Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-846/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Məhkum Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli h ökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 264-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Vüqar Nemət oğlu) Məhkum, xx xxxxx 1989-cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 də qeydiyyatda olan və ünvanında yaşayan, CM-nin 264-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək h üququndan məhrum olunmaqla 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən, onun xx xxxxxxx 2019- cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq və ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. CM-nin 52-1-ci maddəsinə əsasən, onun üzərinə Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, cəzasını çəkdiyi müddətdə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22.00-dan saat 07.00-dək olan müddətdə tərk etməmək, tətbiq edilən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işlədikdə və ya təhsil aldıqda, bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzasının əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmiş, cəzasının icrası isə daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Bununla yanaşı, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Məhkum CM-nin 263.1-maddəsi ilə təqsirləndirilməsi nə dair hissədə cinayət işi üzrə icraata CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tatamilə ödədiyinə görə xitam verilmiş və o, təqsirləndirildiyi həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, bundan sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, sürücü Məhkum “xxxx” MMC-ə məxsus idarə etmək üçün tələb olunan etibarnamə olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “XXX” markalı **XX-*** dövlət nömrə nişanlı avtomaşınla xx xxxxxxx 2019-cu il tarixdə s aat 21:20-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsində olan “X8” qarşısındakı yolun hərəkət hissəsi ilə saatda 10 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin, yəni “Nizamlanmayan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidr ki, həmin istiqa- mətdən hərəkət hissəsində olan piyadalar yolu keçməyə başa çatdırsınlar, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyət vasitəsini dayandırm alı və piyadalara yol verməli” kimi tələblərə əməl edib yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozmaqla idarə etdiyi avtomobilin qabaq bamperin sağ tərəfinin aşağı hissəsi ilə həmin vaxt piyada keçidində yolun hərəkət hissəsini soldan sağa keçməkdə olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub sonuncuya sağ və sol mil sümüklərinin qapalı, qəlpəli yerdəyişmiş sınıqlarının və sağ saidinin, sağ ayağının İİİ və İV barmaqlarının səthi əzilmiş yaraları, sağ gicgan nahiyyəsinin qançırı kimi sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə, sonuncunun sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4- cü hissəsinin, yəni “Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda öz nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim edib öz soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə barədə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və Azərbaycan Respublikası müvafiq icra hakimiyyət i orqanı əməkdaşlarının gəlməsini gözləməlidir” kimi tələblərinə riayət etməyərək yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Hökmdən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şika yətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunun tələblərinə əməl edilməmiş, işin faktiki halları araşdırılmamış, ibtidai istintaq və məhkəmə baxışı zamanı verilmiş zidiyyətli ifadələrin aradan qaldırılması ücün, hətta zərərçəkmiş şəxsin iştirakını məhkəmənin iclasında təmin etməmiş, Məhkum şikayətində göstərilən xüsusatlar araşdırmamışdır. Kassator öz şikayətində bildirir ki, o hadisə yerindən qaçmamış, zərərçəkmişə kömək etmək məqsədi ilə yaxınlaşmış, ona öz köməyini təklif etmiş, zərərçəkmiş şəxs heç nəyə ehtiyacı olmamasını və ona çıxıb getməyini bildirdiyindən, özü haqqında zərərçəkmişə məlumat verdikdən sonra hadisə yerindən çıxıb getmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs da birinci instansiya məhkəməsində verdiyi ifadəsində hadisə vaxtı başına çox insanların toplaşdığını, ona görə onu vuran sürücünün ona yaxınlaşıb-yaxınlaşmadığını xatırlamadığını göstərmiş, şahid X13 isə bu halı təsdiq etmişdir. Lakin işə baxmış məhkəmələr bu ifadələri nəzərə almamış və əsassız olaraq onun hadisə yerindən qaçması barədə nəticəyə gəlmişlər. Qeyd olunanlara əsaslanaraq məhkum onun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardan verdiyi kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, həmin şəxslər məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası dövlə t ittihamçısının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə adalrı çəkilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası əvvəlki qərarlarında olduğu kimi, növbəti dəfə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudları CPM-nin 419-cu maddəsində müəyyən edilir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyy ən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Odur ki, Məhkum kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Məhkum kassasiya şikayətindən göründüyü kimi, o, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki halları mübahisələndirərək xx xxxxxxx 2019-cu il tarixdə yol hərəkəti qaydalarını pozub piyadanı idarə etdiyi avtomaşınla vurduqdan sonra hadisə yerinə qayıtmasını, zərər çəkmiş şəxsə özünü təqdim edərək ondan hər hansı yardıma ehtiyacı olub-olmamasının aydınlaşdırmasını, sonuncu heç bir yardıma ehtiyacı olmadığını bildirdikdən sonra hadisə yerindən getməsini, bununla da məsuliyyətdən yayınmaq məqsədində olmamaqla hadisə yerindən qaçmamasını, yəni törədilməsinə görə təqsirli bilindiyi cinayəti törətmədiyini iddia edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərinə cavab olaraq əvvəla qeyd edir ki, cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr, iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zama nı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin büt ün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnı z elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların məhkum R.Əliyev tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Belə ki, həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhərinin Biləcəri qəsəbəsində idarə etdiyi “XXX” markalı **-XX-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən piyada zolağı ilə yolu keçən, sonradan tanıdığı Zərərçəkmiş şəxs görüb avtomaşının surətini azaldaraq dayanmadan hərəkətini davam etdirmiş, lakin avtomaşının sağ güzgüsü piyadanın sağ qoluna dəymiş, Zərərçəkmiş şəxs zərbənin təsiri nəticəsində yerə yıxılmış, o, yəni Məhkum isə bunu gördükdə, avtomaşını bir qədər irəli sürüb hadisə yerinə qayıtmış və özünü təqdim edərək zərərçəkmişdən hər hansı yardıma ehtiyacı olubolmamasını soruşmuşdur. Zərərçəkmiş şəxs heç bir yardıma ehtiyacı olmadığını bildirdikdən sonra o, buna əmin olub hadisə yerini tərk etmişdir. Eyni zamanda Məhkum ifadələrində qeyd etmişdir ki, həmin vaxt onun avtomobilində sərnişin kimi apardığı X1 adlı şəxs zərərçəkmişin yanında qalacağını, ehtiyac olarsa onu evlərinə qədər ötürəcəyini bildirmişdir. Yalnız sonradan ona məlum olmuşdur ki, avtonəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs hər iki biləyi sındığından, onun hadisə yerinə çağırdığı hərbi polisin əməkdaşları hadisə yerinə gələrək zərərçəkmişi hərbi hospitala aparmışlar. Həmçinin Məhkum məhkəmə iclasında verdiyi ifadələrində hadisədən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs yaxınlaşaraq ona özü haqqında məlumat verməsini göstərsə də, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qsmində müdafiəçisinin iştirakı ilə dindirilərkən bildirmişdir ki, o, hadisə yerinə qaytdıqdan sonra zərər çəkmiş şəxsə özü barəsində heç bir məlumat verməmiş və tez bir vaxta oranı tərk etmişdir. Bu ifadələrin əksinə olaraq zərərçəkmiş Zərərçəkmiş şəxsn ifadələrindən və iş üzrə toplanmış digər sübutlardan məlum olur ki, Məhkum piyada yolunda zərərçəkmiş Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşınla vurduqdan sonra qısa müddətə hadisə yerinə qayıtsa da, sonuncuya lazımi yardımın göstərilməsi, onun başqa nəqliyyat vasitəsilə xəstəxanaya çatdırılması və ya özü tərəfindən aparılması üçün heç bir cəhd etməmiş, özü haqqında ona heç bir məlumat verməmiş, hadisə yerində qalaraq yol hərəkəti qaydalarını pozması ilə bağlı obyektiv araşdırmanın aparılması üçün hüquq mühafizə orqanlarının nümayəndələrinin oraya gəlmələrini gözləməmiş və dərhal oradan uzaqlaşmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs büt ün ifadələrində, o cümlədən Məhkumla üzləşdirilərərkən verdiyi ifadələrində bu halları bir daha təsdiq edərək göstərmişdir ki, hadisədən sonra sürücü (adını sonradan bildiyi Məhkum) hadisə yerinə qayıtsa da, ona hansısa yardımın göstərilməsini təklif etməmiş və özü haqqında heç bir məlumat verməmiş və orada başqa sürücü ilə mübahisə etdikdən dərhal sonra oranı tərk etmişdir. Zərərçəkmiş şəxs tibbi yardıma ehtiyacı olmaması barədə Məhkum ifadələri isə iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyi ilə, habelə onun hadisədən təxminən beş dəqiqə sonra hadisə yerinə çağırdığı Hərbi polis əməkdaşları tərəfindən dərhal Hərbi Klinik Hospitala aparılmasına dair halla təkzib olunur. Göstərilən rəyə əsasən, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər sağ v ə sol mil sümüklərinin qapalı, qəlpəli yerdəyişmiş sınıqları və sağ saidin, sağ ayağın İİİ, İV barmaqlarının səthi əzilmiş yaraları, sağ gicgah nahiyyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Baş Klinik Hospitalına müraciət etdiyi xx xxxxxxx 2019-cu il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər, həmin xəsarətlər müstəntiqin qərarında göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx xxxxxxx 2019-cu il tarixdə minik avtomaşınının Zərərçəkmiş şəxs vurması nəticəsində əmələ gələ bilərdilər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş “Diskə baxış keçirilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli protokolda n açıq-aydın görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 21:20:38-də, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsindəki “X8” qarşısında yolun hərəkət hissəsi ilə hərəkətdə olan “XXX” markalı **-XX-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən Məhkum piyada keçidində yolun hərəkət hissəsini soldan sağa park istiqamətdə keçməkdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq yerə yıxıb dayanmadan hərəkətinə davam edir, zərərçəkmiş şəxs ayaq üstə durub yolun kənarında səkidə əyləşir. Saat 21:22:17-də Məhkum idarə etdiyi avtomobili ilə hadisə yerinə qayıdır, avtomobilin qabaq sağ oturacağından bir nəfər çıxaraq Zərərçəkmiş şəxs yaxınlaşır, Məhkum avtomaşından çıxmadan saat 21:22:45-də avtomaşınla dönmə əməliyyatı edib geri qayıdır. Saat 21:27:12-də ha disə yerinə “XXXX” markalı avtomobil yaxınlaşır, Zərərçəkmiş şəxs həmin avtomobilə əyləşəndən sonra saat 22:28:15-də hadisə yerindən gedir İş materiallarından görünür ki, Məhkum xx xxxxxxx 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətdikdən sonra nəinki hadisə yerində qalıb hüquq mühafizə orqanlarının əməkdaşlarını gözləməmiş, o, hətta bundan sonra da məsuliyyətdən yayınmaq məqsədi izləyərək özünü həmin orqanlara təqdim etməmiş və yalnız polis orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində xx xxxxxxx 2019-cu ilə tarixdə (hadisədən səkkiz gün sonra) saxlanılaraq istintaq orqanına təhvil verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu sübutlar yol hərəkəti qaydalarını pozmuş (bu əməlin törədilməsi məhkum tərəfindən mübahisələndirilməmişdir) Məhkum həmçinin “Yol hərəkəti haqqınd a” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla hadisə yerindən qaçmasını təsdiq edən sübutlar kimi qəbul edilməli, birinci və apellyasiya instansiyası məhkəmələrinin bu haqda gəldikləri nəticə isə əsaslı sayılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 264-cü maddəsinin dispozisiyasına görə, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisə yerində qalması vəzifəsi və bu vəzifənin yerinə yetirilməsindən istisnalar isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə CM-nin 264-cü maddəsinin “Qeyd” hissəsi ilə müəyyən edilir. CM-nin 264-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol-nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinin tələblərindən görünür ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yolnəqliyyat hadisəsi vaxtı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanı qurmalı, qəza işıq siqnalını yandırmalı, yada yanıb-sönən qırmızı işıqfənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir (1 -ci bənd); zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün m ümkün tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu səmt üzrə gedən nəqliyyat vasitəsilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli və sonra hadisə yerinə qayıtmalıdır (2-ci bənd); hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və sonda Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir (4-cü bənd). Həmin Qanunun göstərilən t ələbləri Azərbaycan Respublikasının xx xxxxx 1997-ci il tarixli Qanunla qoşulduğu, x xxxxxx 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyanın müvafiq normalarında da təsbit edilmişdir. Bu Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi vaxtı sürücünün davranış qaydalarını müəyyən edərək sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, yol hərəkəti xidmətin əməkdaşları gələnədək hadisə yerindən getməmək, yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola bilən izləri məhv etməmək vəzifəsi qoyur. İş üzrə toplanmış sübut ların məcmusundan göründüyü kimi, Məhkum şərh olunan milli və beynəlxalq qanunvericiliyin normaları ilə yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar həmin hadisənin sürücü qismində iştirakçısı kimi üzərinə qoyulmuş vəzifələrin heç birini yerinə yetirməmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mənası universal xarakter daşıyan Cinayət Məcəlləsinin 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və yaxud digər vasitələrlə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun bu müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxs üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirməküçün lazımiməlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat had isəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərər çəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və yaxud digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Eyni mövqedən çıxış edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxx 2004-cü il tarixli qərarında vurğulamışdır ki, Cinayət Məcəlləsinin 264cü maddəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yol-nəqliyyat hadisəsi vaxtı mexaniki nəqliyyat vasitəsinin sürücüsünü zərərçəkmişə ilk tibbi yardım göstərməsi üçün bütün mümkün tədbirləri görmək, təcili tibbi yardım çağırmaq, zərərçəkən şəxslər təhlükəli xəsarətlər aldığı hallarda səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqda yerləşən tibbi müəssisəyə gö ndərmək, bu mümkün olmadıqda isə, öz nəqliyyat vasitəsində aparmaq kimi vəzifələri yerinə yetirməyə vadar edir. Nəqliyyat vasitəsinin sürücüsünün yol-nəqliyyat hadisəsi yerində qalıb öz şəxsiyyəti ilə bağlı məlumatı zərərçəkmişə aşkar etmək öhdəliyi Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsindən və Avropa Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndindən irəli gələn şəxsin özünə qarşı ifadə verməmək hüququna uyğun olubolmamasına gəldikdə göstərilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun göstərilən xx xxxxxx 2004-cü il tarixli Qərarı ilə Cinayət Məcəlləsinin 264- cü maddəsi Konstitusiyanın 66-cı maddəsinə uyğun hesab edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin özünə qarşı ifadə verməmək hüququ cinayət-prosessual h üquq olduğundan, yol-nəqliyyat hadisəsindən dərhal sonra yaranmır. Belə ki, hər hansı bir yol-nəqliyyat hadisəsi özü- özlüyündə cinayət hadisəsi kimi qiymətləndirilə bilməz. Hadisə yerinə icra hakimiyyətinin orqanı əməkdaşlarının gəlməsindən dərhal sonra yolnəqliyyat hadisəsinin iştirakçılarının heç birinin cinayət-prosessual statusu olmur və onlar yol-nəqliyyat hadisəsinin iştirakçıları kimi hadisə barədə ilkin izahat verməlidirlər. Bu zaman həmin şəxslər, o cümlədən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən izahat verilməsi özünə qarşı ifadə vermək kimi deyil, qanunda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi kimi qiymətləndirilməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” AzərbaycanR espublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında göstərilir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən, işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanununun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli və həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbliəlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); “Yol hərəkəti haqqında” Qanuna müvafiq olaraq, sürücü yol-nəqliyyat hadisəsindən zərərçəkmiş şəxslərə kömək gös tərmək üçün mümkün olan tədbirləri görməyə, “təcili tibbi yardım” maşını çağırmağa, ekstremal hallarda zərərçəkmiş şəxsləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur (“Yol hərəkəti haqqında” Qanununun 37-cimaddəsinin İV hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 263 və 263-1-cimaddələri ilə nəzərdə tutulan nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması Cinayət Məcəlləsinin 263 və ya 263-1 -ci ma ddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır (15-ci bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələbinin pozulub-pozulmaması, bu hadisənin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmişin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd). Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına və bu halları təsdiq edən sübutlara, milli və beynəlxalq qanunvericiliyin tələblərinə, Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarındakı tövsiyələrə uyğun olaraq formalaşmış vahid məhkəmə təcrübəsinə əsaslanaraq belə nəticəyə gəlir ki, Məhkum xx xxxxxxx 2019-cu il tarixdə zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərərin vurlmuasına səbəb olmuş yol hərəkəti qaydalarını pozduqdan sonra hadisə yerindən qaçdığına görə onun CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunması və bu haqda barəsində ittiham hökmünün çıxarılması, habelə həmin hökmün qüvvədə saxlanılması haqqında qərarın qəbul edilməsi tam qanuni və əsaslıdır, məhkumun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün CPM-nin 416-cı mad dəsində nəzərdə tutulmuş əsaslar isə müəyyən edilmir. Belə olan halda məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində irəli sürdüyü dəlillərlə razılaşmayaraq və həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısının rəyini dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 264cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şər olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcələsinin 264-cü ma ddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-846/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-846/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver