Məhkəmə qərarları › İş №1(102)-845/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-845/2019

11.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-845/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və məhkumun müdafiəçiləri X4 və X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 20 fevral 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Abbaslı Abbas Ələkbər oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Samir Məmmədov) 25 dekabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1954-cü ildə Göyçay rayonu, Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Göyçay konyak zavodunun, "xxxx"firmasının və “xxxx” firmasının təsisçisi və faktiki rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 195.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 27 iyul 2018-ci il tarixdən 25 dekabr 2018-ci il tarixədək həbsdə olduğu 04 ay 29 gün - azadlıqdan məhrumetmənin 01 gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü hesabı ilə - 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmış və üzərində 08 (səkkiz) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, faktiki rəhbəri olduğu “xxxx” ASC-yə 01 iyul 2010-cu il tarixli ********* nömrəli kredit müqaviləsi ilə “xxxx” ASC-dən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına aldığı 1.050.000 manat məbləğində kreditə, bundan əlavə fəaliyyətinə rəhbərlik etdiyi "xxxx"firmasına “xxxx” ASC-nin 1 saylı filialından 08 sentyabr 2011-ci il tarixli 582/01-F1 nömrəli kredit müqaviləsi ilə aldığı 450.000 manat məbləğində kreditə görə ödənilməmiş borcları, yəni icrasını təmin etməli olduğu öhdəlikləri olmasına baxmayaraq, 03 aprel 2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə aldığı və fəaliyyətinə rəhbərlik etdiyi 1999-cu ildə təsis edilmiş "xxxx" firmasının 2007-ci ildən heç bir fəaliyyəti olmadığı, o cümlədən müəssisə üzrə heç bir alqı-satqı əməliyyatları aparılmadığı halda, 2013-cü ildə həmin təşkilatın guya bir sıra müəssisələrlə alqı-satqı müqavilələri olması və həmin müqavilələr üzrə 700-800000 manatdan yuxarı alqı-satqı əməliyyatları aparacağı barədə 11.04.2013-cü tarixli ərizə ilə “xxxx” ASC-nin Sənaye filialına müraciət edib, guya məhsul alması və satması, eləcə də xidmətlər göstərməsi ilə bağlı sifarişləri olması ilə həmin mü əssisənin faktiki fəaliyyətdə olan və mənfəətlə işləyən təşkilat olması görüntüsünü yaradaraq "xxxx" firmasının maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verib “xxxx” ASC-nin Sənaye filialından 22 aprel 2013-cü il tarixli 28/39 nömrəli kredit müqaviləsi ilə 150.000 manat məbləğində kredit alıb sonradan həmin vəsaitin qaytarılmasını təmin etməyərək, “xxxx” ASC-yə külli miqdarda ziyan vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər K.H.Əkbərov (sədrlik edən və məruzəçi), F.A.Qasımov və S.A.Mirzəyevdən ibarət tərkibdə) 20 fevral 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayonu Məhkəməsinin 25 dekabr 2018ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiy ası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı A.Ə.Abbaslı verdiyi kassasiya protestində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı A.Ə.Abbaslı onunla əsaslandırır ki, törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəliliyi, ağır nəticələri, məhkumun şəxsiyyəti düzgün nəzərə alınmamış, cəzanın təyin edilməsinin ümumi əsaslarına zidd olan, cəzanın məqsədini təmin etməyən qərar qəbul olunmuşdur. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin edilmiş cəza CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan sosial ədalətin bərpası, məhkumun islah edilməsi, ümumi və xüsusi xəbərdaredici məqsədləri təmin etməməklə yanaşı qanunun məqsədlərinə xidmət etmir. Məhkəmələr Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, cinayət nəticəsində vurduğu zərəri qismən aradan qaldırmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab etmişlər ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmaqla cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-nin 195.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-nin 8, 58.3 və 59-cu maddələri üzrə qanunun normaları düzgün tətbiq edilməmişdir. Onun barəsində təyin edilmiş cəza Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, cinayət əməlinin törədilməsi şəraiti və hallarına uyğun deyil, habelə, onun islah olunması üçün təsir potensialına malik deyildir. Məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, cinayət qanununun yuxarıda göstərilən normalarının, eləcə də Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarlarının tələbləri nəzərə alınmamış, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi hökmdə Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş zərərin qismən aradan qaldırmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da heç bir sənədə və sübuta istinad edilməmiş, hökmdə qeyd edilən hallar əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında isə göstərilmişdir ki, məhkəməyə təqdim edilmiş müvafiq qəbzlərdən (5 avqust 2016-cı il, 11 fevral 2019-cu il tarixli) və 22 aprel 2013-cü il və 1 may 2013-cü il tarixli sənədlərdən görünür ki, zərərçəkmiş şəxsə vurulmuş zərər qismən ödənilmişdir. Lakin məhkəmə qərarda göstərməmişdir ki, vurulmuş ziyandan ödənilmiş məbləğ nə qədər təşkil edir. Birinci instansiya məhkəməsində ifadə vermiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi göstərmişdir ki, 150.000 manat məbləğində vurulmuş ziyandan 7000,05 manat ödənil mişdir, qalan 142999,95 manatın ödənilməsi tələb edilir. Göründüyü kimi, vurulmuş ziyanın heç 10%-i ödənilmədiyi halda, məhkəmələrin həmin halı cəzanı yüngülləşdirən hal kimi nəzərə almaları əsassız olmuşdur. Həmçinin, hökm və qərarda Təqsirləndirilən şəxs təyin olunan cəzanın törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olması göstərilmişdir. İşin halları ilə müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid, qəsdən, iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə aid cinayət əməli törətməklə fiziki və hüquqi şəxslərin, həmçinin dövlətin iqtisadi sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Ümumilikdə Təqsirləndirilən şəxs yüngül cəza təyin etmək üçün heç bir ciddi əsaslar olmamış, məhkəmələr yalnız formal əsaslarla Təqsirləndirilən şəxs törətdiyi iqtisadi fəaliyyət sahəsində olan, dövlətin maliyyə-kredit sahəsində fəaliyyətinə ziyan vuran cinayətə görə cinayətin mahiyyətinə açıq aşkar şəkildə uyğun gəlməyən yüngül cəza təyin etmişlər, yüngül cəza təyin edilməsi ilə bağlı gəldikləri qənaəti mötəbər sübutlarla əsaslandırmamışlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kas sasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya dig ər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cüm lədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, on un törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, cinayət nəticəsində vurduğu zərəri qismən aradan qaldırmasını cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 195.2-ci maddəsinin sanksiyası (cinayət nə ticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Bu cür cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir. Həmçinin təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-c1 maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi bir inci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Təqsirləndirilən şəxs cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu dəlili də əsassızdır. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərin in əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələ r Təqsirləndirilən şəxs cəmiyyətdən qismən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyyəsinə düzgün əməl etmişlər. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2019-cu il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2019-cu il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar