Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-843/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi oğlu), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbay can Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü ilə (hakim Hüseynov Zaur Nazim oğlu) Məhkum, xx xxxxxxxx 1983-cü il tarixdə Tovuz rayonunun Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir az yaşlı və iki yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Tovuz rayonunun Alakol kəndində qeydiyyatda olmaqla, Gə ncə şəhəri, Sevinc qəsəbəsində kirayədə yaşamış, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah məqsədilə Zərərçəkmiş şəxs8 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs8 pensiya müavinəti təyin etdirəcəyinə söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2020-ci ilin sentyabr ayının əvvəllində d əqiq məlum olmayan vaxtda yaşadığı ünvan 1 ünvanında yerləşən evində 2500 manat pulunu, 2020-ci ilin oktyabr ayının 10-12-si aralığında yaşadığı ünvan 1 ünvanında yerləşən evində 500 manat pulunu, 2020-ci il noyabr ayının əvvəllərində dəqiq məlum olmayan vaxtda yaşadığı ünvan 1 ünvanında yerləşən evində 2000 manat pulunu ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs1 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 pensiya müavinəti təyin etdirəcəyinə söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məl umatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2020-ci ilin sentyabr ayının əvvəlində dəqiq olmayan vaxtda sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən evində 1000 manat pulunu, 2020-ci ilin sentyabr ayının sonlarında dəqiq olmayan vaxtda sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən evinin qarşısındakı küçədə 200 manat pulunu ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 1200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs11 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs11 və bacısı Şahid3 qızına pensiya müavinəti və sosial yardım təyin etdirəcəyinə söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2020-ci ilin sentyabr ayının 25-də yaşadığı ünvan 3 ünvanının qarşısındakı küçədə 50 manat, 2020-ci ilin sentyabr və 2021-ci ilin mart ayları ərzində dəqiq məlum olmayan tarixdə hissəhissə 6500 manat pulunu ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 7000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs4 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs4 onun onkoloji xəstə olan arvadı Xya əlillik dərəcəsi təyin etdirəcəyinə söz verərək üzərinə götürdüyü öhdə liyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2020-ci ilin oktyabr ayının 6-da saat 23 radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən evinin qarşısında 700 manat pulunu ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs9 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs9 və azyaşlı oğlu X11 pensiya müavinətini təyin etdirəcəyinə söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan m əlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncu 2020-ci ilin oktyabr ayının əvvəlində istintaqa dəqiq məlum olmayan tarixdə Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən “Bazar Store” mağazasından “Milliön” ödəmə terminalı vasitəsilə Məhkum qeyrirəsmi birlikdə yaşadığı Şahid5 məlum olmayan “Rabitə Bank” kartına göndərdiyi 250 manat pulunu, 2020-ci ilin oktyabr ayının əvvəlində dəqiq məlum olmayan tarixdə Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən “Bazar Store” mağazasından “Milliön” ödəmə terminalı vasitəsilə Məhkum qeyrirəsmi birlikdə yaşadığı Şahid5 məlum olmayan “Rabitə Bank” kartına göndərdiyi 435 və 475 manat pulunu, 2020-ci ilin oktyabr ayının əvvəlində dəqiq məlum olmayan tarixdə Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən “Yaşıl Marketdən” “Milliön” ödəmə terminalı vasitəsilə Məhkum qeyri-rəsmi birlikdə yaşadığı Şahid5 məlum olmayan “Rabitə Bank” kartına göndərdiyi 120 manat pulu, 2020-ci ilin oktyabr ayının əvvəlində dəqiq məlum olmayan tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən “Araz” marketdən “Milliön” ödəmə terminalı vasitəsilə Məhkum qeyri-rəsmi birlikdə yaşadığı Şahid5 məlum olmayan “Rabitə Bank” kartına göndərdiyi 250 manat pulu, Gəncə şəhərində məlum olmayan bank vasitəsilə Məhkum qeyrirəsmi birlikdə yaşadığı Şahid5 “Rabitə Bank” kartına göndərdiyi 150 manat pulu, 2020-ci ilin oktyabr ayının axırlarında dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 5 ünvanında yerləşən evinin qarşısında 600 manat pulunu, 2020-ci ilin noyabr və 2020-ci ilin dekabr aylarında məlum olmayan tarixdə 2996 manat pulunu ələ keçirərək ümumi likdə ona vahid niyyətlə 5276 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs6 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs6 və onun qızı X1 pensiya müavinətini təyin etdirəcəyinə söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2020-ci ilin noyabr ayında dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 3 ünvanının qarşısında 250 manat pulunu, 2020-ci ilin noyabr ayında dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 3 ünvanının qarşısında 250 manat pulunu, 2020-ci ilin noya br ayında dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 3 ünvanının qarşısında 200 manat pulunu ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs7 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs7 pensiya müavinəti düzəldəcəyinə söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2020-ci ilin dekabr ayında dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 1 ünvanının qarşısında 600 manat pulunu, 2021-ci ilin iyul ayında dəqiq məlum olm ayan tarixdə onun yaşadığı ünvan 6 ünvanının qarşısında 200 manat pulunu ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs5 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs5 “Çernobıl” əlilliyi ilə bağlı ona minik avtomobili təyin etdirəcəyinə və Zərərçəkmiş şəxs5 arvadı Şahid2 pensiya müavinəti təyin etdirəcəyinə söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan suiistifadə etmə və aldatma yolu ilə sonuncudan 2021-ci ilin yanvar ayının əvvəlində dəqiq məlum olmayan tarix də yaşadığı ünvan 3 ünvanının qarşısında 1500 manat pulunu, 2021-ci ilin yanvar ayının ortalarında dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 1 ünvanının qarşısında 1250 manat pulunu, 2021-ci ilin fevral ayının əvvəlində dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 3 ünvanının qarşısında 1200 manat pulunu, 2021-ci ilin aprel ayının əvvəlində dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 3 ünvanının qarşısında 150 manat pulunu ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 4100 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədilə Zərərçəkmiş şəxs10 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs10 və onun anası X3 əlillik dərəcəsi təyin etdirərək pensiya düzə ldəcəyinə söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2021-ci ilin yanvar ayının əvvəlində dəqiq olmayan tarixdə Gəncə şəhəri, Hərbi Şəhərcik ünvanının yaxınlığında yerləşən “Delfin” marketinin qarşısında 300 manat pulunu, 2021-ci ilin yanvar ayının ortalarında dəqiq məlum olmayan tarixdə ünvan 8 ünvanın qarşısında 300 manat pulunu, 2021-ci ilin fevral ayının əvvəlində dəqiq məlum olmayan tarixdə ünvan 9 ünvanın qarşısında 500 manat pulunu, 2021-ci ilin fevral ayının ortalarında dəqiq məlum olmayan tarixdə ünvan 9 ünvanın qarşısında 150 manat pulunu, 2021-ci ilin mart ayının əvvəllərində dəqiq məlum olmayan tarixdə ünvan 9 ünvanın qarşısında 50 manat pulunu ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 1300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar o, tamah məqsədilə Zərərçəkmiş şəxs2 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 şəhid əri X9 adına təyin edilmiş pensiya müavinətinin müddətinin uzadılmasına söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2021-ci ilin fevral ayının əvvəlində məlum olmayan tarixdə Gəncə şəhəri, DOS-84 ünvanında yerləşən ünvanda 300 manat pulunu, 2021-ci ilin mart ayının əvvəlində məlum olmayan tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Alov Ticarət Mərkəzinin” qarşısında 400 manat pulunu, 2021-ci ilin mart ayının 20-də Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının qarşısına 200 manat pulunu ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar o, tamah məqsədilə Zərərçəkmiş şəxs3 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs3 kəsilmiş pensiya müavinətini bərpa etdirməsinə söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yol u ilə sonuncudan 2021-ci ilin mart ayının əvvəlində dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən “Şirniyyat N-1” adlı çörək sexinin qarşısında 100 manat pulunu, 2021-ci ilin mart ayının sonlarında dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri,Poçt qəsəbəində yerləşən “Şirniyyat N-1” adlı çörək sexinin qarşısında 700 manat pulunu ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 15 noyabr 2022-ci il ta rixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən onun 26 oktyabr 2021-ci il tarixdən 15 noyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 01 (bir) il 20 (iyirmi) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və məhkumun üzərində qəti olaraq 10 (on) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəza çəkdiyi müddətdə sonuncunun üzərinə yaşayış yerini hər gün saat 20:00dan növbəti gün saat 08:00-dək tərk etməm ək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, iş üzrə müəyən edilmiş faktiki hallara və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət itihamçısı Q.A.Rizvanov həmin protestini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkuma azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən cinayət qanunvericiliyində təsbit edilmiş ədalət prinsipinin tələblərini pozmuş, zərər çəkmiş şəxslərin onlara vurulmuş zərərin hər ay 100 manat olmaqla ödənilməsi ilə bağlı Məhkum anası X14 ilə razılıq əldə edilməsi barədə ərizələrinə əsaslanaraq Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cə zasını azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz etməkdə haqlı olmamışdır. Halbuki cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş ümumi maddi ziyanın məbləği 27776 manat təşkil etməklə hal-hazıra kimi ödənilməmiş qalmış, zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4la isə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı heç bir razılıq əldə olunmamışdır. Bu halara diqqət yetirməyən apellyasiya instansiyası məhkəməsi əsassız olaraq Məhkum azadlıqdan məhrum edilmədən də islah oluna bilməsi qənaətinə gəlmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə adları çəkilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik ed ənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməli olması haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasi ya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən gö ründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasib ətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya q aydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya protestinin məzmununa görə, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və həmin protestin dəlillərinə cavab verilməsi üçün əvvəla qeyd edir ki, şəxsin təkrarən və zərər çəkmiş şəxsə xeyli ziyan vurmaqla dələduzluq cinayətini törətməsi, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi onun CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və həmin maddələr əsasında dörd m in manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalarındırılmasına səbəb olur. CM-nin 15.3-cü maddəsinə əsasən, Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunduğundan CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət də az ağır cinayətlər kateqoriyasına aiddir. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəf li və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPMnin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməllərini CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbirin açıq-aşkar yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın – 03 (üç) il müddətə, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 10 (on) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür və öz qənaəti ilə bağlı vurğulayır ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddə aları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlü kəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış bir çox işlərin təhlili göstərir ki, məhkəmələr baxdıqları işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, bir qayda olaraq, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinin mümkünsüzlüyünü deyil, daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu əsaslandırmağa çalışırlar, lakin CM-nin 58.1-ci maddəsinin ikinci cümləsinin tələbl əri baxımından heç bir əsaslandırma aparmırlar. Məhkəmə kollegiyası isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və qanuni hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. Hazırki cinayət işinin materiallarından və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, həmin məhkəmə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsinə məhz CM-nin 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından yanaşmış, onun təqsirli bilindiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməmiş və belə nəticəyə gəlmişdir ki, göstrərilən maddənin sanksiyasında müəyyən edilmiş digər cəzanın – azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması cəzanın məqsədlərini təmin edə bilər. Bu nəticə araşdırılmış sübutlarla təkzib edilmədiyindən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin belə əsaslandırılması ilə razılaşır, çünki məhkəmə bu məsələnin həlli zamanı törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, himayəsində bir az yaşlı və iki yetkinlik yaşına çatmayan uşaqların olmasını, zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini, CM-nin 59-cu madəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, hə m də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən nisbətən yüngülünü azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmiş, nəticə etibarı ilə isə həm qanunvericiliyin tələblərinə əməl etmiş, həm də Azərbaycan Respublikası Konstiusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələri kifayət qədər nəzərə almışdır. Apellyasiya instansiyası iş üzrə məhkum olunmuş şəxsə cəza təyini ilə bağlı yuxarıda göstərilən qanuni və əsaslı nəticəyə gələrkən həmçinin nəzərə almışdır ki, cin ayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs9 ayrı-ayrılıqda notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasə adları qeyd edilən zərər çəkmiş şəxslər Məhkum onlara vurmuş olduğu zərərin hər ay 100 manat olmaqla ödənilməsi ilə bağlı onun anası X14 ilə razılığa gəlmiş və Məhkum şikayətçi olmadıqlarını bildirmişlər. Ümumilikdə, apellyasiya instansiyası məhkəməsinin əsaslandıqları sadalanan halların cəzanı yüngülləşdirən hallar kimi hesab etməsində məhkəmə kollegiyası heç bir qanun pozuntusu görmür, çünki belə hallarn cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması üçün CM-nin 59.2-ci maddəsinin tələblər i imkan verir və bu hallar qanunun tələb etdiyi qaydada, yəni iş üzrə araşdırılmış sübutlara əsasən müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində g östərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyət in mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə ed ir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törə dilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlid ir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, s eçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Kas sasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya protestinə görə, Məhkum daha ağır cəzanın təyin edilməsinin yeganə əsası kimi dövlət ittihamçı məhkum olunmuş şəxsin ona istinad olunan cinayət əməllərini törətməsi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanı ödəməmsini göstərsə də, məhkəmə kollegiyası belə əsaslandırma ilə razılaşmır əvvəla ona görə ki, belə hal cəzanı ağırlaşdıran kimi CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmamışdır və maddi tərkibli cinayətlərin törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməməsi heç də təqsirkara onun təqsirli bilindiyi maddənin və ya maddələrin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğu halda həmin cəzalardan ən ağırının təyin edilməsinə əsas yaratmır. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, Məhkum hazırki iş üzrə ona qarşı irəli sürülmüş ittihamın bütün epizodları üzrə təqsirli bilinməsi zərər çəkmiş şəxslərin vurulmuş zərəri sonradan mülki mühakimə icraatı qaydasında ona qarşı müvafiq iddialar qaldırmaqla tələb etmələri üçün kifayət qədər imkan yaradır və məhkum olunmuş şəxsə istənilən cəzanın, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onları bu hüquqdan istifadə edə bilmələrindən məhrum etmir. Qeyd olunanlardan başqa məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, son dövrlərdə qanunvericilik sahəsində bir sıra islahatlar aparılaraq cinayət qanununda da edilmiş əsaslı dəyişikliklər edilmiş və həmin dəyişikliklər ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin daha sərt cəzalandırılmalırının deyil, onlara qarşı humanist mövqedən çıxış etməyi tələb edir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikas ının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyə edilmişdir. Bununla yanaşı həmin Sərəncamın 10-cu bəndində cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Na zirliyinə isə tapşırılmışdır ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: 10.1. cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması; 10.2. cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; 10.3. törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması; 10.4. azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş h issəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi; 10.5. həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması. Bu Sərəncama uyğun olaraq “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu qəbul edilmiş, həmin Qanunla yeni növ cinayət cəzası – azadlığın məhdudlaşdırılması cəzası təsis edilmiş və həmin cəza CM-nin Xüsusi hissəsinin bir çox maddələrinin, o cümlədən CM-nin 178.2-ci maddə sinin sanksiyasına alternativ cəza kimi daxil edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Məhkum cəza təyini ilə bağlı məsələni həll edən apellyasiya instansiyası məhkəməsi tamamilə düzgün olaraq Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında məhkəmələrə edilmiş tövsiyələrdən, CM-nin 58-ci maddəsinin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin tövsiyələrindən çıxış etməklə əsaslı olaraq məhkuma onun təqsirli bilindiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzanın təyin edilməsinə üstünlük vermiş və bu nəticə həm işin hallarına, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həm də Məhkum şəxsiyy ətini və ailə vəziyyətini səciyələndirən hallara uyğun olmuşdur. Dövlət ittihamçısı isə bunun əksinə olan nəticəni, yəni Məhkum mütləq şəkildə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu həm kifayət qədər əsaslandıra, həm də kassasiya instansiyası məhkəməsini buna inandıra bilməmişdir. Buna görə, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını gö stərir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini nəzərdən keçirib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-843/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-843/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver