Məhkəmə qərarları › İş №1(102)-841/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-841/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-841/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 1986-cı ildə Ukrayna Respublikasının Çerniqov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həb sdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli 1(103)-1284/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 fevral 2024-cü il tarixli 1(101)-542/2024 nömrəli hökmü ilə (hakimlər: T.Q.Hüseynov (sədrlik edən), Ə.Q.Quliyev və F.A.Namazov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 4 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli 1(103)-542/2024 nömrəli qərarı ilə (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və H.Ç.Məmmədov) apellyasiya şikayəti təmin edimiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 fevral 2024-cü il tarixli 1(101)-542/2024 nömrəli hökmü dəyişdirilmişdir. Məhkum CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəza sı təyin edilmişdir. İşin halları: Verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd şəffaf rəngli sellofan bağlamada, külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,879 qram, 1,449 qram, 1,084 qram, 1,206 qram, 1,272 qram, 0,668 qram, 0,900 qram, 1,497 qram - ümumi təmiz çəkisi 9,955 qram psixotrop maddə metamfetamini 200 manat nağd pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04 mart 2023cü il tarixdə saat 10:40-da ünvan 3 ünvanının yaxınlığında saxlanılıb ünvan 4rləşən 34-cü Polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişd ən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bağlamada, ayrıayrılıqda təmiz çəkiləri 1,879 qram, 1,449 qram, 1,084 qram, 1,206 qram, 1,272 qram, 0,668 qram, 0,900 qram, 1,497 qram - ümumi təmiz çəkisi 9,955 qram külli miqdarda, ağ rəngli, kristalşəkilli, tozşəkilli kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət itti hamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, Məhkum üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofan bağlamada, külli miqdarda - ümumi təmiz çəkisi 9,955 qram psixotrop maddə metamfetaminin ayrıayrılıqda təmiz çəkiləri 1,879 qram, 1,449 qram, 1,084 qram, 1,206 qram, 1,272 qram, 0,668 qram, 0,900 qram, 1,497 qram olmaqla 8 ədəd bükümlərə bölünməsini, onun özünün narkomaniya xəstəliyindən əziyyət çəkməməsini nəzərə almayaraq əməlini CM-in 234.1-1-ci maddəsinə tövsif etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kas sasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, biri nci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum verilmiş ittihamın tövsifi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə görə “Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdə-beş ildən on iki ilədək müdd ətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il t arixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzg ün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1 -1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən cinayət işinin materiallarında olan “cinayət əməlini törətməsi ibtidai istintaq zamanı özünün etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokol, diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol, CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol, məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1337 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2785 nömrəli rəyi kimi sübutlara istinad etmişdir. Məhkəmə kollegiyası apelyasiy a instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, istər ibtidai istintaq zamanı verilmiş, istərsə də məhkəmə istintaqı zamanı verilmiş ifadələrində Məhkum daşıdığı psixotrop maddəni özünün istifadə etməsi məqsədi ilə əldə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin təqsirləndirilən şəxs Məhkum qeyd olunan etiraf edici ifadəsi ilə əlaqədar aşağıda istinad edilən dəyərləndirməsini əsaslı hesab edir. Belə ki, apelyasiya instansiyasının gəldiyi nəticəyə görə: “.... nə ibtidai araşdırma orqanı, nə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişlə r. Halbuki, bu halların müəyyən edilməsi Məhkum əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə etməsi, qeyd edilən vasitənin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, Bakı şəhəri Xətai RPİ-in İŞ-in müstəntiqi, polis mayoru X Məhkum psixotrop maddələri əldə etdiyi mənbənin əməliyyat yolu ilə müəyyən edilərək dindirilməsi, habelə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, əgər məşğuldursa, kimlərəsə satıbsa tmaması, bundan başqa əvvəllər belə bir fəaliyyətlə məşğul olub-olmamasının müəyyən edilməsinə dair verdiyi 9 mart 2023-cü il tarixli əməliyyat tapşırığına Bakı şəhəri Xətai RPİnin 34-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı X 13 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, Məhkum narkotik vasitə və psixotrop maddələri haradan əldə etməsi ilə bağlı tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilir, müsbət nəticə əldə olunduğu təqdirdə əlavə məlumat veriləcəkdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum CM-in 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki birinci instansiya məhkəməsində onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki apelyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiqin özündə belə təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olubolmamasına dair konkret sübut olmamış, bu halın müəyyən edilməsinə dair əməliyyat tapşırığı verilsə də, həmin tapşırığa cavab məktubunda yalnız Məhkum narkotik vasitə və psixotrop maddələri haradan əldə etməsi ilə bağlı əm əliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi, müsbət nəticə əldə olunduğu təqdirdə əlavə məlumat veriləcəyi əks olunmuşdur ki, bu da Məhkum ona ittiham olunan cinayət əməlini törətməsinə dair mötəbər sübutların əldə edilmədiyinə dəlalət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işinin materiallarında təqsirkarın psixotrop maddələrin satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması hallara rast gəlinməmişdir. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Məhkum onda aşkar edilrərək götürülmüş psixotrop maddə nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin psixotrop maddəni ona satacağı barədə hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq psixotrop maddənin müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 14 6.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum aşkar edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda olan psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşıması kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlməsi qanuni və əsaslı olmuşdur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi barədə kassasiya prot estinin dəlillərini əsassız hesab edir. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi öz ifadələri, şahid ifadələri, iş üzrə müvafiq istintaq hərəkətləri protokolları və digər sübutlarla tam təsdiq olunur, apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq məhkəmə tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin CMin 234.1-1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təq sirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin poz ulması, bu səbəbdən də CPM-in 416.1.2- və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir, ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassaiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar