Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-843/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının iştirakı ilə, Məhkum Bakı Ağır Cinayətlər Məhkəmənin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərb aycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəmənin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər A.İ.Paşayev (sədrlik edən və məruzəçi), Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) Məhkum, xx xxxxx 1993-cü il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan1 qeydiyyatda olan və yaşayan, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X8 və X4 da CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinmiş və M.İ.Əşrəfov CM-nin 67.1-ci maddəsinə əsasən 500 manat cərimə və 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzalarına, T.Ş.Şahkərimov isə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, X4 və X8 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Xəqani” heykəlinin qarşısındakı ərazidə X9 taksi kimi idarə etdiyi “xxx” markalı, **-xx*** dövlət qey diyyat nişanlı avtomobilə müştəri qismində əyləşib, onları Abşeron rayonu, Xırdalan şəhərinə aparmalarını bildirərək, saat 04:30 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 119 saylı marşrutun sonuncu dayanacağına çatdıqdan sonra avtomobili H.Z.Tağıyev küçəsi istiqamətinə sürdürərək, əvvəlcədən aralarında olan razılığa əsasən avtomobilin arxa sol oturacağında əyləşən Murad Əşrəfov üstündə gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağından silah qismində istifadə edib bıçağın kəsici hissəsini arxadan sürücü Elxan Veysovun boğaz nahiyəsinə dirəyib sıxmaqla ondan hərəkət etməməsini tələb etmiş, həmin vaxt Məhkum üstündə gəzdirdiyi qara dəstəkli turist bıçağından silah qismində istifadə edərək uc hissəsini Elxan Veysovun sağ böyür nahiyəsinə dirəmiş, sonuncunun hərəkətsiz olmasından istifadə edən X4 zərərçəkmişin üzərindəki içərisində 4 manat dəyərində ***-***-**-** saylı GSM mobil nömrə olan 25 manat dəyərində Nokia markalı mobil telefonu, Məhkum isə 30 manat məbləğində nağd pulu ələ keçirərək, Elxan Veysovun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək, ümumilikdə zərərçəkmiş şəxs Veysova 59 manat dəyərində maddi ziyan vurmaqla qurdurluq cinayətini törətmişlər. Hökmdən məhkum M.İ.Əşrəfov, məhkum T.Ş.Şahkərimovun müdafiəçisi X15 və Məhkum müdafiəçisi X17 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Zeynallı Fərman Gülmalı oğlundan ibarət tərkibd ə) xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Məhkum oğlu kassasiya şikayəti verərək ona təyin olunmuş cəzanın digər alternativ cəza növü ilə əvəz edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, törətdiyi əməlini səmimi etiraf edərək zərərçəkmiş şəxslə barışıq əldə etmiş, atası vəfat etdiyinə görə ailədə yeganə qazanc gətirən şəxsdir, anasından və bacısından ibarət ailəsinin isə maddi vəziyyəti çox ağırdır. Məhkum hesab edir ki, bu hallar onun haqqında CM-nin 62 və ya 70ci madələrinin tətbiqi üçün əsas verməsinə baxma yaraq, birinci instansiya məhkəməsi humanizm prinsipini pozmaqla ona həddindən artıq sərt cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə onun apellyasiya şikayətini təmin etməyərək həmin cəzanı yüngülləşdirməmişdir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmış Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş, onun hüquqlarını apellyasiya instansiyası məhkəməsində müdafiə etmiş vəkil X10 və zərərçəkmiş X18 isə naməlum səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısının rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə məhkumun, onun müdafiəçisinin və zərər çəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansi yası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması v ə qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin q ərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürdüyü tələb və onun əsasında duran dəlilləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, həmin şikayətində ona təyin edilmiş cəzanın həddindən artıq sərt olmasını mübahisələndirir və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməklə ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş edir, yəni bu xahişini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416.1.21-ci madəsində nəzərdə tutulmuş əsasla əlaqələndirir. Belə olan halda məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Əvvəla, kassasiya şikayətinin məzmunundan görünür ki, Məhkum həmin şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham oluduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mü basiləndirmir və məhkəmələr tərəfindən onun barəsində qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci madd əsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəza nı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumnun xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996- cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhku m təqsirli bilindiyi CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyininin ümumi prinsiplərini, həm törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən halları nəzərə alan birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi CM-nin 181.2.1 və 181.2.5-ci maddələrinin sanksiyasının aşağı həddində (həmin maddələrin sanksiyasında səkkiz ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) kifayət qədər ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq cəza təini ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Cinayət qanunvericiliyinin normaları təqsirkara onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün (kassasiya şikayətində irəli sürülmüş tələb də bununla bağlıdır) həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davr anışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Məhkum digər şəxslərlə qabaqcadan əlbir olub quldurluq cinayətinin törədilməsində digər məhkumlar kimi silahdan ist ifadə etməklə fəal iştirak etmiş və onun bu davranışı törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini nəinki azaldan, əksinə artıran hal kimi qiymətləndirilməlidir. Məhkumun sonrakı davranışını göstərən halla bağlı isə qeyd edilməlidir ki, Məhkum cinayət törətdikdən sonra səmimi peşmançılıq göstərib könüllü şəkildə hüquq-mühafizə orqanlarına gəlməkdən çəkinmiş və yalnız həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün bunlar Məhkum hərəkətlərində müstəsna xarakter daşıyan cəzanı yüngülləşdirən halların müəyyən edilməməsinə, yəni onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona təyin olunmuş cəzanın təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha y üngül cəzanın təyin edilməsi üçün əsasların olmamasına və bu baxımdan kassasiya şikayətində irələ sürülmüş tələbin təmin edilməsinin mümkün olmamasına dəlalət edir. Eyni zamanda, məhkəmə kollegiyası Məhkum haqqında CM-nin 70-ci maddəsinin də tətbiq edilməsini, yəni ona təyin olunmuş cəzanın şərti hesab edilməsi üçün də əsaslar görmür ona görə ki, CM-nin 70.1-ci maddəsinin tələblərinə görə, azadlıqdan mərum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq e dən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmişlər. Beləliklə, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin təmin edilməməsi haqqında dövlət ittihamçısının çıxışını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq hesab edir ki, həmin şikayət təmin edilməməklə Məhkum CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Şahin Yusifov
Məhkəmə qərarları › İş №1(102)-843/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-843/2020
30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver