Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-840/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-389/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üz rə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum2 xx xxxxxx 1986-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, subay, ünvan 1 ünvanda yaşamışdır. 2. 20 aprel 2022-ci il tarixli ittiham aktına görə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 1,709 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və istintaqla dəqiq çəkisi müəyyən edilməyən miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 20 yanvar 2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, 5 saylı evin yaxınlığında həmin 1,709 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və istintaqla dəqiq çəkisi müəyyən edilməyən miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 100 manat pul müqabilində Məhkum1 qanunsuz olaraq satmış, Məhkum1 satış məqsədi olmadan qanunsuz olaraq əld ə etdiyi psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Bolluq market”in qarşısına daşıyaraq orada X4 vermiş, sonuncu isə həmin narkotik vasitə heroindən istintaqla dəqiq çəkisi müəyyən edilməyən, bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş miqdarda olan hissəsini Məhkum1 verdikdən sonra həmin narkotik vasitə olan heroindən qalmış şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,681 qram çəkidə olan hissəsini və 1,709 qram çəkidə psixotrop maddə metamfetamini üzərində daşıyaraq İsmayıllı rayonuna gətirib psixotrop maddə olan metamfetamini ayrı-ayrılıqda 1,520 qram, 0,132 qram və 0,057 qram çəkilərdə 3 ədəd kağız bükümlərdə, 0,681 qram çəkidə narkotik vasitə olan heroini isə ayrı-ayrılıqda 0,244 qram, 0,092 qram, 0,111 qram və 0, 090 qram çəkilərdə 4 ədəd kağız bükümlərdə satış məqsədi ilə qablaşdıraraq, 0,144 qram çəkidə olan hissəsini isə istifadə etmək üçün maye ilə qarışdıraraq hazır vəziyyətdə 1 ədəd şüşə flakona dolduraraq üzərində daşımaqla saxlamış, 20 yanvar 2021-ci il tarixdə, saat 16 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X6 şəhərinin H.Əliyev prospektində saxlanılaraq İsmayıllı Rayon Polis Şöbəsinə gətirilib həmin tarixdə, saat 16:46-da üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindəki 1 ədəd sellofan bağlamanın içərisində saxladığı ayrı-ayrılıqda 3 ədəd kağız bükümlərdə 1,520 qram, 0,132 qram və 0,057 qram çəkilərdə olmaqla ümumilikdə 1,709 qram çəkidə psixotrop maddə olan metamfetamin və ayrı-ayrılıqda 4 ədəd kağız bükümlərdə 0,244 qram, 0,092 qram, 0,111 qram və 0,090 qram çəkilərdə, eləcə də 1 ədəd şüşə flakonda 1,20 ml heroin məhlulunun içərisində 0,144 qram çəkidə olmaqla ümumilikdə 0,681 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış ümumi çəkisi - 1,534 qr am narkotik vasitə olan heroini 01 ədəd sellofan bükümdə qablaşdırıb üzərində saxlamış, 02 oktyabr 2021-ci il tarixdə, saat 13 radələrində Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsində olarkən və üzərində həmin narkotik vasitəni daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilmiş, orada həmin tarixdə saat 13:30-da video çəklişlə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış həmin 1,534 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. 3. 06 may 2022-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhk əməsinin hazırlıq iclasının qərarı Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 1,709 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və istintaqla dəqiq çəkisi müəyyən edilməyən miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 20 yanvar 2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 5 saylı evin yaxınlığında həmin 1,709 qram çəkidə kustar üsulla h azırlanmış psixotrop maddə olan metamfetamini və istintaqla dəqiq çəkisi müəyyən edilməyən miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 100 manat pul müqabilində Məhkum1 qanunsuz olaraq satmış, Məhkum1 satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini Göyçay şəhəri Nizami küçəsində yerləşən “Bolluq market”in qarşısına daşıyaraq orada X4 vermiş, sonuncu isə həmin narkotik vasitə heroindən istintaqla dəqiq çəkisi müəyyən edilməyən, bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş miqdarda olan hissəsini Məhkum1 verdikdən sonra həmin narkotik vasitə olan heroindən qalmış şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,681 qram çəkidə olan hissəsini və 1,709 qram çəkidə psixotrop maddə metamfetamini üzərində daşıyaraq İsmayıllı rayonuna gətirib psixotrop maddə olan metamfetamini ayrı-ayrılıqda 1,520 qram, 0,132 qram və 0,057 qram çəkilərdə 3 ədəd kağız bükümlərdə, 0,681 qram çəkidə narkotik vasitə olan heroini isə ayrı-ayrılıqda 0,244 qram, 0,092 qram, 0,111 qram və 0,090 qram çəkilərdə 4 ədəd kağız bükümlərdə satış məqsədi ilə qablaşdıraraq, 0,144 qram çəkidə olan hissəsini isə istifadə etmək üçün maye ilə qarışdıraraq hazır vəziyyətdə 1 ədəd şüşə flakona dolduraraq üzərində daşımaqla saxlamış, 20 yanvar 2021-ci il tarixdə, saat 16 radələrində İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X6 şəhərinin H.Əliyev prospektində saxlanılaraq İsmayıllı RPŞ-nə gətirilib həmin tarixdə, saat 16:46-da üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödək cənin sağ yan cibindəki 1 ədəd sellofan bağlamanın içərisində saxladığı ayrıayrılıqda 3 ədəd kağız bükümlərdə 1,520 qram, 0,132 qram və 0,057 qram çəkilərdə olmaqla ümumilikdə 1,709 qram çəkidə psixotrop maddə olan metamfetamin və ayrıayrılıqda 4 ədəd kağız bükümlərdə 0,244 qram, 0,092 qram, 0,111 qram və 0,090 qram çəkilərdə, eləcə də 1 ədəd şüşə flakonda 1,20 ml heroin məhlulunun içərisində 0,144 qram çəkidə olmaqla ümumilikdə 0,681 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-129/2022 nömrəli, 24 avqust 2022ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, A zərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 06 (altı) ay 08 (səkkiz) gün müddətin cəzasına hesablanmaqla çıxılması və üzərində 03 (üç) il 05 (beş) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə Məhkum1 da təqsirli bilinərək məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün Məhkum2 aid hiss ədə ləğv edilməsi, sonuncunun verilən ittihama əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə də təqsirli bilinməsi barədə yeni hökmün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti belə əsaslandırılmışdır ki, ittihamın sübutu kimi məhkəməyə təqdim edilmiş, Məhkum2 üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişi əks etdirən 01 ədəd CD diskə məhkəmə istintaqı dövründə baxış keçirilərkən həmin diskdə video çəkilişə aid hər hansı məlumat aşkar edilməsə də, materiallarında olan "Təqsirləndirilən şəxsin cinayət işinin materialları və maddi sübutlarla tanış olması haqqında" 09 aprel 2022-ci ıl tarixli protokoldan görünür ki, 6 cilddən ibarət olan cinayət işinin materialları, işdə olan maddi sübutlar, o cümlədən 5 ədəd CD disklər (bu disklərdən biri şəxsi axtarış və götürməni özündə əks etdirən və maddi sübut kimi tanınan diskdir) təqsirləndirilən şəxs Məhkum2 və müdafiəçisi Rasım Vəliyevə təqdim edilmiş, Məhkum2 müdafiəçisinin iştirakı ilə cinayət işinin bütün materialları və maddi sübutlarla tanış olub heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir. Buna baxmayaraq, məhkəmə cinayət işi üzrə toplanmış sübutları təhlil etməmiş, bir-biri ilə müqayisə edərək əldə olunmuş həmin sübutların mənbəyinin mötəbərliyini düzgün müəyyənləşdirməmiş, toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan təqsirləndirilən şəxs Məhkum2 və müdafiəçisi cinayət işinin materialları ilə tanış olarkən şəxsi axtarış və götürmə istintaq hərəkətinin video çəkilişini özündə əks etdirən CD diskin mövcud olmasına, iş materialları ilə tanış olmadan qısa müddət sonra cinayət işinin məhkəməyə göndərilməsinə baxmayaraq, işi qəbul edərkən həmin maddi sübutun mövcudluğu və tamlığını təqdim edilən müşayiət məktubu və arayış üzrə yoxlamadan, içərisində hər hansı faylın olmadığına istinad edilən CD diskdəki video çəkilişin iş məhkəməyə göndərilənədək mövcud olub-olmamasını hansı şəraitdə silinməsini, həmin video çəkilişin bərpa edilməsinin mümkün olubolmamasını araşdırmadan Məhkum2la bağlı keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətini etibarsız hesab elməklə əsassız, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, ibtidai istintaq dövründə Məhkum2 hər hansı məcburiyyət olmadan, sərbəst şəkildə etirafedici ifadələr vermişdir. Yuxarıda sadalananların məcmusundan görünür ki, məhkəmə Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək ona həmin maddə ilə bəraət verməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-389/2022 nömrəli, 20 oktyabr 2022-ci tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)129/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya protestinin dəlilləri ilə apellyasiya prote stinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinə müvafiq olaraq sübutları tədqiq etməmiş, törədilmiş əməlin tövsifində səhvə yol vermişdir. Bu səbəbdən məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-389/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
11. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüd udlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın ba ş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tə dqiq edilmədiyini və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-389/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzər ə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azad lıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
20. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırılan iddialardan fərqlənmir, kassasiya protestinin müəllifi apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən və hazırda mübahisələndirilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya protestində istinad edilən məsələlərə dair müvafiq ətraflı əsaslandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə protest müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Az ərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
21. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-389/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-389/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.