Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-841/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abudlov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum1 və onun müdafiəçisi Məmişov Anar Mövsüm oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Mə hkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3 maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli qərarı ilə isə CM-nin 234.4.2-ci maddəsinin ona qarşı irəli sürülmüş ittihamdan və hökmdən xaric edilməsinə və CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə ixtisaslaşdırılmış əməlinin CM-nin 32.5,206.2-ci maddələrinə tövsif edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 müdafiəçisi A.M.Məmişov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən və məruzəçi), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxxxx 1967-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıqla məşğul olmuş, ünvan 3-də qeydiyyatda olmaqla ünvan 2də yaşamış, CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3 maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 206.3.1, 206.3.2-ci maddələri ilə 06 (altı) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən to plamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublika sının gömrük sərhədindən kənar və ya ondan gizli olaraq narkotik vasitə və psixotrop maddələri keçirmiş, habelə təkrarən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddələri əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, külli miqdarda psixotrop maddə əldə etmə, daşıma, saxlama, satma, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə Məhkum2, şəxsiyyəti istintaqa məlum olmayan “Y”, “X” adlı İran İslam Respublikasının vətəndaşları, şəxsiyyəti istintaqa məlum olmayan Nazim adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar sövdələşməy ə plana əsasən qrupun üzvü Y adlı şəxs psixotrop maddələri özü və ya adamları vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikası Astara rayonu ərazisinə keçirərək qrupun digər üzvü “Z” adlı şəxsə verməsini, Məhkum2 sonuncudan narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz əldə edib Bakı şəhərinə daşımaqla “Y” adlı şəxsin dediyi şəxslərə satıb əldə edilən pulun Məhkum1 təqdim etməsini, Məhkum1 isə narkotik vasitələrin satışından əldə edilmiş pul vəsaitinin istintaqa məlum olmayan üsulla Y və X adlı şəxslərə çatdırılmasını öz üzərinə götürməsi barədə razılaşmış, cinayətkar sövdələşməyə əsasən Məhkum2 13 oktyabr 2019-cu il tarixdə saat 18-19 radələrində Dövlət Sərhəd Xidmətinin Astara Keçid Mə ntəqəsinin yaxınlığında Nazim adlı şəxsdən külli miqdarda - 10.199 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində qanunsuz daşımaqla Bakı şəhərinə gətirmiş, 21 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində ünvan 1 ünvanda yerləşən Avrasiya Klinikasının yaxınlığında 0,005 qram çəkidə psixotrop maddə metamfetamini 175 manata tanışı X9 satmışdır. Bundan başqa, Məhkum2 22 oktyabr 2019-cu il tarixdə saat 08 radalərində külli miqdarda - 10,194 qram çəkidə psixotrop maddə metamfetamini ünvan 2 ünvanın qarşısında X9a qanunsuz satarkən bu barədə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı saxlanılıb həmin şöbəyə gətirilərək orada xidməti otaqların - birində həmin tarixdə saat 10:15-dən keçirilən şəxsi axtarış zamanı Məhkum2 əynindəki donun cibindən satış məqsədi ilə əldə edib gəzdirməklə saxladığı külli miqdarda 10,194 qram çəkidə psixotrop maddə metamfetamin və 175 manat pul aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum1 təkrarən külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama, satma, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan “X” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə 03 mart 2020-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı X adlı şəxs istifadəsində olan +**********38 sayl ı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqramı vasitəsi ilə tanışı Şahid10 zəng edərək 1 kiloqram narkotik vasitə heroini 15.000 manat pulun müqabilində satmaq üçün müştəri tapmasını, həmin narkotik vasitənin satışından əldə ediləcək pulu isə istifadəsində Azercell MMC-yə məxsus +994 50 ***-**-** saylı mobil telefon nömrəsi olan Məhkum1 sonradan ona çatdırması üçün verməsini bildirmiş, Şahid10 bu barədə 03 mart 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verdiyi məlumat əsasında qəbul edilmiş qərara əsasən polis əməkdaşı Şahid6 şərti alıcı qismində, Şahid10 isə təlimatlandırılmış şəxs qismində əməliyyat qrupuna daxil edilərək qeyd edilən külli miqdarda - 1 kiloqram çəkidə narkotik vasitə heroinin alınması məqsədi ilə Azərbaycan Res publikasının milli pul vahidi ilə 14.960 manat təşkil edən 8800 ABŞ dollarlı Şahid1a verilmişdir. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2020-ci il tarixdə saat 23 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən “Qubadlı” kafesində şərti alıcı Şahid6 külli miqdarda - 1 kiloqram çəkidə heroinin əvəzinə İran İslam Respublikasının vətəndaşı X adlı şəxsə çatdırması üçün 8.800 ABŞ dollarını cinayətkar qrupun digər üzvü Məhkum1 verdikdən sonra sonuncu saxlanılmış və həmin pul vəsaiti aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 202 0-ci il tarixdə saat 23 radələrində Bakı-Quba yolunun 9-cu kilometrliyində yerləşən körpünün yanındakı qazılmış yerdən qrupun digər üzvləri tərəfindən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə gizlədilməklə saxlanılmış bir ədəd polietilen torbada külli miqdarda - 1005 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmündən Məhkum1 müdafiəçisi A.M.Məmişov və məhkum olunmuş şəxs Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Məhərrəm oğlundan ibarət tərkibdə) 01 noyabr 2023-cü il tarixli qərarı ilə Məhkum1 müdafiəçisi A.M.Məm işovun apellyasiya şikayəti təmin edilməmiş, Məhkum2 apellyasiya şikayətləri qismən təmin edilmiş və həmin hökm aşağıdakı qaydada dəyişdirilmişdir: “Məhkum1 təkrarən külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama, satma, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan “X” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə 03 mart 2020-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı X adlı şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdankeçmiş Whatsap proqrammı vasitəsi ilə tanışı Şahid10 zəng edərək 1 kiloqram narkotik vas itə heroini 15.000 manat pulun müqabilində satmaq üçün müştəri tapmasını, həmin narkotik vasitənin satışından əldə ediləcək pulu isə istifadəsində Azercell MMC-yə məxsus +994 50 ***-**-** saylı mobil telefon nömrəsi olan Məhkum1 sonradan ona çatdırması üçün verməsini bildirmiş, Şahid10 bu barədə 03 mart 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verdiyi - - - məlumat əsasında qəbul edilmiş qərara əsasən polis əməkdaşı Şahid6 şərti alıcı qismində, Şahid10 isə təlimatlandırılmış şəxs qismində əməliyyat qrupuna daxil edilərək qeyd edilən külli miqdarda - 1 kiloqram çəkidə narkotik vasitə heroinin alınması məqsədi ilə Azərbaycan Respublikasının milli pul vahidi ilə 14.960 manat təşkil edən 8800 ABŞ dollarlı Şahid1a verilmişdir. Bundan sonra Daxili İş lər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2020-ci il tarixdə saat 23 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən “Qubadlı” kafesində şərti alıcı Şahid6 külli miqdarda - 1 kiloqram çəkidə heroinin əvəzinə İran İslam Respublikasının vətəndaşı X adlı şəxsə çatdırması üçün 8.800 ABŞ dollarını cinayətkar qrupun digər üzvü Məhkum1 verdikdən sonra sonuncu saxlanılmış və həmin pul vəsaiti aşkar edilərək götürülməsi, əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2020-ci il tarixdə saat 23 radələrində Bakı-Quba yolunun 9-cu kilometrliyində yerləşən körpünün yanındakı qazılmış yerdən qru pun digər üzvləri tərəfindən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə gizlədilməklə saxlanılmış bir ədəd polietilen torbada külli miqdarda 1005 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülməsi” epizodu, “təkrarlıq” tövsifedici əlaməti və CM-nin 234.4.2-ci maddəsi ittihamdan və hökmdən xaric edilmiş; Məhkum1 CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə olan əməli CM-nin 32.5,206.2-ci maddələrinə tövsif edilərək ona həmin maddədərlə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş; Məhkum1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il 06 (altı) ayadək endirilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza ona CM-nin 32.5, 206.2-ci maddələri ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla məhkum olu nmuş şəxsə qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; həmçinin Məhkum2 CM-nin 206.3.2-ci maddəsi ilə olan əməli CM-nin 32.5, 206.2-ci maddələrinə tövsif edilərək ona həmin maddə ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il 06 (altı) ayadək endirilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza ona CM-nin 32.5, 206.2-ci maddələri ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla məhkum olunmuş şəxsə qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan cinayət işi üzrə m addi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 1.004,8 qram heroinə münasibətdə (ittihamdan xaric olunan epizod üzrə) material ayrılaraq qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protesti, Məhkum1 müdafiəçisi A.M.Məmişov isə kassasiya şikayəti verərək aşağıdakıları xahiş etmişlər: - dövlət ittihamçısı A.A.Ələkbərov - qərarın Məhkum1 aid hissədə ləğv edilməsini və işin həmin hissədə yeni apelyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini; - müdafiəçi A.M.Məmişov – qərarın Məhkum1 CM-nin 32.5, 206.2, 234.4. 1 və 234.4.3 maddələri ilə məhkum edilməsi hissəsində ləğv edilməsini, bu hissədə cinayət işinin icraatına bəraətverici əsasla xitam verilməsi və onun cəzaçəkmə müəssisəsindən azad olunması barədə yeni qərar qəbul edilməsini. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2022-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum1 qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bir çox sübutlara və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, Məhkum1 qarşı irəli sürülmüş ittiham üzrə onun cinayət əməllərini törətməsi ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla təsdiq olunduğu halda həmin ittihamdan və hökmdən epizodlardan birinin xaric edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həmin sübutlara uyğun olmamış, məhkəmə bir çox məsələləri, o cümlədən Məhkum1 müxtəlif vaxtlarda İran İslam Respublikasına külli miqdarlarda göndərd iyi pulların mənbəyini müəyyən edə bilməmiş, bununla bağlı müəyyən araşdırma aparılmamış, araşdırma zamanı toplanmış sübutlar Məhkum1 ifadələrinə ziddiyyət təşkil etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən, işin faktiki halları ilə bağlı dolğun və düzgün nəticəyə gəlmək üçün cinayət işi üzrə toplanmış bütün sübutlar tam, obyektiv, hərtərəfli və müqayisəli araşdırılmalı, sübutların tədqiqindən əsassız imtinaya yol verilməməli, yalnız bundan sonra geniş və əlaqəli sübutlar məcmusunun bu və ya digər nəticəyə gəlməyə əsas verdiyi müəyyən edilməli, məhkəmə baxışının nəticəsinə dair yekun qərar qanuni və əsaslı olmaqla yanaşı anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən edilmiş hallar, sübutlar və məhkəmənin gəldiyi nəticələr məntiqi ardıcıllıqla şərh edilməlidir. Apellyasiya instans iyası məhkəməsinin mübahisələndirilən qərarı isə mücərrəd xarakter daşıyır və məhkəmə faktiki olaraq apellyasiya baxışı nəticəsində gəldiyi qənaəti qanunvericiliyin tələblərinə istinad etməklə cavablandırmamış, qərarda sübuta yetirilmiş hesab etdiyi cinayət əməlinin təsvirini verməmiş, məhkəmənin bu qənaəti qeyri-müəyyəndir. Mübahisələndirilən qərarda apelyasiya instansiyası məhkəməsi sübutları tam, hərtərəfli və obyektiv yoxlamasını, müqayisəli şəkildə təhlil etməsini, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməsini qeyd etsə də, həmin qərarda əksini tapmış mülahizələrindən belə təhlilin və qiymətləndirmənin aparılması görünmür. Həmçinin məhkəmə iş üzrə müvafiq qənaətə gələrkən əsasən Məhkum1 müdafiə xarakteri daşıyan ifadələrinə üstünlük verərək bu ifadələr lə ziddiyyət təşkil edən bir çox sübutlara, o cümlədən polis əməkdaşlarının və Şahid10 ibtidai araşdırma zamanı verdiyi ifadələrinə, telefon məlumatlarına, qanuna müvafiq qaydada keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticələrinə şübhə ilə yanaşmasını, ümumiyyətlə ibtidai araşdırma zamanı toplanmış sübutların qəbul edilməməsinin motivlərini öz qərarında kifayət qədər əsaslandırmamışdır. Kassasiya prortestində ətraflı təsvir edilmiş bu və digər dəlillərə əsaslanaraq dövlət ittihamçısı A.A.Ələkbərov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ və İİ hissələrinə, 63-cü maddəsinin İ, İİ və V hissələrinə Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndinə, “Mülki və siyasi hüquqlar haqqında” Paktın 1 4-cü maddəsinin 2ci bəndinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsinə, CM-nin və CPM-nin bir sıra maddələrinə, “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinə və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 06 yanvar 2021-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarına, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, əsasən də iş üzrə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında əldə edilmiş və araşdırılmış bir çox sübutlara, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarına, həmin aktlarda məhkəmələrin gəldikləri müvafiq nəticələrə istinad edən müdafiəçi A.M.Məmişov kassasiya şikayətini belə əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Məhkum1 CM-nin 32.5, 206.2, 234.4.1 və 234. 4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə CPM-nin 8-36-cı maddələrində təsbit olunmuş cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri barədə müddəalarına, eləcə də CPM-nin 145 və 146-cı maddələrinin tələblərinə uyğun deyil və onun göstərilən maddələrlə təqsirli bilinib məhkum olunması qanunsuz və əsassız olmuşdur. Həmçinin ittihamın sübut olunmasında yaranan şübhələr aradan qaldırılmamış, bütün şübhələr qanunvericiliyin tələblərinə zidd olaraq təqsirləndirilən şəxsin əleyhinə təfsir edilmişdir. Cinayət işinə baxılması zamanı araşdırılmış sübutlarla hazırki iş üzrə məhkum olunmuş Məhkum2 Məhkum1lə əlbirliyi müəyyən edilməmiş, onun haqda hər hansı bir əməliyyat məlumatı olmamış, belə məlumatın olub-olmaması aydınl aşdırılmamışdır. Məhkəmə Məhkum1 qarşı irəli sürülmüş ittihamdan epizodların birini xaric etsə də, sonradan yalnız Məhkum1 digər epizod üzrə təqsirli bilinməsi üçün mötəbər olmayan sübutlara əsaslanmış və nəzərə almamışdır ki, Məhkum1lə Məhkum2 arasında 9 oktyabr 2019-cu il tarixdən sonra heç bir telefon danışığı və ya başqa əlaqələri olmamış və sonuncunun psixotrop maddənin satışından əldə etdiyi pul vəsaitini Məhkum1 çatdırmaq istəyərkən həmin pulun məhz bu yolla əldə olunmasını ona bildirməmişdir. Bu hal isə Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olmuş şəxs kimi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamalarını bir daha sübut edir. Bu baxımdan müdafiəçi hesab edir ki, Məhkum1 barəsində qəbul edilmiş yekun məhkəmə aktları, xüsusən də apellyasiya instan siyası məhkəməsinin mübahisələndirilən qərarı məhkəmə iclaslarında tədqiq edilmiş sübutlara əsaslanmır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmir. Buna görə, müdafiəçi A.M.Məmişov Məhkum1 təqsirliliyi sübuta yetirilmədiyi halda qanunsuz məhkum edilməsini iddia edərək onun kassasiya şikayətində irəli sürdüyü tələblərin təmin olunmasını xahiş edir. Eyni mövqedən həmçinin kassasiya protestinə və kassasiya şikayətinə baxılması zamanı Məhkum1 də çıxış etmişdir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin müəllifi dövlət ittihamçısı A.A.Ələkbərov apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verilmədiyini, Məhkum1 qarşı irəli sürülmüş ittihamdan və onun barəsində çıxarılmış hökmdən epizodlardan birinin və narkotik vasitələrin və psixotrop maddələrin təkrarən qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutulmuş CM-nin 234.4.2-ci maddəsinin əsassız olaraq xaric edilməsini, habelə onun belə vasitə və maddələrin qaçaqmalçılığı cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi əməlinin CM-nin 32.5, 106.2-ci maddəs ilə düxgün tövsif edilməməsini iddia edərək öz kassasiya tələbini CPM-nin 416.1.2 və 416.1.15--ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum1 müdafiəçi A.M.Məmişov da kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada tədqiq edilməməsini, məhkəmənin qəbul etdiyi qəra rın əsasını isə yolverilməz sübutlar təşkil etməsini və bunun da nəticəsində hüquqlarını müdafiə etdiyi şəxsin əsassız və qanunsuz olaraq məhkum olunmasını iddia edərək öz müraciətində irəli sürdüyü tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.1-ci maddələrində göstərilən hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və ya törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya i nstansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestini və müdafiəçi A.M.Məmişovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum1 barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qan ununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cin ayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların d əyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduq da Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunve riciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası ilk növbədə kassasiya pro testinin dəlillərinə cavab verilməsi üçün vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir insanın, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, cinayət əməllərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpa olunmasını, onlara vurulmuş zərərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək v ə qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətl ərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, h abelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunveiciliyin tələblərinə uyğun hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanla r cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 3 3.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar s übut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqib i üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən, zərər çəkmiş şəxslərin və şahidlərin təkcə məhkəmə iclaslarında deyil, həmçinin onların məhkəməyədək icraat zamanı verdikləri ifadələrin də sübut kimi qəbul edilməsini və onlara əsaslanmasını nəzərdə tutur o halda ki, həmin ifadələr qanuni yolla, yəni CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntulara yol ve rilməməklə əldə edilsin və məhkəmə iclaslarında həmin ifadələr tədqiq olunaraq onlara müqayisəli şəkildə qiymət verilsin. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346. 1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146 -cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe h əmçinin Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyə tli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya il ə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhk əmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 2-ci hissəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cina yətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təs diq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərar ı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Göründüyü kimi, qanunvericiliyin normalarının, beynəlxalq müqavilələrin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr çəkişmə prinsi pinə uyğun olaraq məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifələrin qanuna uyğun qaydada yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası onu da vurğulayır ki, bu tələblərə nəinki cinayət işlərinə, sadələşdirilmiş icraat mteriallarına və ya xüsusi ittiham qaydasında verilmiş şikayətlərə birinci instansiya məhkəməsində baxılarkən, həmçinin həmin məhkəmənin çıxardığı hökmdən və ya qəbul etdiyi qərardan verilmiş apellyasiya şikayətlərinə və ya apellyasiya protestlərinə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən də əməl olunmalıdır. Bu zaman apellyasiya instansiyası məhkəməsinin yerinə yetirməli olan əsas vəzifələrdən biri də qəbul etdiyi yekun məhkəmə aktında apellyasiya müracitələrində əksini tapmış bütün dəlillərə əsaslandırılmış və inandırıcı cavab verməli olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkə mə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə və kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, həmin sübutların toplanması, araşdırılması və qiymətləndirilməsi zamanı birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl olunması və törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Məhz bu vəzifələri yerinə yetirən kassasiya kollegiyası hazırki iş üzrə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən qəbul edilmiş yekun qərarı təhlil edərək belə qənaətə gəlir ki, həmin məhkəmə aktı yuxarıda təsivr edilən tələblərə cavab vermir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin dəyişiklik etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 ibtidai araşdırma orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəldəri ilə təqsirli bilinərək məhkum olunsa da, apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında çıxış edən dövlət ittihamçısı A.A.Ələkbərov öz çıxışında məhkum olunmuş şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi barədə nəticəyə gələrək onun bu əməlinin CM-nin 32.5, 206.3.2-ci maddələri ilə tövsif edilm əsini təklif etmiş, apellyasiya instansiyası məhkəməsi isə bu cinayəti (qaçaqmalçılıq cinayətini) bir və ya bir neçə şəxs tərəfindən icra edilməsini dəqiq müəyyən etməyərək belə qənaətə gəlmişdir ki, həmin cinayət bir şəxs tərəfindən törədilmiş və bu əsasla da onun təhlil edilən əməlinin CM-nin 32.5, 206.2ci maddələri ilə tövsif edilməsi barədə qənaətə gəlmişdir. Lakin, belə qənaətə gələrkən də apellyasiya instansiyası məhkəməsi öz qərarında bu cinayətin törədilməsi hallarını CPM-nin 351-353-cü madələrinin tələblərinə uyğun şəkildə təsvir etməyərək qeyd etmişdir ki, iş üzrə toplanmış sübutlara əsasən narkotik vasitələrin qaçaqmalçılığını, bu cinayətin obyektiv cəhətini şəxsiyyətləri istintaqa bəlli olmayan “Y”, “X” adlı İran İslam Respublikasının vətəndaşları, şəxsiyyəti istintaqa məlum ol mayan “Z” adlı şəxs və qeyriləri icra etmiş, məhz həmin şəxslər külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirdikdən sonra, yəni qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid hərəkətlərin edilməsi başa çatdıqdan sonra Məhkum2 külli miqdarda həmin psixitrop maddələri satış məqsədi ilə götürmüş və Məhkum1lə birlikdə bu maddələrin satışını təşkil etmişdir. Göründüyü kimi, məhkəmə bir tərəfdən, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığının iki və daha çox şəxs tərəfindən törədilməsi qənaətinə gəldiyi halda, Məhkum1 həmin cinayətin törədilməsində köməkçi qismində iştirakı etməsi əməlini CM-nin 32.5, 206.2-ci maddələri ilə tövsif eməklə ziddiyyət yaratmışdır. Halbuki, məhkəmənin də istinad etdiyi CM-nin 32.5 v ə 34.2-ci maddələrinin tələblərinə və mənasına görə, cinayət əməli qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədildikdə (cinayətin obyektiv hallarına aid olan hərəkətlər bilavasitə həmin şəxslər tərəfindən icra edildikdə), digər şəxs isə bu cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etdikdə belə şəxs məhz qabaqcadan əlbir olmuş bir qrüp şəxs tərəfindən cinayətin törədilməsində köməkçi qismində cinayət məsuliyyətinə cəlb edilir. Təhlil edilən məsələyə belə hüquqi mövqedən yanaşma həmçinin “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarında da əksini tapmışdır. Belə ki, həmin Qərarın 19-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi y erlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) ə məlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Daha sonra məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında toplanmış və araşdırılmış bir sıra sübutlara istinad etməyi və onların təhlil olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum1 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında özünü ona elan olunmuş ittiham üzrə hər hansı cinayət əməlini törətməkdə təqsirli bilməmiş və cinayət təqibinin bütün mərhələlərində təxminən eyni məzmunda ifadələr verərək göstərmişdir ki, onun ittiham olunduğu cinayətlərlə heç bir əlaqəsi yoxdur, o, yanğından mühafizə alətlərinin və cihazlarını n alqısatqısı, o cümlədən, pul köçürməsi ilə məşğul olmuş, təxminən 25 ilə yaxındır ki, İran İslam Respublikasına gedərək müvafiq mallar, yəni yanğından mühafizə malları alaraq ölkədə satmış, X30 adlı tanışının vasitəsilə İran İslam Respublikasının vətəndaşı X adlı şəxslə tanış olmuş, aralarında ancaq işgüzar münasibətlər olmuş, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı onların sövdələşmələri olmamış, onun X ilə apardığı telefon danışıqları və yazışmaları telefonunun yaddaşında mövcuddur. Məhkum1 həmçinin qeyd etmişdir ki, ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən ona təzyiq göstərilmiş və ifadəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasını qeyd etməyə məcbur edilmiş, halbuki gömrük idarəsində bütün əməkdaşlar onu tanımış, hamı onun qanuni ticarətlə məşğul olduğunu bilmiş, ona ancaq pulların götürülməsi ilə müraciət edilmiş, o, da Xa müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pulun göndərilməsi ilə bağlı telefonda danışıqları aparmışdır. 03 mart 202-ci il tarixdə də, o, “Qubadlı” kafesində olarkən oraya tanımadığı şəxslər tərəfindən Xya çatdırılması üçün 8.800 ABŞ dolları məbləğində pul gətirildikdə, o, X ilə telefonla əlaqə saxlamış, ondan pulu götürüb-götürməməsini soruşmuş, sonuncu ona narahat olmamasını, pulu götürməsini, pulu gətirən adamın onun özünün tanışı olmasını demişdir. Lakin bu pulun narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi üçün nəzərdə tutulmasını X ona bildirməmiş və onların bununla bağlı heç bir danışıqları olmamışdır. İrana əvvəllər tez-tez pulları dəyişmək üçün getmiş, in diyə qədər pul köçürdüyü şəxslərin hər birinin adı və danışıqları telefonunda mövcuddur, Şahid2 adlı şəxsi əvvəllər tanımamış, sonuncu Xi da tanımamış və onların əvvəllər tanışlığı mümkün ola bilməzdi. Xya zəng edən şəxslər sonuncuya 8.800 ABŞ dolları məbləğində pul verilməli olduğunu, adam göndərməsini və pulu götürməsini demiş, Xnın xahişi ilə pulu götürməyə o, getmiş, ona zəng edən şəxs Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən "Qubadlı" kafesinə gəlməsini xahiş etmiş, həmin gün saat 23 radələrində o, “Qubadlı” kafesində olarkən, iki nəfər şəxs gələrək onun oturduğu masaya yaxınlaşmış və adının Arif olub-olmadığını soruşmuşlar. O, bunu təsdiq etdikdən sonra həmin şəxslər onun masasına əyləşmiş, onlar X ilə əlaqə saxladıqlarını və Xnın 8.800 ABŞ dolları pulu ona verməsini tapşırdığını bildirmiş, onlar həmin pulu ona vermiş, o, pulu saydıqdan sonra X ilə əlaqə saxlayaraq həmin şəxslərin 8.800 ABŞ dolları gətirdiklərini bildirmişdir. X ilə danışarkən ona kafeyə gələn şəxslərin onda şübhə yaratdığını və pulu götürməyəcəyini demiş, həmin vaxt kafeyə bir neçə mülki geyimli şəxslər daxil olmuş, ona yaxınlaşaraq çəkiliş aparılmaqla əməliyyat-axtarış tədbiri keçirdiklərini, onun X adlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, 8.800 ABŞ dolları məbləğində pulun isə narkotik vasitənin alınması üçün verildiyini bildirmişlər. O, polis əməkdaşlarına pulun narkotik vasitələrə görə verildiyini bilməməsini, narkotik vasitələrlə əlaqəsinin olmadığını bildirmiş, bundan sonra polis əməkdaşları ona Sakit adlı şəxsin Baş Narkotiklərlə Mübarizə İdarəsinə müraciət edərək X adlı şəxsin 15.000 manat pulun müqabilində 1 kiloqram narkotik vasitə satdığını və həmin narkotik vasitə üçün verilməli olan 15.000 manat məbləğində pulun isə ona verilməli olduğunu bildirdiyini demişlər. Bundan sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmış, orada o, sonuncular tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalmış, polis əməkdaşları onu etirafedici ifadələr verməyə məcbur etmiş, bundan sonra polis əməkdaşları tərəfindən Binə Ticarət Mərkəzinə və Dəmir Yol Vağzalının yanına aparılmış, X28 və X29 adlı şəxslər də saxlanılaraq Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, bir müddət saxlanıldıqdan sonra həmin şəxslər sərbəst buraxılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzbati binasına gəti rilərkən binanın birinci mərtəbəsinin dəhlizində sağ tərəfdəki sonuncu otaqda polis əməkdaşları tərəfindən əynindəki şalvarın arxa cibinə 2 bükümdə narkotik vasitə qoyulmuş, yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə vurularaq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair etirafedici ifadələr verməsi tələb edilmiş, o, Məhkum2 yalnız saxlandıqdan sonra görmüş, Məhkum2 ilə bir dəfə telefon danışığı olmuş və o, Məhkum2 ilə telefon danışığın Xin xahişi ilə aparmış, lakin Məhkum2nin verdiyi pulun narkotik vasitələrin və ya psixtrop maddələrin satışından əldə edilməsindən onun, yəni Məhkum1 xəbəri olmamışdır. İbtidai araşdırma zamanı da Məhkum1 analoji ifadələr verərək həmçinin bildirmişdir ki, o, X Əkrəmi adlı İran İslam Respublikasının vətəndaşını 5-6 ay olar ki X 30 adlı tanışının vasitəsi ilə tanımış, ticarətlə məşğul olarək İran İslam Respublikasına getmiş və bu zaman özü ilə gətirdiyi pulları X30a vermiş, sonuncu da pulları onun dediyi ünvanlara yollamışdır. 2019-cu ilin oktyabr ayının sonlarında X30 onu X ilə tanış etmiş və X30 Xun dediyi adamlardan pulları alaraq onun dediyi şəxslərə verməsini təklif edərək ona əvəzində müəyyən məbləğdə pul veriləcəyini vəd etmiş, o, da bu tapşırıqları yerinə yetirmək təklifi ilə razılaşaraq hər hansı problemin olmayacağını düşünmüşdür. Sonra X30 onun nömrəsini Xa vermiş, sonuncu onunla əlaqə saxlamış və X30un təklifini təkrarlamış, o, da bu təkliflə razılaşaraq onun bu təklifinə uyğun olaraq bir neçə dəfə müxtəlif məbləğlərdə pulu onun dediyi adamlardan alıb X26, X27, X28, X29 və digər şəxslərə vermişdir. Ape llyasiya şikayətlərinə məhkəmə baxışı iclasında sübutların araşdırılması nəticəsində apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, öz qərarı ilə Məhkum1 təqsirli bilindiyi ittihamdan xaric etdiyi epizod üzrə ikinci dəfə şərti alıcı ilə keçirilmiş tədbirdə götürdüyü 8.800 ABŞ dolları məbləğində pulun mənbəyi (narkotik vasitələrin satışından əldə edilib-edilməməsi) barədə təqsirləndirilən şəxs bilməmiş, buna dair hər hansı sübut əldə edilməmiş, eləcə də o, ittiham olunduğu əməli (şərti alıcının vasitəsilə pulu alması) dövlət orqanları tərəfindən sövq edilməsi nəticəsində törətmişdir. Bu qənaətini isə məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına istinad etməklə əsaslandırmağa çalışmışdır. Lakin həmin Qərarlardan görünür ki, yüksək Məhkəmənin formalaşdırdığ ı presedent hüququ milli məhkəmələr üçün hər bir cinayət işinə fərdi yanaşılmasını, cinayət prosesi tərəflərinin iddiaları üzrə hərtərəfli araşdırma aparılmasını və təqsirkara qarşı irəli sürülmüş ittihamın digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməsini nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi isə nəzərə almamışdır ki, onun öz qərarında istinad etdiyi Avropa Məhkəməsinin Qərarları şərti alıcı olduğu halda belə, məhkəməni konkret işin hallarının hərtərəfli araşdırılmasını və obyektiv qiymətləndirilməsini təmin etmək öhdəliyindən azad etmir, bu Qərarlarda dolayısı ilə yerli məhkəmələrə izah olunur ki, belə işlərdə şərti alıcının olması heç də bütün hallarda ittihamın əsassızlığına və şəxsin cinayət törətməyə təhrik olunması anlamına gəlmir və ittihamı təsdiq edən digər sübutl arın olub-olmaması məhkəmələr tərəfindən yoxlanılmalıdır. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə iş üzrə qəbul etdiyi həmin qərarında sərgilədiyi nəticəyə gələrkən xüsusilə onu vurğulamışdır ki, Məhkum1 satışını təşkil etməsi epizodu üzrə istinad olunan 1005 qram çəkidə narkotik vasitə heroin onun üzərindən və ya evindən, yaxud da ona məxsus olan məkandan deyil, Bakı-Quba yolunun 9-cu kilometrliyində yerləşən körpünün yanındakı qazılmış yerdən aşkar olunmuş, ibtidai araşdırma orqanı həmin narkotik vasitənin məhz Məhkum1 tərəfindən Bakı-Quba yolunun 9-cu kilometrliyində yerləşən körpünün yanına yerləşdirilməsi barədə sübutlar əldə etməmiş, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri həyata keçirilməmiş, sonuncunun 2020-ci ilin mart ayı ərzində Bakı-Qub a yolunun 9-cu kilometrliyində yerləşən körpünün yanında olub-olmaması onun mobil telefonun anten məlumatlarına əsasən araşdırılmamış (apellyasiya instansiyası məhkəməsi həqiqətin müəyyən edilməsi üçün özü də bu halları araşdıra bilərdi), Şahid10 isə ibtidai istintaq zamanı verdiyi ifadələrini isə sonradan məhkəmə iclaslarında təkzib etmişdir. Məhkəmənin mövqeyinə görə, adı çəkilən şahid ibtidai istintaq zamanı verdiyi və ittihamın məzmunu ilə uzlaşan ifadəsi real hadisələrdən ibarət olduğu qəbul olunsa belə, Məhkum1 ona qarşı irəli sürülmüş ittiham üzrə törədilməsinə, yəni X adlı şəxsə məxsus olan narkotik vasitələrin satışından əldə olunacaq pulu qəbul etməsinə Şahid10 və Şahid6 tərəfindən birbaşa təhrik edilmişdir. Həmçinin məhkəmə Şahid10 ibtidai araşdırma zamanı verdiyi ifadələrinə şü bhə ilə yanaşmasını X adlı İran İslam Respublikasının vətəndaşını və onun Azərbaycan Respublikasındakı nümayəndəsini ifşa etmək istədiyi halda, istintaq orqanına bununla bağlı səs yazılarını təqdim etməməsi, istintaq orqanı tərəfindən həmin səs yazılarına, eləcə də “İnstagram” sosial şəbəkəsindəki hesabına baxış keçirilməməsi ilə əsaslandırmışdır. Bu hallarla bağlı, məhkəmə kollegiyası əvvəla qeyd edir ki, apellyasiya instansiyasının razılaşdığı ittihamın birinci epizodu üzrə də Məhkum1 Məhkum2 tərəfindən satılmış psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması müəyyən edilməmiş, lakin buna baxmayaraq məhkəmə Məhkum1 həmin epizodla bağlı CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinməsini əsaslı hesab etmiş və bu hissədə hökmü dəyişdirmədən saxlamışdır. Dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestində mübahisələndirdiyi ittihamın ikinci epizodu üzrə yuxarıda təsivr edilən nəticəyə gələrkən isə məhkəmə nəzərindən qaçırmışdır ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum1 narkotik vasitə olan 1005 qram çəkidə heroini əldə edərək saxlamasına və daşımasına görə ittiham irəli sürülməmiş və bu ittihamın mahiyyətinə görə, onun həmin narkotik vasitənin artıq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirildikdən sonra gizlədildiyi yerə getməsi və bu halın yoxlanılması üçün ehtiyac da olmamışdır. Məhkum1 təqsirli bilindiyi bu epizod üzrə ona qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi, 03 mart 2020-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı X adlı şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsi ilə qeydiyyatd an keçmiş “Whatsapp” proqramı vasitəsi ilə tanışı Şahid10 zəng edərək 1 kiloqram narkotik vasitə heroini 15.000 manat pulun müqabilində satmaq üçün müştəri tapmasını, həmin narkotik vasitənin satışından əldə ediləcək pulu isə istifadəsində Azercell MMC-yə məxsus +994 50 ***-**-** saylı mobil telefon nömrəsi olan Məhkum1 sonradan ona çatdırması üçün verməsini bildirmiş, Şahid10 bu barədə 03 mart 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verdiyi məlumat əsasında qəbul edilmiş qərara əsasən polis əməkdaşı Şahid6 şərti alıcı qismində, Şahid10 isə təlimatlandırılmış şəxs qismində əməliyyat qrupuna daxil edilərək qeyd edilən külli miqdarda - 1 kiloqram çəkidə narkotik vasitə heroinin alınması məqsədi ilə Azərbaycan Respublikasının milli pul vahidi ilə 14.9 60 manat təşkil edən 8800 ABŞ dolları Şahid6 verilmişdir. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2020-ci il tarixdə saat 23 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən “Qubadlı” kafesində şərti alıcı Şahid6 külli miqdarda - 1 kiloqram çəkidə heroinin əvəzinə İran İslam Respublikasının vətəndaşı X adlı şəxsə çatdırması üçün 8.800 ABŞ dollarını cinayətkar qrupun digər üzvü Məhkum1 verdikdən sonra sonuncu saxlanılmış və həmin pul vəsaiti aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, Məhkum1 hazırki işin predmeti olan narkotik vasitənin satışı ilə bağlı müəyyən hərəkətlər etməsinə, yəni şərti alıcı olsa belə, Xnın satdığı külli miqdarda narkotiki vasitənin pulunu alıcıdan qəbul etməsi, sonradan isə həmin pulu Xya çatdırmasına, yəni təkrarən külli miqdarda narkotik vasitənin qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində satışını həyata keçirməyə görə ittiham elan olunmuş və o, özünün də göstərdiyi kimi, əməliyyatda iştirak edən Şahid10 və Şahid6 təhriki ilə deyil, Xnın təkidi ilə, ona narahat olmayıb pulu götürməsini, həmin pulu gətirən şəxslərin etibarlı şəxslər olmasını dedikdən sonra 8.800 ABŞ dolları məbləğində pulu qəbul etmişdir. Həm bu hallara, həm də araşdırılmış sübutlara, o cümlədən Məhkum1 və Məhkum2 verdikləri ifadələri ilə təsdiq olunan digər hallara – sonuncuların öz aralarında 2019-cu ilin oktyabr ayında dörd dəfə danışmalarına, Məhkum2 məhz psixotrop maddələrin satışından əldə etdiyi pul vəsaitinin İran İslam Respub likasında olan tanışlarına göndərilməsi üçün şərab evinə qoyaraq Məhkum1 çatdırılmasına (bu epizod üzrə Məhkum1 elan olunmuş ittihamla apellyasiya instansiyası məhkəməsi özü də razılaqşmışdır), oxşar qaydada Məhkum1 03 mart 2020-ci il tarixdə məhz narkotik vasitənin satışına görə pulun ona verilməsinə, habelə sonuncunun bundan əvvəl də dəfələrlə və müxtəlif məbləğlərdə tanımadığı şəxslərin ona verdiyi pul vəsaitini Xya çatırmaqdan ötrü başqa şəxslərə verməsinə apellyasiya instansiyası məhkəməsi öz qərarında qanuna müavafiq qaydada qiymət verməmiş, ibtidai araşdırma orqanının təsvir edilən hallara əsasən əsaslandığı sübutların təkzib edilməsini isə əsaslandırmamışdır. Məhkum2 və Şahid10 ibtidai araşdırma zamanı verdikləri ifadələrinin (bu ifadələr birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmişdir) təhlili göstərir ki, əvvəla Məhkum2 Məhkum1 çatdırılması üçün şərab evinə verdiyi pul vəsaiti məhz psixotrop maddələrin satışından əldə olunmuşdur, Şahid10 iştirak etdiyi əməliyyat tədbiri zamanı Məhkum1 təqdim olunmuş pul vəsaiti də narkoik vasitənin satışına görə əldə edilməli pul kimi ona verilmiş və hər iki halda Məhkum1 həmin pulları qəbul edərək birinci halda pulu X adlı şəxsə göndərilməsini təmin etmiş, ikinci halda isə polis əməkdaşları tərəfindən qanuna müvafiq qaydada keçirilmiş tədbir nəticəsində buna müvəffəq olmamışdır. Bu halların təkzib edilməz şəkildə sübuta yetirilməsinə baxmayaraq, apellyasiya instansiyası eyni məsələyə biri-birinə ziddiyyət təşkil edən mövqe nümayiş etdirmiş və birinci halda Məhkum1 X adlı şəxsə çatırılması üçnü qəbul etdiyi pu l vəsaitinin psixotrop maddənin satışından əldə olunmuş pul olması barədə məhkumun bilməməsini inandırcı hesab etməmiş və bu haqda ifadələrini özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirərək onları rədd etmiş, ikinci halda isə buna analoji Məhkum1 ifadələrini mötəbər sübut kimi qəbul edərək onları qəbul etdiyi qərarın əsasına qoymuş, bu ziddiyyətli nəticələrə gəlməsinin səbəblərini isə həmin qərarında heç cürə əsaslandırmamışdır. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, toplanmış sübutlara əsasən İran İslam Respublikasının vətəndaşları X, Y adında olan və digər şəxslərin Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil edərək həyata keçirmələri təkzib olunmaz sübutlarla tam təsdiq edilir və bu halın müəyyən edilməs ini apellyasiya instansiyası məhkəməsi də inkar etməmişdir. Lakin, Məhkum1 verdiyi ifadələrinə əsaslanmaqla onun bu haqda bilməməsini qismən inandırıcı hesab edən apellyasiya instansiyası sonuncunun bir dəfə deyil, dəfələrlə Xnın məhz yuxarıda göstərilən fəaliyyəti nəticəsində əldə olunmuş müxtəlif məbləğlərdə pul vəsaitlərini ona göndərməyə razılıq verməsinin və bu işin sonradan görməsinin səbəbini, motivini və əsaslarını sonacan araşdırmamış, Məhkum1lə X adlı şəxsin birgə heç bir biznesinin olmamasına baxmayaraq sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə olunmuş pul vəsaitlərini məhz Məhkum1 vasitəsilə əldə etməsinə aydınlıq gətirməmişdir. Məhkum1 Xya göndərdiyi pul vəsaitlərinin, həmçinin onun İran İslam Respublikasından gətirdiyi yanğın təhlükəsizliyi avada nlığının satışında əldə olunmuş pullar olması barədə ifadələri isə elə apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında kassasiya protestinin müəllifi olan dövlət ittihamçısı A.A.Ələkbərovun vəsatətinə əsasən əldə edilmiş sənədlərlə təkzib edilmiş və müəyyən olunmuşdur ki, Məhkum1 yalnız ərzaq məhsullarının və uşaq oyuncaqlarınını alqı-satqısı ilə məşğul olmuş və onun əldə etdiyi qazanc İran İslam Respublikasına göndərdiyi pul məbləğlərindən qat-qat az olmuşdur. Bundan başqa, Məhkum1 məxsus telefona dair apellyasiya baxışında keçirilmiş məhkəmə-kompüter texniki ekspertizasının rəyi ilə əldə edilmiş məlumatlar əsasında da müəyyən edilmişdir ki, o, əslən İrandan olan digər, eləcə də “X Meni”, "X İkrami" adı ilə kontakt siyahısında qeyd olunmuş (ekspertizadan təqdim edilən, üzərində 8 və 9 rəqəmləri qeyd olunmuş disklərdəki səs yazılarından görünür ki, bu şəxslər tez-tez fərqli nömrələrdən istifadə etmişlər) şəxslərlə 2017-2020-ci illər ərzində dəfələrlə “Whatsapp” əlaqə sistemi vasitəsilə danışıqlar aparmış, qarşılıqlı səsli mesajlar yazılmış, həmin səs yazılarında külli miqdarda pulların ayrı-ayrı şəxslər vasitəsilə Məhkum1 verilməsi və onun vasitəsilə İran İslam Respublikasına göndərilməsindən bəhs olunmuşdur (məsələn, səs yazılarına görə, 2019-cu ilin dekabr ayının 30-dan yanvar ayının 5-nə qədər olan müddətdə Məhkum1 on minlərlə manat məbləğində pulun İran İslam Respublikasının vətəndaşları olan həmin şəxslərə çatdırılmasını təmin etmişdir). Lakin, apellyasiya instansiyası məhkəməsi elə özünün keçirdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuş çoxsaylı səs yazılarının müə yyən hissəsinin məzmununu, tarixlərini (hansı müddəti əhatə etməsini) nəzərə almayaraq öz qərarında bu təkzib edilməz sübutlara qiymət verməmiş, Məhkum1 qarşı irəli sürülmüş ittiham üzrə əməlləri törətdiyi tarixlərdə X adlı şəxslə apardığı danışıqların, onların biri-birinə göndərdikləri səs yazılarının nəyi sübut, nəyi isə inkar etməsini ümumiyyətlə aydınlaşdırmamış və bu kimi təkzib edilməz sübutlara münasibətini bildirməmişdir. Daha sonra məhkəmə kollegiyası Şahid10 ibtidai araşdırma zamanı verdiyi və birinci instansiya məhkəməsinin hökmündə istinad olunan ifadələrinə diqqət yetirərək qeyd edir ki, həmin ifadələrə görə, adı çəkilən şahid bir neçə ay əvvəl “İnstagram” sosial şəbəkəsində X adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Onunla bir qədər danışdıqdan sonra X özünə məxsus +**********38 mobil nömrəsini ona vermiş və onunla “WhatsApp” vasitəsi ilə danışmağı təklif etmişdir. Bu qaydada X ilə müəyyən qədər danışmış və yaxşı münasibətləri yaranmışdır. X ona Cənubi Azərbaycandan olmasını və Azərbaycan vətəndaşları ilə çox yaxın dostluq münasibətlərinin olduğunu bildirmişdir. 2020-ci ilin mart ayının əvvəlində X ona “WhatsApp” əlaqə sistemi vasitəsi ilə səs yazısı göndərərək onda bir kiloqram narkotik vasitə heroin olduğunu, həmin heroini 15.000 manata satdığını bildirib onun üçün müştəri tapa biləcəyini soruşmuşdur. Əvvəl o, Xə fikir verməmiş, lakin sonuncu ona yenidən bu məzmunda mesaj göndərərək eyni təklifi təkrarlamış, lakin narkotik vasitələrin satışını həyata keçirənlərə, hətta istifadə edənlərə qarşı nifrət hissi bəslədiyi üçün qərara gəlmişdi r ki, X ilə razılaşıb sonradan bu barədə polis orqanlarına məlumat versin. Buna görə, o, Xə onun satdığı narkotik vasitəni almaq istəyən müştərini tapa biləcəyini vəd etmiş, müştəri tapdıqdan sonra hansı qaydada əlaqə yaradacağını və narkotik vasitəni kimdən ala biləcəyini ondan soruşmuş, sonuncu da müştəri tapdıqdan sonra ona məlumat verməsini və pulu tanışı Məhkum1 adlı şəxsə verməli olduğunu, həmin şəxsin istifadəsində (050) ***-**-** mobil nömrəsinin olduğunu və onun əsasən «Qubadlı» kafesində olmasını bildirmişdir. Bu məlumatları aldıqdan sonra o, yəni Şahid10 03 mart 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gedərək Xdan aldığı məlumatları polis əməkdaşlarına çatdırmış və sonuncular bu haqda şifahi ərizə protokolu tərtib etmişlər. Həmin protokol əsasında polis əməkdaşı Şahid6 15.000 manata təxminən bərabər olan 8.800 ABŞ dolları məbləğində pul verilmiş, ona isə X ilə əlaqə saxlayıb ona müştəri tapdığını bildirməsi tapşırılmış, özünün isə keçiriləcək əməliyyatda iştirak etməsi bildirilmişdir. O, da bu tapşırığa əsasən Xya məxsus +**********38 mobil nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə səs yazısı göndərərək polis əməkdaşlarının tapşırığına uyuğn məlumatı ona verib narkotik vasitənin alqısatqısının hansı formada aparılacağını soruşduqda X yenidən Məhkum1 adlı şəxsin mobil nömrəsini vermiş və pulu aparıb Məhkum1ə verməsini tapşırmış, bundan sonra Bakı şəhəri, Nəsimi rayonunun ərazisində fəaliyyət göstərən «Ucuzluq» marketin yaxınlığından narkotik vasitəni götürə biləcəyini bildirmişdir. Bundan sonra, o, Məhkum1ə məxsus (050) ***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və onun telefon nömrəsini ona iranlı Xnın verdiyini bildirmiş, sonradan tanıdığı Məhkum1 hal-hazırda “Qubadlı” kafesində olduğunu bildirərək müştəri ilə birlikdə ora gəlməsini təklif etmiş, o, da əməliyyatda şərti alıcı qismində iştirak edən polis əməkdaşı Şahid6la bilikdə həmin kafeyə yollanmışdır. Həmin gün təxminən saat 22 radələrində onlar qeyd edilən ünvana çatdıqda o, Məhkum1in orada olmasını müəyyən etdikdən sonra onlar sonuncunun oturduğu masada əyləşmiş və ona pul çatacağını bildirmişlər. Məhkum1 onları Xnın göndərib-göndərmədiyini soruşmuş, onlar da bunu təsdiq etdikdən sonra Məhkum1in pulları ona vermələri təklifinə əsasən Şahid6 əvvəlcədən idarədə nömrələnmiş pulları çıxararaq saymağa başlamış, daha sonra Məhkum1 pulları götürüb özü də saymışdır. Məhkum1 pulları sayıb qurtardıqdan sonra Məhkum1ə əvvəlcə narkotik vasitə heroini vermələrini və bundan sonra pulun onlara çatacağını bildirmişlər. Lakin Məhkum1 pulları alıb Xya bu barədə məlumat verəcəyini, qalan məsələlərin isə başqa şəxslər vasitəsi ilə həll ediləcəyini demişdir. Bundan sonra isə Məhkum1 telefon vasitəsilə ilə güman ki, Xya zəng edərək pulları gətirmələri barədə ona məlumat vermiş, onlara isə narkotik vasitənin satışı ilə bağlı razılıq verilməsini gözləmələrini təklif etmişdir. Şahid6 müddətin çox çəkdiyini dedikdə Məhkum1 yenidən X ilə əlaqə saxlamış, 5-10 dəqiqə ərzində konkret söz deməsini, alınıb-alınmaması barədə məlumat verməsini istəmiş və alınmadığı təqdirdə pulları qaytaracağını söyləmişdir. Həmçinin Məhkum1 əvvəllər də bu işlərlə məşğul olduğunu, Xnın sözündə bütöv olduğu nu və deyirsə edəcəyini söyləmişdir. Bir qədər sonra X “WhatsApp” prorqamı vasitəsi ilə şəkillər göndərməyə başlamışdır. Həmin şəkillərdə narkotik vasitənin qoyulduğu yer göstərilmiş, bu barədə polis əməkdaşlarına məlumat vermiş, bundan sonra videoçəkiliş aparılmaqla tədbirin keçirilməsinə başlanılmış, polis əməkdaşları özlərini təqdim edərək tədbir barədə Məhkum1 məlumat vermiş, o, yəni Şahid10 isə təlimatlandırılmış şəxs, Şahinin isə polis əməkdaşı olduqlarını və şərti alıcı qismində əməliyyatda iştirak etdiyini bildirmişdir. Əməliyyat zamanı Məhkum1 aldığı pulları təhqiqatçıya təqdim etmiş, bütün yuxarıda göstərilənləri onların yanında etiraf etməsinə baxmayaraq videoçəkilişi gördükdən sonra pulun hansı məqsədlə alındığından xəbərinin olmadığını söyləmişdir. Cinayət işinin materialların dan göründüyü kimi, Şahid10 təsvir olunmuş ifadələrində göstərdiyi xüsusatları həmçinin şahidlər Şahid1, Şahid2 və Şahid6 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında dindirilərkən təsdiq etmiş və adları çəkilən bütün şahidlərin ifadələri toplanmış və araşdırılmış digər sübutlarla da uzlaşmışdır. Apellyasiya instansiyası məhkəməsi isə öz qərarında bu sübutlara istinad etsə də həmin sübutlarla Məhkum1 qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinin təsdiq edilməməsinin səbəblərini əsaslandırmamış, bu sübutları, o cümlədən pulun alınmasına dair Məhkum1lə X adlı şəxsin razılıq əldə etmələri barədə məhkumun özünün ifadələrini qanuna müvafiq qaydada tədqiq etməmiş və onları əlaqəli şəkildə müqayisə etməklə qiymətləndirməmiş, məhkəmənin iş üzrə gəldiyi nəticə isə a ydın şəkildə təsvir olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi Şahid10 məhkəmə iclaslarında verdiyi ifadələrinə üstünlük versə də, onun ibtidai araşdırma zamanı verdiyi ifadələrinin rədd edilməsinin motivlərini də “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında nəzərdə tutulmuş izah və tövsiyələrə uyğun qaydada əsaslandırmamışdır. Halbuki, həm göstərilən şahidin, həm də digər şahidlərin dindirilmələri və başqa sübutların əldə olunması zamanı ibtidai araşdırma orqanı tərəfindən qanun pozuntularına yol verilməsini, Şahid10 ifadələrinin saxtalaşdırılmasını məhkəmə müəyyən etməmiş və bunlarla bağlı hansısa təhlil aparılmasına ehtiyac görməmişdir. Bütün təsvir edilənlərdən çıxış edib kassasiya protestinin dəlilləri ilə razıl aşan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsini qeyd edərək belə qənaətə gəlir ki, belə pozuntularla qəbul edilmiş yekun qərar qüvvədə saxlanıla bilməz və kassasiya protesti təmin edilərək həmin qərar ləğv edilməli, cinayət işi isə yeni apellyasiya baxışına qaytarılmalı, yuxarıda göstərilən ziddiyyətlərin və nöqsanların aradan qaldırılması üçün iş üzrə təkrar araşdırma aparılmalı, araşdırma zamanı əldə olunmuş sübutlar bir daha tədqiq edilib onlara qiymət verilməli, xüsusən də kassasiya müraciətlərinə baxılmasına hazırlıq mərhələsində Ali Məhkəməyə daxil olmuş və cinayət işinin materiallarına əlavə edilmiş Məhkum2 ərizəsi üzrə xüsusatlar barədə o, təkrarən dindirilməli və yalnız bundan sonra iş üzrə əsaslandırılmış və qanuni qərar qəbul edilməlidir. Belə olan halda məhkəmə kollegiyası müdafiəçi A.M.Məmişovun kassasiya şikayətinin dəlillərinə ətraflı cavab verilməsini, bu dəlillərə müvafiq olaraq hər hansı nəticəyə gəlməyi mümkün bilmir, lakin bununla belə qeyd etməyi lazım bilir ki, müdafiəçi kassasiya şikayətində istinad edilən dəlillərdən daha geniş, o cümlədən iş üzrə bir sıra sübutların qanun pozuntularına yol verilməklə əldə olunması haqqında dəlilləri apellyasiya şikayətində və apellyasiya instansiyası məhkəməsinin iclasında etdiyi çıxışında da irəli sürmüş, lakin apellyasiya instansiyası məhkəməsi öz qərarında bu dəlillərin əksəriyyətinə əsaslandırılmış cavablar verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hal müdafiəçi A.M.Məmişovun da kassasiya şika yətinin qismən təmin edilərək kassasiya qaydasında mübahisələndirilən 01 noyabr 2023-cü il tarixli qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini labüd edir, lakin belə vəziyyətdə həmin qərar ləğv edilməklə cinayət işinin icraatına Məhkum1 aid hissədə bəraətverici əsaslarla xitam verilməsi üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirib təhlil edərək, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi haqda Məhkum1 və onun müdafiəçisi A.M.Məmişovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti tam, kassasiya şikayəti isə qismən təmin edilməklə hazırki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli qərarı Məhkum1 CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilməli və cinayət işi bu hissədə yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Döv lət ittihamçısı A.A.Ələkbərovun kassasiya protesti tam, müdafiəçi A.M.Məmişovun kassasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli qərarı Məhkum1 CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilsin və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-841/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-841/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver