Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-840/2022 28.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim: Tural Qocayev) 1(043)161/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli hökmü ilə xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə azadlığın məhd udlaşdırılmasının iki günü hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzanın icrasının Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəlinin həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablanmasəı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunması və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd göy rəngli kağız parçası bükümündə təmiz çəkisi 0,076 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 3 ədəd göy rəngli kağız parçası bükümlərində ayrı-ayrılıqda 0,037 qram, 0,148 qram, 0,087 qram, ümumi təmiz çəkisi 0,272 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd 5 ml-lik birdəfəlik şprisdə 0,007 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib yaşadığı Gəncə şəhəri, İsrafilbəyov küçəsi, ev 49 ünvanda yerləşən evdə, eləcə də 1 ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,085 qram, 2 (iki) ədəd göy rəngli kağız parçası bükümlərində təmiz çəkisi 0,048 və 0,076 qram, təmiz ümumi çəkisi 0,209 qram narkotik vasitə olan heroini və 2 ədəd göy rəngli kağız parçası bükümlərində təmiz çəkisi 0,047 qram və 0,086 qram təmiz ümumi çəkisi 0,133 qram psixotrop maddə olan metamfetamini əldə edib, üzərində daşımışdır. xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, İsrafilbəyov küçəsi 49 saylı evin yaxınlığında saxlanılaraq Gəncə şəhər H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-yə gətirilmiş və polis idarəsində onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı 1 ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,085 qram, 2 (iki) ədəd göy rəngli kağız parçası bükümlərində təmiz çəkisi 0,048 və 0,076 qram, ümumi təmiz çəkisi 0,209 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd göy rəngli kağız parçası bükümlərində təmiz çəkisi 0,047 qram və 0,086 qram, ümumi təmiz çəkisi 0,133 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, yaşadığı evə baxış keçirilən zaman 1 ədəd göy rəngli kağız parçası bükümündə təmiz çəkisi 0,076 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - he roin, 3 ədəd göy rəngli kağız parçası bükümlərində ayrı-ayrılıqda 0,037 qram, 0,148 qram, 0,087 qram, ümumi təmiz çəkisi 0,272 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 1 ədəd 5 ml-lik birdəfəlik şprisdə 0,007 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Çingiz Məmmədov, hakimlər Teyyub Muxtarov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) apelyasiya protesti qismən təmin edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 1(043)-161/2021 saylı hökmü dəyişdirilmiş, Təqsirləndirilən ş əxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək bu qərarla ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 6 (altı) ay müddət çıxılmaqla üzərində 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs 10 may 2021-ci il tarixdən 12 may 2021-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət ona təyin olunan cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhr um etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının 31 yanvar 2022-ci il tarixdən hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protesti verərək bildirmişdir ki, məhkəmələr iş üzrə toplanmış sübutları müqayisəli şəkildə qiymətləndirdiyi halda daha düzgün qənaətə, yəni Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə verilmiş ittihamın mötəbər sübutlarla təsdiq olunması qənaətinə gəlməli idi. Cinayət işi materiallarından göründüyü kimi saxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən 5 bükümdə olmaqla narkotik vasitələr heroin və psixotrop maddə olan metamfetamin, yaşadığı evdən isə 4 bükümdə yenə heroin və metamfetamin aşkar edilərək götürülmüş, lakin məhkəmə isə nəzərə almamışdır ki, məhkumun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik və psixotrop maddələri guya özünün istifadəsi üçün üzərində gəzdirməsi həqiqətdən çox uzaqdır və bu hal Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri satmaq niyyətində olmasını bir daha sübut edir. Məhkəmə isə qeyd olunan sübutları müqayisəli şəkildə tədqiq etməmiş və Təqsirləndirilən şəxs ifadəsini əsassız olaraq daha mötəbər sübut kimi qəbul etməklə səhvə yol vermişdir. Bundan başqa, iş materiallarından görünür ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş istər narkotik vasitə heroin, istərsə də psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə çoxdur. Təqsirləndirilən şəxs ifadəsində üzərindən və yaşadığı evdən aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri ərazisində tanımadığı “Bandit” ləqəbli şəxsdən 120 manata aldığını göstərmişdir. Lakin nə ibtidai istintaq, nədə məhkəmə istintaqı zamanı bu hal öz təsdiqini tapmamışdır. Əksinə, ibtidai istintaq zamanı bu hal inkar edilərək Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin mənbəyi ilə bağlı hazırki cinayət işindən material ayrılmışdır. Həmçinin, V Abdullayev ifadəsində narkotik maddə və psixotrop maddələri Bakı şəhəri ərazisində t anımadığı şəxsdən 120 manata aldığını göstərmişdir. Halbuki, təqsirləndirilən şəxsin heç bir yerdə işləmədiyi və gəlir əldə etmədiyi halda həmin psixotrop maddə və narkotik vasitələri pulla əldə edərək, sonradan onları sataraq gəlir əldə etmək niyyətində olmasını daha inandırıcı olmasını nədənsə məhkəmə nəzərə almaq istəməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsinə tənqidi yanaşmaq əvəzinə həmin ifadəni mötəbər sübut kimi qəbul edib, digər sübutları rədd etməklə CPM-nin 33-cü maddəsində təsbit olunmuş "Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi" prinsipini pozmuşdur. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi ibtidai istintaq orqanı tərəfindən CPM-in 139-cu maddəsində təsbit olunmuş halları baxımından sübuta yetirilməsini əsassız olaraq nəzərə almamış, həmin hallarda nəzərdə tutulan vəzifələri yerinə yetirməmişdir. Sadalananlara baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan Təqsirləndirilən şəxs əməlini CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmiş, apelyasiya instansiyası məhkəməsi də həmin mövqe ilə əsassız olaraq razılaşmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya p rotesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquq i məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumun törətdiyi əməlin hüquqi tövsifi mübahisələndirilmişdir. Protest müəllifi kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan Təqsirləndirilən şəxs əməlini CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmiş, apelyasiya instansiyası məhkəməsi də həmin mövqe ilə əsassız olaraq razılaşmışdır. A zərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 28.5 və 28.6-cı maddələrinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 2-ci bəndində izah edilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin qanunun 1.0.8-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qa nunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə mü əyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət tərkibi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 23 4.1-ci maddəsini həmin Məcəllənin 234-cü maddəsində nəzərdə tutulmuş digər tərkiblərdən fərqləndirən əsas tövsifedici əlamət satış məqsədinin olmamasıdır. Eyni zamanda Azərbaycan Respublikası CM-in 234-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkiblərindən və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-1.0.11-ci maddələrində nəzərdə tutulmuş normaların məzmunundan müəyyən edilir ki, narkotik vasitələrin çəkisi (miqdarı) yalnız onların şəxsi istehlak miqdarının və külli miqdarının müəyyən edilməsi üçün nəzərdə tutulmuşdur və satış məqsədinin müəyyən edilməsi üçün nəzərdə tutulmamışdır. Ona görə də aşkar edilmiş narkotik vasitələrin çəkisinə (miqdarına), şəxsi istehlak miqdarı h əddindən dəfələrlə çox olmasına istinad etməklə onların satış niyyəti ilə əldə edilməsi, saxlanması, daşınması nəticəsinə gəlinməsi ehtimallara əsaslanmış nəticədir. Eyni zamanda birinci və apelyasiya instansiyası məhkəmələrində tədqiq edilmiş iş materiallarında da Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamasına və daşınmasına dair hər hansı dəlil müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri tə kcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vas itələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. İş materialları ilə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun özü narkomaniya xəstəliyindən əziyyət çəkir, onun üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin və metamfetaminin ümumi miqdarı hə min maddələrin şəxsi istehlak miqdarından bir az artıq, bükümlərdəki maddələrin ayrı-ayrılıqda çəkisi isə şəxsi istehlak miqdarından az olmuşdur. İstər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs kiminləsə narkotik vasitənin alqı-satqısı barədə qabaqcadan razılığa gəlməsi, narkotik vasitənin satışından mənfəət əldə etməsi hər hansı sübutla öz təsdiqini tapmamış, məhkumdan narkotik vasitənin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs birmənalı olaraq həm ibtidai araşdırma zamanı ilkin izahatında, həm də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində, eləcə də birinci instansiya məhkəməsi zamanı verdiyi ifadəsində heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması barədə yanlış nəticəyə gəlmiş, belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Həmçinin şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair heç bir sübut olmadığı halda təkcə onların xırda bükümdə olmasına istinad edib ehtimalla narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlməkdə yanlışlığa yol vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsi rli bilinməsi barədə istintaq orqanının (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin xırda bükümdə olmasına istinad edib ehtimalla narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlməklə şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün yetərli sübutlar deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyələrə də uyğundur. B eləliklə, birinci instansiyada və apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125,143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edilib qiymətləndirməklə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməmişdir, bu barədə ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur. Birinci instansiya məhkəməsi onun əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-cü maddəsinə tövsif etmiş, apelyasiya instansiyası məhkəməsi də haqlı olaraq məhkumun əməlinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiy ası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr qanuni və əsaslıdır. Kassasiya protestində göstərilən dəlillər Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamasına və daşımasına şübhələr yarada bilər, lakin həmin şübhəli hallar narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilən qanunların mənasına görə digər sübutlarla yanaşı təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə birinci instansiya və apelyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələr qanuni və əsaslı olduğundan kassasiya protestinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkum Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs haqqındakı 31 yanvar 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-840/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-840/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver