Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-840/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022- ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər (hakimlər Səbuhi Hüseynov (sədrlik edən və məruzəçi), Azad Məcidov və Zeynal Ağayev) 25 oktyabr 2022-ci il tarixli, 1(101)-1806/2022 nömrəli hökmü ilə xx xxxx 1975-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Yevlax şəhəri, Şəki Tacı küçəsi mənzil 116-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 234.1-1-ci maddələri təqsirli bilinib, ona C M-in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 31 may 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 mart 2022-ci il tarixdə gecə saat 1:00-dan 6:00-dək olan müddət ərzində X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 2-ci sahədə yerləşən nömrəsi z fərdi yaşayış evin həyətinə hasardan keçərək qanunsuz daxil olmaqla evin həyətyanı sahəsindən 1 ədəd 190 manat dəyərində “İsma” markalı 26 ölçülü velosiped və daş hasara bərkidilmiş 1 ədəd 140 manat dəyərində “Ayqaz” markalı su qızdırıcısını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 330 manat məbləğində zərər vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 may 2022-ci il tarixdə gecə saat 1:00-dan 6:00-dək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan keçərək qanunsuz daxil olmaqla əvvəlcə açıq taxta qapısı olan evin zirzəmisindən hər birinin dəyəri 145 manat olan “Mercedes” markalı avtomobilə aid 3 ədəd amortiz ator, 500 manat dəyərində 1 ədəd samovar, 150 manat dəyərində 1 ədəd alüminium qazan, 60 manat dəyərində 1 ədəd alüminium ləyən, 150 manat dəyərində 1 ədəd mis ləyən, hər topunun dəyəri 70 manat təşkil edən, uzunluğu 100 metr və 4-lük diametrli 2 top elektrik naqili, bir bankası 5 manat təşkil edən, hər birinin içərisində əncir, albalı və zoğal mürəbbələri olan 3 ədəd 1 kiloqramlıq bankalar və ümumilikdə 10 manat təşkil edən 12 ədəd bel müalicəsi üçün nəzərdə tutulmuş bankaları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 cəmi 1.460 manat məbləğində zərər vuraraq oğurluq etmiş və həmin vaxt evin həyətində yerləşən açıq taxta qapısı olan köməkçi otaqdakı “Thermona” markalı kombi istilik sisteminin ağır olduğunu və digər əşyalarla birlikdə apara bilməyəcəyini düşündüyündən 15 may 2022-ci il tari xdə gecə saat 1:00 radələrində vahid niyyətlə əhatə olunmuş qəsdlə 3.000 manat dəyərində olan həmin “Thermona” markalı kombi istilik sistemini götürmək üçün qeyd olunan evin həyətinə yenə də hasardan keçməklə qanunsuz daxil olub artıq üzərinə asma qıfılı qoyulmuş köməkçi otağın taxta qapısını açmaq istədiyi zaman evin pəncərəsindən Zərərçəkmiş şəxs1 baxdığını görüb ifşa olunaraq yaxalanacağından qorxub oradan uzaqlaşmaq məcburiyyətində qaldığından öz iradəsindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini başa çatdıra bilməyib zərərçəkmiş şəxsin 3.000 manat dəyərində əmlakım oğurlamağa cəhd etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 may 2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəh əri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evin həyətinə hasardan aşmaqla və mətbəxin plastik pəncərəsini dartıb açaraq qanunsuz mənzilə daxil olmaqla oradakı 1-ci mərtəbədə olan pilləkənin altından 300 manat dəyərində 1 ədəd markası bilinməyən qaynaq aparatı, 120 manat dəyərində 1 ədəd “Siemens” markalı laqonda aparatı, 120 manat dəyərində 1 ədəd “Bosch” markalı laqonda aparatı və 70 manat dəyərində 10 litrlik köhnə od samovarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 cəmi 610 manat məbləğində zərər vuraraq oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 3,011 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 31 may 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi yaşayış evinin qarşısında özünü şübhəli apardığından Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 3,011 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Zəki Babayev və İbrahim İbrahimli) 22 dekabr 2022-ci il tarixli 1(103)-2338/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin e dilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2022- ci il tarixli, 1(101)-1806/2022 saylı hökmü məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və bəraətverici əsaslarla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. O, narkotik vasitə aludəçisi olduğuna görə çox az hallarda dəmir əşyaları oğurlamaqla xırda talamalar etmişdir. Lakin, hazırkı cinayət işi üzrə ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməmişdir. Ordan əldə etdiyi cüzi miqdarda pullar ilə narkotik vasitə əldə etmişdir. O, tüfeyli həyat tərzi keçirmişdir. Onun daimi yaşayış yeri olmamışdır. Sonradan bildiyinə görə 31 may 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu 12-ci polis bölməsinin Məhəmməd və Bəxtiyar adlı polis əməkdaşları onu küçədən halsız vəziyyətdə gətirərək ona yüksək dozada narkotik vasitə vuraraq onu ölümcül vəziyyətə salmışlar. Ayıldıqdan sonra CM-in 234.1-ci maddəsi ilə razılaşmağını, əks halda daha ağır maddələr ilə ittiham olunacağını bildirdilər. Halbuki, onda bir qram belə olsa narkotik vasitə olmamışdır. O, ölümdən döndüyünə və ağır vəziyyətdə olduğuna görə razılaşıb sənədlərə qol çəkmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağ ıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, onun hazırkı cinayət işi üzrə təqsirsiz olmasına baxmayaraq əsassız və qanunsuz olaraq onun barəsində Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 234.1-1-ci maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum özünü elan edilmiş ittihamda təqsirli bilməmişdir. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkumun üzərində tutulduğu anda heç bir narkotik vasitə aşkar edilməmiş, narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə məcburi şəkildə qoyulmuşdur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin t örədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hök mü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, şahidlər Şahid2 və Şahid1 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törə tməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edil miş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən düzgün və doğru kimi qəbul edilmiş Məhkum ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı verdiyi etiraf ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi və digər sübutlarla öz təsdiqini tapmışdır. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 234.1-1-ci maddələri ilə təq sirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun kassasiya şikayətində onun təqsirsizliyi ilə əlaqədar analojı dəlillər apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən işə baxıb, birinci instansiya məhkəməsinin məhkəmə iclasın da tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, məhkumun cinayəti törətməməsi barədə ifadəsi həqiqətə uyğun gəlmir və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci və apelyasiya məhkəmələrinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı m addələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübu tun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 234.1-1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə al mışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Res publikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 234.1-1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-840/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-840/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver