Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-845/2022 19.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(106)-959/2021 nömrəli qərarından Dövlət ittiha mçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XXX oğlu 28 iyul 1986-cı il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 05 oktyabr 2021-ci il tarixli ittiham aktına görə XXX oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz ola raq şəxsi istehlak miqdarından artıq miqdarda 42,38 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək daşımaqla özündə saxlamış, 24 iyun 2021-ci il tarixdə, saat 12 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15 nömrəli evin yaxınlığında saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürülmə keçirilən zaman həmin narkotik vasitənin 4,79 qramı onun əynində olan yaşıl rəngli hərbi şalvarının sağ cibində, ayrı-ayrılıqda 5 ədəd kağız bükümün içərisindən və əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15 nömrəli evin həyətyanı sahəsinə baxış keçirilən zaman, qal an 37,590 qram çəkidə olan hissəsi isə orada olan yarım tiklini içərisindən aşkar edilərək götürülmüşdür.
4. Hacıqabul Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 1(071)-134/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, şübhəli şəxs kimi tutulduğu 24 iyun 2021-ci il tarixdən 26 iyun 2021-ci il tarixə kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılması və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin dəyişdirilməsi və onun məhkəmə iclas zalında həbs edilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 12 avqust 2021-ci il tarixdən hesablanması qərara alınmışdır.
5. Hökmdən təqsirləndirilən şəxs XXX oğlunun müdafiəçisi Müdafiəçi apelyasiya şikayəti vermişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(106)-959/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Hacıqabul rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 1(071)-134/2021 nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibəti lə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq olunmaqla, ona təyin olunmuş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi, yəni 01 il ay 02 ay 01 gün çəkilməmiş cəzası müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay azaldılmış və apellyasiya məhkəməsinin bu qərarı elan olunduğu gündən, yəni 16 dekabr 2021-ci il tarixdən Təqsirləndirilən şəxs çəkiləcək azadlıqdan məhrumetmə cəzasının müddəti 08 (səkkiz) ay 01 gün müəyyən edilmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(106)-959/2021 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Dövlət ittihamçıs ı kassasiya protestində qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsi qərar qəbul edərkən amnistiya aktının tətbiqi üzrə müvafiq qanunvericiliyin tələblərindən kənara çıxmış, öz səlahiyyətlərini aşmaqla apellyasiya şikayətini təmin etmədiyi halda əsassız olaraq cəzaçəkmə müddətinin əvvəlini dəyişdirmiş, Təqsirləndirilən şəxs çəkilməsi üçün üzərində qalan cəzanı düzgün hesablamamışdır. Belə, ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 avqust 2021-ci İl tarixdən götürülməklə apellyasiya instansiyası məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarı elan olunanadək olan müddət ərzində onun faktiki çəkdiyi cəzanın müddəti 4 ay 4 gün olduğu halda, apellyasiya instansiyası məhkəməsi səhvə yol verməklə həmin müddəti 3 ay 27 gün olaraq hesablanmışdır. Belə olan halda 4 ay 4 gün çəkilmiş cəza Təq sirləndirilən şəxs təyin edilmiş 1 il 5 ay 28 gün müddətə qəti cəzadan çıxıldıqda üzərində çəkilməsi üçün 1 il 1 ay 4 gün müddətə azadlıqdan məhrum etmə cəzasının qalması müəyyən edilir. Məhz həmin qalan cəzanı da amnistiya qərarına əsasən 6 ay azaltsaq məhkəmə kollegiyasının hesabladığı yekun cəza 8 ay 1 gün deyil, 7 ay 4 gün edir. Apellyasiya instansiyası məhkəməsi amnistiya aktını tətbiq edərkən, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş, cəzanın 6 ay azaldılmasını qeyd etməklə kifayətlənməli, cəzanın müddətinin hesablanması və qərar elan olunduğu tarixdən sonra çəkiləcək cəza üçün dolayı yolla cəzaçəkmənin əvvəlinin 16 dekabr 2021-ci il tarixdən hesablamamalı idi. Amnistiya aktının tətbiqi ilə bağlı cəzaçəkmə müddətinin əvvəlinin məhkumun vəziyyətinin əsassız olaraq pis ləşməsi ilə nəticələnən qaydada dəyişdirilməsi məhkəmənin öz səlahiyyətlərini aşmaqla qərar çıxartması kimi qiymətləndirilir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.16-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(106)-959/2021 nömrəli qərarının cinayət və cinayət-prosessual qanunvericiliyini tələblərinə uyğun olaraq dəyişdirilməsini xahiş edilmişdir.
9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olara q hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum edilmiş şəxs XXX oğlunun a rtıq çəkdiyi cəzasının hesablanması zamanı riyazi səhvə yol verilməsini, nəticədə məhkumun çəkilməli olduğu cəzanın müddətinin düzgün müəyyən edilmədiyini, eləcə də cəzaçəkmə müddətinin başlanğıcının düzgün qeyd edilmədiyi iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini CinayətProsessual Məcəlləsinin 416.1.16-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, Məhkəmə kollegiyası dövlət ittihamçısı kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(106)-959/2021 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Kassasiya protestinin məhkumun cəzasının çəkilməmiş qalan hissəsi ilə bağlı qeyd edilənlər xüsusatları cinayət iş materialları ilə əlaqəli şəkildə araşdırıldıqda müəyyən edilir ki, əmin dəlillər qismən əsaslıdır.
17. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(106)-959/2021 nömrəli qərarında XXX oğlunun hazırki iş üzrə ona təyin olunmuş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının 12 avqust 2021-ci il tarixdən çəkməsi qeyd edilsə də, müddət səhv hesablanılaraq müəyyən edilmişdir ki, məhkum ona təyin olunmuş cəzasından 0 3 ay 27 gününü çəkmiş və 01 il ay 02 ay 01 gün çəkilməmiş cəzası qalmaqdadır.
18. Halbuki, kassasiya protestində qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 avqust 2021-ci İl tarixdən hesablanmaqla apellyasiya instansiyası məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarı elan olun günədək olan müddət ərzində onun faktiki çəkdiyi cəzanın müddəti 03 ay 27 gün yox, 4 ay 4 gün olmuşdur.
19. Bununla belə, protestin bu dəlili haqlı olsa da, 4 ay 4 gün çəkilmiş cəza Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 5 ay 28 gün müddətə qəti cəzadan çıxıldıqda, onun üzərində çəkilməsi üçün 1 il 1 ay 4 gün deyil, 1 il 1 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasının qalması müəyyən edilir.
20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul etdiyi qərarının nəticəvi hissəsində istif adə etdiyi söz ifadələrinin dolayısı ilə məhkumun cəzaçəkmə müddətinin dəyişdirilməsinə gətirib çıxarmasına aid kassasiya protestinin hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin fikri bu hissədə aydındır, cəzanın çəkilməmiş qalan hissəsinin mübahisələndirilən qərarın qəbul edildiyi gündən hesablanmasını nəzərdə tutur. Kassasiya protestini bu hissədə əsassız hesab edərək məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinin tələblərini, yəni mahiyyətcə düzgün məhkəmə qərarının formal mülahizələrə əsaslanaraq ləğv edilməsinin yolverilməz olduğunu nəzərə alır.
21. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qər arı cəzanın hesablanması hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 avqust 2021-ci il tarixdən götürülməklə apellyasiya instansiyası məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarı elan olunan günədək olan müddət ərzində onun faktiki çəkdiyi cəzanın müddəti 4 ay 4 gün müəyyən edilməli, məhkuma Hacıqabul Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 1(071)-134/2021 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasından 4 ay 4 gün çıxıldıqdan sonra üzərində çəkilməsi üçün 1 il 1 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, amnistiya qərarına əsasən cəzası 6 ay azaldığına görə, yekun cəzanın müddəti 7 ay 24 gün müəyyən edilməlidir.
22. Odur ki, məhkəmə kollegiyası çıxışları din ləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, XXX oğlunun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(106)-959/2021 nömrəli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(106)-959/2021 nömrəli qərarı dəyişdirilsin, XXX oğlunun Hacıqabul Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 1(071)-134/2021 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gü n müddətinə azadlıqdan məhrum etmə cəzasının faktiki çəkdiyi müddəti 4 (dörd) ay 4 (dörd) gün müəyyən edilsin, həmin müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində çəkilməsi üçün 1 (bir) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın, Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq olunmaqla cəzası 6 (altı) ay azaldığına görə, cəzasının çəkilməmiş qalan hissəsi 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müəyyən edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(106)-959/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.