Məhkəmə qərarları › İş №1(102)-845/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-845/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-845/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və zərərçəkmiş şəxsin hüquqi varisi: X7, vəkili Nümayəndə1 və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2022-ci i l tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: X15, hakimlər: X12 (məruzəçi) və X6 ibarət tərkibdə ) 18 aprel 2022-ci il tarixli hökmü ilə xx.xx.2004-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təq sirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 04 iyul 2021-ci il tarixdən hesablanmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abbasov Gündüz Qasım oğlunun sədrliyi, X13 və X2 ibarət tərkibdə) 22 iyun 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 1(091)-18/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı t ərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, “Miraj” kafesində birlikdə işlədiyi X8 xx.xx.2021-ci il tarixdə saat 21 radələrində həmin kafedə işləyən Şahid7 itələməsindən hiddətlənərək onunla mübahisə etsə də, ətrafda olan şəxslərin müdaxiləsi nəticəsində həmin mübahisəni dayandırmasına baxmayaraq, Məhəmməd Alıyevin xx.xx.2021-ci il tarixdə saat 00:15 radələrində iş vaxtı bitdikdən sonra “Miraj” kafesinin yaxınlığında tanışları ilə birlikdə toplanıb onu aralarında olan mübahisəni davam etdirmək üçün dəvət etdikdən sonra Məhəmməd Alıyevə yaxınlaşaraq onunla təklikdə söhbət etmək istədiyini bildirmiş və birlikdə yaxınlıqda olan ünvan 2 ünvanının qarşısına gələrək, orada həmin gün aralarında baş vermiş münaqişəni müzakirə edərkən Məhəmməd Alıyevin qəflətən onun burun nahiyyəsinə yumruq zərbəsi vuraraq dərəcəsi təyin edilməyən burnunun üstündə qançır xəsarətini yetirməsindən hiddətlənərək onu qəsdən öldürmək qərarına gəlib sağ əlində tutduğu və təxminən 1 ay əvvəl istintaqa məlum olmayan mənbədən taparaq üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərkən, onun müvazinətinin itdiyini hiss etməsinə baxmayaraq, ona xüsusi ağrılar, əzab və əziyyət verdiyini dərk etməklə, ona zərbələr vurmağa davam edərək, cəmi 6 ədəd kəsilmişdeşilmiş yaralar, o cümlədən sol bazuda, sol döş giləsində, sağ çiyin qurşağında sıyrıqlar, alt çənədə, sol bazu nahiyyəsində, sağ körpücük nahiyyəsində 03 ədəd dərəcəsinə görə yüngül xəsarətlər, ürəyin və ağ ciyərin zədələnmələrilə döş qəfəsinin daxilinə dəlib-keçən 03 ədəd deşilmiş-kəsilmiş yaralar-hər biri ayrı-ayrılıqda və ümumilikdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi nəticəsində inkişaf edən kəskin qanitirmədən ölümə səbəbiyyət verməklə zərərçəkmiş şəxs X9 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində göstərmişdir ki, Məhkum məhkəmə proseslərində verdiyi ifadələrində özünü qismən təqsirli bilərək göstərib ki, Məhəmmədi tək öldürüb, ona heç kim kömək etməmişdir, hətta ölümdə oğlu Məhəmmədi günahlandırıb və deyib ki, güya Məhəmməd onu təhqir edib, sifətinə yumruqla vurduğuna görə əsəbiləşib onu bıçaqla vurmuşdur. Məhkum özünə yalandan bəraət qazandırmaq istəyir, o, oğlu Məhəmmədi tək öldürməmişdir. Ona görə də onun ifadələri səmimi deyildir və bu cinayətin digər iştirakçıları da məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə proseslərində vacib şahid olan X5 dindirilməsini xahiş etmiş, çünki şahid N.Sadıqov ifadələrində Kənanın Məhəmmədi vurması, gecə vaxtı çoxlu şəxslərin iştirakı, Kənan Məhəmmədi aldadıb aparması, sonra gəlib Məhəmmədi öldürməsini deməsini bildirmiş, Kənanla kafeyə birgə gəlməsi, həmin vaxtı Şahid7 kafedə olubolmaması, hadisənin əsl səbəbi, Məhəmmədi niyə tərk edib qaçması, Məhəmmədə yardım olunub-olunmaması ilə bağlı suallara cavab üçün onun dindirilməsi vacib olsa da dindirilməmiş, nəticədə iş qeyri-obyektiv araşdırılmışdır. İfadəsi çox vacib olan və kafenin müdiri olan Mahal Vəliyev və baş ofisant Şahid7 dindirilməsini dəfələrlə xahiş etsə də vəsatəti təmin olunmamışdır. Onlar yetkinlik yaşına çatmayan Məhkum bu cinayəti törətməyə vadar etmişlər və ona kömək edəcəklərini vəd etmiş və məsuliyyətdən əsassız yerə kənarda qalmışlar. İstintaq vaxtı yalnız oğlu Məhəmmədə gələn və gedən telefon zəngləri araşdırılmış, lakin dəfələrlə tələb etsə də hadisədə iştirak edən digər şəxslər olan Şahid7, Mahal Vəliyev, Şahid2 və Nicat Sadıqova gələn və gedən telefon zəngləri araşdırılmamışdır. Ağır cinayət baş verdiyi belə halda Mahal Vəliyevin müdir kimi kafedə olmaması, hətta dindirib ona aid hissədə hadisənin araşdırılmaması çox şübhə doğurur. Ona g örə də bu şəxslər dindirilib, əlavə məhkəmə araşdırılması aparılmalıdır. İşin obyektiv araşdırılması üçün verdiyi bütün vəsatətlər əsassız yerə rədd olunmuşdur. Ona görə də məhkəmə tərkibinə əsaslı etiraz vermiş, hər dəfə etiraz təmin olunmamışdır. Məhkum bu cinayəti tək törətməyib, bununla bağlı vəsatət və şikayəti hər iki məhkəmə instansiyasında diqqətə alınmalıdır. Hadisə günü həmin küçədə hadisələr kameraya çəkilişə düşmüşdür. Oraya gələn avtomaşının kimə məxsus olması, gələn şəxslər, habelə digər şəxslər və onların hərəkətləri kifayət qədər aydın-açıq görünür. Dəfələrlə vəsatət versə də hadisə yerinə gələn avtomaşının gəlmə məqsədi, avtomaşında olan şəxslərin kimliyi və oraya toplaşan gənclərin hərəkətlərinə hüquqi qiymət verilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikay ətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022- ci il tarixli Məhkum barəsindən qərarının ləğv olunub işin yenidən Şəki Apellyasiya Məhkəməsində baxılmaq üçün göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və onun vəkilinin, kassasiya şikayətinin təmin olunmaması barədə müdafiəçinin dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiy a şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetir ilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikay ətini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində mübahisələndirilən məsələlər ədalətli məhkəmə araşdırmasınını aparılmaması, cinayət məsuliyyətinə cəlb olunmalı şəxslərin məsuliyyətdən kənarda qalması barədədir. Məhkəmə baxışının hədlərinə həsr edilmiş Azərbaycan Respublikası CPM-nin 318.1ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Eyni zamanda CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmı ş qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bu qərarında Konstitusiya Məhkəməsi belə hüquq i mövqe ifadə etmişdir ki, məhkəmələr şikayət olmadıqca sübutların qiymətləndirilməsi haqqında qərarı öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Belə qərarın qüvvədə olduğu müddətdə isə məhkəmə işlərə verilən ittiham daxilində baxmalı və ittihamdan kənara çıxmamalıdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş şəxs tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Belə yanaşma CPM-in məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələblərindən də irəli gəlir. Həmin müddəalara əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxılır. Qeyd olunanlar həmçinin beynəlxalq hüquqi sənədlərin müvafiq normalarından irəli gəlir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (bundan sonra - BMT) Baş Assambleyas ının 29 noyabr 1985-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinə dair BMT-nin Əsas prinsipləri”nə müvafiq olaraq məhkəmə orqanlarının müstəqilliyi prinsipi məhkəmə orqanlarına hüquq verməklə yanaşı, onlardan məhkəmə araşdırmasının ədalətli aparılması və tərəflərin hüquqlarına riayət olunmasının təmin edilməsini də tələb edir. BMT-nin İqtisadi və Sosial Şurasının 1989-cu il 24 may tarixli 1989/60 saylı qətnaməsi ilə təsdiq olunmuş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsiplərinin effektiv həyata keçirilməsinin Prosedurları”na əsasən heç bir hakimdən onun müstəqil statusuna uyğun olmayan funksiyaların həyata keçirilməsini tələb etmək olmaz. “Hakimlərin davranışına dair Banqalor prinsipləri”ndə nəzərdə tutulmuş obyektivlik və qərəzsizlik prinsipinə müvafiq olaraq hakim öz vəzifələrinin icrası zamanı hər hansı üstüntutma hallarından, qabaqcadan formalaşmış yanlış fikirlərdən və qabaqcadan hasil olan qənaətlərdən azaddır. “Hakimlərin davranışına dair Banqalor prinsiplərinin Kommentariyası”na görə hakim işin hallarının dəqiqləşdirilməsi üçün suallar verə bilər, lakin əgər o, məhkəmə iclasının gedişinə mütəmadi müdaxilə edirsə və mülki iş üzrə icraatı praktiki olaraq öz nəzarətinə götürürsə və ya cinayət işi üzrə icraatda prokurorun rolunu yerinə yetirirsə və baxılan iş üzrə çıxarılan qərarda nəticələrə gəlmək üçün onun apardığı dindirmənin nəticələrindən istifadə edirsə, bu halda hakim həm də vəkil və şahidə çevrilir ki, bunun nəticəsində tərəflərin ədalətli məhkəmə araşdırması hüququ reallaşdırılmamış qalır. Hər kəsin ona qarşı hər ha nsı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14cü maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 318.2-ci maddəsi təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatət irəli sürməsi hüququnu təsbit etmişdir ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən bu barədə irəli sürülən vəsatət təmin edilməmişdir. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətinin iş üzrə digər şəxslərin də məsuliyyətə cəlb olunması tələbini əsassız hesab edir və qeyd edir ki, məhkəmələr tərəfindən işə verilmiş ittiham daxilində baxılmış və cinayət prosessual qanunvericiliyin məhkəmə baxışının hədlərinə dair tələbləri pozulmamışdır. Kassasiya şikayətinin zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən təqdim edilən vəsatətlərə baxılmaması və obyektiv hüquqi qiymət verilməməsi ilə bağlı dəlillərinə münasibətdə kasssasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə və onların məcmusuna ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum CM-in 120.2.4-cü maddəsi i lə təqsirli bilinməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifad ə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya şikayətinə əsasən ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar