Məhkəmə qərarları › İş №1(102)-842/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-842/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-842/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum3, onun müdafiəçiləri X2 və Müdafiəçi2, məhkum X3 müdafiəçisi Müdafiəç i1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-cü il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi1 və Məhkum3 müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 1(091)-13/2022 nömrəli X10 (sədrlik edən), X9 və X4 (məruzəçi) ibarət tərkibdə) hökmü ilə, xx xxxxxx 1972-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay rayonu Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, Göyçay rayonu, Hacalıkənd kəndində qeydiyyatda olmaqla yaşamış, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 311.3.1 və 311.3.3cü maddələri ilə təqsirli bilinib, CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 aprel 2021-ci il tarixdən hesablanmışdır; xx xxxxxx 1963-cü il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi Ekologiya və X8 Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi vəzifəsində işləmiş, Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələri il təqsirli bilinib, CM-in 46.2 və 62-ci maddələri tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 16 aprel 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum1 da Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.3 və 313 -cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: İstintaq orqanının mövqeyinə görə Məhkum2 Göyçay rayon İcra Hakimiyyəti üzrə verilmiş 24 yanvar 2019-cu il tarixli 05 nömrəli əmrlə Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay rayonu Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3-5-ci maddələrinə əsasən, yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər vermək, nümayəndəli yin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etmək, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyrihökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək, ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək, ilin yekunları ilə bağlı hesabat yığıncağında əhaliyə (ictimaiyyətə) nümayəndəliyin fəaliyyəti haqqında məlumat vermək, nümayəndəliyin işçiləri (inzibati vəzifə tutan işçilər istisna olmaqla) barədə həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, səlahiyyətləri çərçivəsində əmrlər vermək, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını və “Notariat haqqında” Azərbaycan Resp ublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparmaq, icra hakimiyyəti başçısının yerli səviyyədə nümayəndəsi kimi müvafiq ərazidə əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, müvafiq ərazidə sanitar-epidemioloji şəraitin yaxşılaşdırılmasında, ətraf mühitin qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində iştirak etmək, şəhərin, rayonun və şəhər rayonunun yerli ekoloji proqramlarının və ətraf mühitin mühafizəsi tədbirlərinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, müvafiq ərazidə ekoloji şərait barədə əhalinin məlumatlandırılmasını təmin etmək kimi səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin sədri vəzifəsində işləmiş Məhkum1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X8 aparıcı məsləhətçisi vəzifəsində işləmiş Məhkum3 ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkət (hərəkətsizlik) və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni nümayəndəsi olduğu Qarabaqqal kəndi üzrə bələdiyyənin inzibati ərazisi üzrə dağlıq hissədə yerləşən ərazidən kərpic istehsalında xammal kimi istifadə ediləcək gil-torpaq qarışığının geniş həcmdə daşınmasına bələdiyyədə rəsmiləşmə aparılmaqla icazə verilməsi, bununla əlaqədar kənd ərazi dairəsi üzrə icra nümayəndəliyi və Regional Ekologiya və X11 tərəfindən torpaq daşınmasının qarşısını almaq üçün qanuni tədbirlər görülməməklə, daşınmaya və qeyri rəsmi qaydada artıq həcmdə daşınmaya şərait yaradılması müqabilində 2021-ci ilin fevral ayında torpaq sahəsinin daşınması məqsədilə qrup üzvü Göyçay rayonu, Qarabaqqal bələdiyyəsinin sədri Məhkum1 müraciət etmiş Şahid1 Göyçay rayonu ərazisində yerləşən kafedə qabaqcadan əlbir olduğu Məhkum1lə birlikdə görüşləri zamanı 8 saylı Regional Ekologiya və X8 qeyd edilən xarakterli razılığını onun özü almaq şərti ilə 6.000 manat məbləğində pul vəsaiti verməli olmasını bildirib, həmin məbləğdə külli miqdarda maddi neməti özü və əlbir olduğu şəxslər üçün birbaşa yolla Şahid1 şəxsən rüşvət qismində Məhkum1lə birlikdə istəyib, Şahid1 özlərinin qanunsuz tə ləbləri ilə razılaşmasına nail olub, sonradan qrup üzvü Məhkum1 Şahid1la aralarında baş tutmuş telefon danışıqları zamanı sonuncunun 8 saylı Regional Ekologiya və X8 razılığını da özlərinin almasını bildirməsi səbəbindən aralarındakı cinayətkar niyyətə uyğun olaraq Məhkum1 təşəbbüsü ilə 31 mart 2021-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndi ərazisində Şahid1la birgə həmin şöbənin aparıcı məsləhətçisi işləyən Məhkum3lə baş tutmuş görüş zamanı aralarında yaranmış cinayətkar niyyətə uyğun olaraq Məhkum1 Şahid1 özü ilə birgə 2021-ci ilin fevral ayında istədiyi 6.000 manat məbləğində pul vəsaitini qeyd edilən əməlləri müqabilində Məhkum1 özü və onun üçün, 3.000 manat pul vəsaitini isə 8 saylı Regional Ekologiya və X8 vəzifəli şəxsi Məhkum3 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət (hərəkətsizlik) və xidmət üzrə ümumi himayədarlıq və laqeydliyi üçün olmaqla, cəmi 9.000 manat məbləğində maddi nemət olan pulu rüşvət qismində Məhkum1 və Məhkum3lə birlikdə sonuncular vasitəsilə Şahid1 istəyərək, həmin puldan maddi nemət olan 5.000 manatını qeyd olunan görüş zamanı Məhkum1 Şahid1 alıb, Məhkum3lə razılaşmalarına əsasən həmin puldan sonuncuya verilməli olan 2.000 manat pulu 2 aprel 2021-ci il tarixdə sonuncu ilə Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Göyçay Petrol” yanacaqdoldurma məntəqəsinin ərazisində görüşərək Məhkum3 Məhkum1 vasitəsilə verib, bundan sonra, aldıqları rüşvət müqabilində edəcəkləri hərəkəti pərdələmək, cinayət məsuliyyətindən yayınmaq məqsədilə Məhkum1 16 aprel 2021-ci il tarixdə Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin həmin k ənddə yerləşən inzibati binasındakı xidməti otağında cinayətdən xəbərsiz həmin bələdiyyənin üzvü Şahid2 verdiyi tapşırığa əsasən, sonuncu vasitəsilə Şahid1la Qarabaqqal bələdiyyəsi arasında rəsmi sənəd olan torpaq daşınması barədə müqavilə hazırlamaqla həmin müqavilənin tarix hissəsində bilə-bilə yalan, yəni guya tərəflər arasında müqavilənin 5 aprel 2021-ci il tarixdə bağlanmasına dair məlumatlar tamah və şəxsi niyyətlə yazıldıqdan sonra həmin müqaviləni Məhkum1 şəxsən imzalayıb, Qarabaqqal bələdiyyəsinin möhürü ilə təsdiqləməsindən sonra həmin bələdiyyənin inzibati binasında sonuncu ilə birlikdə Şahid1la görüşüb sonuncudan rüşvət qismində istədikləri puldan qalan 4.000 manat məbləğində pul vəsaitindən 2.500 manat olan hissəsini Məhkum1 vasitəsilə həmin vaxt aldıqdan sonra həmin pul vəsai tindən 1.500 manatını tərtib edilən müqavilə üzrə mədən vergisi qismində həmin bələdiyyənin hesabına qrup üzvü Məhkum1 tərəfindən cinayətdən xəbərsiz Şahid2 vasitəsilə ödəyib, bundan sonra Şahid1 rüşvət qismində istədikləri puldan qalan 1.500 manat məbləğində pul vəsaitini isə həmin gün saat 13 radələrində Göyçay rayonu, Qarabaqqal kəndinin ərazisində yerləşən “Sərin məkan” kafesində sonuncudan Məhkum1 vasitəsilə almaqla, ümumilikdə 31 mart 2021-ci ildən 17 aprel 2021-ci il tarixədək olan müddətdə ümumilikdə külli miqdar təşkil edən cəmi 9.000 (doqquz min) manat məbləğində maddi nemət olan pul vəsaitini vahid niyyətlə Məhkum1 və Məhkum3lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sonuncular və özü üçün Məhkum1 vasitəsilə birbaşa yolla Şahid1 rüşvət qismində istəyib alaraq yaratdıqları cinayətkar qrup üzvlərinin məqsədlərinə uyğun aralarında bölmüşlər. Məhkum3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 29 yanvar 2021-ci il tarixli 074/k nömrəli əmrlə 8 saylı Ərazi Ekologiya və X8 Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən vəzifə təlimatına əsasən, xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunmasına nəzarət edilməsi və bununla əlaqədar sektor müdirinə müvafiq təkliflərin təqdim edilməsi, xidməti ərazidə ətraf mühitin və əlverişli ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməs i, ətraf mühit üzrə çirkləndirici mənbələrin uçotunun aparılması, onların ekoloji zərərlilik dərəcəsinin müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi, ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi və hesablanması, ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıların müəyyənləşdirilməsi, normativ ödəmələrin tətbiqi və ödənilməsi istiqamətində müvafiq işlərin görülməsi, respublikada fəaliyyət göstərən xarici şirkətlərin müvafiq obyektlərinin təbiəti mühafizə təyinatlı qurğularının, avadanlıqların istismara buraxılması üzrə yaradılmış komissiyalarda (o cümlədən, yerli və ölkəxarici səviyyədə yaradılmış) iştirak edilməsi, xidməti ərazisində öz səlahiyyətləri daxilində ətraf mühitin mühafizəsi v ə təbii ehtiyatların monitorinqi üzrə dövlət proqramlarının müvafiq qaydada hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi, dövlət ekoloji ekspertiza rəylərinin tələblərinə riayət edilməsinə nəzarət edilməsi, təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziya və icazənin, təbiətdən istifadə müqavilələrinin şərtlərinə əməl edilməsinə nəzarət edilməsi, meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə, su obyektlərindən səmərəli istifadəyə, yerüstü və yeraltı suların çirklənmədən qorunmasına nəzarət edilməsi, ovu və satışı məhdudlaşdırılmış su bioloji resurslarının qanunsuz dövriyyəsinə nəzarət edilməsi və satışının qarşısının alınması istiqamətində davamlı monitorinq və nəzarət tədbirlərinin həyata keçirilməsi, ətraf mühitin mühafizəsinə nəzarətin təşkilində sektorun digər əməkdaşları ilə birgə fəaliyyətin həyata keçirilməsi, fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılması və müvafiq tədbirlər görülməsi, xidməti ərazi üzrə ətraf mühitin mühafizəsi ilə bağlı görülmüş işlərə dair hesabatların qəbul edilməsi, sektorda hesabatların ümumiləşdirilməsi, bunun əsasında məlumat bankının yaradılması və ümumiləşdirilmiş hesabatların hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin sədri vəzifəsində işləy ən Məhkum1 və Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay rayonu Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Məhkum2 ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkət (hərəkətsizlik) və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq fəaliyyətinin təsiri altına düşən Göyçay rayonu Qarabaqqal kəndinin dağlıq hissəsində yerləşən ərazidən kərpic istehsalında xammal kimi istifadə ediləcək gil-torpaq qarışığının geniş həcmdə daşınmasına Qarabaqqal bələdiyyəsində rəsmiləşmə aparılmaqla icazə verilməsi, bununla əlaqədar kənd inz ibati ərazi dairəsi üzrə nümayəndəliyi və işlədiyi Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən torpaq daşınmasının qarşısını almaq üçün qanuni tədbirlər görülməməklə, daşınmaya və qeyri-rəsmi qaydada artıq həcmdə daşınmaya şərait yaradılması müqabilində 2021-ci ilin fevral ayında torpaq sahəsinin daşınması məqsədilə Məhkum1 müraciət etmiş Şahid1 ilə aralarında 31 mart 2021-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndi ərazisində Məhkum1 təşəbbüsü və iştirakı ilə baş tutmuş görüş zamanı Şahid1 cinayətkar qrupun üzvü Məhkum1lə birgə sonuncunun digər qrup üzvü Məhkum2la 2021ci ilin fevral ayında istədiyi 6.000 manat məbləğində pul vəsaitini qeyd edilən əməlləri müqabilində sonuncular, 3.000 manat pul vəsaitini isə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edə cəyi hərəkət (hərəkətsizlik) və xidmət üzrə ümumi himayədarlıq və laqeydliyi müqabilində özü üçün olmaqla, cəmi 9.000 manat məbləğində külli miqdarda maddi nemət olan pulu rüşvət qismində Məhkum1lə birlikdə şəxsən birbaşa yolla Şahid1 istəyərək, həmin puldan maddi nemət olan 5.000 manatını qeyd olunan görüş zamanı Şahid1 Məhkum1 vasitəsilə özü və digər qrup üzvləri üçün alıb, Məhkum1lə razılaşmalarına əsasən həmin puldan özünə verilməli olan 2.000 manat pulu 2 aprel 2021ci il tarixdə sonuncu ilə Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Göyçay Petrol” yanacaqdoldurma məntəqəsinin ərazisində görüşərək Məhkum1 qəbul edib, bundan sonra, aldıqları rüşvət müqabilində edəcəkləri hərəkəti pərdələmək, cinayət məsuliyyətindən yayınmaq məqsədilə qrup üzvü Məhkum1 16 aprel 2021-ci il tarixdə Göyçay r ayonu Qarabaqqal bələdiyyəsinin həmin kənddə yerləşən inzibati binasındakı xidməti otağında cinayətdən xəbərsiz həmin bələdiyyənin üzvü Şahid2 verdiyi tapşırığa əsasən, sonuncu vasitəsilə Şahid1la Qarabaqqal bələdiyyəsi arasında rəsmi sənəd olan torpaq daşınması barədə müqavilə hazırlamaqla həmin müqavilənin tarix hissəsində biləbilə yalan, yəni guya tərəflər arasında müqavilənin 5 aprel 2021-ci il tarixdə bağlanmasına dair məlumatlar tamah və şəxsi niyyətlə yazıldıqdan, eləcə də həmin müqaviləni Məhkum1 şəxsən imzalayıb, Qarabaqqal bələdiyyəsinin möhürü ilə təsdiqləməsindən sonra həmin bələdiyyənin inzibati binasında qrup üzvləri Məhkum2la Məhkum1 birlikdə Şahid1la görüşüb sonuncudan rüşvət qismində istədikləri puldan qalan 4.000 manat məbləğində pul vəsaitindən 2.500 manat olan hissəsini həmin vaxt Məhkum1 və Məhkum2 vasitəsilə aldıqdan sonra həmin pul vəsaitindən 1.500 manatını tərtib edilən müqavilə üzrə mədən vergisi qismində həmin bələdiyyənin hesabına Məhkum1 tərəfindən cinayətdən xəbərsiz Şahid2 vasitəsilə ödənilib, bundan sonra Şahid1 rüşvət qismində istədikləri puldan qalan 1.500 manat məbləğində pul vəsaitini isə həmin gün saat 13 radələrində Göyçay rayonu, Qarabaqqal kəndinin ərazisində yerləşən “Sərin məkan” kafesində sonuncudan Məhkum1 və Məhkum2 vasitəsilə almaqla, 31 mart 2021-ci ildən 17 aprel 2021-ci il tarixədək olan müddətdə ümumilikdə külli miqdar təşkil edən cəmi 9.000 (doqquz min) manat məbləğində maddi nemət olan pul vəsaitini vahid niyyətlə Məhkum2 və Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sonuncular və özü üçün Məhkum1 vasitəsilə bi rbaşa yolla Şahid1 rüşvət qismində istəyib alaraq yaratdıqları cinayətkar qrup üzvlərinin məqsədlərinə uyğun aralarında bölmüşlər. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), Gündüz Abbasov və Günay Cavadova) 16 noyabr 2022-ci il tarixli, 1(107)-329/2022 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 1(091)-13/2022 saylı hökmü Məhkum2 və Məhkum3 aid hissədə dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum2 və onun müdafiəçisi Müdafiəçi1, təqsirləndirilən şəxs Məhkum3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun Məhkum3 müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə məhkum edilmiş Məhkum3 barəsində bəraət qərarın çıxarılmasını xahiş etmişdir. Müdafiəçi2 məhkumun Məhkum3 müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə verərək Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(107)-329/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərarını ləğv edərək, Məhkum3 Hüse yin oğlunun barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələrin hökm və qərarı cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması ilə qəbul edilmişdir. Müdafiəçi hesab edir ki, cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Qurban X5baqcadan əlbir olması və rüşvət alması təsdiq olunmur. Ona görə də, müdafiəçinin fikrincə iş üzrə toplanmış sübutların məcmusu Məhkum2 Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinməsinə üçün kifayət etmir. İttihamın Məhkum2 Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinməsini təsdiq etmək üçün məhkəməyə təqdim ed ilmiş sübutlar ziddiyyətli və şübhəlidir. Müdafiə tərəfi hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum2 bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin satmaq kimi vəzifə səlahiyyəti olmamışdır. Bu barədə müdafiəçi və təqsirləndirilən şəxsin özü tərəfindən dəfələrlə məhkəmə kollegiyasına həm yazılı, həm də şifahi bildirilsə də, məhkəmə kollegiyası bunu nəzərə almadan qərar qəbul etmişdir. Təqsirləndirilən şəxs Məhkum2 bu cinayətin subyekti – vəzifəli şəxs olmamışdır. Buna görə də ona qarşı irəli sürülmüş ittiham tam əsassızdır. Məhkum3 müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallan tam, hərtərəfli və obyektiv araşdı rılmamış, sübutları düzgün qiymətləndirməmiş və məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Apellyasiya məhkəməsi təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlini ayrı-ayrı epizodlar üzrə də düzgün təhlil etməmişdir. Qeyd edilən epizod üzrə açıq aydın görünür ki, ittiham tərəfi zərərçəkmiş şəxsin ifadəsindən başqa heç bir yanakı sübutu məhkəməyə təqdim etməmişdir və məhkəmə də işin hallarını araşdırmadan belə bir qanunsuz hökm çıxarılmışdır. Bu da ümumilikdə təqsirləndirilən şəxsin barəsində çıxarılmış hökmün qanuniliyini kölgədə qoymuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı və məhkəmə baxışında bir sıra kobud prosessual pozuntulara yol verilmiş və bu prosessual birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Kassator hesab edir ki, birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum3 barəsində çıxardığı hökm qanunsuz və əsassız olduğundan ləğv edilməli və təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraətverici əsaslarla yeni hökm çıxarılmalıdır. Müdafiəçi2 kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, hazırki cinayət işi üzrə toplanmış sübutlar mötəbər deyil, məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən şübhəli məqamlar araşdırılmamış, ziddiyyətli məqamlar təqsirləndirilən şəxslərin ziyanına şərh edilmişdir. Belə ki, iş materiallarında ittihamın əsası kimi istinad edilən əsas sübutlar ərizəçi Şahid1 ərizəsi və təqsirləndirilən şəxs Məhkum1 ilk izahatı işin faktiki halları ilə uzlaşmır. Şahid1 istintaq vaxtı verdiyi ifadələr məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi ilə tamamilə ziddiyyətli olmuşdur. Şahid1 istintaq zamanı torpaq daşımaq qərarına dost-tanışları vasitəsilə söhbətdən sonra gəldiyini bilmişdirsə, məhkəmə baxışı zamanı bu qərara taksidə müştərisi ilə söhbətdən sonra gəldiyini bildirmişdir. Əslində bu ziddiyyətli ifadələrin hər ikisi yalandır. Şahid1 torpaq daşımaq niyyəti olmamış, ona nə dost-tanışı, nə də müştərisi tərəfindən bu barədə fikirlər söylənilməmişdir. Torpağı verəcəyi ünvan və yer bəlli olmadan 100 maşın torpağın daşınması barədə qərara gəlmək və bu məqsədlə külli miqdarda pulun verilməsi və sonda da tələb edilməməsi həqiqətləri əks etdirmir. Şahid1 məhkəmədə (səs yazısında qeydə alınmışdır) Məhkum3lə razılığa gəlmədiyini, ona hər hansı bir məbləğdə pul vermədiyini, verilmiş pulların isə Mə hkum1 və Qurban Məmmədova çatdığını bildirmişdir. Şahid1 senari üzrə Göyçay şəhərinə gedərək, təqsirləndirilən şəxsləri cinayətə təhrik etmişdir. Müdafiəçi işin hallarına qiymət verərək həmin cinayət işini polis provakasiyası hesab edir. Apellyasiya məhkəmə kollegiyası qərarında Məhkum3 təqsirinin sübuta yetirilmiş hesab edərkən, Şahid1 qeyd edilən ərizəsi və izahatını, təqsirləndirilən şəxs Məhkum1 ilkin izahatını əsas sübut kimi götürmüşdür. İş materiallarında olan digər sübutların Məhkum3 təqsirini təsdiq edən sübutlar kimi qəbul etmədiyini qeyd etmişdir. Məhkum3 təqsirini təsdiq edən sübutlar ziddiyyətlidir. Lakin məhkəmələr həmin ziddiyyətlərin aradan qaldırılması üçün lazımi araşdırmalar aparmamışdır. Apellyasiya Məhkəmə kollegiyası tərəfindən CPM-in 416.1.15-ci maddəsinə zidd olar aq törədilmiş əməlin tövsifində səhvə yol vermişdir. Bu aşağıda qeyd edilənlə təsdiq edilir. Apellyasiya məhkəmə kollegiyası qərarında təqsirləndirilən şəxslərə CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə verilmiş ittihamın düzgün tövsif edildiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının qərarında təqsirləndirilən şəxslərə vəzifəli şəxs kimi yanaşması ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçü n icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qull uqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar. Həmçinin, həmin qərara əsasən, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Təqsirləndirilən şəxslərin vəzifə təlimatlarına nəzər yetirilərkən müəyyən edilir ki, təşkilatı-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməklə onların torpaq daşınması üçün razılıq vermək və bu məqsədlə hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəb ul etmək hüququna malik olan vəzifəli şəxs olmamışdırlar. Bu yanaşma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin izahı zamanı göstərilmişdir. Hazırki halda əməlin hüquqi tövsifi təqsirləndirilən şəxslərin vəzifəli şəxs olmadıqları üçün CM-in 311-ci maddəsi düzgün tətbiq edilməmişdir. Şikayət ərizəsində verildiyi göstərilən pula gəldikdə isə, bu pulun Məhkum3 tərəfindən istənilməsi ümumiyyətlə sübuta yetməmişdir. Beləliklə, Məhkum3 vəzifəli şəxs olması, onun pul istəməsi və alması təsdiqini tapmadığından, onun barəsində ittihamın əsasına qoyulmuş sübutlar mötəbər olmadığından və düzgün qiymətləndirilmədiyindən apellyasiya məhkəməsinin hazırki qərarı ləğv edilməli və ona bəraət verilməlidir. Məhkum3 verilmiş ittihamın əsasını təşkil edən şikayətçi Şahid1 və Məhkum1 ilkin izahatı mötəbər sübut kimi qəbul edilə bilməz. Bu Şahid1 şikayət ərizəsinin realizə edilməməsi, Şahid1 polisin tabeliyində olub, hazırki cinayətdə gizli agent rolunu icra etməsi, məhkəmə baxışı zamanı verdiyi ifadəsinin istintaq zamanı verdiyi izahatdan tamamilə fərqli olması, Məhkum1 isə ilkin izahatının yalnış yazıldığı, bu məqsədlə dəfələrlə istintaq orqanına müraciət edilərək, ziddiyyətin aradan qaldırılması barədə xahişləri və məhkəmə baxışları zamanı verdiyi ifadəsinin iş materiallarında olan sübutlarla uyğun olduğu ilə təsdiqini tapır. Apellyasiya Məhkəməsinin qərarında Məhkum3 verilmiş ittihamın əsasına 2 əsas sübutun qoyulduğu qeyd edilmişdir. Bunlardan biri Şahid1 ərizəsi, digəri Məhkum1 istintaq vaxtı verdiyi ilkin ifadəsi olmuşdur. Şahid1 ərizəsinin reallıqları əks etdirmədiyi və polis provakasiyasının nəticəsində hasil olunduğu, istintaq və məhkəmə baxışları zamanı verdiyi izahatların tam ziddiyyətli olduğu ilə təsdiq edilir. Məhkum1 istintaq vaxtı verdiyi ilkin ifadəsi isə, hələ istintaq vaxtı özü tərəfindən mübahisələndirmiş və məhkəmə baxışı zamanı bu xüsusatın müəyyən edilməsi üçün verilmiş əsaslı vəsatət, əsassız olaraq təmin edilməmişdir. Məhkəmələrin niyyəti əvvəldən işi ittiham yönümlü apararaq, şəxsin barəsində ittiham hökmü çıxarması olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya şikayəti əlavənin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri qismən təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilməlidır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum3 müdafiəçiləri Məmmədov Fərhad Möhübbət oğlu və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə Məhkum3 əməlində CM-in 311.3.1 və 311.3.3-cü maddələrinin tərkib əlamətləri olmadığından və ona qarşı irəli sürülmüş ittihamın sübuta yetmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkum2 müdafiəçisi Müdafiəçi1 Məhkum2 əməlində CM-in 311.3.1 və 311.3.3-cü maddələrinin tərkib əlamətləri olmadığından və ona qarşı irəli sürülmüş ittihamın sübuta yetmədiyindən, məhkəmələr tərəfindən məhkumun əməlinin tövsifi və təqsiri barədə lazımi araşdırmanın aparılmaması ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllən in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. İbtidai istintaq orqanı Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsiri olmasını təsdiq etmək üçün məhkəməyə onların özlərinin ifadələri ilə yanaşı digər təqsirləndirilən şəxs Məhkum1 Cavanşır oğlunun, şahidlər Şahid1, Şahid2 Fəxrəddin oğlunun, Şahid3, Şahid4 ifadələri, istintaq və əməliyyat-axt arış tədbirlərinin keçirilməsi barədə protokolları və digər sübutlar təqdim etmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri həmin sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum2 və Məhkum3 onlara qarşı irəli sürülmüş ittihamda təqsiri tam təsdiq edilmişdir. Kassasiya kollegiyası birinci və apellyasiya məhkəmələrinin qanunun yuxarıda göstərilən normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq etmiş və iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum3 əməllərinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin i ş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum3 əməli Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini düzgün sayır. Bununla əlaqədar məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkumlar Məhkum2 və Məhkum3 təqsirinin sübut olunmaması və onların əməllərinin əsassız olaraq CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə tövsif edilməsi barədə dəlilləri əsaslı hesab etmir. Lakin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkumlar Məhkum2 və Məhkum3 elan edilmiş ittihama əsasən Məhkum2, Məhkum3 və Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum1 vasitəsilə Şahid1 külli miqdarda 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib alaraq yaratdıqları cinayətkar qrup üzvlərinin məqsədlərinə uyğun aralarında bölmüşlər. Eləcə də həmin ittihamdan həmçinin görünür ki, Məhkum1 Şahid1la görüşüb sonuncudan 7.500 manat məbləğində olan rüşvətlə birlikdə tərtib edilmiş müqavilə üzrə mədən vergisinin ödəməsi üçün 1.500 manat pulunu istəmiş və almışdır. İstintaq orqanı və məhkəmələr səhvə yol verərək müqavilə üzrə mədən vergisinin ödəməsi üçün 1.500 manat pulu da rüşvəti hesab etmiş və ittihamda, məhkəmə hökmündə və apelly asiya məhkəməsinin qərarında rüşvətin ümumi məbləğinin 9.000 manat olması barədə nəticəyə gəlmişlər. Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsinin dispozisiyasından görünür ki, rüşvət üzü və ya üçüncü şəxslər üçün istənilmiş və ya alınmış maddi və ya sair nemətdir. İş materiallarından isə görünür ki, həmin 1.500 manat pulu müqavilə üzrə mədən vergisinin ödəməsi üçün məhkumlar tərəfindən Şahid1 istənilmiş və alınmış, həmin pul bələdiyyənin hesabına cinayətdən xəbərsiz olan Şahid2 vasitəsilə ödənilmişdir. Məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq nəticəyə gəlir ki, mədən vergisinin ödəməsi üçün məhkumlar tərəfindən Şahid1 istənilmiş və alınmış 1.500 manat məbləğində pul rüşvətin predmeti hesab edilə bilməz və həmin məbləğ ittihamdan çıxarılmalıdır. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən nəticəyə gəlir ki, Məhkum2, Məhkum3 və Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Məhkum1 vasitəsilə Şahid1 7500 manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində istəyib almış və öz aralarında bölmüşlər. Azərbaycan Respublikası CM-in 311-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 311.3.3-cü bu maddəsində “külli miqdar” dedikdə beş min manatdan artıq olan məbləğ başa düşülür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkumların əməllərinə verilmiş hüquqi qiymət düzgün və əsaslıdır. Məhkumlar Məhkum2 və Məhkum3 cinayət məsuliyyətindən azad edilməsi və onların barəsində olan cinayət işinin icraatına xitam verilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Məhkəmə kollegiyası m əhkumlara təyin edilmiş cəza ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cüm lədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən məhkumlara təyin edilmiş cəza onların törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumların islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Cinayət işin materiallarında məhkumların cəzasının yüngülləşdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq, şikayətlərinin dəlilləri ilə qismən razılaşaraq, həmin şikayətlərin qismən təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-cü il tarixli qərarı rüşvətin miqdarına dair hissəsində dəyişdirilməsini, qalan hissədə həmin qərarın dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kas sasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qanunun yuxarıda qeyd edilən normasına əsasən məhkəmə kollegiyası kassasiya şikayəti verməyən digər Məhkum1 barəsində də rüşvətin məbləği ilə əlaqədar qərar qəbul edilməsini zəruri hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutar aq, QƏRARA ALİR: Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Məhkumlar Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum2, Məhkum3 və Məhkum1 ittihamından 1500 manat pulunun rüşvət qismində alınması çıxarılsın. Məhkum2, Məhkum3 və Məhkum1 Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilindiyi ittiham üzrə ümumilikdə külli miqdar təşkil edən 7500 (yeddi min beş yüz) manat məbləğində pulu rüşvət alması müəyyən edilsin. Qərar baxılmış kass asiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar