Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-841/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.3, 126. 2.4, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İ.A.Mahmudov (sədrlik M.A.Xankişiyev və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli hökmü ilə edən), xx xxxx 1997-ci il tarixdə Dəvəçi rayonunun Taxtalar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, Şabran rayonu, Taxtalar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yerləşən ümumi yaşayış evində kirayədə yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4, 127.2.3 və 221.3-cü m addələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 126.2.3 və 120.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 127.2.3cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim X6 (sədrlik edən, məruzəçi hakim), X3 və X2 ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrindən həmin Məcəllənin 126.1- ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xx xxxx 2018-ci il tarixdə saat 04 radələrində müvəqqəti kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən ümumi yaşayış evinin həyətinin giriş qapısının qarşısında küçədə qonşusu Zərərçəkmiş şəxs1 onun barəsində həqiqətə uyğun olmayan sözlər danışmasını bəhanə edərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə silah qismində istifadə edilən əşyaların tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edə rək əsaslı səbəb olmadan əxlaq normalarına zidd, ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ucadan nümayişkaranə şəkildə nalayiq söyüşlər söymüş, bu vaxt onu intizama dəvət edən Zərərçəkmiş şəxs1 qanuni tələblərinə və iradlarına əhəmiyyət verməyərək, sonuncunun ona iradlar bildirməsinə görə ünvanına nalayiq ifadələr işlətməklə həmin hərəkətlərini davam edərək öz şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyəti fövqündə qoymuş, onu sakitləşdirərək yaşayış binasının həyətindən bayıra çıxarmaq istəyən qonşusu Zərərçəkmiş şəxs1 hərəkətlərindən daha da azğınlaşaraq özü ilə gətirdiyi, kirayədə yaşadığı mənzilin mətbəxindən əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı, mətbəx bıçağını əynində olan şalvarının ar xa hissəsindən çıxardıb silah qismində istifadə olunan əşya kimi tətbiq edib nümayiş etdirməklə xuliqanlıq etmiş, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə və silah tətbiq etməklə törədilən qərəzli hərəkətlər etmiş, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, ictimai borcunu yerinə yetirən, onu sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 müqavimət göstərib əlində tutduğu bıçaqla hadisə şahidləri Zərərçəkmiş şəxs1 və hadisə yerinə gəlmiş qonşu Şahid2 gözü qarşısında vurmaqla "sol bazu oynağı nahiyəsində bazunun dolanan arteriya və venanın zədələnməsi, profuz qanaxma, oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yaraları” kimi xəsarətləri ilə müşayiət olunan, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş, bununla sakitləşməyərək bir neçə saniyə sonra xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə oğlu Zərərçəkmiş şəxs2 gözü qarşısında həmin bıçaqla xuliqanlıq niyyəti ilə vuraraq "sağ sağrının və sol budun deşilmiş-kəsilmiş yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət, həmçinin sol sağrının yuxarı-bayı r kvadratının deşilmiş-kəsilmiş yarası, sol budun yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin sağ yarısının daxilə nüfuz edərək nazik bağırsaq ilgəkliklərini və müsariqəsini zədələyən deşilmiş-kəsilmiş yaralar”ından ibarət ümumilikdə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər yetirmiş, onun gecə saat 04 radələrində əhalinin istirahət etdiyi vaxtda təxminən 20-25 dəqiqə müddətində davam edən, Nəsimi rayonu, S.Salayev küçəsi 33 saylı ünvanında yaşayan şəxslərin dincliyini və rahatlığını pozan xuliqanlıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək əməlinin düzgün tövsif edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etm işdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əməli düzgün tövsif edilməmiş, Apellyasiya məhkəməsi qərar qəbul edərkən bunu nəzərə almamışdır. Belə ki, onun əməli CM-nin 127.2.3-cü maddəsindən həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Bundan başqa, 221.3-cü maddəsi ilə əsassız təqsirli bilindiyini qeyd edərək, həmin maddə ilə ona bəraət verilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, zərərçəkmiş şəxslə arasında heç bir ədavət və düşmənçiliyin olmaması, yeni ailə qurması, zərərçəkmiş şəxsin onun barəsində şikayətinin olmaması apellyasiya məhkəməsi tərəfindən cəza təyini zamanı nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq ona CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsini, əməlinin CM-nin 127.2.3-cü maddəsindən həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsini və cəzasının minimuma endirilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi m əsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instan siyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittiha mın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmiş, izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu k imi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İş materiallarında olan məhkumun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən, ekspertiza rəylərindən və digər mötəbər sübutlardan görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi məhkəmələr tərəfindən sübuta yetirilmiş, həmçinin həmin məcəllənin 127.2.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli dü zgün tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticəni əsaslı hesab edir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Məhkumun kassasiya şikayətində vurğuladığı bir digər məsələ cəzasının yüngülləşdirilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirə n və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsixx xxx 2019-cu il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq, məhkumun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasına, onun gəncliyini, ilk dəfə cinayət törətməsini və törətdiyi cinayəti etiraf edərək səmimi peşman olmas ını cəzanıyüngülləşdirən hallar kimi əsas götürmüş, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Məhkum cəzasını ağırlaşdıran halların olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CMnin 8, 41, 58 və maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hes ab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-841/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-841/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver