xxxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğludan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu, Məhkum və müdafiəçisi Qasımov Süleyman Ələs gər oğlunun iştirakları ilə, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından Məhkum müdafiəçisi Qasımov Süleyman Ələsgər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə (sədrlik edən hakim T.T.Hüseynova) xx xxxxxxx 1959-cu ildə Şamaxı rayonunun Çağan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, ev 88-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Məhkum AzərbaycanRespublikasıCinayət Məcəlləsinin (bundan sonra AR CM-in)244.1cimaddəsiilətəqsirlibilinərək, aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx xxxxxx 2013-cü il tarixdə saat 19:30 radələrində yaşadığı ünvan 1 ünvanda fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edərək saxlamış, həmin tarixdə oraya müştəri kimi getmiş Şamaxı şəhər sakini X1 Sabirabad rayon sakini X2 ilə intim əlaqədə olması üçün şərait yaratmasından ötrü ondan ümumilikdə 50 manat pul almaq barədə razılığa gəldikdən sonra onları evinin ayrıca yataq otağında yerləşdirmişdir. Hökmdən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İ.M.Həsənov (sədrlik edən və məruzəçi), H.Ə.Nəbiyev və V.C.Cəfərovdan ibarət tərkibdə) xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ləğv edilmiş və Məhkum AR CM-in 244.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetməməsinə görə ona bəraət verilmişdir. Dövlət ittihamçısı Z.Ramazanov tərəfindən verilmiş kassasiya protestinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: G.L.Rzayeva (sədrlik edən və məruzəçi), F.A.Kərimov və İ.T.Hacıqayıbovdan ibarət tərkibdə) xx xxx 2016-cı il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsini n xx xxxxxx 2015-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: N.R.Mövsümov (sədrlik edən və məruzəçi), M.H.Zeynalov və F.G.Zeynallıdan ibarət tərkibdə) xx xxxxxx 2016-cı il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından Məhkum müdafiəçisi S.Ə.Qasımov kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və cinayət işinin icraatına bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçi si S.Ə.Qasımov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum özünü ona qarşı irəli sürülmüş ittihamda qəti şəkildə təqsirli bilmədiyi və ibtidai istintaq zamanı ona etirafedici ifadənin müstəntiqin hədə qorxusu, internetə verib biabır edəcəyi hədəsi ilə müstəntiqin diktəsi ilə yazdığını, heç vaxt evində əxlaqsızlıq yuvası saxlamadığını, qeyd olunan cinayət işinin maraqlı şəxslərin tərəfindən onu ləkələmək üçün qurulmuş bir oyun olduğunu, onun adından izahat və ifadələrdə T.S.Əhmədovanı guya bir ilə yaxın müddətdə tanıdığını, onunla müntəzəm olaraq telefon əlaqəsi saxladığını, guya xx xxxxxx 2013-cü il tarixdə saat 18 radələrində də T.S.Əhmədovanın onun ***-***-**-** nömrəsinə zəng vuraraq bir nəfər şəxslə onun evində istirahət etmək istədiyini bildirməsi və bundan sonra onun evin ə gələrək 50 manat müqabilində intim əlaqədə olmaları barədə yazılanların əsl həqiqətlə heç bir əlaqəsi olmayan yalanlar olduğunu qeyd etmişdir. Belə ki, istintaq zamanı qeyd olunan və ondan əvvəlki tarixlərdə cinayət işində göstərilən nömrələr vasitəsilə Məhkum T.S.Əhmədova və A.C.İmanov arasında telefon əlaqələrinin olması yoxlanılmamış və bu səbəbdən də məhkəmə baxışı zamanı işin qismən məhkəmə istintaqı ilə aparılmasına dair vəsatət təmin edilərək müvafiq sorğular göndərilmişdir. Göstərilən sorğulara əsasən Məhkum T.S.Əhmədova və A.C.İmanovla nə əvvəl, nə də ki cinayətin törədilməsinin istinad olunduğu tarixdə heç bir telefon danışığının və mesajın olmaması aşkar olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş məhkəmə baxışı zam anı iş üzrə şahid qismində dindirimiş A.C.İmanov və T.S.Əhmədova ibtidai istintaq zamanı verdikləri ifadələri tam təkzib edərək, Məhkum əvəllər tanımadıqlarını, onunla heç bir telefon əlaqəsi saxlamadıqlarını, onun evində əxlaqsızlıqla məşğul olmadıqlarını və ifadlərdə yazılanların polisin diktəsi ilə yazıldığını göstərmişlər. Bundan başqa ibtidai istintaq orqanı tərəfindən T.S.Əhmədovanın hadisə günü hər hansı intim əlaqədə olmasına dair tibbi yoxlama keçirilməmiş, A.C.İmanov barəsində isə müvafiq tibbi ekspertiza təyin olunmamışdır. Həmçinin iş materiallarında olan məhkəmə xətşünaslıq ekspertizasının rəyində baxış protokolunun hal şahidləri kimi qeyd olunan Ş.Nuriyev və A.Məmmədov tərəfindən yox başqa şəxslər tərəfindən imza olunduğu göstərilir. Qeyd olunanlara əsasən hazırkı cinayət işi üzrə kobud prosessual qanun pozuntularına yol verilmiş, saxtakarlıq edilərək iş üzrə hal şahidlərinin əvəzinə başqa şəxslər Məhkum ittiham vermək üçün əsas olmuş prosessual sənədlərə imza etmişlər. Göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx xxxxxx 2016-cı il tarixli qərarı qəbul edərək Məhkum istinad olunan cinayəti törətməsi sübut olunmadığı halda, birinci instansiya məhkəməsinin qanunsuz ittiham hökmünü dəyişdirilmədən saxlamaqla qanunun birmənalı, imperativ qüvvəyə malik olan tələblərini pozmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçisi S.Ə.Qasımovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıx ışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına təyin edilməlidir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci v ə apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın mənasına görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya instansiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət etməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Cinayət işinin materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi Məhkum törətdiyi cinayət əməlinin məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələri, cinayət işində olan istintaq sənədləri və protoko lları, işin digər halları ilə kifayət qədər sübuta yetirilməsi nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum və A.C.İmanovun birinci instansiya məhkəməsində verdiyi ifadələri və T.S.Əhmədovanın cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəni doğru hesab edərək, onların apellyasiya məhkəməsində verdiyi ifadələrə isə tənqidi yanaşaraq, onları həqiqətə uyğun olmayan, Məhkum cinayət məsuliyyətindən azad etmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirmişdir. Müdafiə tərəfi (Məhkum müdafiəçisi) birinci instansiya məhkəməsinin qeyd edilən hökmü ilə razılaşmayaraq apellyasiya şikayətində hökmün qanunsuz, qərəzli və ədalətsiz olmasını, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Məhkum təqsirinin təsdiq olunmadığını, təqsirsizlik prezumpsiyasının pozulduğunu, m ühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığını, təqsirliliyi sübuta yetirilmədiyi üçün Məhkum bəraət verilməli olduğunu göstərmişdir. Apellyasiya şikayətində cinayət işinin materiallarına, o cümlədən də cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına istinad edilməklə müvafiq dəlillər göstərilmiş, lakin apellyasiya instansiyası həmin dəlilləri öz qərarının təsviri hissəsində göstərsə də, müdafiə tərəfinin birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması barədə dəlillərini müzakirə etməmiş, həmin dəlillərin hər birinə münasibətdə öz mövqeyini konkret olaraq qərarda əsaslandırmamışdır. Apell yasiya instansiyası yalnız öz qərarının əsaslandırıcı hissəsində ümumi ifadələrlə Məhkum törətdiyi cinayət əməlinin cinayət işi üzrə tədqiq edilmiş sübutlarla təsdiq edilməsi və onun əməlinin düzgün tövsif olunmasını göstərmişdir. Halbuki, AR CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestin in dəlillərindən asılı olmayaraq yoxlanılır. AR CPM-in 392.3-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. İş materillarından görünür ki, ibtidai istintaq zamanı verilmiş ifadələrdə xx.xx.2013-cü il tarixdə Məhkum T.S.Əhmədova və A.C.İmanovla telefon əlaqələrinin olması qeyd olunur. Lakin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən aidiyyəti mobil operatorlara sorğu verilmiş, sorğuda xx.xx.2013-cü il tarixdə və ondan əvvəlki tarixlərdə Məhkum (***-***-**-**) T.S.Əhmədova və A.C.İmanovla hər hansı bir telefon əlaqəsinin olması müəyyən edilməmişdir. Bundan başqa iş materiallarında olan məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Məhkum Şamaxı şəhəri, A.Məmmədağa küçəsi, 88 saylı evinə baxış keçirilməsi barədə xx xxxxxx 2013-cü il tarixli protokolunda olan imzalar iş üzrə hal şahidləri kimi çıxış edən Ş.Nuriyev və A.Məmmədova məxsus olmayıb, başqa şəxslər tərəfindən imzalanmışdır. Lakin iş üzrə hadisə yerinə baxış keçirilərkən iştirak etmiş hal şahidləri öz ifadələrində hadisə yerinə baxış istintaq hərəkətlərində iştirak etdiklərini və imzaların onlara məxsus olmalarını təsdiq etmişlər. Apellyasiya instansiyası məhkəməsi işdə olan bu ziddiyyətin arad an qaldırılması üçün hər hansı bir hərəkət etməmiş və bu ziddiyyətə hüquqi qiymət verməmişdir. Həmçinin, iş materiallarından görünür ki, ibtidai araşdırma zamanı və birinci instansiyası məhkəməsində təqsirləndirilən şəxs Məhkum özünü təqsirli bilərək etirafedici ifadə vermiş, lakin apellyasiya məhkəməsi baxışı zamanı təzyiqlə ondan ifadə alınmasını əsas gətirərək əvvəlki ifadələrini danmışdır. Eləcə də, iş üzrə şahid qismində dindirilmiş T.S.Əhmədova və A.C.İmanov əvvəlki ifadələrdən imtina edərək hadisə yerində təsadüfən olduqlarını bildirmişlər. Bu xüsusatlar da apellyasiya instansiyası məhkəməsində araşdırma predmeti olmamış və öz hüquqi qiymətini tapmamışdır. AR CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama za manı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət prosessual qanunvericiliyinin normalarının tələblərini pozaraq iş üzrə obyektiv qərar qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsi məhkəmə qərarlarının qanuni və əsaslı o lmasını tələb edir. İnsan Hüquqularının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsi də (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə) məhkəmə qərarlarının əsaslandırılmasını məhkəmə müdafiəsi, xüsusilə də, şəxslərin öz mövqeyini məhkəməyə çatdırmaq, məhkəmə tərəfindən dinlənilmək hüququnun mühüm aspekti kimi nəzərdə tutur və məqsədi şəxsləri özbaşnalıqdan müdafiə etmək olan huquqi vasitə kimi xarakterizə edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı iş” üzrə xx xxxxxx 2007-ci il tarixli qərarının 83-cü bəndində belə şərh etmişdir: “...artıq formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (X5rşı iş üzrə x xxxxxx 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə x xxxx 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə xx xxxxxxxx 2001ci il tarixli qərarın 30-cu bəndi)”. AR CPM-in “Məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar” adlanan 416 -cı maddəsinə əsasən “məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə” və “məhkəmə bu Məcəllənin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə” kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etmək hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin Məhkum müdafiəçisi S.Ə.Qasımov tərəfindən verilmiş kassasiya şikayətinin cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, CPM-nin kassasiya şikayətinə mahiyyəti üzrə baxılması qaydasını tənzimləyən 419-cu maddəsinin tələblərinə əsasən kassasiya instansiyası m əhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Buna görə də məhkəmə kollegiyası hazırkı vəziyyətdə kassasiya şikayətinin qeyd edilən dəlillərinin təmin edilməsini mümkün hesab etmir. Buna görə də kassasiya instansiyası bu nəticəyə gəlir ki, Məhkum müdafiəçisi S.Ə.Qasımov tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məh kəməsinin Cinayət kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə təyin edilsin. Sədrlik edən: İlqar Qılıcov Hakimlər: İnqilab Nəsirov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar