Məhkəmə qərarları › İş №1(102)-845/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-845/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-845/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X3 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxx 1996-cı il tarixdə Abşeron rayonunun, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ü nvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2154/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-577/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə (sədrlik edən: Ə.Quliyev, hakimlər: F.Namazov, T.Hüseynov) Məhkum – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsi ndə çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 14 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2154/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.Müdafiəçi (sədrlik edən), Q.X.Babayev və S.X.Bəhramzadə) apellyasiya şikayəti təmin edilməmiş, Məhkumnın Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə 2023-cü ilin mart ayında sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Afşin” adı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 300 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən ünvan 2 ünvanda yerləşən yaşayış binalarının yaxınlığında ağacın altına qoyulmuş yerdən 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 201,050 qram narkotik vasitə heroini götürüb qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 mart 2023-cü il tarixdə saat 01:35 radələrində ünvan 3 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev, 71 ünvanda yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, şöbədə xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd ağ rəngli sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 201,050 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2024-cü il tarixli qərarının ləğv edilərək, Məhkum barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərmişdir ki, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə araşdırma saxta sübutlar əsasında aparılmışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı Məhkum, müdafiəçisi Z.Əmiraslanovanın və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkumnın kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsind ə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar