Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-843/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs Məhkum1 və onun müdafiəçisi, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Əhmədov Nofəl Mülazim oğlunun, Təqsirləndirilən şəxslər – X8, Məhkum4 və X1 iştirakları ilə xx xxxxxx 1961-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.1-ci maddəsi ilə xx xxxxxxx 1982-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Azinko yaşayış kompleksi ünvanında qeydiyyatda olan Məhkum2 Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə, x xxxxxxx 1993-cü il il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunç u rayonu, Ramana-Şuşa qəsəbəsində yaşayan X3 Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə, xx xxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum4 Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə, xx xxxxxx 1991-ci il tarixdə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana-Şuşa qəsəbəsində yaşayan X1 Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Az ərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli hökmü ilə (hakim Rauf Daşdəmirov) Məhkum1, Məhkum2 və X5 - hər biri "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması ilə əlaqədar təqsirsiz hesab edilmiş və onlara bəraət verilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC üzrə Məhkum1, Məhkum2 və X2 qarşı 198.465,83 manat məbləğində mülki iddiası baxılmamış saxlanılmışdır. Eyni zamanda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli qərarı ilə Məhkum1, Məhkum2, hər birinin "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması ilə əlaqədar CM-in 213.3-cü maddəsi ilə, X3 və Məhkum4 - CM-in 213.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmələri ilə bağlı, hər birinin barəsində CM-in 73-2.1-ci maddəsi tətbiq edilməklə onlar ayrı-ayrılıqda cinayət məsuliyyətindən azad edilmiş və barələrindəki cinayət işi üzrə icraata xitam verilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC-nin fəaliyyəti ilə əlaqədar dövlətə vurulmuş ziyanın təqs irləndirilən şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilməsi haqqında mülki iddiası isə baxılmamış saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin həm 8 iyul 2022-ci tarixli hökmündən, həm də eyni tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulov) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü və qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Y.Yusifov (sədrlik edən), Ə.Ə.Novruzov və R.M.Abdulov) kassasiya protesti və kassasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum1, Məhkum2 və X1, hər birinin "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması ilə əlaqədar hissəsində təqsirsiz bilinib həmin epizo d üzrə onlara bəraət verilməsinə və həmin məhkəmənin 8 iyul 2022-ci il tarixli qərarı ilə Məhkum1 "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması ilə əlaqədar CM-in 213.3-cü maddəsi ilə, Məhkum2 eyni əməlləri törətməsi ilə əlaqədar CM-in 213.3-cü maddəsi ilə, X3 və Məhkum4, hər birinin CM-in 213.2.2-ci maddəsi ilə barələrində CM-in 73-2.1-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmələrinə və cinayət işi üzrə icraata xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin həmin hissələrdə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), İ.M.Murğuzov və A.V.Tanrıverdiyev) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmişdir. Məhkum1 və Məhkum2 "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı epizod üzrə və X2 CM-in 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkum1 və Məhkum2 "xxxx" MMC üzrə Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə, Məhkum4 və X3 Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmə lərinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmişdir. Məhkum1 "xxxx" MMC üzrə əməlləri Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilmiş və həmin Məcəllənin 73-2.1-ci maddəsi tətbiq edilməklə o, CM-in 213.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkum2 "xxxx" MMC üzrə əməlləri Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilmiş və həmin Məcəllənin 73-2.1-ci maddəsi tətbiq edilməklə o, CM-in 213.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. X3 cinayət işi üzrə əməlləri Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsindən həmi n Məcəllənin 213.1-ci maddəsinə tövsif edilmiş və həmin Məcəllənin 73-2.1-ci maddəsi tətbiq edilməklə o, CM-in 213.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkum4 cinayət işi üzrə əməlləri Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilmiş və həmin Məcəllənin 73-2.1-ci maddəsi tətbiq edilməklə o, CM-in 213.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Məhkum1 təqsirləndirilir ondan ötrü ki, o, vahid niyyətlə "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin direktorları Təqsirləndirilən şəxs, Məhkum4, həmçinin "xxxx" (VÖEN: **********) mə hdud məsuliyyətli cəmiyyətinin direktoru Məhkum3 və Məhkum2 ilə qabaqcadan əlbir olmaqla, faktiki olaraq cəmiyyətlərin fəaliyyətinə rəhbərlik edərək, müəssisələrin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1-cü maddələrinin tələblərini pozaraq, müəssisələrin qeydiyyatda olduğu v ergi orqanına müvafiq dövrlər üzrə bəyannamə təqdim etməyərək ümumilikdə xüsusilə külli miqdar təşkil edən 500.376,9 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Belə ki, Məhkum1 Təqsirləndirilən şəxs, Məhkum4 və Məhkum2 ilə qabaqcadan əlbir olmaqla, faktiki olaraq "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə rəhbərlik edərək hüquqi ünvanı ünvan 3həri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci ilin 4-cü rübü üzrə malların təqdim edilməsindən sadələşdirilmiş vergiyə cəlb olunan hasilat 184645 manat, 4,00 faiz dərəcə ilə büdcəyə ödənilməli sadələşdirilmiş vergi 7385,80 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 7385,80 manat sadələşdirilmiş vergini az; 2017-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 843933,05 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 151907,95 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 151907,95 manat ƏDV-ni az; 2018-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 6779,66 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 1220,34 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 1220,34 manat ƏDV-ni az; 2018-ci ilin fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 12121,16 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 2181,81 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 2181,81 manat ƏDV-ni az; 2018-ci ilin mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 175407,66 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 31573,38 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 31573,38 manat ƏDV-ni az; 2018-ci ilin aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 214249,38 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 38564,89 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 38564,89 manat ƏDV-ni az; 2018-ci ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 76398,27 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 13751,69 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 13751,69 manat ƏDV-ni az; 2018-ci ilin iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 51698,0 manat, bü dcəyə ödənilməli olan ƏDVni 9305,64 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 9305,64 manat ƏDV-ni az; 2017-ci il üzrə dövriyyəsi 843933,0 manat, xərcləri 703277,50 manat, vergi tutulan mənfəəti 140655,50 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 28131,10 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 28131,10 manat mənfəət vergisini az; 2018-ci il üzrə dövriyyəsi 536654,10 manat, xərcləri 447211,75 manat, vergi tutulan mənfəəti 89442,35 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 17888,47 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 17888,47 manat mənfəət vergisini az hesablamaqla ümumilikdə külli miqdar təşk il edən 301911,07 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bundan başqa Məhkum1 Məhkum3 və Məhkum2 ilə qabaqcadan əlbir olmaqla, faktiki olaraq "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə rəhbərlik edərək hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, X20 küçəsi ev 2, mənzil 51 olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci il üzrə dövriyyəsi 5950462,80 manat, xərcləri 4958719,0 manat, vergi tutulan mənfəəti 991743,80 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 198348,76 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 198348,76 manat mənfəət vergisini a z; 2018-ci il üzrə dövriyyəsi 3512,10 manat, xərcləri 2926,75 manat, vergi tutulan mənfəəti 585,35 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 117,07 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 117,07 manat mənfəət vergisini az hesablamaqla ümumilikdə xeyli miqdar təşkil edən 198465,83 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bununla da Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkum2 təqsirləndirilir ondan ötrü ki, o, vahid niyyətlə "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin direktorları Təqsirləndirilən şəxs, Məhkum4, həmçinin "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin direktoru Məhkum3 və Məhkum1 ilə qabaqcadan əlbir olmaqla, faktiki olaraq cəmiyyətlərin fəaliyyətinə rəhbərlik edərək, müəssisələrin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1cü maddələrinin tələblərini pozaraq, müəssisələrin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə bəyannam ə təqdim etməyərək ümumilikdə xüsusilə külli miqdar təşkil edən 500376,9 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Belə ki, Məhkum2 Təqsirləndirilən şəxs, Məhkum4 və Məhkum1 ilə qabaqcadan əlbir olmaqla, faktiki olaraq "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə rəhbərlik edərək hüquqi ünvanı ünvan 3həri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci ilin 4-cü rübü üzrə malların təqdim edilməsindən sadələşdirilmiş vergiyə cəlb olunan hasilat 184645, 0 manat, 4,00 faiz dərəcə ilə büdcəyə ödənilməli sadələşdirilmiş vergi 7385,80 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etmə məklə 7385,80 manat sadələşdirilmiş vergini az; 2017-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 843933,05 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 151907,95 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 151907,95 manat ƏDV-ni az; 2018-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 6779,66 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 1220,34 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 1220,34 manat ƏDV-ni az; 2018-ci ilin fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 12121,16 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 2181,81 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 2181,81 manat ƏDV-ni az; 2018-ci ilin mart ayı üzrə əlavə dəy ər vergisi tutulan dövriyyəni 175407,66 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 31573,38 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 31573,38 manat ƏDV-ni az; 2018-ci ilin aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 214249,38 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 38564,89 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 38564,89 manat ƏDV-ni az; 2018-ci ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 76398,27 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 13751,69 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 13751,69 manat ƏDV-ni az; 2018-ci ilin iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 51698,0 manat, büdcəyə ödənilməli olan ƏDVni 9305,64 mana t göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 9305,64 manat ƏDV-ni az; 2017-ci il üzrə dövriyyəsi 843933,0 manat, xərcləri 703277,50 manat, vergi tutulan mənfəəti 140655,50 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 28131,10 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 28131,10 manat mənfəət vergisini az; 2018-ci il üzrə dövriyyəsi 536654,10 manat, xərcləri 447211,75 manat, vergi tutulan mənfəəti 89442,35 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 17888,47 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 17888,47 manat mənfəət vergisini az hesablamaqla ümumilikdə külli miqdar təşkil edən 301911,07 manat məbləğində ver giləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bundan başqa Məhkum2 Məhkum3 və Məhkum1 ilə qabaqcadan əlbir olmaqla, faktiki olaraq "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə rəhbərlik edərək hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, X20 küçəsi ev 2, mənzil 51 olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci il üzrə dövriyyəsi 5950462,80 manat, xərcləri 4958719,0 manat, vergi tutulan mənfəəti 991743,80 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 198348,76 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 198348,76 manat mənfəət vergisini az; 2018-ci il üzrə dövriyyəsi 3512,10 manat, xərcləri 2926,75 manat, vergi tutulan mənfəəti 585,35 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 117,07 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 117,07 manat mənfəət vergisini az hesablamaqla ümumilikdə xeyli miqdar təşkil edən 198465,83 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bununla da Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. X5 təqsirləndirilir ondan ötrü ki, o, "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin direktoru vəzifəsində işləyərkən, cəmiyyətin fəaliyyətinə faktiki olaraq rəhbərlik etmiş Məhkum2 və Məhkum1 ilə qabaqcadan əlbir olmaqla, cəmiyyətin fəaliyyətinə rəhbərlik edərkən, m üəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə bəyannamə təqdim etməyərək ümumilikdə xeyli miqdar təşkil edən 198465,83 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəmək dən yayındırmışdır. Belə ki, X4 və Məhkum1 ilə qabaqcadan əlbir olmaqla, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, X20 küçəsi ev 2, mənzil 51 olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci il üzrə dövriyyəsi 5950462,80 manat, xərcləri 4958719,0 manat, vergi tutulan mənfəəti 991743,80 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 198348,76 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 198348,76 manat mənfəət vergisini az; 2018-ci il üzrə dövriyyəsi 3512,10 manat, xərcləri 2926,75 manat, vergi tutulan mənfəəti 585,35 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 117,07 man at olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 117,07 manat mənfəət vergisini az hesablamaqla ümumilikdə xeyli miqdar təşkil edən 198465,83 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bununla da Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. X8 təqsirləndirilir ondan ötrü ki, o, "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin direktoru vəzifəsində işləyərkən, cəmiyyətin fəaliyyətinə faktiki olaraq rəhbərlik etmiş Məhkum2 və Məhkum1 ilə qabaqcadan əlbir olmaqla, cəmiyyətin fəaliyyətinə rəhbərlik edərkən, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma oby ekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə bəyannamə təqdim etməyərək ümumilikdə külli miqdar təşkil edən 301911,07 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Belə ki, X7 oğlu və Məhkum1 ilə qabaqcadan əlbir olmaqla, hüquqi ünvanı ünvan 3həri Lokal Gəlirlər Baş İdarəsi ndə vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci ilin 4-cü rübü üzrə malların təqdim edilməsindən sadələşdirilmiş vergiyə cəlb olunan hasilat 184645, 0 manat, 4,00 faiz dərəcə ilə büdcəyə ödənilməli sadələşdirilmiş vergi 7385,80 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 7385,80 manat sadələşdirilmiş vergini az; 2017ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 843933,05 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 151907,95 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 151907,95 manat ƏDV-ni az; 2018-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 6779,66 mana t, büdcəyə ödənilməli olan ƏDV-ni 1220,34 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 1220,34 manat ƏDV-ni az; 2018-ci ilin fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 12121,16 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 2181,81 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 2181,81 manat ƏDV-ni az; 2018-ci ilin mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 175407,66 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 31573,38 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 31573,38 manat ƏDV-ni az; 2018-ci ilin aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 214249,38 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 38564,89 manat göstərməli olduğu halda, həmin dövr üz rə vergi orqanına bəyannamə təqdim etməməklə 38564,89 manat ƏDV-ni az; 2018-ci ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 76398,27 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 13751,69 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 13751,69 manat ƏDV-ni az; 2018-ci ilin iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 51698,0 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 9305,64 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 9305,64 manat ƏDV-ni az; 2017- ci il üzrə dövriyyəsi 843933,0 manat, xərcləri 703277,50 manat, vergi tutulan mənfəəti 140655,50 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 28131,10 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 28131,10 manat mənfəət vergisini az; 2018-ci il üzrə dövriyyəsi 536654,10 manat, xərcləri 447211,75 manat, vergi tutulan mənfəəti 89442,35 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 17888,47 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 17888,47 manat mənfəət vergisini az hesablamaqla ümumilikdə külli miqdar təşkil edən 301911,07 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkum4 təqsirləndirilir ondan ötrü ki, o, "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin direktoru vəzifəsində işləyərkən, cəmiyyətin fəaliyyətinə faktiki olaraq rəhb ərlik etmiş Məhkum2 və Məhkum1 ilə qabaqcadan əlbir olmaqla, cəmiyyətin fəaliyyətinə rəhbərlik edərkən, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə bəyannamə təqdim etməyərək ümumilikdə külli miqdar təşkil edən 301911,07 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Belə ki, Məhkum4 Məhkum2 və Məhkum1 ilə qabaqcadan əlbir olmaqla, hüquqi ünvanı ünvan 3həri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci ilin 4-cü rübü üzrə malların təqdim edilməsindən sadələşdirilmiş vergiyə cəlb olunan hasilat 184645,0 manat, 4,00 faiz dərəcə ilə büdcəyə ödənilməli sadələşdirilmiş vergi 7385,80 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 7385,80 manat sadələşdirilmiş vergini az; 2017-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 843933,05 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 151907,95 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 151907,95 manat ƏDV-ni az; 2018-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 6779,66 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 1220,34 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 1220,34 manat ƏDV-ni az; 2018-ci ilin fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 12121,16 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 2181,81 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 2181,81 manat ƏDV-ni az; 2018-ci ilin mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 175407,66 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 31573,38 manat göstərməli olduğu halda, həmin dö vr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 31573,38 manat ƏDV-ni az; 2018-ci ilin aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 214249,38 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 38564,89 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 38564,89 manat ƏDV-ni az; 2018-ci ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 76398,27 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 13751,69 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 13751,69 manat ƏDV-ni az; 2018-ci ilin iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 51698,0 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 9305,64 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə 9305,64 manat ƏDV-ni az; 2017- ci il üzr ə dövriyyəsi 843933,0 manat, xərcləri 703277,50 manat, vergi tutulan mənfəəti 140655,50 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 28131,10 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 28131,10 manat mənfəət vergisini az; 2018-ci il üzrə dövriyyəsi 536654,10 manat, xərcləri 447211,75 manat, vergi tutulan mənfəəti 89442,35 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 17888,47 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 17888,47 manat mənfəət vergisini az hesablamaqla ümumilikdə külli miqdar təşkil edən 301911,07 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bununla da Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci m addəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, cinayət işinin ibtidai araşdırılması zamanı təqsirləndirilən şəxslərə verilmiş ittihamlar üzrə toplanmış sübutlar onların məhkum olunması üçün kifayət etdiyi halda, aşağı instansiya məhkəmələri tərəfindən təyin edilmiş təkrar komisyon məhkəməmühasibatlıq ekspertizasının rəyləri əsasında səhv nəticəyə gəlinmişdir. Belə ki, birinci instansiya məhkəməsində baxılarkən təyin edilmiş əlavə məhkəməmühasibat ekspertizasının 13 yanvar 2022-ci il tarixli 9/9255 saylı rəyində "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergi borcunun məbləği 101437,12 manat müəyyən edilərkən və guya həmin məbləğin sadələşdirilmiş vergi borcuna aid olması göstərilərkən qeyd olunan MMC-nin vergi borclarının yarandığı dövrdə qüvvədə olan Vergi Məcəlləsinin normaları yalnış təfsir edilmiş və bununla bağlı ekspertiza tədqiqatı düzgün aparılmamışdır. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1-ci maddəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş verg inin ödəyicisi olmaq hüququnun mövcud olduğu göstərilmişdir. Buradan da göründüyü kimi, qanunvericilik vergi ödəyicisi üçün dispozitiv imkanlar müəyyənləşdirmiş və sadələşdirilmiş verginin ödəyicisi olub-olmaması seçimini ödəyicinin öz ixtiyarına vermişdir. Həmin məcəllənin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyənnaməni və ya bu məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlarından istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyənnaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu təqdim edir. "xxxx" MMC tərəfindən sadələşdirilmiş verg i ödəyicisi olmaq hüququndan istifadəyə dair hər hansı yazılı müraciət olmadığına baxmayaraq, məlum olmayan səbəblərdən ekspertlər tərəfindən bu norma imperativ göstəriş kimi qəbul edilərək vergi ödəyicisinin artıq sadələşdirilmiş vergi ödəyicisi olduğu yəqin edilmişdir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 5 iyul 2021-ci il tarixli rəyindən görünür ki, "xxxx" MMC-nin 198465,83 manat məbləğində vergi borcu müəyyən edilərkən məlum olmuşdur ki, 2017-2018-ci illəri əhatə edən dövr ərzində büdcəyə ödənilməli mənfəəət vergisi dövriyyəsi 6549017,7 manat, xərcləri 4961645,75 manat, vergi tutulan mənfəəti 992329,15 manat, 20 % dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 198465,83 manat olduğu halda, həmin illər üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə, 198465,83 manat məbləğində mənfəət vergisi dövlət büdcəsinə ödəməkdən yayındırılmışdır. Məhkəməmühasibatlıq ekspertizasının 13 yanvar 2022-ci il tarixli rəyinə və ekspertlərin ifadələrinə görə isə dövlət büdcəsindən yayındırılmış 198465,83 manat məbləğində mənfəət vergisini guya gəlir və xərclər müəyyən edilmədiyindən hesablamaq mümkün olmamışdır. Halbuki "xxxx" MMC ilə bağlı hissədə ekspertlər iş materiallarında xərc sənədləri olmasına baxmayaraq rəy verməmiş, hesablamanın mümkün olmadığını qeyd etmiş, bu da birinci və apelyasiya instansiyası məhkəmələrinin gəldikləri yekun nəticənin işin faktiki hallarına uyğun olmadığını göstərir. Protestdə qeyd olunur ki, işə təkrarən apelyasiya instansiyasında baxılarkən qeyd edilən ziddiyyətlər aradan qaldırılmamış, təyin edilmiş m əhkəmə-kompleks-mühasibat ekspertizasının rəyinə tənqidi yanaşılmamış və beləliklə də əsassız nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı Bakı şəhər Lokal Gəlirlər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, işə birinci instansiya məhkməsində baxılakən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 13 yanvar və 22 may 2022-ci il tarixli rəylərini mübahisələndirərək öz müraciətini belə əsaslandırmışdır ki, həmin rəylər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1 və 157.3-cü maddələrinin tələblərinə uyğun olmamış, ekspertiza qarşısında müəssisənin sadələşdirilmiş vergi ödəyicisi olduqda hesablanmalı vergilər barədə və ya müəssisənin sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün müraciət etməsi və həmin müraciət əsasında vergi orqanının müəssisəni sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alması barədə hər hansı sual qoyulmadığı və bu barədə sənədlər, sübutlar olmadığı halda ekspertlər müəssisənin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməklə vergiləri öz təşəbbüslərinə və mülahizələrinə əsasən hesablamışlar. Halbuki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək istədiyinə dair vergi ödəyicisinin hər hansı müraciəti vergi orqanına daxil olmamışdır. Məhkəmələr tərəfindən isə bu hal nəzərə alınmamış, vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmasına dair müraciətin mövcudluğu ilə b ağlı hər hansı araşdırma aparmamış, nəticədə də ödənilməmiş vergi məbləğlərinin düzgün hesablanmaması barədə ekspertiza rəylərini mötəbər sübut kimi qəbul edərək prosessual pozuntulara yol vermişlər. Bundan başqa "xxxx" MMC barəsində rəy verilərkən bütün rəylərdə ekspertlər gəldikləri əsassız nəticəni əsaslandırmaq məqsədilə müəssisənin fəaliyyəti üzrə üzrə hesablanmalı olan vergi məbləğinin müəyyən edilməsi üçün iş materiallarında gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərc sənədlərinin tam olaraq öz əksini tapmadığnı göstərmişlər. Halbuki, bunun ziddinə olaraq məhkəmələr öz yekun aktlarında əlavə sənədlər təqdim olunmasını qeyd etmiş, bu hal da ekspertlərin gəldikləri nəticələrlə uzlaşmamışdır. Faktiki olaraq isə təqsirləndirilən şəxslər tərəfindlən heç bir əlavə sənədlər məhkəməyə təq dim edilməmiş və belə sənədlər olmamışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu ziddiyətli məqamlar araşdırılmamışdır. Bütün qeyd olunanlar ona dəlalət edir ki, ekspertlər tərəfindən tədqiqat səthi aparılmış, iş materialları tam araşdırılmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin və Nümayəndə, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçi N.Əhmədovun və təqsirləndirilən şəxslər Məhkum1, X3un, Məhkum4un və X1un çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edil məməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəmə si birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində aşağı instansiya məhkəmələrinin iş üzrə gəldikləri nəticənin əsasslılığı mübahisələndirilir və işin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş edilir. Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsində “Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”ya görə cinay ət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsinə görə “Bu Məcəllənin 213.1 və 213.2.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin “Qeyd”inin 1-ci bəndinə görə “Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş y üz min manatdan yuxarı olan məbləğ başa düşülür.” “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinay ət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələ r əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haq qında nəticəyə gəldiyi aydın görünməlidir.” Apellyasiya məhkəməsinin qərarını əsaslı hesab edən, protestdə və şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun le hinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində və kassasiya şikayətində irəli sürülən dəlillər, apellyasiya protestinin və apelyasiya şikayətinin dəlillərinin təkrarıdır və apellyasiya məhkəməsinin qərarında həmin dəlillərə əsaslandırılmış cavablar verilmişdir. Məhkəmə kollegiyası mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərini əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 iyul 2021-ci il tarixli, 9/3904 nömrəli ekspert rəyindən görünür ki, vergi məbləğinin müəyyən edilməsi üçün gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri tam olaraq öz əksini tapmamışdır. Tədqiqatla təqdim edilmiş cinayət işi materiallarında olan müəssisə tərəfindən aparılmış əməliyyatlara dair ilkin mühasibat sənədləri, eyni zamanda ekspert qarşısında qoyulmuş sualda qeyd edildiyi kimi qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlərin istintaq orqanı tərəfindən əsaslı hesab edildiyi halda, aparılan əməliyyatlara görə iş materiallarında olan şəxsi hesab vərəqəsi, cinayət tərkibi yaradan borcların araşdırılmasının nəticəsinə dair 25 avqust 2020-ci il tarixli akta və s. sənədlər nəzərə alınmaqla "xxxx" məhdud məsuliyyətli cəmiyyətində 20172018-ci illər üzrə ümumilikdə dövlət büdcəsinə ödənilməkdən yayındırdığı vergi məbləğinin 198465.83 manat olması müəyyən edilmişdir. Birinci ins tansiya baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş əlavə məhkəmə-mühasibat ekspertizasının 13 yanvar 2022-ci il tarixli 9/9255 saylı rəyindən görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üzrə: Vergi Məcəlləsinin tələblərinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edilməklə vergilər hesablandıqda iş materiallarında olan sənədlər (bank çıxarışları, ödəniş tapşırıqları, 08 oktyabr 2020-ci il tarixli akt, şəxsi hesab vərəqəsi və s.) nəzərə alınmaqla "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinəödənilməli olan sadələşdirilmiş vergi borcu 101437,12 (184713,0 x 2% - 2,72 (ödəniş) + 1629092,92 x 6%) manat məbləğində müəyyən olunur. Bundan başqa qeyd edilir ki, iş materiallarında göründüyü kimi, vergi orqanı tərəfindən hesablanmış vergi borcu üzrə istintaq zamanı 100.000,0 manat məbləğində ödəniş edilmişdir. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üzrə: Rəyin tədqiqat hissəsində gösətrilənlərə əsasən vergi orqanı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablanmış 198465,83 (2017-ci il üzrə 198348,76, 2018-ci il üzrə 117,07) manat məbləğində mənfəət vergisinin düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Göstərilənlərdən əlavə qeyd edilir ki, Qanunvericiliyə görə vergilərin hansı hallarda Vergi Məcəlləsinin 14-cü maddəsinə (bazar qiyməti) əsasən hesablanması həmin Məcəllədə öz əksini tapmışdır. Birinci instansiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi tərəfindən verilmiş vəsat ət təmin edilərək, məhkəmənin qərarı ilə komisyon məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 may 2022-ci il tarixli 9/2241 nömrəli rəyindən görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üzrə: Vergi Məcəlləsinin tələblərinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edilməklə vergilər hesablandıqda iş materiallarında olan sənədlər (bank çıxarışları, ödəniş tapşırıqları, 08 oktyabr 2020-ci il tarixli akt, şəxsi hesab vərəqəsi və s.) nəzərə alınmaqla “xxx’ məhdud məsuliyyətli cəmiyyəti tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş vergi borcu 101.437,12 (184713,0 x 2% - 2,72 (ödəniş) + 1629092,92 x 6%) manat məbləğində müəyyən o lunur. Həmçinin bildirilir ki, təqdim edilmiş iş materiallarında 08 oktyabr 2020-ci il tarixli cinayət tərkibi yaradan vergi borcları üzrə aktda öz əksini tapmış dövrlərə dair vergi ödəyicisinin ƏDV ödəyicisi olmaq hüquqdan istifadə etməsi ilə bağlı hər hansı bir məlumat mövcud deyildir. Bundan başqa qeyd edilir ki, iş materiallarında göründüyü kimi, vergi orqanı tərəfindən hesablanmış vergi borcu üzrə istintaq zamanı 100.000,0 manat məbləğində ödəniş edilmişdir. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üzrə vergi orqanı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablanmış 198465,83 (2017-ci il üzrə 198348,76, 2018-ci il üzrə 117,07) manat məbləğində mənfəət vergisinin düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Göstərilənlərdən əlavə qeyd edilir ki, qanunvericiliyə görə vergilərin han sı hallarda Vergi Məcəlləsinin 14-cü maddəsinə (bazar qiyməti) əsasən hesablanması həmin Məcəllədə öz əksini tapmışdır. Həmçinin 67-ci və 83.9-cu maddələrinin tətbiqi ilə bağlı hallar hazırki rəyin tədqiqi hissəsində ətraflı göstərilmişdir. Həmçinin qeyd edilir ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti və "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üzrə ibtidai istintaq dövründə keçirilmiş 14 iyul 2021-ci il tarixli 9/3151 nömrəli və 05 iyul 2021-ci il tarixli 9/3904 nömrəli ekspertiza rəyləri ilə 13 yanvar 2022-ci il tarixli 9/9255 nömrəli ekspert rəyi arasında yaranmış fərqin səbəbi ekspertiza qarşısında qoyulan suallar olmuşdur. Birinci instansiya məhkəməsinin 3 mart 2022-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəh əri Lokal Gəlirlər Departamentinin nümayəndəsi "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyəti ilə bağlı xərcləri əks etdirən bütün sənədlərin cinayət işinin materiallarına əlavə olduğunundan əlavə sənəd təqdim edə bilməyəcəklərini bildirmişdir. Apellyasiya instansiya məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı ilə iş üzrə təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qiyulmuşdur: 1."xxxx" MMC-nin 2017-ci ilin dekabr ayından etibarən ƏDV ödəyicisi olduğu nəzərə alınaraq Cəmiyyətə 2017-2018-ci illər üzrə yayındırılmış vergilərin məbləği nə qədərdir? 2."xxxx" MMC-nin mövcud xərc sənədləri nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarı əsasında hesablama aparılmaqla Cəmiyyətdə 20172018-ci illər üz rə yayındırılmış verginin məbləği nə qədərdir? İş üzrə verilmiş təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 23 avqust 2023-cü il tarixli, 9/5143 nömrəli rəyində qeyd edilmişdir ki, vergi orqanı tərəfindən həmin suallarda göstərilənlər nəzərə alınmaqla, yəni "xxx” MMC-nin 2017-ci ilin dekabr ayından etibarən ƏDV ödəyicisi olduğu nəzərə alınaraq və "xxxx" MMC-nin mövcud xərc sənədləri nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarı əsasında hesablama aparılmışdır. Lakin göründüyü kimi, 20 may 2022-ci il tarixli, 9/2241 saylı rəylə fərqlilikər (vergilərin hesablanması və s. ilə bağlı) müəyyən edilmişdir. Eyni zamanda qeyd edilir ki, təqdim edilmiş iş materiallarında vergi orqanının əvvəlki ekspert rəylərinə (yəni məhkəməyə verilmiş rəyləri üzrə) dair şi kayətləri, təkrar komission məhkəmə-mühasibat ekspertizasının təyini və məhkəmə-mühasibat ekspertizası qarşısında sualların qoyulması (vergi orqanı tərəfindən) ilə bağlı 20 iyun 2023-cü il tarixli, **********512500 nömrəli vəsatəti (bax cild 7, iş vərəqə 226-230) öz əksini tapmışdır. Həmin şikayətə və vergi orqanının (bax cild 7, iş vərəqə 226-230), təkrar komission məhkəmə-mühasibat ekspertizasının təyini və məhkəmə-mühasibat ekspertizası qarşısında sualların qoyulması (vergi orqanı tərəfindən) ilə bağlı 20 iyun 2023-cü il tarixli, **********512500 nömrəli vəsatətinə dair aşağıdakılar bildirilmişdir: Vergi orqanı tərəfindən göstərilmişdir ki, "xxxx" MMC tərəfindən əməliyyatların aparıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən Vergi Məcəlləsinin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və va) ictimai İasə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1, 218.4.2 və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günəd ək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. "xxxx" MMC tərəfindən ƏDV qeydiyyatına alınmasına dair ərizə verilmədiyi üçün Vergi Məcəlləsinin müddəalarına əsasən məcburi qeydiyyata alınmış və bu barədə vergi ödəyicisinə bildiriş göndərilmişdir. Vergi Məcəlləsinin 157.3-cü maddəsinə əsasən qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1 - Məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda əməliyyatın aparıldığı günədək. İş üzrə müəssisənin bank hesabından daxil olmuş məlumatların araşdırılması zamanı 01 dekabr 2017-31 dekabr 2017-ci il tarixləri aralığında vergi ödəyicisinin bank hesabına 1.180.554,0 manat daxil olması bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000,0 manatdan artıq olduğu üçün qanunvericiliyin tələbinə əsasən ƏDV qeydiyyatının qüvvəyə minmə tarixi 2017-ci ilin dekabr ayı qəbul edilmişdir. Yəni, vergi ödəyici 2017-cİ ilin dekabr ayında 200.000-lik dövriyyəni keçdiyindən məcburi ƏDV qeydiyyatına alınmışdır. Vergi ödəyicisi növbəti ilin aprel ayının 20-dən gec olmayaraq ƏDV və ya sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edəcəyi barədə məlumatı yazılı şəkildə vergi orqanına təqdim edir. Əgər vergi ödəyicisi həmin yazılı məlumatı təqdim etməsə, o, ƏDV qeydiyyatını seçmiş hesab edilir və həmin ilin sonunadək seçdiyi metodu dəyişdirə bilməz. Müşssisə tərəfindən qeyd edilən ərizə təqdim edilmədiyi üçün, yəni sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edib-etməyəcəyi barədə ərizəni təqdim etmədiyi üçün əvvəlki, yəni ƏDV qeydiyyatı seçilmiş hesab edilmişdir. Lakin iş materiallarından göründüyü kimi, müəssisəyə vergi orqanı tərəfindən (bax cild 1, iş vərəqə 7-8) 2017-ci ilin 4-cü rübü üzrə (2017-ci ilin noyabr ayı üzrə (bax 1-ci cildin 10-12-cİ vərəqində öz əksini tapmış hüquqi şəxs haqqında məlumata)) sadələşdirilmiş vergi hesablanmış dır. Göründüyü kimi, vergi ödəyicisi ilk öncə sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Sonradan isə vergi orqanı tərəfindən vergi ödəyicisi 2017-ci ilin dekabr ayından Vergi Məcəlləsinin yuxanda qeyd edilən tələblərinə əsasən məcburi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Bundan başqa bildirilmişdir ki, Vergi Məcəlləsinin (yoxlanılan dövrdə qüvvədə olan) 155.1-ci maddəsində sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000,00 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai İaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu olması göstərilmişdir. Vergi Məcəlləsinin 218.1-ci maddəsində göstərilmişdir ki, “aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000,00 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000,00 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər; 218.1.3. bina tikintisi fəaliyyəti ilə məşğul olan ş əxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq İxtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər)”. Yəni Vergi Məcəlləsinin 155.1., 218.1., 218.1.1. və 218.1.2 maddələrinin tələblərindən göründüyü kimi vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi omaq hüququndan istifadə etmədiyi təqdirdə həmin Məcəllənin tələblərinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyata dair ərizə ilə bağlı vergi orqanına müraciət edə bilər. Təqdim edilmiş iş materiallarından göründüyü kimi isə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan imtina edilməsi ilə bağlı hər hansı sənəd və ya məlumat mövcud deyildir. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) 155.1., 156.1, 157.1, 157.2., 157.3., 157.3.1.,157.3.2., 157.3.3., 218.1.2. 218.2 və 220.1-1.1-ci maddələrində aşağıdakılar göstərilmişdir: 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000,00 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyy ata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. 156.1. Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. 157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. 157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. 157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün İstənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək. 157.3.2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə. 157.3.3. Bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir. 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000,00 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000,00 manatdan artıq olan ticarət və (və y a) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər; 218.1.3. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər). 218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqd im edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonünadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. 220.1-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) aşağıdakı dərəcə ilə hesablanır: 220.1-1.1. ticarət fəaliyyəti üzrə - 6 faiz; 220.1- 1.2. ictimai iaşə fəaliyyəti üzrə - 8 faiz. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərindən göründüyü kimi, 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000,00 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmədiyi təqdirdə həmin Məcəllənin tələblərinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyata dair ərizə ilə bağlı vergi orqanına müraciət edə bilər. İş materiallarından görünür ki, təqdim edilmiş sənədlərdən isə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan imtina edilməsi ilə bağlı hər hansı sənəd və ya məlumat mövcud deyildir. Vergi Məcəlləsində (yoxlanılan dövrdə qüvvədə olan) və həmin Məcəllənin (yoxlanılan dövrdə qüvvədə olan) yuxarıd a qeyd edilən maddələrinin tələblərində 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000,00 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan imtina etmədiyi halda, məcburi ƏDV qeydiyyatına alınması nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilir ki, Vergi Məcəlləsinin tələblərindən göründüyü kimi, 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000,00 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin həmin hüququ davam etdirməsi üçün ərizə ilə müraciət etməsi nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, vergi ödəyicisinin seçdiyi metod vergi ödəyicisi tərəfindən deyil, vergi orq anı tərəfindən dəyişdirilmişdir. Belə ki, vergi ödəyicisi 2017-ci ilin dekabr ayından vergi orqanı tərəfindən məcburi qaydada ƏDV qeydiyyatına alınmışdır. İş materiallarında olan vergi orqanının şikayət və vəsatətində qeyd edilir ki, vergi ödəyicisinə 2% dərəcəsi ilə sadələşdirilmiş verginin hesablanmasının səbəbi vergi orqanı tərəfindən vergi ödəyicisinə kameral qaydada əlavə hesablanmış vergilərə dair qərarlar qəbul edilərkən Azərbaycan Respublikasının Vergi Məcəlləsində sadələşdirilmiş verginin dərəcəsinin 2% göstərilməsi olmuşdur. Vergi orqanının yuxanda qeyd edilən şikayət və vəsatətində Vergi Məcəlləsinin (yoxlanılan dövrdə qüvvədə olan) 154.6-cı maddəsi də göstərilmişdir ki, həmin maddədə aksizli malların istehsalçıları və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin ƏDV ödəyiciləri sayıldığı göstərilmişdir. Həmçinin, vergi orqanının şikayətində təkrar komission məhkəmə-mühasibat ekspertizasının təyini və s. ilə bağlı 20 iyun 2023-cü il tarixli, 9/11**********512500 nömrəli vəsatətində "xxxx" MMC-yə dair göstərilənlərlə bağlı bildirilir ki, vergi ödəyicisinə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən hesablanmamışdan əvvəl analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunmalı idi. Belə ki, Vergi Məcəlləsinin 67.17-ci maddəsi 2022-ci ilin yanvar ayından qüvvəyə minmişdir ki, həmin maddədə aşağıdakılar göstərilmişdir: Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Yəni, sıra ardıcıllığının gözlənilməməsi ilə bağlı müddəa yoxlanılan dövrdə deyil, 2022-ci ilin yanvar ayından qüvvəyə minmişdir. Analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilərək vergi orqanında olan məlumatlarına istinad edilərək hesablanma aparılması isə vergi orqanının səlahiyyətinə aiddir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Yasamal Rayon Məhkəməsinə verilmiş ekspert rəylərində bilavasitə ekspertlər deyil, vergi orqanı tərəfindən elektron vergi hesab-fakturalara, yük-gömrük bəyannamələrinə və sair xərclərə istinad edilərək hes abalamarın aparıldığı qeyd edilmişdir. Eyni zamanda həmin ekspert rəylərində "xxxx" MMC-nin fəaliyyəti üzrə hesablanmalı olan vergi məbləğinin müəyyən edilməsi üçün iş materiallarında gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərc sənədlərinin tam olaraq öz əksini tapmadığı da göstərilmişdir. Vergi Məcəlləsinin tələblərinə əsasən şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisinin müəyyən edilməsi zamanı vergi ödəyicisinin fəaliyyəti üzrə ya gəliri, ya da ki xərclərini təsdiq edən bütün sənədlər mütləq olmalıdır ki, onların əsasında müvafiq hesablamalar aparılsın. Bununla yanaşı qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan vergi orqanı tərəfindən aparılan hesablamaları özündə əks etdirən mənfəət vergisi bəyannaməsində (bax cild 3, iş vərəqə 36) xərclərin yalnız digər xər clərdən ibarət olması qeyd edilmişdir. Halbuki, vergi orqanı tərəfindən hesablamalar aparılarkən əldə edilmiş elektron vergi hesab-fakturalara, yük-gömrük bəyannamələrinə və sair xərclərə istinad edildiyi göstərilmişdir. Qeyd olunanlardan əlavə olaraq məhkəmə kollegiyası bildirir ki, vergilər və vergilərin hesablanması qaydası Vergi Məcəlləsində nəzərdə tutulmuşdur. Yəni, o cümlədən, ekspertiza tədqiqatı zamanı vergilərin dəqiq və düzgün hesablanması üçün həmin Məcəllənin maddələrinə istinad edilməlidir ki, bu da ekspert tərəfindən hüquqi qiymətin verilməsi deyildir. Beləliklə, bütün yuxarıda göstərilən səbəblərdən hazırkı tədqiqatla da əvvəlki ekspert rəylərlə (məhkəməyə verilmiş) müəyyən olunmuş vergi məbləğlərindən fərqli məbləğ müəyyən olunmur. Yəni "xxxx" MMC tərəfindən aparılmış əməl iyyatlara görə dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş vergi borcu 101.437,12 (184.713,0 x 2% - 2,72 (ödəniş) + 1.629.092,92 x 6%) manat məbləğində müəyyən olunur. İş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən hesablanmış vergi borcu üzrə istintaq zamanı büdcəyə 100.000,0 manat məbləğində ödəniş edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə isə əlavə hesablanmış 198.465,83 (2017-ci il üzrə 198.348,76 manat, 2018-ci il üzrə 117,07 manat) manat məbləğində mənfəət vergisinin düzgünlüyünü hazırkı tədqiqatla da müəyyən etmək mümkün olmamışdır. Həmin rəylə belə yekun nəticəyə gəlinmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən hazırkı tədqiqatla da əvvəlki ekspert rəylərlə (məhkəməyə verilmiş) müəyyən olunmuş vergi məbləğlərindən fərqli məbləğ müəyyən ol unmur. Yəni "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş vergi borcu 101.437,12 (184.713,0 x 2% - 2,72 (ödəniş) + 1.629.092,92 x 6%) manat məbləğində müəyyən olunur. İş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən hesablanmış vergi borcu üzrə istintaq zamanı büdcəyə 100.000,0 manat məbləğində ödəniş edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə isə əlavə hesablanmış 198.465,83 (2017-ci il üzrə 198.348,76 manat, 2018-ci il üzrə 117,07 manat) manat məbləğində mənfəət vergisinin düzgünlüyünü hazırkı tədqiqatla da müəyyən etmək mümkün olmamışdır. Həmçinin, rəydə qeyd edilir ki, tədqiqi hissədə göstərildiyi kimi, hazırkı ekspertiza qarşısında qoyulan suallar əvvəlki ekspertiza zamanı da ekspert qarşısında qoyulan sualların içərisində öz əksini tapmışdır. Bundan başqa ekspert qarşısında qoyulan hazırkı suallarla bağlı bildirilir ki, vergi orqanı tərəfindən həmin suallarda göstərilənlər nəzərə alınmaqla, yəni '‘xxx” MMC-nin 2017-ci iün dekabr ayından etibarən ƏDV ödəyicisi olduğu nəzərə alınaraq və "xxxx" MMC-nin mövcud xərc sənədləri nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarı əsasında hesablama aparılmışdır. Lakin göründüyü kimi, 20 may 2022-ci il tarixli, 9/2241 saylı rəylə fərqliliklər (vergilərin hesablanması və s. ilə bağlı) müəyyən edilmişdir. Hazırkı tədqiqatla da vergi orqanı tərəfindən aparılan hesablamaların düzgün olmaması müəyyən olunmuşdur. Apellyasiya instansiya məhkəməsində dindirilmiş ekspert X16 ifadəsində göstərmişdir ki, "xxxx" MMC əvvəl sadələşdirilmiş verg i ödəyicisi olmuşdur. Bəyannamələrdən də görünür ki, 2017-ci ilin noyabr ayında sadələşdirilmişvergi ödəmişdir. Sonradan isə məcburiyə keçirilmişdir. Halbuki, Vergi Məcəlləsinin 218 və 255-ci maddələrinə əsasən ancaq ərizə şəklində müraciət edildiyi halda, ƏDV-yə keçid olur. İş materiallarında da buna dair heç bir məlumat olmamışdır. Buna görə də əvvəldən axıra kimi sadələşdirilmiş vergidən hesablanmışdır. "xxxx" MMC-də isə göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən rentabellik tətbiq olunmuşdur. Yəni müəssisənin xərc ya da gəliri tam olanda tətbiq olunur. Burada isə digər xərc sənədləri qeyd edilmişdir, deməli tam olmamışdır. Həm də Məcəlləyə görə analoji müəssisə seçilmə idi ki, bu işdə də analoji müəssisə seçilməmişdir, birdəfəlik rentabel lik tətbiq edilmişdir. Bu da düzgün olmamışdır. Bundan əlavə bildirmişdir ki, ictimai iaşə fəaliyyəti üzrə 6% sadələşdirilmiş vergi hesablanır. Hazırki iş üzrə rəydə də qeyd edilmişdir ki, 2% dərəcəsi ilə sadələşdirilmiş verginin hesablanmasının səbəbi vergi orqanı tərəfindən vergi ödəyicisinə kameral qaydada əlavə hesablanmış vergilərə dair qərar qəbul edilən zaman vergi dərəcəsinin 2% göstərilməsi olmuşdur. Yəni iş materiallarında olan qərarlardan da görünür ki, vergi orqanı özü 2 %-dən hesablamışdır. İctimai iaşənin də faizi 6%-dir. Yəni o hissə ki, 2%-dən hesablanır o götürülür, sonra isə yerdə qalan 6%-dən hesablanır. Bu barədə rəydə də qeyd edilmişdir. Belə ki, 184713 manat mənbləğ 2%-dən hesablanaraq 2,72 çıxılmış, onun üzərinə də 1.629.092 manat 6%-dən hesablanmaqla alınan məbləğ t oplanmışdır. Məhkəmə kollegiyası hazırki apellyasiya baxışı zamanı əldə edilmiş sübutların məcmusuna, o cümlədən barələrində cinayət təqibi aparılan şəxslərin ifadələrini, habelə apellyasiya baxışı zamanı keçirilmiş təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 23 avqust 2023-cü il tarixli, 9/5143 nömrəli rəylə gəlinmiş nəticələrini nəzərə alaraq məhkəmənin mövqeyi ilə razılaşır və qeyd edir ki, Məhkum1, Məhkum2 və X2 "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə aid hissədə elan edilmiş ittiham 05 iyul 2021-ci il tarixli, 9/3904 nömrəli ekspert rəyi üzərində qurulmuşdur. İbtidai istintaq zamanı əldə edilmiş və məhkəmə baxışında təyin edilmiş ekspertizalar üzrə ekspert rəylərini müqayisəli qaydada tədqiq edilərək belə qənaətə gəlinir ki, məhkəmə istintaqı zamanı keçirilmiş əlavə və komis yon məhkəmə-mühasibatlıq ekspertizaları vergi ödəyicisi olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyəti üzrə hesablanmalı olan vergi məbləğinin müəyyən edilməsi üçün zəruri sənədlər vergi orqanı tərəfindən təqdim edilmədiyindən həmin məhdud məsuliyyətli cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcunu müəyyən etmək mümkün olmamışdır. Beləliklə, Məhkum1, Məhkum2 və X2 istintaq orqanın qeyri-müəyyən olan sübutları və mülahizələri əsasında ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan sənədlər əsasında ekspertizalar keçirilmiş və rəylər verildikdən sonra tərəflər əlavə sübut təqdim edilməsinə dair vəsatətlərinin olmadığını bildirmişlər. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya instansiya məhkəsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məkəm haqlı olaraq m övcud şübhələri təqsirləndirilən şəxsin xeyrinə həllə edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2022-ci il tarixli, 9/9255 saylı və 20 may 2022-ci il tarixli, 9/2241 nömrəli ekspert rəylərini daha mötəbər sübut kimi qəbul etmiş və Məhkum1, Məhkum2 və X1 hər hansı bir məbləğdə vergi borcunun dövlət büdcəsinə ödənilməli olduğunu müəyyən etməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2021-ci il tarixli, 9/2151 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlər (08 oktyabr 2020-ci il tarixli akt, şəxsi hesab vərəqəsi, bəyannamələr və s.) və qərarın təsviri hissəsində gösərilənlər nəzərə alındığı təqdirdə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməli olan vergilər cəmi 301911.07 manat məbləğində müəyyən olunur. O cümlədən: kameral vergi yoxlaması ilə 2017-ci il 4-cü rüb üzrə SV -7385.80 manat, 2017-ci il dekabr ayı üzrə ƏDV - 151907.95 manat, 2018-ci il yanvar ayı üzrə ƏDV 1220.34 manat, 2018-ci il fevral ayı üzrə ƏDV - 2181.81 manat, 2017-ci il üzrə MV 28131.10 manat, 2018-ci il mart ayı üzrə ƏDV - 31573.38 manat, 2018-ci il aprel ayı üzrə ƏDV - 38564.89 manat, 2018-ci il may ayı üzrə ƏDV - 13751.69 manat müəyyən edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, Məhkum1 tərəfindən "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üzrə 100000.00 manat Azərbaycan Respublika sı Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin hesabına ödənilmişdir. “Kapital bank” açıq səhmdar cəmiyyətinin ödəniş qəbzindən görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üzrə 1443.00 manat ödəniş edilmişdir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidi yyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Odur ki, məhkəmə ko llegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onların təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum1, Təqsirləndirilən şəxs, Məhkum4, Məhkum3 və Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı tərəfin dən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-843/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-843/2024
08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver