Məhkəmə qərarları › İş №1(102)-845/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-845/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-845/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 202 3-cü il tarixli qərarından zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 16 noyabr 2022-ci il tarixli 1(056)157/2022 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına müraciət etmiş, Şirvan Apellyasiya Məhkəməsi öz növbəsində apellyasiya şikayətini 07 apre l 2023-cü il tarixdə aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərmişdir. Sabirabad Rayon Məhkəməsi apellyasiya şikayətini cinayət işi materiallarının arxasına əlavə edib cinayət işini 19 iyun 2023-cü il tarixdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi) Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 06 iyul 2023-cü il tarixli 1(106)-483/2023 nömrəli qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2022ci il tarixli 1(056)157/2022 nömrəli hökmündən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti (zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs buraxılmış müddətin bərpasına dair vəsatət təqdim edilməməsi ilə əlaqədar) hər əkətsiz saxlanılmış, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 386-cı maddəsinə əsasən tələbin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi 19 iyul 2023-cü il tarixli məktubla cinayət işi materialları ilə birlikdə Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 24 iyul 2023-cü il tarixli 1(056)-157/2022 nömrəli qərarla Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(056)157/2022 nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 17 avqust 2023-cü il tarixli 1(056)-157/20 22 nömrəli qərarla zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(056)157/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi) Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 05 oktyabr 2023-cü il tarixli 1(106)-483/2023 nömrəli qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(056)157/2022 nömrəli hökmündən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilmiş baxılmamış saxlanılmışdır. 28 noyabr 2023-cü il tarixdə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçə kmiş şəxs kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2023-cü il tarixli 1(106)-483/2023 nömrəli qərarından verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2023-cü il tarixli 1(106)-483/2023 nömrəli qərarı mövcud deyildir. Azərbaycan Respublikası CPM-in 408.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər. Yuxarıda göstərilən hallar hazırki cinayət işi üzrə mövcud olmayan Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2023-cü il tarixli 1(106)483/2023 nömrəli qərarından zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs kassasiya şikayətinə baxılmasına mane edir. Azərbaycan Respublikası CPM-in 412.1 və 415-ci maddələrinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir və həmin şikayətin və protestin mümkünlüyünə baxılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 413-cü maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417-ci maddəsinin t ələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Göründüyü kimi, məhkəmə kollegiyası nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs kassasiya şikayəti baxışdan çıxarılmalı və mümkünlüyünə baxılması üçün cinayət işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının mövcud olmayan 1(103)483/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş ş əxs tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılsın və mümkünlüyünə baxılması üçün cinayət işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar