Məhkəmə qərarları › İş №1(102)-842/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-842/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-842/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azə rbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim: X12) 03 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Bakı şəhərində qeydiyyatda olmaqla yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsir li bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu vaxtdan, yəni 13 fevral 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə) məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən, Məhkum, 2020-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri ərazisində, metronun "20 Yanvar” stansiyasının yaxınlığında istintaqa "XXX” adı ilə məlum olan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə 60 manata 0,325 qram və 0,221 qram olmaqla, ümumi xalis çəkisi 0,546 qram təşkil edən iki bükümdə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin alıb əldə edərək, üzərində saxlamaqla daşımış, 12 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsində yerləşən 65 saylı orta məktəbin yaxınlığında həmin narkotik vasitənin bir bükümdə 0,325 qramını X3 qanunsuz olaraq 20 manata satmış, 13 fevral 2020-ci il tarixdə saat 13 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsində, "Dakar meydanı” yaxınlığında C C C saxlanılaraq ünvan 1 ünvannda yerləşən Nizami rayon Polis İdarəsinə gətirilib, xidməti otaqların birində üzərinə baxış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, onun satdığı həmin 0,325 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq qeyd edilən gün, yəni 13 fevral 2020-ci il tarixdə saat 18 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsində yerləşən 65 saylı orta məktəbin yaxınlığında Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinə gətirilib xidməti otaqların birində üzərinə baxış keçirilərkən əynində olan boz yun gödəkçənin sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik, toz halında olan, bir bükümdə həmin 0,221 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi kassasiya şikayəti verərək həmin qərarın qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyini vurğulamışdır. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində heç bir qanuni əsas olmadan əməliyyat tədbirinin təxirə salınmadan keçirilməsi, saxlanıldığı vaxtla üzərinə baxış keçirilməsi arasındakı vaxt fərqinin uyğun olmaması, habelə şübhəli şəxs qismində tutulmamışdan əvvəl barəsində şəxsi axtarış keçirilməsi CinayətProsessual qanunvericili yin tələblərini, o cümlədən Məhkum hüquqlarını kobud surətdə pozmaqla əldə olunmuşdur və Ali Məhkəmənin Plenumunun müvafiq Qərarına əsasən həmin prosessual sənədlərin sübut kimi hüquqi qüvvəsi yoxdur, məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Lakin buna baxmayaraq məhkəmədə həmin sübutlar tərəfimdən mübahisələndirilsə də, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi tərəfindən həmin sübutların mötəbərliliyi araşdırılmamış, təqsirləndirilən şəxs barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Apellyasiya instansiyasında işə baxılarkən tərəfimdən işin obyektiv araşdırılması, iş üzrə sübut əhəmiyyəti olan prosessual sənədlərin sübut kimi mötəbərliyinin yoxlanılması barədə bildirsəm də, apellyasiya məhkəməsi tərəfindən qeyd e tdiyim xüsusatlar ümumiyyətlə araşdırılmamışdır. Belə olduğu təqdirdə Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsi açıq aşkar absurd və düzgün olmayan ittihamdır və bütün bunlara baxmayaraq onun barəsində ittiham hökmü çıxarılması əsassızdır. Göründüyü kimi, hər iki instansiya məhkəməsi işin hərtərəfli, obyektiv araşdırılmasında maraqlı olmamışdır. Məhkəmə tərəfindən yalnız təqsirləndirilən şəxsə məxsus telefondan aşkar olunmuş mesaj mətnlərinə və istintaq zamanı onun Özünün və digər təqsirləndirilən şəxsin ona qarşı vermiş olduğu ifadəyə əsaslanmış, habelə iş üzrə toplanmış digər sübutların mötəbərliyinə düzgün hüquqi qiymət vermədən həmin sənədlərə sübut kimi istinad edərək ittiham hökmü çıxarmışdır. Halbuki iş üzrə sübut kimi qəbul olunmuş mesaj mətnləri nə biri nci, nə də apellyasiya instansiyasında ümumiyyətlə tədqiq olunmamışdır. Belə ki, həmin mesajların kimə və ya kim tərəfindən yazıldığı və məzmununun nədən ibarət olması araşdırılmamışdır. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və həmin ittiham üzrə məhkumun barəsində bəraət qərarı çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər ü zrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edi lməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid ifadələri, ekspert rəyi və di gər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan baxış keçirilməsi barədə 13 fevral 2020-ci il tarixli protokoldan görünür ki, 13 fevral 2020-ci il tarixdə, təxminən saat 13 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsində yerləşən "Dakar meydanı” yaxınlığında keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və istifadəsində şübhəli bilinən X1 üzərinə Nizami RPİ-nin inzibati binasının 313 saylı xidməti otağında baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl X3 üzərində qanuns uz hər hansı bir əşyanın olub-olmadığı barədə soruşulmuş və olduğu təqdirdə könüllü təhvil verilməsi təklif edilmişdir. X7 əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olan siqaretin qızılı kağızına bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik toz halında maddəni təhqiqata təqdim etmişdir. Həmin maddənin nə olması barədə C.C sual olunduqda o, həmin maddənin narkotik vasitə olan heroin olmasını, həmin maddəni 12.02.2020-ci il tarixdə yaşadığı Zığ qəsəbəsindən tanıdığı YYY adlı şəxsdən 40 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarında olan baxış keçirilməsi barədə 13 fevral 2020-ci il tarixli protokoldan görünür ki, 13 fevral 2020-ci il tarixdə, saat 18:00 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbə si, İ.Süleymanov küçəsində yerləşən 65 saylı orta məktəbin yaxınlığında keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışında şübhəli bilinən Məhkum üzərinə Nizami RPİ-nin inzibati binasının 313 saylı xidməti otağında baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Məhkum üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmadığı barədə soruşulmuş və olduğu təqdirdə könüllü təhvil verməsi təklif edilmişdir. Məhkum əynində olan boz yun gödəkçənin sağ yan cibində olan siqaretin gümüşü kağızına bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik toz halında maddəni təhqiqata təqdim etmişdir. Həmin maddənin nə olması barədə Məhkum sual olunduqda o, həmin maddənin narkotik vasitə olan heroin olmasını, həmin maddəni həm özü üçün istifadə etdiyini həm də satışı ilə məşğul olduğunu bildirmişdir. Məhkum vətəndaş X3 narkotik vasitə satıb satmadığı barədə soruşduqda Məhkum 12.02.2020-ci il tarixdə yaşadığı Zığ qəsəbəsində tanıdığı C C Cə 40 manat müqabilində bir büküm narkotik vasitə olan heroin satdığını bildirmişdir. İş materiallarında olan 14 fevral 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı X7 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Məhkum narkotik vasitə olan heroini aldığını sonuncunun üzünə demişdir. İş materiallarında olan 15 fevral 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokollardan görünür ki, “xxxx” MMC-dən 23.04.2020-ci il tarixli məktubla daxil olmuş CD diskə baxış keçirilmiş, baxış zamanı Məhkum ********** mobil nömrəsinə “Hardasane qap ivizdayam camatdan pulu almiwam 3 pati lazımdı”, ********** mobil nömrəsinə “Yetim acda ee hecne yoxumdu neqedeye qalersen yetim Ay qas noldu camat qasdi hayandasj Acda ayda noc bele eliyirseneee yeti adamlar qacireeeee”, ********** mobil nömrəsinə “Hacan seni firladmisam kopuyne kimi almisan artiglamasina kimi men hec kime borclu qalmaram qaldi ki yigmagma isdesen yigmaram”,********** mobil nömrəsinə “Puluyla newen var”, ********** mobil nömrəsinə “Sen menim pulmu atirsan mene? Senincun yaxsi olmaz halaldi sene” və s. mətnləri göndərdiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunveric iliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2020-ci i

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar