Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-841/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlu, Məhkum1 müdafiəçisi Bağırov Yadigar Ağasəf oğlunun, Məhkum2 və onun müdafiəçisi Rüstəmov Tağı Zalı oğlunun iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin 29,120.2.1 və 29,120.2.4-cü maddələri ilə, Məhkum2 isə CM-nin 29,120.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxx 1996-cı il tarixdə Min gəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2014-cü il tarixli hökmü ilə CM-nin 126.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alnımaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarı ilə həmin hökm dəyildirilərək ona təyin edilmiş azadlıqdan məhrum emə cəzasının müddəti cəzası 04 (dörd) ilədək endirilmiş, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli 1657 nömrəli Əfv sərəncamına əsasən cəzasını n çəkilməmiş hissəsindən azad edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay msüddətə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2016-cı il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası cəzası 06 (altı) ay müddətə islah işləri cəzası ilə əvəz edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü ilə CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, CM-nin 29,120.2.1 və 29,120.2.4-cü maddələri ilə nəzərdə t utulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 221.3-cü maddəsi ilə isə əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilmiş, və Məhkum2, xx xxxx 1996-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, məhkumluğu olmayan, Xocalı rayonu, Xocalı şəhərində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış, CM-nin 29,120.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 221.1-ci maddəsi il ə isə əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 2019-cu ilin yay fəslində özünün və həmin ilin sonlarında bibisi oğlu Məhkum2 Zərərçəkmiş şəxs1 tərəfindən fiziki zora məruz qaldığından, sonuncu onun barəsində əsassız fikirlər yaydığından aralarında yaranmış ədavət və düşmənçiliyə görə Zərərçəkmiş şəxs1 kin güdərək onu qəsdən öldürmək məqsədi ilə Məhkum2 ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Məhkum2 Zərərçəkmiş şəxs1 olduğu yeri və ünvanları dəqiqləşdirməsini tapşıraraq, Məhkum2 ətraflı məlumatlar əldə etdikdən sonra 16 yanvar 2020-ci il tarixdə Bakı şəhərində yerləşən "xxxx" MMC-dən «Hyundai Sonata» ma rkalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb 19 yanvar 2020-ci ildə Ağdam rayonu, Xındırıstan qəsəbəsinə gedib orada istintaqa məlum olmayan yerdə gizlətdiyi qoşalülə ov tüfəngini və 3 ədəd patronu götürərək avtomobilin salonunda gizlədib cinayət əlaqəsində olduğu Məhkum2 Zərərçəkmiş şəxs1 “VAZ 2017” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla şəhər ərazisində gəzdiyi barədə məlumatı əsasında 20 yanvar 2020-ci il tarixdə Mingəçevir şəhərinə gələrək Məhkum2 zəng edib Zərərçəkmiş şəxs1 olduğu yeri haqqında dəqiq məlumat əldə etdikdən sonra avtomobildən düşərkən vaxt itirməməsi və ətrafda olan şəxslərə görünməməsi üçün müvəqqəti olaraq Mingəçevir şəhərində yaşayan törədəcəyi cinayətdən xəbərsiz olan qohumu Şahid5 Mingəçevir şəhəri “QRES” qəsəbəsində yerləşən sərnişin dayanacağından götürərək avtomobili idarə etməsini və onu ünvan 4 nömrəli binanın yaxınlığına aparmasını tapşırıb, avtomobilin arxa oturacağında əyləşmiş, saat 18 radələrində Şahid5 «Hyundai Sonata» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvanın arxasında olan magistral yolla hərəkətdə olarkən, Məhkum2 tərəfindən müəyyənlədirilmiş Zərərçəkmiş şəxs2 idarə etdiyi və Zərərçəkmiş şəxs1 isə sağ ön oturacağında əyləşdiyi «VAZ 2107» markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayandığını görüb, dərhal Şahid5 avtomobili həmin avtomobilin qarşısında saxlamasına göstəriş vermiş, sonuncu avtomobili saxladığı anda «Hyundai Sonata» markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda özü ilə daşıdığı qoşalüləli ov tüfəngini götür üb, avtomobildən düşərək «VAZ 2107» markalı avtomobilin sağ qabaq oturacağına yan tərəfdən yaxınlaşıb, avtomaşının sükanı arxasında əyləşmiş Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün real təhlükə yaranacağını dərk edərək əlindəki ov tüfəngi ilə Zərərçəkmiş şəxs1 oturduğu sağ qabaq oturacağın şüşəsinə yaxın məsafədən təxminən 50-70 sm məsafədən əvvəlcə bir dəfə atəş açmış, avtomobilin şüşəsi sınaraq hər iki şəxsin üzərinə töküldükdən sonra Zərərçəkmiş şəxs1 ona atəş açmamasını danışmağı təklif etsə də o, Zərərçəkmiş şəxs1 təklifini rədd edərək ikinci dəfə sonuncunun döş qəfəsi istiqamətinə atəş açaraq ona döş qəfəsinin daxilinə keçməyən sağ ön və yan səhtlərinin yumşaq toxumalarını, sağ bazunun arxa-içəri səthinin böyük həcmdə yumşaq toxuma deffektlərilə toxunub keçməsinə səbəb olan yetiri ldiyi anda həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş, silahın patronu qurtartdığından əlavə patron qoyaraq silahı atəş üçün hazır vəziyyətə gətirməyə çalışarkən yaranmış fürsətdən istifadə edən Zərərçəkmiş şəxs1 avtomobilin sükan tərəfdə olan qapısını açaraq qaçmağa başladıqda silahı atəş üçün hazır vəziyyətə gətirib, Zərərçəkmiş şəxs1 arxasıca bir ədəd güllə atmış, lakin sonuncu sürətlə hadisə yerindən qaçdığından və ətrafa xeyli sayda şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin toplaşması səbəbindən iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etməkdə ifadə olunan niyyətini başa çatdıra bilməyərək onu qabaqcadan əlbir olan bir qrup şəxslə ümumi təhlükəli üs ulla qəsdən öldürməyə cəhd etmişdir. Məhkum2 2019-cu ilin yay fəslində dayısı oğlu Məhkum1 və həmin ilin sonlarında özü Zərərçəkmiş şəxs1 tərəfindən fiziki zora məruz qaldığından, sonuncu dayısı oğlu Məhkum1 barəsində əsassız fikirlər yaydığından aralarında yaranmış ədavət və düşmənçiliyə görə Zərərçəkmiş şəxs1 kin güdərək onu qəsdən öldürmək məqsədi ilə Məhkum1 ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs1 olduğu yeri və ünvanları, həmçinin sonuncunun şəhər ərazisində «VAZ 2107» markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəzdiyi barədə ətraflı məlumatlar əldə edərək, həmin avtomobili şəhər ərazisində axtararkən onu 20 yanvar 2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri ərazisində yerləşən “Fəzail” bazarının yanında görüb, istintaqa məlum olmayan “taksi” fəaliyyəti ilə məşğul olan avtomobillə izləmiş, Zərərçəkmiş şəxs1 ünvan 4 nömrəli binanın yaxınlığında dayandığını müşahidə etdikdən sonra aralarında olan ümumi cinayətkar niyyəti həyata keçirmək məqsədi ilə dərhal cinayət əlaqəsində olduğu Məhkum1 zəng edərək Zərərçəkmiş şəxs1 olduğu yer barədə məlumat verib, sonuncunu öldürmək niyyətini həyata keçirmək üçün silahlanmaq məqsədi ilə yaşadığı Mingəçevir şəhəri, “Yeni Həyat” qəsəbəsi A63 ünvanına geri qayıdaraq, silah qismində istifadə etdiyi istintaqa məlum olmayan əlamətlərə malik kəsici alət olan məişət baltasını götürüb, əynində olan gödəkçəsinin altında gizlədərək, yaşadığı Mingəçevir şəhəri “Yeni Həyat” qəsəbəsində təs adüfən rastlaşdığı qonşusu Şahid4 avtovağzalın yanına getdiyini öyrəndikdən sonra sonuncunun idarə etdiyi “BMW” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 olduğu ünvan 4 ünvanına getmiş, həmin ünvana çatdıqda cinayət əlaqəsində olduğu Məhkum1 Zərərçəkmiş şəxs1 oturduğu «VAZ 2107» markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağına yan tərəfdən yaxınlaşıb, əlindəki ov tüfəngi ilə Zərərçəkmiş şəxs1 oturduğu sağ qabaq oturacağın şüşəsinə yaxın məsafədən təxminən 50-70 sm məsafədən əvvəlcə bir dəfə atəş açmış, ardınca ikinci dəfə sonuncunun döş qəfəsini istiqamətinə atəş açaraq ona döş qəfəsinin daxilinə keçməyən sağ ön və yan səhtlərinin yumşaq toxumalarını, sağ bazunun arxa-içəri səthinin böyük həcmdə yumşaq toxuma deffektlərilə toxunub keçməsinə səbəb olan yetirildiyi anda həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş, silahın patronu qurtartdığından əlavə patron qoyaraq silahı atəş üçün hazır vəziyyətə gətirməyə çalışarkən yaranmış fürsətdən istifadə edən Zərərçəkmiş şəxs1 yaralı vəziyyətdə hadisə yerindən qaçdığını görərək avtomobilin arxa sol oturacağından düşüb gödəkçəsinin altında gizlətdiyi silah qismində istifadə etdiyi baltanı çıxardıb, sağ əlində tutaraq Zərərçəkmiş şəxs1 əlində olan balta ilə təqib etmiş, onun real hədələrindən qorxaraq qaçan Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə hədələmiş, Zərərçəkmiş şəxs1 yaşayış binaların çox olduğu həyətə daxil olaraq onun diqqətindən yayındığına görə sonuncunun hansı yaşayış binasına d axil olduğunu dəqiqləşdirə bilmədiyi, ətrafa xeyli insan toplaşdığı və polis əməkdaşlarının hadisə yerinə gəldiyini gördüyündən iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etməkdə ifadə olunan niyyətini başa çatdıra bilməyərək onu qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən öldürməyə cəhd etmişdir. Hökmdən Məhkum2, onun müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu, digər Məhkum1 müdafiəçisi İsrafilov Vasif İmamədin oğlu və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxa n oğlundan ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə təyin olunmuş cəzalara aid hissədə dəyişdirilmiş, Məhkum1 və Məhkum2, hər birisinin barəsində CM-nin 62.2-ci maddəsi tətbiq edilməklə Məhkum1 təqsirli bilindiyi CM-nin 29,120.2.1 və 29,120.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 12 (on iki) ilədək, Məhkum2 təqsirli bilindiyi CM-nin 29,120.2.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə 8 (səkkiz) il 6 (altı) ayadək endirilmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qər arından məhkumlar Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla barələrində daha yüngül cəzanın təyin olunması haqda qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə ona hökmlə təyin edilmiş cəza nisbətən yüngülləşdirilsə də, məhkəmə barəsində olan cinayət işi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv araşdırılmamasını, şahid ifadələrini, kamera görüntülərini, qeyd olunan cinayəti törətməkdə onun rolunu, davranışını, törədilmiş cinayətin ictimai təhlükəliliyini və cəzanı yüngülləşdirən h alları tam nəzərə almamış, nəticədə isə ona təyin edilmiş həmin cəza da işin faktiki hallarına uyğun olmayaraq həddindən artıq ağır olmuşdur. Odur ki, kassasiya şikyətinin müəllifi qeyd olunanları nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işi üzrə bütün cəzanı yüngülləşdirən halların nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum1 kassasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayətində Məhkum2 da analoji dəlillərə əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ona daha yüngül cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum1 isə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak etməkdə imtina etmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə Məhkum1 və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxı lması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətlərinin məzmunlarından göründüyü kimi, məhkumlar Məhkum1 və Məhkum2 apellyasiya instansiyası məhkəməsinin qərarından ayrı-ayrılıqda verdikləri həmin şikayətlərində onlara cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzaların təyin edilməsini iddia edərək həmin cəzaların yüngülləşdirilməsi haqqında qərarın qəbul olunması barədə tələblərini CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş halla əlaq ələndirmişlər. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 şikayətlərini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə barələrindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillə rindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin mə hkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi v ə ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanl arının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, bu və ya digər cinayətin törə dilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq məhkumlar Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda verdikləri eyni məzmunlu kassasiya şikayətlərinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətlərin məzmununa görə, məhkumlar öz şikayətlərində iş üzrə sübutların natamam araşdırılmasını, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilməməsini, onların törətdiyi əməllərin işin faktiki hallarına uyğun olaraq müvafiq sübutlarla təsdiq olunmamasını göstrsələr də, bununla bağlı dəlillərini təsdiq edən hər hansı tutarlı sübutlara istinad etməmiş, onların törtdikləri əməllərin hüquqi tövsifini isə mübahisələndirməmiş və faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyini ilə bağlı barələrində qeyri-humanist və ədalətsiz yekun aktının qəbul edilməsini iddia etmişlər. Ona görə də məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı məhkəmələrin gəldikləri nəticələr i, o cümlədən məhkumlar Məhkum1 və Məhkum2 təqsirliliklərinin iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla təsdiq olunmasını (bu sübutların hamısı birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir olunaraq onlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymət verilmişdir), məhkumların əməllərinin hüquqi tövsifi barədə məsələlərin bir daha müzakirə edilərək təftiş edilməsini zəruri hesab etmir və hər iki məhkum barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xar akterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Belə ki, ədalətlilik prinsipindən bəhs edən CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, onun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalı və eyni zamanda cəzanın məqsədlərini də təmin etməlidır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Törədilmiş cinay ətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olub-olmaması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Belə ki, CM-nin 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8,59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticə sində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün aşağı həddinin yox, son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında vurğulanır ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci mad dəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanmışdır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəz ərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə izah edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai tə hlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsi n islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halla rın nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələr tərəfindən o, da izah edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 2019-cu il 7 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə məhkəmənin cinayətin tövsifini dəyişdirmədən ittiham aktında göstərilməyən halın (cinayətlərin residivinin) cəza nı ağırlaşdıran hal qismində nəzərə alması və buna görə cəzaçəkmə müəssisəsinin növünü müəyyənləşdirməsi cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Təqsirləndirilən şəxsə təqsirli b ilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az və ya həmin maddədə müəyyən ediləndən daha yüngül növdə cəza təyin edilirsə və yaxud təyin edilməsi məcburi olan əlavə cəza təyin edilmirsə hökmün nəticəvi hissəsində bu cəzanın CM-in 62cı maddəsi tətbiq olunmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təyin edildiyi göstərilir. Məhkəmə kollegiyası yuxarıda təsvir edilən cinayət qanunu normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum qərarlarındakı izah və tövsiyələrdən çıxış edərək kassasiya şikayətlərinin dəlillərinə cavab verilməsi üçün cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübut lara əsasən müəyyən edilmiş aşağıdakı hallara müraciət etməyi zəruri sayır. Əvvəla, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi hər iki məhkum barəsində cəza tədbirinin seçilməsi ilə bağlı məsələni həll edərkən CM-nin 59-cu maddəsinə əsasən Məhkum1 zərər çəkmiş şəxslərlə barışmasını, sonuncuların ondan heç bir şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, "Şizoeffektiv pozuntu, uzun gedişli, kəskin ifadəli depressiv tip sui-qəsd cəhdləri ilə və kəskin davranış pozuntuları, psixi qüsur halı ilə ağır dərəcəli şəkərli diabet, insulindən asılı vəziyyət" diaqnozu ilə qeydiyyatda olmaqla İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar qismində, CM-nin 61.1.10-cu maddəsinə əsasən isə adı çəkilən məhkumun cinayəti odlu silahdan i stifadə etməklə törətməsini onun cəzasını ağırlaşdıran hal kimi, CM-nin 59-cu maddəsinə əsasən Məhkum2 da zərər çəkmiş şəxslərlə barışmasını, sonuncuların ondan heç bir şikayət və tələblərinin olmamasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar qismində, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum2 cəzasını ağırlaşdıran haların müəyyən edilməməsini nəzərə almış, lakin işə baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının hədlərinin işin faktiki hallarına və cəzanı yüngülləşdirən hallara uyğun olmamasını, törədilmiş cinayətin məqsədini və motivini, onun ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları, hər bir məhkum olunmuş şəxsin bu ci nayətin törədilməsində rolunu və onların həm cinayət törədənə qədər, həm də bundan sonrakı davranışlarını, habelə cəza təyini ilə bağlı dövlət ittihamçısının mövqeyini nəzərə alaraq cəzanı yüngülləşdirən həm ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu müstəsna hallar kimi qiymətləndirməklə hər iki məhkumun barəsində CM-nin 62.2-ci mаddəsini tətbiq etməklə оnlara təqsirli bilindikləri mаddədə müəyyən ediləndən daha yüngül cəza təyin olunmasını məqsədə uyğun hesаb etmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət qanunvericiliyinin normaları təqsirkara onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM- nin 62.1-ci maddəsinə əsasən isə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndir ən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcəd ə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xar akteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə yekun nəticəyə gəlmək üçün əhəmiyyətli olan digər məsələlərin həllində olduğu kimi, məhkumlar barəsində cə za tədbirinin seçilməsi məsələsində də qanunun tələblərinə tam əməl etmiş, hər Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda təyin olunmuş cəzalar isə, yuxarıda qeyd edildiyi kimi, onların təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də yüngül olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiya məhkəməsi kassasiya şikayətinə məhkəmə baxışı zamanı məhkumlar Məhkum1 və Məhkum2 cəzasını yüngülləşdirən, yəni onlara təyin olunmuş cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni halları müəyyən etməmiş və kassasiya şikayətlərində də belə halların olması barədə hər hansı sübuta istinad olunmamışdır. Halbuki, CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanun u ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün qeyd olunanlar ümumlikdə apellyasiya instansiyası məhkəməsinin hər iki məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsi ilə bağlı nəticəyə gələrkən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməməsinə, məhkumlar Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlillərinin isə qəbul edilməz olmasına dəlalət edir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətl ərinin təmin edilməsi haqda Məhkum2 və onun müdafiəçisi T.Z.Rüstəmovun və Məhkum1 müdafiəçisi Y.A.Bağırovun, həmin şikayətlərin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli və Məhkum1 CM-nin 29,120.2.1 və 29,120.2.4-cü maddələri ilə, Məhkum2 isə CM-nin 29,120.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 29,120.2.1 və 29,120.2.4-cü maddələri ilə, Məhkum2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 29,120.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-841/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-841/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver