Məhkəmə qərarları › İş №1(102)-842/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-842/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-842/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-517/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1993-cü il tarixdə x2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, x2ndə qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində nömrəsiz fərdi yaşayış evində yaşamışdır. 2. 01 dekabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 177.2.1, 177.2.3, 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 26 may 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci inst ansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 aprel 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən saxlanc yeri sayılan obyektin pəncərəsini sındıraraq qanunsuz içəri daxil olub oradan 01 ədəd 600 manat dəyərində ot biçən aparatı, 01 ədəd 200 manat dəyərində elektrik mişarı, 75 manat dəyərində 50 metr uzunluğunda elektrik naqili, 01 ədəd 50 manat dəyərində plastik boru yapışdıran ütü, hər birinin qiyməti 3 manat olan ümumi 75 manat dəyərində 25 ədəd plastik krantları və 200 manat dəyər ində alüminium materialdan olan su pompasının ehtiyat hissələrini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 29 may 2022-ci il tarixdə, saat 00:30 radələrində Abşeron rayonu, Nübar qəsəbəsi, yeni məhəllədə yerləşən “Al” marketin qarşısında Zərərçəkmiş şəxs1 işlədiyi kafenin divarında olan reklam yazısını dartmasını cüzi səbəb kimi bəhanə gətirərək, əslində isə heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ictim ai yer olan küçədə insanların gözü qarşısında xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 sifətinə yumruqla bir dəfə zərbə vuraraq ona çənə nahiyəsinin çənə sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan qançır-şişkinliyi və səthi əzilmiş yarası kimi xəsarətləri yetirməklə dərəcəsinə görə həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaqla xuliqanlıq etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin 1(012)-175/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə 03 il müddətə, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 03 il müddətə və Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddətin ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 sentyabr 2022-ci il tarixdən hesablanması hökm ed ilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişlər.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-517/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-175/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassa siya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cinayət işi materialları, iş üzrə toplanmış sübutlar, ifadələr tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. İbtidai istintaq və məhkəmə istintaqı zamanı o, ifadə verərək göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 1772.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində onun heç bir iştirakı olmamışdır. Digər məhkum Təqsirləndirilən şəxs2 bütün ifadələri onun oğurluq cinayətinin törədilməsində iştirakının olmamasını təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara, onun və Təqsirləndirilən şəxs2 ifadəsinə heç bir əhəmiyyət vermədən işin faktiki hallarına uyğun olmayan, qərəzli, ədalətsiz qərar qəbul etmişdir. Həmçinin ona cəza təyin edilərkən atasının rəhmətə g etməsi, himayəsində ahıl yaşlı yataq xəstəsi anasının olması, səmimi peşmançılığı, zərərçəkmiş şəxslərin şikayətlərinin olmaması, ilk dəfə məhkum olunması, ailəsinin çox ağır vəziyyətdə olması, onun ağır böyrək və bel xəstəliyindən əziyyət çəkməsi, vərəm xəstəsi olmasını nəzərə alınmamışdır. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-517/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarının ləğv olunaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri üzrə daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, k assasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qa nunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi üzrə cinayətin törədilməsinə aidiyyətinin olmadığını, Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri üzrə cəzasını yüngülləşdirilən halların kifayət qədər nəzərə alınmadığını iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlillər i ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-517/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində ci nayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

22. Vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, özgə əmlakının talanması əməli ni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır (“Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 1, § 10, 03 mart 2005-ci il).

23. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəmə si Plenumunun tövsiyələrini rəhbər tutmaqla cinayət işinin materiallarını nəzərdən keçirən məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayətə aidiyyatının olmamasına dair dəlillərini əsassız hesab edir.

24. Belə ki, təqsirli bilindiyi oğurluq cinayətinə aidiyyətinin olmamasının başlıca əsası olaraq Məhkum digər məhkum Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı onun oğurluqda iştirak etməməsi barədə verdiyi ifadəsində göstərdiklərinə istinad etmişdir.

25. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə araşdırması zamanı verdiyi ifadələri zidiyyətli, birbirindən tam fərqli olsa da, onun məhkəmə qarşısında bildirdikləri cinayət işi materiallarında olan sübutla rın məcmusu ilə təkzib olunur.

26. Məhkum Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 27 aprel 2022-ci il tarixdə, saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 Sumqayıt şəhərində işlədiyi avtoyuma məntəqəsinə onunla görüşmək üçün getmişdir. Həmin avtoyuma məntəqəsində bir müddət x3la söhbət etdikdən və yemək yedikdən sonra tanışı Məhkum ona zəng vuraraq onu Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində pivə içmək üçün çağırmışdır. O, x3la birlikdə olduğunu bildirmiş və onlar birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivinə getmişlər. Orada kafelərin birində əyləşib hər üçü də spirtli içki qəbul etmişlər. Bundan sonra x4 x3dan 14 manat borc pul almış və bir azdan qayıdacağını bildirib getmişdir. Bundan sonra onlar x3 la kafedə qalmışlar. İçdikləri pivələrin pulu 9 manat etmişdir. Onun isə üstündə pul olmamışdır. Bundan sonra x4 ona zəng vuraraq “Vüsal” adlı şadlıq evinin yanına çağırmış və ona bildirmişdir ki, tək gəlsin. O, x4a x3un pulunu aldığını, sonuncunun evə getməyə pulu olmadığını və kafenin də hesabını bağlaya bilmədiklərini bildirmiş və demişdir ki, “x3un evə getməyə pulu olmadığı üçün onunla birlikdə gələcək”. x3 öz şəxsiyyət vəsiqəsini kafedə girov qoymuşdur ki, “sabah gəlib pulu ödəyəcək”, bundan sonra x3la o, “Vüsal” şadlıq evinin yanına x4la görüşmək üçün getmişlər. Oraya çatan zaman görmüşlər ki, “bir obyektin şüşəsi sınıdırılmış vəziyyətdədir”. x4 həmin obyektdən əşyaları oğurlamağı onlara təklif etmişdir. Onlar x4ın təklifi ilə razılaşmışlar. Əvvəlcə x4, sonra da o, obyektə daxil olmu şlar. x3 isə çöldə qalıb kimsə gələrsə onlara xəbər edəcəkdi. O, x4la obyektdən elektrik naqili, plastik borular, plastik boruları yapışdırmaq üçün ütü və alüminium dəmirlər götürmüşlər. Həmin əşyaları x3, x4 və o, birlikdə x4ın kirayə yaşadığı evə aparmışlar. x4 ona 2 manat pul vermişdir ki, x3la birgə evə getsin. Onlar Bakı şəhəri 20 yanvar metrostansiyasına, oradan da hər kəs öz evinə getmişdir. Həmin gün səhəri oğurladıqları alüminium dəmirləri və elektrik naqillərini Atyalı yaşayış massivində yerləşən metal qəbul məntəqəsinə 23 manata satmışlar. Ütünü və plastik boruları isə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 18 manat pul müqabilində tanımadıqları şəxsə satmışlar. Həmin pulu x4la aralarında bölmüşlər və şəxsi ehtiyaclarına xərcləmişlər.

27. Daha sonra məhkum Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində ibtidai istintaq zamanı verdiyi ifadəsini dəyişib Məhkum onlarla birlikdə oğurluqda iştirak etmədiyini bildirsə də, məhkəmə həmin hissədə cinayət təqibi üzrə toplanmış sübutların məcmusunu təhlil və bir-biri ilə müqayisə edib, yeni məzmunlu ifadəni haqlı olaraq inandırıcı hesab etməmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq düzgün nəticəyə gəlmişdir.

28. Məhkəmələrin belə mövqeyi eləcə də cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmuş ifadəsinə əsaslanmışdır ki, həmin ifadədə o, 28 aprel 2022-ci il tarixdə səhər saatlarında adının x4 olduğunu bildiyi bir nəfər şəxsin yanında tanımadığı bir nəfər şəxslə onun Abşeron rayonu Atyalı yaşayı ş massivində yerləşən metal qəbulu məntəqəsinə gələrək elektrik naqilləri və alüminium dəmirləri almağı təklif etdiklərini qeyd etmişdir. O, həmin şəxslərdən bu elektrik naqillərini və alüminium metalı haradan əldə etdiklərini soruşduqda, həmin şəxslər həmin elektrik naqillərini və alüminium dəmirlərin özlərinə məxsus olduğunu bildirmişlər. Bundan sonra o, həmin elektrik naqillərini və alüminium dəmirləri tərəzidə çəkərək x4dan almış, qarşılığında isə x4a 23 manat pul vermişdir.

29. Təfsir edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırda mübahisələndirilən qərarında apellyasiya instansiyası məhkəməsi Məhkum və digər məhkumun birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törətmələrinin təsdiqi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı digər məhkumların, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq və məhkəmə hərkətlərinin protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 127.2.3 və 221.1-ci maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin təfsiri verilən məsələ üzrə gəldiyi nəticə Məhkum apellyasiya şikayətində irəli sürdüyü dəlillərin və onlarla əlaqəli olan işin hallarının hərtərəfli və obyektiv araşdırmasına, eləcə də Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu, həmin cinayətlərin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

32. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə e dərək, məhkəmələrin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərar həmçinin müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.

33. Belə ki, məhkəmələr Məhkum cəza təyin edərkən törədilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, cəzasını yüngülləşdirən hallar kimi Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməsə də, sonuncunun ondan şikayətçi olmamasını, cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətin təhlükəli residivinin olmasını nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 127.2.3 və 221.1-ci maddələrinin sanksiyası çərçivəsində cəza müddəti seçməklə cəzanın qanunla mü əyyən edilmiş məqsədinə xidmət edən təhlükəli residivə görə müəyyən edilmiş həddə uyğun ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

34. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

35. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, m övcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

36. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

37. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

38. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 1(105)-517/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-517/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar