Məhkəmə qərarları › İş №1(102)-846/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-846/2019

18.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-846/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, bəraət almış şəxs X14 və onun müdafiəçisi X9 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər K.F.Əliyev (sədrlik edən və məruzəçi), M.Ə.Bağırov və E.İ.Rüstəmovdan ibarət tərkibdə) 19 noyabr 2018-ci il tarixli hökmü ilə 16 sentyabr 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. İşin halları: X16 ittiham verilmişdir ona görə ki, o 20 iyul 2017-ci il tarixdə saat 21:30 radələrində eti barnamə əsasında idarə etdiyi Mercedes Benz C-200 markalı, **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə saatda 60 km sürət həddi ilə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 28 may küçəsi ilə “xxxx” ticarət mərkəzi istiqamətindən “xxxx” adlanan istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü tərəfindən hərəkətin intensivliyini, yol və meteroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə idarə etməli və təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib avtomobilin qa baq sağ qanadı ilə yolun sağ tərəfindən sol tərəfinə keçən piyada 20.10.1993-cü il təvəllüdlü Gəncə şəhər sakini X10 və sonuncunun qucağında olan övladı 21.03.2017-ci il təvəllüdlü X7 ehtiyatsızlıqdan vurub X6ya baş beyinin yumşaq qişasına bütün nahiyələrdə qansızma, beyin mədəciklərinə və beyin toxumasına, beyincik və uzunsov beyinə qansızma, ənsə sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, başın yumşaq toxumalarına təpə-ənsə nahiyəsində qansızma, sağ ağ ciyərdə ocaqlı qansızmalar, döş qəfəsinin sağ tərəfində V-X qabırğaların orta körpücük xətt üzrə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızma, alt dodağın selikli qişasına qansızma, sol qaşüstü, burun, sol yanaq, alt çənə, sağ çiyin, sol bazu nahiyələrinin sıyrıqları, burun, sol bud, sol baldır, sağ diz, dizaltı, sol baldır nahiyələ rinin qançırları, sağ ayağın iç səthinin yarası ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə açıq küt kəllə-beyin travması nəticəsində beyin mədəciklərinə beyin toxumasına, beyincik və uzunsov beyinə qansızma və ənsə sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı ilə müşayiət edilən xəsarətlər nəticəsinə ehtiyatsızlıqdan X6nın ölümünə, azyaşlı X9a isə sağ gicgah, təpə və ənsə sümüklərinin xətti formalı sınığı, baş beyin yarımkürələrinə qansızma (hematoma), başın yumşaq toxumalarına sağ alın-gicgah və təpə ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, sağ İİİ-İV-V qabırğaların məmə xətti üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, alın, burun və hər iki yanaq nahiyələrinin sıyrıqları ilə müşayiət edilən həyat üçün təhlük əli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qapalı küt kəllə beyin travması nəticəsində baş beyinə qansızma və kəllə tağı sümüklərinin sınığı xəsarətləri nəticəsində ehtiyatsızlıqdan X9un ölümünə, hadisə zamanı idarəetməni itirərək avtomobil ilə yolun əks istiqamətindən hərəkətdə olan Gəncə şəhər sakini X1 etibarnamə əsasında idarə etdiyi “Daewoo Racer” markalı **-DM-*** dövlət nömrə nişanlı avtomaşına çırpılaraq ehtiyatsızlıqdan Daewoo Racer markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 1750 manat maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və T.A.Muxtarovdan ibarət tərkibdə) 12 fevral 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Q.A,Rizvanov verdiyi kassasiya protestində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Qalib Rizvanov onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X5 ilkin ifadələrində 6 m məsafədən qucağında uşaq olan qadının iti addımlarla yolun sağından soluna keçərkən gördüyünü, sonrakı ifadələrində piyada sağdan sola yolu keçib mərkəz xəttə çatıb bir anlıq dayanıb irəli addım atmaq istəyərkən qarşı yolla avtomobil hərəkət etdiyini görüb geri qayıdarkən 6 m məsafədən piyadanı gördüyünü, məhkəmə istintaqı zamanı isə tamamilə fərqli- qoşa xəttin üzərində təxminən 10-15 m məsafədən qucağında uşaq olan qadını gördüyünü, həmin qadın qoşa xəttin üzərindən qarşı hərəkət yoluna keçmək istəyərkən qarşı hərəkət yol ilə maşın gəldiyinə görə geri qayıtdığını, hadisənin baş verdiyini bildirmiş, hadisə yerinə baxış aparılarkən isə yenə də əvvəlki ifadələrindən tamamilə fərqli- qoşa xəttin üzərində təxminən 30 m məsafədən qucağında uşaq olan qadını gördüyünü gö stərmiş, həmin qadın qoşa xəttin üzərindən qarşı hərəkət yoluna keçmək istədiyini, lakin qarşı hərəkət yol ilə maşın gəldiyinə görə geri qayıtdığını, o, əyləcdən istifadə edib avtomobili sola döndərsə də, lakin qadını vurub daha sonra qarşı yolda hərəkətdə olan başqa bir avtomobillə toqquşub dayandığını göstərmişdir. Qadın qarşı hərəkət yolundan onun hərəkət yoluna keçmək istəyərkən aralarında 20 m məsafə olduğunu (apellyasiya məhkəməsində az bir məsafə qalmış) göstərməklə ziddiyyətli ifadələr vermişdir. X10un ibtidai istintaq və məhkəmədəki ifadələrinə diqqətlə nəzər yetirildikdə müəyyən edilir ki, X10un piyadanı görmə yeri (əvvəlki ifadələrində sağdan sola keçərkən görməsi, daha sonrakı ifadələrində qoşa xəttin üzərində dayanmış halda görməsi) və məsafəsi fərqli (artaraq-6m, 10-15m, 20m (düşünülmüş qaydada)) istiqamətlərdə, mənafeyinə uyğun olaraq tədricən dəyişir, məhkəmə istintaqı zamanı ifadəsindəki 30 m və 20 m hissəsi ekspert rəyindəki 19,6 m və 23,5m hissəsi ilə tədricən uyğunlaşır, bununla da X10un baş vermiş yol nəqliyyat hadisəsindəki təqsiri istisna edilməklə ana və bala- X8 və sonuncunun qucağında olan övladı 21.03.2017-ci il təvəllüdlü X5 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş X20 cinayət məsuliyyətindən və layiqli cəza almaqdan kənarda qalır. Məhkəmə nəzərə almamışdır ki, təqsirləndirilən şəxsin piyadanı görmə yeri və məsafəsi barədə ifadələrində kəskin fərqlənən xüsusatlar göstərməsi təqsirləndirilən şəxsin mənafeyinə xidmət etmişdir. Ona görə ki, yolu sağdan sola keçən piyadanı görməklə, qoşa xəttin üzərində dayanmış piyadanı görmə arasında həm düşünmə, həm də fikri ifadə etmə üslubunda kəskin fərq vardır. Həmçinin piyadanı 6 m məsafədən görməklə 30 m məsafədən görmə arasında da kifayət qədər fərq vardır. Təqsirləndirilən şəxs X10un məhkəmədə verdiyi ifadəsinə əsasən belə anlaşılır ki, piyada gəldiyi istiqaməti bəlli olmadan yolun ortasında qəfil peyda olmuş, qarşı yola addım atıb geri qayıtdığı şəraitdə X5təhlükədən yayınmaq əvəzinə, yəni avtomobili eni 7 m olan sağ tərəfə çəkmək əvəzinə, təhlükənin üzərinə getmişdir. Bu hal isə X10un piyadanı ehtiyyatsızlıqdana deyil, qəsdən vurub öldürməsini ehtiva edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi biri-birinə ziddiyyətli ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasındakı kəskin ziddiyyətə məhkəmə tərəfindən tənqidi yanaşılmamış və həmin ziddiyyətləri n səbəbi araşdırılmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs X5 mərhum piyada X11 yolun sağından soluna keçmək istəyərkən qoşa xəttə çatmamış vurduğunu hadisənin yeganə şahidi olan, hadisə nəticəsində avtomobili zədələndiyinə görə zərərçəkmiş X6 ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadələrində də təsdiq etmiş, həmçinin həmin halı təsdiq edən iş materiallarında kifayət qədər sənədlər mövcud olmuş, lakin məhkəmə tərəfindən həmin sənədlər və X6nın ifadəsindəki xüsusatlar nəzərə alınmamışdır. Məhkəmələr əsassız olaraq, hər hansı mötəbər dəlillərlə təsdiq edilməyən, təqsirləndirilən şəxs X10un hadisənin baş vermə mexanizminə nəzəri və praktik baxımdan uyğun olmayan ifadələrinə əsaslanmaqla təyin edib keçirdiyi yol nəqliyyat ekspertizası rəyi ilə təqsirləndirilən şəxsin X10un təqsiri ni istisna etmiş, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəylərini inkar etmişdir. Göründüyü kimi, məhkəmə X9un təqsirini istisna etmək üçün piyadanın qarşı yola daxil olub qarşıdan nəqliyyat vasitəsini gəldiyini görərək geri qayıtdıqda təhlükə yarandığı qənaətinə gəlməklə mötəbər sübutlara deyil, yalnız X10un hadisənin mexanizminə uyğun gəlməyən, obyektiv gerçəkliklə ziddiyyət təşkil edən ifadəsinə və həmin ifadə əsasında təyin edilərək keçirilmiş, həmçinin işin hallarına uyğun gəlməyən yol nəqliyyat ekspertizasına istinad etməklə mövcud sübutları düzgün şərh etməyib şübhə doğuran ehtimallarla əsassız və qanunsuz olaraq X10a bəraət vermişdir. Göründüyü kimi məhkəmə kollegiyası ana və bala- X8 və sonuncunun qucağında olan övladı 21.03.2017-ci il təvəllüdlü X5in ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsinə toplanılmış sübtitları tam, hərtərəfli və obyektiv araşdırmadan, yalnız təqsirləndirilən şəxs X10un hadisənin mexanizminə və işin faktiki hallarına uyğun olmayan ifadəsindəki xüsusatlar əsasında mülahizələrə istinad etməklə bəraət hökmü çıxarmış və apellyasiya instasiya məhkəməsi də əsasız olaraq həmin mövqe ilə razılaşmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili birinci instansiyası məhkəməsi tərəfindən X16 bəraət verilməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə verilmiş ittiham üzrə X9un əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-in 263.3.-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət ve rilməlidir. Birinci instansiyası məhkəməsi belə nəticəyə gələrkən, iş materiallarında olan və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun şəkildə tədqiq edilmiş iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisin, şahidlərin ifadələrinə, məhkəmə istintaqı zamanı keçirilmiş ekspert rəylərinə, maddi sübutlara və işin digər materiallarına istinad etmişdir. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Birinci instansiya məhkəməsində dindirilmiş X20 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, “B” v ə “C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olduğundan etibarnamə əsasında əldə etdiyi Mercedes Benz C-200 markalı, ** EO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Azyaşlı övladları X13 və X14 idmanın cudo növü ilə məşğul olduqlarından yürüş etmək məqsədi ilə Gəncə şəhərində yerləşən Heydər Əliyev adına parka getmiş, 20.07.20187-ci il tarixdə saat 21:30 radələrində onlarla birlikdə evlərinə qayıdarkən, Gəncə şəhəri 28 may küçəsində maşını saatda təxminən 50-60 km sürətlə idarə edərkən 25-30 metrlik məsafədə mərkəz xəttin üzərində qucağında uşaq olan qadının dayandığını görmüş, qadın dayandığı yerdən yolun əks tərəfinə keçməyə başlamış, həmin vaxt yolun əks istiqamətindən avtomaşının gəldiyini gördüyündən, aralarında təxminən 15-20 metr məsafə olarkə n piyada tələsik addımlarla geriyə qayıdaraq onun yoluna çıxmış, piyadanı vurmamaq üçün sükanı cəld və kəskin sola istiqamətləndirərək ayağını tormoza atmış, lakin sükanı tam sola döndərə bilmədiyindən avtomaşının qabaq sağ qanadı piyadanı vurmuş, sonra isə qarşı yola keçərək qarşıdan gələn Daevo markalı maşının sol yan tərəfi ilə toqquşmuşdur. Dərhal maşından düşərək piyadanı və yanında olan uşağı huşsuz vəziyyətdə görüb idarə etdiyi avtomaşına mindirərək 3 saylı təcili tibbi yardım xəstəxanasına aparmış, xəstələri xəstəxanaya təhvil verdikdən sonra, idarə etdiyi maşını orada qoyaraq taksi maşını ilə polisə gedib hadisə barədə bildirmişdir. Bundan sonra yol polis əməkdaşları onu həkimdən keçirərək polisə qaytarmış, oradan isə müstəntiqlə hadisə yerinə gəlmişdir. Müstəntiq tərəfindən hadis ə yerinə baxılsa da, hal şahidlərinin iştirakı ilə ölçü aparılmamış, protokol tərtib olunmamış, bir qədər sonra prokurorluq işçisi gələrək 11 metr tormoz izinin olmasını bildirmiş, tormoz izinin olmadığını bildirsə də buna əhəmiyyət verilməmiş, sonradan müstəntiq tərəfindən polisdə sənədlər təqdim edilərək imzalanması bildirilmiş, orada 11 metr tormoz izinin olduğu göstərildiyindən sənədləri imzalamamışdır. Hadisə yerində hal şahidləri olmamış, yol polis əməkdaşları olsalar da onlar baxışda iştirak etməmiş, hadisə yerindən aralıda yolda dayanaraq hərəkətin təhlükəsizliyini təmin etmişlər. Hadisə yerində tormoz izi olmamış, maşını kəskin sola çəkdiyindən təxminən 1,5-2 metr təkərə məxsus sürtünmə izi olmuşdur. Həmçinin hadisə yerində asfaltın üzərində asfaltın özünə məxsus iz olmuşdur ki, gecə vaxtı həmin iz tormoz izi kimi görünmüş, ola bilsin ki, müstəntiq həmin izi tormoz izi kimi qeyd etmişdir. Hadisə vaxtı küçə işıqları yanmamış hadisədən sonra yandırılmış, buna baxmayaraq yol qaranlıq görünmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələrində piyadanı hansı məsafədən görməsini təxmini bildirmiş, həmin ifadələrində də piyadanın mərkəz xətdən qabağa addım atdığını, əks istiqamətdən maşın gəldiyini gördüyündən geriyə qayıdaraq ona məxsus yola çıxdığını göstərmişdir. Həmin vaxt piyada geri qayıdarkən maşınla vurulma yerinə kimi təxmini olaraq1,8-2 metr məsafəni tələsik hərəkət etmişdir. İfadəsi ibtidai istintaq zamanı hadisə yerində yoxlanlarkən də ifadəsini məhkəmədə bildirdiyi kimi demişdir. Lakin müstəntiq, hadisə yerinin müayinəsi zamanı etdiyi kimi, həmin vaxtı da me tro ilə ölçü aparmamış, addımlamaqla qeyd etmiş, onun fikirlərini bildiyi kimi yazmışdır. Hadisə yerində tormoz izinin olmaması, həmin vaxtı çəkilmiş fotoşəkillərdən də aydın görünmüşür. Bundan başqa hadisədən sonra televiziyadan gələrək hadisə yeri çəkilmiş və xəbərlərdə məlumat kimi verilmişdir ki, həmin çəkilişlərdən də aydın olur ki, hadisə yerində tormoz izi olmamışdır. Zərərçəkmiş şəxsləri əvvəldən tanımamışdır, onlarla barışmışdır. Hadisənin məhz X9un qeyd etdiyi şəkildə baş verməsini hadisənin şahidi olan X1 məhkəmədə verdiyi ifadəsi ilə yanaşı iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə də təsdiq edilir. İş materiallarında olan zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, 28 may küçəsində “xxxx” ticarət mərkəzi istiqamətində hərəkət edərkən, təxminən 35-40 metrlik məsafədən bir qadının qulağında telefon, qucağında isə uşaq yolu iti addımlarla soldan sağa keçərək mərkəz xəttə çatdığını görmüş, qadın bir-iki addım irəli gedib, onun gəldiyini görüb geriyə qayıdaraq qarşıdan gələn maşının yoluna keçmiş, qadının irəli-geri hərəkət etdiyini görən qarşıdan gələn sürücü özünü itirərək, təntiyib maşını cəld sola çevirmiş, həmin vaxt maşının qabaq sağ qanadı ilə qadını vurmuş, bundan sonra isə onun maşınının sol yan hissəsindən dəyərək dayanmışdır. Bundan əlavə hal şahidi kimi hadisə yerinə baxışın keçirilməsində iştirakları qeyd olunmuş X17 və X21 ifadələrində göstərmişlər ki, heç bir yol nəqliyyat hadisəsinin şahidi olmamışlar və hadisə yerinə baxışın keçirilməsində də iştirak etməmişlər. “Məhkəmə xətşünaslıq ekspertizasının” 22.05.2018-ci il tarixli 7582 s aylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 1-ci cildinin 5-8-ci vərəqələrində olan 20.07.2017-ci il tarixli Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolun 1-ci vərəqəsində “hal şahidləri; 1.” qrafasında “X15” yazılarından əvvəl yerləşən imza və həmin vərəqənin aşağı hissəsində soldan 2-ci imza, 2-3-cü vərəqələrinin aşağı hissələrində soldan 2-ci imzalar, 4-cü vərəqəsində “Hal şahidlərinin imzaları; 1.” qrafasında “X15” yazılarından əvvəl yerləşən imza X17 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş cinayət işinin 1-ci cildinin 5-8-ci vərəqələrində olan 20.07.2017-ci il tarixli Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolun 1-ci vərəqəsində “hal şahidləri; 2.” qrafasında "X17" yazılarından əvvəl yerləşən i mza və həmin vərəqənin aşağı hissəsində soldan 1-ci imza, 2-3-cü vərəqələrinin aşağı hissələrində soldan 1-ci imzalar, 4-cü vərəqəsində “Hal şahidlərinin imzaları; 2.” qrafasında "X17" yazılarından əvvəl yerləşən imza X21 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş cinayət işinin 1-ci cildinin 12-ci vərəqəsində olan “Yol nəqliyyat hadisəsinin baxış protokoluna əlavə edilmiş hadisə yerinin sxemində” “İştirakçılar: 1.” qrafasında “X18” yazısından əvvəl yerləşən imza - X17 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş cinayət işinin 1-ci cildinin 12-ci vərəqəsində olan “Yol nəqliyyat hadisəsinin baxış protokoluna əlavə edilmiş hadisə yerinin sxemində” “İştirakçılar: 2.” qrafasında “X19” yazısından əvvəl yerləşən imza - X21 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Əlavə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-in İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X12 ifadəsində göstərmişdir ki, hadisəni törədən sürücü X9la idarədə qarşılaşmış və birlikdə hadisə yerinə gələrək hadisə yerinin müayinəsini keçirmişdir. Hadisə yerinə başqa əməkdaşlarla yanaşı şəhər prokurorunun müavini və DYP-in rəisi də gəlmişdir. Hadisə yerinə gələrkən, Dayvo markalı maşın əzilmiş vəziyyətdə hadisə yerində olsa da, Mercedes markalı maşın hadisə yerində olmamış, sürücü bildirmişdir ki, hadisədən sonra yaralıları maşına qoyaraq xəstəxanaya apardığından maşın hadisə yerində yoxdur. Baxış zamanı sürücülər göstərdikləri və şüşə qırıqlarının töküldüyü yerə görə piyadaların vurulması yeri müəyyən olunmuş, həmçinin hadisə yerində, mərkəz xəttin ya xınlığında bir ədəd 11 metr uzunluğunda iz aşkar edilmiş, tormoz izi olduğundan bu barədə protokolda qeyd olunmuşdur. Baxış keçirilərkən sürücü tərəfindən tormoz izinin olmaması barədə ona etiraz olunmamışdır. Hadisə yerinə baxışın keçirilməsinə dair protokol hadisə yerində yazılmamış, hadisə yeri metro ilə deyil addımlamaqla ölçülmüş, qeydlər götürüldükdən sonra idarədə protokol və sxem tərtib olunmuşdur. Baxış zamanı hal şahidləri də iştirak etmiş, sonradan idarədə protokol və sxemi imzalamışlar. Baxış zamanı 11 metr uzunluğunda tormoz izinin olmasını göstərsə də, həmin izin hansı təkərə məxsus olması və ya avtomaşının təkərinə məxsus sürtünmə izinin olmasını mütəxəssis olmadığından ayırd edə bilməmiş və tormoz izi bildiyindən tormoz izi kimi qeyd etmişdir. “Yol nəqliyyat hadisələrinin e kspertizasının” 25.04.2018-ci il tarixli 7723 saylı rəyində göstərilmişdir ki, məhkəmə tərəfindən qərarda göstərildiyi kimi, hərəkət üçün təhlükənin qoşa xəttin üzərində dayanmış piyadanın yolun əks istiqamətinə keçməyə başladıqdan sonra qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin gəldiyini görüb geriyə qayıtmağa başladığı andan yaranması, həmin andan vurulmaya kimi piyadanın iti yerişlə 2 metr məsafə qət etməsi, Mercedes Benz C200 markalı avtomobilin hərəkət sürətinin 50-60 km saat olması və hadisə yerində piyadanı vurana kimi avtomobilə məxsus tormoz izinin qalmaması şəraitində Mercedes Benz C200 markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Mövcud şəraitdə Mercedes Benz C200 markalı avtomobilin dayanma yolu 50 km/saat hərəkət sürətində 25,4 metr, 60 km/saat hərəkət sürətində isə 33,6 metrə uyğundur. Təhlükə yaranan andan vurulmaya kimi piyadanın iti yerişlə 2 metr məsafə qət etməsi şəraitində Mercedes Benz C200 markalı avtomobilin piyadanı vurana kimi 50 km/saat hərəkət sürətində 5 metr uzunluqda, 60 km/saat hərəkət sürətində isə 6 metr uzunluqda tormoz izi qala bilərdi. Hərəkət üçün təhlükənin qoşa xəttin üzərində dayanmış piyadanın yolun əks istiqamətinə keçməyə başladıqdan sonra qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin gəldiyini görüb geriyə qayıtmağa başladığı andan yaranması, həmin andan vurulmaya kimi piyadanın iti yerişlə 2 metr məsafə qət etməsi, Mercedes Benz C200 markalı avtomobilin hərəkət sürətinin 50-60 km/saat olması və hadisə yerində piyadanı vurana kimi avtomobilə məxsus tormoz izinin qalmaması şəraitində təhlükə yaranan anda Mercedes Benz C200 markalı avtomobilin piyadanın vurulma yerindən olduğu məsafə 50 km/saat hərəkət sürətində 19,6 metrə, 60 km/saat hərəkət sürətində isə 23,5 metrə uyğundur. Rəyin tədqiq hissəsində göstərilən səbəblərə görə piyadanı vurmamaq üçün sürücünün təhlükə yaranan andan avtomobili kəskin olaraq sola istiqamətləndirməsi nəticəsində hadisə yerində şin izi qala bilərdi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərinə əsasən təhlükə yarandıqda sürücü hadisənin qarşısının alınması məqsədi ilə nəqliyyat vasitəsinin dayandırılması üçün təd bir görməlidir. Təhlükənin yaranma anının müəyyən olunması hüquqi məna kəsb etdiyindən həmin hal ekspertizanı təyin edən orqan tərəfindən qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsi n) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işi hərtərəfli araşdırıb X13 əməlində Azərbaycan Respublikası CM-in 263.3-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından, bəraət üçün isə kifayət etməsi barədə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini hökmdə göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam u yğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiq ətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin h ökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən də görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiya sı kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli X20 barəsindəki qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli X20 barəsindəki qərarı kassasiya protestinə münasibətdə dəyişdirilməsin. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar