Məhkəmə qərarları › İş №1(102)-840/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-840/2019

14.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-840/2019 14.08.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 840/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "14" avqust 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Abasov Nizami Novruz oğlunun i ştirakları ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Şirinov Ziya Allahverdi oğlu) xx xxxxx 1985-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Sabunçu rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin mühəndisi vəzifəsində işləmiş, əvvəllər məhkum olun mamış, ünvan 10 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlandığı 03 ay 08 gün CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 06 ay 16 gün çıxılmaqla qəti olaraq 01 il 05 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 15 sentyabr 2014-cü ildən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birl iyinin mühəndisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə X8 məxsus olan Bakı şəhəri, ünvan 11 ünvanında 0,2 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə razılıq verəcəyini yalandan vəd edərək, fərdi yaşayış evinin tikintisinə icazə sənədlərinin hazırlanması üçün pul lazım olduğunu bildirib, Zərərçəkmiş şəxs6in qulluq mövqeyinə görə ona olan inam və etimadından istifadə edərək həmin adla sonuncudan 05.01.2017-ci il tarixdə Birliyin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı iş otağında 3.000 manat pulunu ələ keçirməklə, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs6ə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Zərərçəkmiş şəxs4 məxsus Sabunçu rayonu, Pi rşağı qəsəbəsində yerləşən 0,14 ha torpaq sahəsinin hasara alınmasına razılıq verəcəyini yalandan vəd edərək, həmin hasarın tikintisinə icazə sənədlərinin hazırlanması üçün pul lazım olduğunu bildirərək Zərərçəkmiş şəxs4 qulluq mövqeyinə görə ona olan inam və etimadından istifadə edərək, həmin adla sonuncudan 2017-ci ilin iyun ayının əvvəlində torpaq sahəsinin yerləşdiyi ünvanda xeyli miqdar təşkil edən 12.000 manat pul istəyib, 04.07.2017-ci il tarixdə Pirşağı qəsəbəsində Zərərçəkmiş şəxs4 məxsus torpaq sahəsində həmin məbləğdə pul vəsaitini almaqla, Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Zərərçəkmiş şəxs11 məxsus Maştağa qəsəbəsi Savalan yaşayış massivində yerləşən 0,4 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə razılıq ver əcəyini yalandan vəd edərək, fərdi yaşayış evinin tikintisinə icazə sənədlərin hazırlanması üçün pul lazım olduğunu bildirib, Zərərçəkmiş şəxs11 qulluq mövqeyinə görə ona olan inam və etimadından istifadə edərək həmin adla sonuncudan 12.06.2017-ci ildə Birliyin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı iş otağında 5.000 manat pul vəsaitini almaqla, Zərərçəkmiş şəxs11 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Zərərçəkmiş şəxs9 istifadəsində olan ünvan 11 ünvanında yerləşən 0,12 ha torpaq sahəsində olan fermada heyvanlar üçün çardaq tikintisinə razılıq verəcəyini yalandan vəd edərək, çardaq tikintisinə icazə sənədlərin hazırlanması üçün pul lazım olduğunu bildirərək, 18.08.2017-ci il tarixdə fermanın yerləşdiyi ünvanda 5.000 manat pul vəsaitini almaq la, Zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Zərərçəkmiş şəxs5 məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 0,2 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə razılıq verəcəyini yalandan vəd edərək, fərdi yaşayış evinin tikintisinə icazə sənədlərin hazırlanması üçün pul lazım olduğunu bildirib, 26.12.2017-ci il tarixdə Birliyin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı iş otağında 3.000 manat pul vəsaitini almaqla, Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Zərərçəkmiş şəxs3 məxsus Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,37 ha torpaq sahəsində istixananın tikintisinə razılıq verəcəyini yalandan vəd edərək, həmin istixananın tikintisi nə icazə sənədlərinin hazırlanması üçün pul lazım olduğunu bildirib, 01.02.2018-ci il tarixdə torpaq sahəsinin yerləşdiyi ünvanda 10.000 manat pul istəyib, Birliyin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı iş otağında 02.02.2018-ci il tarixdə 4.000 manat, 10.02.2018-ci il tarixdə 4300 manat, 22.02.2018-ci il tarixdə 1.700 manat olmaqla ümumilikdə 10.000 manat pul vəsaitini pul vəsaitini almaqla, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Zərərçəkmiş şəxs1 məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük yaşayış massivində yerləşən 0,3 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə razılıq verəcəyini yalandan vəd edərək, həmin fərdi yaşayış evinin tikintisinə icazə sənədlərinin hazırlanması üçün pul lazım olduğunu bildirib. 04.02.2018-ci il tarixdə Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin ünvan 1 ünvanında yerləşən inzibati binasında yerləşən xidməti otağında 4.000 manat pul istəyib, 11.02.2018-ci il tarixdə göstərilən ünvanda yerləşən inzibati binadakı xidməti iş otağında 4.000 manat pul vəsaitini almaqla, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Zərərçəkmiş şəxs8 məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük yaşayış massivində yerləşən 0,6 ha torpaq sahəsində bir mərtəbəli və kürsülü fərdi yaşayış evinin tikintisinə razılıq verəcəyini yalandan vəd edərək, fərdi yaşayış evinin tikintisinə icazə sənədlərin hazırlanması üçün pul lazım olduğunu bildirərək, 28.02.2018-ci ildə Birliyin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı iş otağında 3.000 manat pul vəsaitini almaqla, Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Zərərçəkmiş şəxs2 məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük yaşayış massivindən yerləşən 0,2 ha torpaq sahəsində bir mərtəbəli, kürsülü fərdi yaşayış evinin tikintisinə razılıq verəcəyini yalandan vəd edərək, həmin fərdi yaşayış evinin tikintisinə icazə sənədlərinin hazırlanması üçün pul lazım olduğunu bildirib, 05.03.2018-ci il tarixdə Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin ünvan 1 ünvanında yerləşən inzibati binasında yerləşən xidməti iş otağında 2.000 manat pul vəsaitini almaqla, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, X1 məxsus Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında yerləşən 0,1 2 ha torpaq sahəsində 130 kv.m. qeyri-yaşayış sahəsinin tikintisinə razılıq verəcəyini yalandan vəd edərək, qeyri-yaşayış sahəsinin tikintisinə icazə sənədlərin hazırlanması üçün pul lazım olduğunu bildirərək, 12.03.2018-ci il tarixdə qeyd edilən torpaq sahəsində 5.000 manat pul vəsaitini almaqla, X1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Zərərçəkmiş şəxs12 əmisi X10 məxsus Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin 0,3 ha-da fərdi yaşayış evinin tikintisinə razılıq verəcəyini yalandan vəd edərək, həmin fərdi yaşayış evinin tikintisinə icazə sənədlərin hazırlanması üçün pul lazım olduğunu bildirib, 13.05.2018-ci ildə Birliyin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı iş otağında 6.000 manat pul vəsaitini almaqla, Zər ərçəkmiş şəxs12 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin 13.07.2007-ci il tarixli 81 nömrəli qərarı əsasında Kürdəxanı qəsəbəsinin Yeni yaşayış massivində ayrılmış 600 kv.m. torpaq sahəsinin hasara alınması və həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evinin tikintisinə razılıq verəcəyini yalandan vəd edərək, guya həmin fərdi yaşayış evi və hasarın tikintisinə icazə sənədlərinin hazırlanması üçün pul lazım olduğunu bildirib. 20 avqust 2018-ci il tarixdə, saat 1430-da qeyd olunan Birliyin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı iş otağında 2.000 manat pul vəsaitini almaqla, Zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən dövlət i ttihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Qasımov Faiq Adil oğlu, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 05 fevral 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum zərərçəkmiş şəxslər X8 3.000 manat, Zərərçəkmiş şəxs11 5.000 manat, Zərərçəkmiş şəxs9 5.000 manat, Zərərçəkmiş şəxs5 3.000 manat, Zərərçəkmiş şəxs1 4.000 manat, Zərərçəkmiş şəxs8 3.000 manat, Zərərçəkmiş şəxs2 2.000 manat, X1 5.000 manat və Zərərçəkmiş şəxs10 2.000 manat məbləğində ziyan vurmaqla dələduzluq cinayəti törətməsinə dair ittihamın məzmunundan (hökmdən) bu məbləğlərin “xeyli miqdar” təşkil e tməsinə dair müddəa xaric edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarı ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyini birmənalı olaraq müdafiə edən məhkəmə kollegiyası yekun qərarında məhkum edilmiş şəxs Məhkum azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin düzgünlüyünü faktiki olaraq yoxlamadan, hökmə istinad edərək yalnız cəzanı yüngülləşdirən halları və cəz a təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının dispozisiyasını sadalamaqla kifayətlənmiş, apellyasiya protestinin dəlillərini isə əsaslandırılmış şəkildə təkzib edə bilmədyi halda, məhkum edilmiş şəxsə münasibətdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi üçün kifayət qədər əsasların mövcud olmasına dair əsassız qənaətə gəlmişdir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətinxarakteri vəictimaitəhlükəlilikdərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lakin, birinci instansiya məhkəməsi tərəfindən Məhkum azadlığın məhdudlaşdırılması cəzası təyin olunarkən, apellyasiya instansiya məhkəməsi tərəfindən isə bu əsaslı hesab olunarkən hökmdə, eləcə də yekun qərarda yalnız cəzanı yüngülləşdirən hallara istinad olunmuş, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmamış, məhkum edilmiş şəxsin şəxsiyyətini xarakterizə edən hallar düzgün qiymətləndirilməmişdir. Bu halda məhkəmə kollegiyası və birinci instansiya məhkəməsinin gəldiyi nəticə məhkum edilmiş şəxsə istinad olunan cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamış, hər iki məhkəmə instansiyası tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə əməl edilməyərək Məhkum yüngül cəza təyin edilmişdir. Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalə tli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Cinayət Məcəlləsinin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəs inə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Həmçinin protestə qeyd edilmişdir ki, hazırkı iş üzrə qəbul olunan yekun qərarlara nəzər saldıqda isə müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi maddələr üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə bu cəzanı dəyişdirilmədən saxlayarkən öz nəticələrini cəzanın təyini məsələsi üzrə düzgün qənaətə gəlmək üçün təsiri ola biləcək bütün halların məcmusundan, sübutlardan hasil etməmiş, cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, törədilmə hallarını, təqsirkarın şəxsiyyətini kifayət qədər nəzərə almamışlar. Apellyasiya protestində yuxarıda qeyd olunan məsələlərlə əlaqədar bir sıra dəlillərə istinad e dilsə də, apellyasiya məhkəməsinin qərarında həmin arqumentlər faktiki olaraq cavablandırılmamış, bu baxımdan da cəza məsələsi ilə əlaqədar nəticə kifayət qədər əsaslandırılmamışdır. Bundan başqa, protestdə göstərilmişdir ki, işin hallarından görünür ki, Məhkum öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, eyni əməlləri xeyli miqdarda ziyan vurmaqla təkrarən törətmişdir. Hazırkı iş üzrə Məhkum ağırlaşdırcı halda törətdiyi çoxsaylı cinayət əməlləri nəticəsində dövlət orqanlarının nüfuzuna xələl yetirilmiş, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurulmuş və qeyd edilən əməllərin törədilməsi nəticəsində cəmiyyətdə dövlət orqanları və vətəndaşlar arasında qarşılıqlı etibar əsasında formalaşan münasibət lərə ziyan vurulmuşdur. Məhkum törətdiyi cinayətin obyekti mülkiyyət münasibətləri olmaqla, birbaşa qəsdlə törədilmişdir. İşin halları ilə müəyyən edildiyi kimi Məhkum öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətlərini hadisələrin təsadüfi axarı zəminində törətməmiş, törətmiş olduğu CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət əməli CM-in 15.4-cü maddəsinə əsasən, az ağır cinayətlər kateqoriyasına aiddir, birbaşa qəsdlə, müxtəlif vaxtlarda törədilən, obyekti mülkiyyət münasibətləri olan cinayətdir. Həmin cinayətlərin ictimai təhlükəlilik dərəcəsi isə onların öz qulluq mövqeyindən istifadə etməklə törədilməsində, cinayətlərin başa çatmasında özünü göstərir. Məhkum dələduzluq cinayətini törədərkən öz hərkətlərini əvvəlcədən planlaşdırm ış, ayrı-ayrı şəxslərin pul vəsaitlərini bir neçə dəfəyə alıb ələ keçirmiş, qabaqcadan cinayətlərin törədilmə üsullarını müəyyən etmiş, cinayət əməllərini öz qulluq mövqeyindən istifadə etməklə törətmişdir. Yuxarıdagöstərildiyikimi, məhkəmə Məhkum cəza təyin edərkən vurulmuş ziyanın tam olaraq ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. CM-nin 59.1.10-cu maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İşin hallarından isə görünür ki, Məhkum tərəfindən vurulmuş ziyan könüllü yox, onun barəsində cinayət təqibi başlandıqdan, yəni cinayətləri törətməsi cinayət təqibi orqanına məlum olduqdan sonra ifşa olun ması və cəza təhdidi nəticəsində olmuşdur. Yəni təqsirləndirilən şəxsin hərəkətlərində cinayət törətdikdən bilavasitə sonra dəymiş ziyanın könüllü olaraq ödənilməsi halı olmamış, bu səbəbdən də məhkəmə həmin halı cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Bütün bunlar Məhkum törətdiyi əməlin və onun şəxsiyyətinin ictimai təhlükəliliyini xarakterizə edən və məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə kollegiyası həmin halları cəza təyini zamanı nəzərə almamışdır. Apellyasiya məhkəməsi Məhkum ilk dəfə olaraq cinayət törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və ona qarşı heç bir şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətlən dirmişdir. Məhkəmə kollegiası əsassız olaraq Məhkum ilk dəfə olaraq cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi qəbul etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən ilk dəfə olaraq cinayətin törədilməsi deyil, məhz hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. İşin obyektiv hallarından isə görünür ki, Məhkumöz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, eyni əməlləri xeyli miqdarda ziyan vurmaqla təkrarən törətmişdir ki, bu da hadisənin təsadüfi axarı zəminində deyil, öz hərəkətinin ictimai təhlükəli olduğunu dərk edib, onun ictimai təhlükəli nəticələrini qabaqcadan gör üb, bunları arzu edərək birbaşa qəsdlə törətmişdir. İctimai münasibətlər sistemində normal qəbul edilən hal cinayətin törədilməməsidir. Cəzanın təməl məqsədlərindən biri də, fərdləri cinayət törətməkdən çəkindirməkdir. Belə olan halda, ilk dəfə olaraq qəsdən az ağır cinayətin törədilməsinin hər iki məəhkəmə instansiyası tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması hüquqi nöqteyi nəzərdən anlaşılmazdır. Bu cür mövqe cinayətkarlığa qarşı mübarizədə məsuliyyət hissinin artırılmasına mənfi təsir göstərməklə, cinayət qanunun ümumi xəbərdaredici məqsədinə nail olunmasına xidmət etmir. Həmçinin məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş Məhkum müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirici hal qismində nəzərə alsa da, həmin halların cə zanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini yekun qərarda əsaslandırmamışdır. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir və məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası Məhkum müsbət xarakterizə olunmasını yalnız cəzasını yüngülləşdirən halların siyahısında göstərməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını yekun qərarın təsviri-əsasladırıcı hissəsində ümumiyyətlə göstərməmişdir. Məhkəmə kollegiyası işin hallarına qiymət verərkən qeyd olunan cinayəti təqsirin birbaşa q əsd forması ilə, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədən Məhkum barəsində törətdiyi cinayət əməllərinə uyğun olmayan, onun islah olunması üçün yetərli hesab edilə bilməyən yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasını qüvvəsində saxlamışdır. Yuxarıda sadalanmış əsaslara görə Məhkum təyinolunmuşazadlığın məhdudlaşdırılması cəzası onun törətdiyi cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri, həmçinin cəzanın ümumi və xüsusi xəbərdaredici məqsədlərinə nail olmaq baxımından əsassız və qanunsuzdur, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarına xidmət etmir.Məhkəmə kollegiyası Məhkum yüngül cəza təy in etmiş birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayarkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə əməl etməmiş, yalnız onun cəzasını yüngülləşdirən halları sadalamaqla kifayətlənmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini isə nəzərə almayaraq cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını qüvvədə saxlamışdır. Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinin pozulması, Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə təyin edilmiş cəza nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerin ə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Bununla da məhkəmələr tərəfindən qanunun yuxarıda qeyd olunan tələbləri pozularaqtəyinedilmişcəzaməhkumuntörətdiyicinayətəməlininictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, məhkumun şəxsiyyətinə və onun törədilməsi hallarına uyğun olmamış, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz və yüngül cəza təyin edilmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin mənasına görə cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınarkən bunun motivləri hökmdə göstərilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin e dilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin yekun qərarında gətirilən əsaslandırma Cinayət Məcəlləsinin cəza təyin etmənin ümumi əsaslarını müəyyən edən 8-ci, 41-ci və 58-ci maddələrinin müddəaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarının tələbləri, Ali Məhkəmənin Plenumunun şərh oluna n qərarındakı tövsiyələr baxımından əsaslı sayıla bilməz. Göründüyü kimi, məhkum edilmiş şəxs Məhkumdaha yüngül cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmamış, cəzanı yüngülləşdirən hallar düzgün müəyyən edilməmişdir. Qeyd olunanlara görə dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, məhkum və onun müdafiəçisinin kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək (digər proses iştirakçıla rı qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq, kassasiya protestinin dəlillərini də nəzərə almaqla apellyasiya məhkəməsinin qərarının qanuniliyini yoxlayaraq, aşağıdakıları qeyd edi r: Kassasiya protestində Məhkum təqsirliliyinin sübuta yetirilməsi, əməlin tövsifi məsələləri mübahisələndirilmir. Kassasiya protestində iddia edilir ki, Məhkum açıq aşkar yüngül cəza təyin edilmişdir. Kassasiya protestində bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya protestində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsiin qərarında Məhkum cəza təyini məsələsi və apellyasiya protestinin bununla bağlı dəlilləri ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası həmçinin Məhkum təyin edilmiş cəza məsələsini də müzakirə edərək, onun barəsində Məhkum olunduğu cinayət qanununun müvafiq maddələrinin s anksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalə tli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngü lləşdirən hallar kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun müsbət xarakterizə olunmasını, təqsirini etiraf etməklə cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödəməsini, ailəli və iki azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirənin olmasını cəzanı yüngülləşdirən hallar kimi, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxs Məhkum elan olunmuş müvafiq epizodlar üzrə də zərərç əkmiş şəxslər X12, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, X5 və Zərərçəkmiş şəxs10 ərizə ilə məhkəməyə müraciət edərək Məhkum tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini və ona qarşı şikayətlərin və tələblərinin olmamalarını göstərmişlər. Təqsirləndirilən şəxs Məhkum əməlinin ictimai təhlükəlilik dərəcəsinin düzgün müəyyən edilməsi üçün əhəmiyyətli olan halların nəzərə alınması səbəbindən əməlin ictimai təhlükəlilik dərəcəsi düzgün qiymətləndirilmiş, nəticə etibarı birinci instansiya məhkəməsi kifayət qədər əsaslar olmadığı halda Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah oluna biləcəyi barədə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəmə si tərəfindən Məhkum barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə əməl edilmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunnalara əsasən hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, təqsirləndirilən şəxs X11 X8, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2 qızma, X1 və Zərərçəkmiş şəxs10 xeyli ziyan vurulması epizodları üzrə “xeyli miqdarda” söz ifadələri hökmdən xaric edilməli, Məhkum Sabunçu Rayon məhkəməsində baxılan cinayət işi üzrə b arəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi hissəsində apellyasiya protesti təmin edilməməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya protestinin cəza təyini məsələsi ilə əlaqədar dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, bu baxımdan həmin dəlilləri cavablandırmış, qeyd olunan məsələ ilə bağlı mövqeyini (gəldiyi nəticəni) işin hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin apellyasiya protestində göstərilənlərə uyğun olan dəlilləri də həmin mövqeyin qanuniliyi ni şübhə altına almağa əsas vermir. Kassasiya protestində iddia edilir ki, “...birinci instansiya məhkəməsi tərəfindən Məhkum azadlığın məhdudlaşdırılması cəzası təyin olunarkən, apellyasiya instansiya məhkəməsi tərəfindən isə bu əsaslı hesab olunarkən hökmdə, eləcə də yekun qərarda yalnız cəzanı yüngülləşdirən hallara istinad olunmuş, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmamış, məhkum edilmiş şəxsin şəxsiyyətini xarakterizə edən hallar düzgün qiymətləndirilməmişdir...”. Kassasiya protestinin həmin dəlili iş materiallarına uyğun deyildir. Hökmün və qərarın məzmunundan görünür ki, hər iki məhkəmə cəza təyini məsələsini həll edərkən heç də təkcə cəzanı yüüngülləşdirən hallara deyil, həm də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinə də istinad etmiş, bu məsələni həmin amilləri nəzərə almaqla həll etmişlər. Kassasiya protestində cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan cəzanın təyin edilməsinə istinad edilsə də, bunlara aid hansı amillərin Məhkum daha ağır cəzanın təyin edilməli olduğunu şərtləndirildiyi açıqlanmamışdır. Protestdə istinad edilən, cinayətin təkrar törədilməsi, vurulmuş ziyanın xeyli miqdarda olması, dələduzluğun qulluq mövqeyindən istifadə etməklə törədilməsi dələduzluq cinayətinin tövsifedici əlamətləri olmaqla əməlin daha ağır maddə ilə (CM-nin 178.2-ci maddəsi ilə) tövsif edilməsinə və ona CM-nin 178.1-ci maddəsinin deyil, daha ağır maddənin sanksiyası həddində cəza təyin edilməsinə əsas verən amillər kimi qiyməyləndirilməlidir. Məhkəmələr də məsələyə haqlı olaraq belə mövqedən yanaşmış, cəz anı yüngülləşdirən halları nəzərə almaqla CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəza növündə cəza təyin etmişlər. Protestdə məhkəmələr tərəfindən bir sıra halların cəzanı yüngülləşdirən kimi düzgün nəzərə alınmadığı da iddia olunur və bir necə dəlillərə istinad edilir. Protestin bu dəlilləri də iş materiallarına uyğun olmamaqla əsassızdır. Kassasiya protestində göstərilmişdir ki, “...CM-nin 59.1.10-cu maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İşin hallarından isə görünür ki, Məhkum tərəfindən vurulmuş ziyan könüllü yox, onun barəsində cinayət təqibi başlandıqdan, yəni cinayətləri törətməsi cinayət təq ibi orqanına məlum olduqdan sonra ifşa olunması və cəza təhdidi nəticəsində olmuşdur. Yəni təqsirləndirilən şəxsin hərəkətlərində cinayət törətdikdən bilavasitə sonra dəymiş ziyanın könüllü olaraq ödənilməsi halı olmamış, bu səbəbdən də məhkəmə həmin halı cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır...”. Məhkəmə kollegiyasının qənaətinə görə protestdə göstərilən həmin fikirlər zərərin (ziyanın) ödənilməsinin könüllü olmadığı qənaətinə gəlməyə əsas vermir və ittiham tərəfinin bu məsələ ilə bağlı mövqeyini heç cür əsaslandırmır. Cinayət təqibi başlandıqdan sonra ziyanın ödənilməsinin könüllü hesab edilməsinə yol verilmədiyi barədə norma qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Məhkəmə təcrübəsində də belə ödəmənin (cinayət təqibi başlandıqdan sonra) könüllü kimi qiymətləndirilməli olduğu təşəkkül tapmışdır. Protestdə əks etdirilən həmin məntiq həm də ona görə əsaslı hesab oluna bilməz ki, cinayət təqibi başlananadək dələduzluq cinayəti üzrə maddi ziyan və ya zərərin mövcudluğu barədə hər hansı bir fikrin söylənilməsi özü-özlüyündə mübahisəlidir və cinayət təqibinin başlanılması hələ şəxsin təqsirləndirilməsi və ya təqsirinin təsdiq olunduğu demək deyildir. Məhkəmə təcrübəsində hətta hökmlə artıq təqsirli hesab olunan şəxslərin vurduqları ziyanı ödəmələri könüllü ödəmə kimi qiymətləndirilir və məsələyə belə yanaşma Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinin müddəalarına və cinayət təyini prinsiplərinə tam uyğundur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən hökm və qərarda istinad edilən bir sıra digər halların cəzanı y üngülləşdirən hallar kimi nəzərə alınmasında da hər hansı bir qanunun pozuntusuna yol verilməmiş, CM-nin 59.1, 59.2-ci maddələrinin tələblərinə riayət edilmiş və həmin halların özü- özlüyündə təqsirləndirilən şəxsin vəziyyətini müəyyən qədər yaxşılaşdırmasının mübahisə doğurmadığını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, həmin halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olduğunu əlavə olaraq əsaslandırılmasına ehtiyac yoxdur (bu baxımdan məhkəmələrin gəldiyi nəticə protestdə istinad olunan "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 4-cü bəndindəki izahla ziddiyyət təşkil etmir). Məhkəmələr haqlı olaraq həmin hallara əsaslanıb (cinayətin xara kterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla) cəza məsələsini həll etmiş, CM-nin (01 dekabr 2017-ci ildən qüvvədə olan redaksiyada) 178.2-ci maddəsinin sanksiyasında nəzərdə üç cəza növündən birinin – azadlığın məhdudlaşdırılması növündə (həmin maddə ilə müəyyən edilmiş cəza növlərinin heç də ən yüngülü olmayan) cəzanın CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağa imkan verəcəyi qənaətinə gəlmişlər. Məhkəmələrin gəldikləri həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən CM-nin 8 və 58.3-cü maddəsinin tələblərini və "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 2 və 3-cü bəndləri ndəki izahları da nəzərə alır. Həmin bəndlərdə izah olunmuşdur ki, “... şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir...”. Kassasiya protestində bir sıra cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarına istinad edilərək bu normaların məzmunu, qərarların isə izahları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apell yasiya məhkəməsinin qərarı plenum qərarlarının izahları ilə heç bir ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Mehparə Əhmədova İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar