Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-844/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X9 iştirakları ilə xx xxxx 1975-ci ildə İsmayıllı rayonunun ****** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, İsmayıllı rayonu ******** kəndində qeydiyyatda olan və yaşamış, hal hazırda həbsdə o lan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2017-ci il tarixli hökmü ilə (hakimlər: X.Səmədov (sədrlik edən), Ş.Məmmədov və R.Hüseynov) Məhkum – Azərbaycan Respublikası CM-in 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 120.1-ci maddəsi ilə 12 il 9 ay müddətə, CM-nin 228.4-cü maddəsi ilə 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaların qismən toplanması yolu ilə X3 13 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının başlanğıcı 06 noyabr 2016-cı il tarixdən hesablanmaqla və cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxsin özü və müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər: E.Ş.Hüseynov (sədrlik edən), G.Q.Abbasov və R.R.Rəfiyev) müdafiəçinin apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2017-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, X2 cəzası 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 06 sentyabr 2016-cı il tarixdə İsmayıllı rayonunun Topçu kəndində toy mərasimində bibisi oğlu X5 ilə birlikdə iştirak edərək saat 15 radələrində həmin toy məclisindən çıxdıqdan sonra rayonun ******** kəndində çayxanaya gəlib çay içərkən dostları R6 və Ə6 birlikdə həmin çayxanaya gəlmiş X8 axmaq adam olduğunu onu nə uçun yanında çayxanaya gətirdiyini soruşaraq irad tutmuş, bu sözləri qəbul etməyən H6 çayxananın həyətində ona "peysər" deyib maşınına əyləşib getmiş, bundan sonra Məhkum evlərinə qayıdaraq H6 mobil telefon nömrəsinə zəng edərək onu yaşadıqları həyət qapısının qarşısında küçədə gözlədiyini bildirmiş, H6, R6 və Ə6 birlikdə özünə məxsus “Opel” markalı avtomaşı nla axşam saat 21 radələrində onun yanına gəlib, maşının sağ qabaq oturacağından düşərkən çayxananın həyətində "sən peysərsən deməsini şəxsi ləyaqətini alçaldan söz kimi qiymətləndirib qisas almaq niyyəti ilə onu öldürmək məqsədini dəqiqləşdirərək, qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən qatlanan tiyəli və qara dəstəkli bıçaqla bir zərbə endirərək sol budun yuxarı 1/3-nın bayır səthinin sol bud venasının tam sol bud arteriyasının hissəvi açıq kəsilmiş yarası və massiv xarici qanitirmə ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, kəskin damar çatışmazlığı, baş beyin ödəmi, orqanlarda şok əlamətləri və orqanların azqanlığı ölümünə səbəb olan, dərəcəsinə görə həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aid olan bir xəsarət, döş qəfəsinin və qarının sol y an səthlərinin döş və qarın boşluğuna nüfuz etməyən kəsilmiş-deşilmiş yaraları canlı şəxslərdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan iki xəsarət yetirməklə X4 öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qərarının dəyişdirilməsi və məhkum C.Hüseynova verilmiş ittihamlar üzrə aşağı həddə cəzalar təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, aşağı instansiya məhkəmələri C6 cəza təyin edərkən onun ailəsinin həyat şəraitinin həddindən artıq ağır, dözülməz olm ası, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması, müsbət xarakterizə olunması və cəzasını yüngülləşdirən digər hallar nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum C.Hüseynov və müdafiəçi R6, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asıl ı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olması mübahisə olunur. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə uyğun qanuni cəza təyin etmiş, həmçinin h ökmdə məhkuma təyin edilmiş cəzanı da əsaslandırmışdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. ( CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş c əzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hall arı nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində birinci və apellyasiya instansiya məhkəməsində cinayət işinə baxılarkən zərərçəkən şəxsin hüquqi varisi ilə barışıq əldə olunmamasına dair göstərilənlərin əksinə olaraq işin apellyasiya məhkəməsində baxışı zamanı zərərçəkən şəxsin hüquqi varisi X6 təq sirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum C.Hüseynova elan olunmuş ittihamla bağlı işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı b ir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür.. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-844/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-844/2019
11.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver